Aşağıdakılardan hansı hüquq nəzəriyyəsi elmini düzgün ifadə edir?



Yüklə 199,96 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix05.09.2018
ölçüsü199,96 Kb.
#66844
1   2   3   4   5   6   7   8   9   10

Qeyd olunanlardan biri təbii hüquq deyil. 

A) Yaşamaq hüququ;

B) Mülkiyyət hüququ;

C) Milli mənsubiyyət hüququ;

D) Sağlam ətraf mühitdə yaşamaq hüququ;

E) Heç biri.

Hüquq normasının dispozisiyasının elementləri aşağıdakılardan hansılardır?

A) Hüquqi faktlar;

B) Hüquq və öhdəlik;

C) Cəza və mükafat;

D) Hüququn prinsipləri və doktrinaları;

E) Hüququn funksiyaları.

 Hüquqda boşluğun aradan qaldırılması üsullarından biri deyil.

A) Hüquq normasının rəsmi təfsiri

B) Zəruri hüquq normasının qəbul edilməsi

C) Hüququn analogiyasının tətbiqi

D) Qanunun analogiyasının tətbiqi

E) Qeyd olunanların hamısı hüquqda boşluqların aradan qaldırılması üsullarına aiddir

Yaşamaq hüququnun dövlət qarşısında yaratdığı öhdəliklərdən deyil.

A) İnsanı həyatına qəsdin hər cür formasının qanunla qadağan olunması; 

B) Bütün insanlara bərabər həyat standartı imkanlarının yaradılması;

C) Həyat üçün təhlükə yaradan məsələlər barədə insanlara məlumat verilməsi;

D) İnsan həyatına qəsd olunduğu təqdirdə obyektiv istintaqın aparılması;

E) Güc tətbiqetmə səlahiyyəti olan dövlət orqanlarının vəzifəli şəxslərinin peşəkarlığının təmin olunması




Sistematik təfsiri xarakterizə edən xüsusiyyətin olduğu bənd hansıdır?

A) hüquq normasının tekstinin (mətninin) qrammatik təhlili yolu ilə onun məzmununun aydınlaşdırılması

B) hüquq normasının başqa normalar və ya qaydalarla qarşılaşdırılması yolu ilə onun məzmununun aydınlaşdırılması

C) hüquq normalarının qəbul olunduqları tarixi şəraitin təhlili əsasında onların məqsədlərinin və vəzifələrinin aydınlaşdırılması

D) hüquq normasının səlahiyyətli orqanlar tərəfindən verilən izahı

E) heç biri

Aşağıdakılardan hansı mütləq hüquqdur? 

A) Yaşamaq hüququ;

B) Nikah hüququ;

C) Ayrı-seçkiliyə məruz qalmama hüququ

D) Mənzil hüququ; 

E) Soz və ifadə azadlığı.

Hüquq normasının məzmunu nədən ibarət olur?

A) Hüququn ümumi prinsiplərindən;

B) Diskresion vəzifələrdən;

C) Dipozitiv imkanlardan;

D) Obyektiv hüquqlardan və öhdəliklərdən;

E) Hüquqi faktlardan, hüquq və öhdəliklərdən, cəza və mükafatlardan.

 Hüququn dinamikası hesab olunmayan ifadənin olduğu bəndi seçin. 

A) Hüquq yaradıcılığı;

B) Hüquq tətbiqetmə;

C) Nəzarət fəaliyyəti;

D) Hüquq normalarının təfsiri;

E) Hüquq-mühafizə.




 Hüquqi dövləti xarakterizə edən əlamətlərə aid deyil. 

A) İctimai həyatın bütün sahələrində qanunun aliliyi

B) Normayaradıcı fəaliyyətin yalnız dövlət hakimiyyətinin qanunverici qoluna aid olması

C) Şəxsiyyət hüquqlarının reallığı, onun azad inkişafının təmin olunması

D) Dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti

E) Qeyd olunanların hamısı düzgündür

Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi yaşamaq hüququna qəsd hesab oluna bilər mi?

A) Bəli, yaşamaq hüququ təbii hüquqdur, hər bir hala qarşı qorunur; 

B) Xeyr, yaşamaq hüququ mütləq hüquq deyil, bəzi şərtlər olduqda məhdudlaşdırıla bilər;

C) Bəli, yaşamaq hüququ jus cogens hüquqdur, milli hüquq sisteminin bütün normalarından daha üstündür və heç bir halda məhdudlaşdırıla 

bilməz;

D) Xeyr, düşmən əsgərlərinin öldürülməsi yaşamaq hüququna qəsd deyil.



E) Düzgün cavab yoxdur.

Aşağıda qeyd olunanlardan hansı hüquq normasının daxili quruluşunun elementlərinə aid deyil?

A) Sanksiya 

B) Hipoteza

C) Kompensasiya 

D) Dispozisiya 

E) Hamısı aiddir

 Dispozisiyanın müstəqil elementi olan "hüquq" ilə öhdəlikdən irəli gələn "hüquq" arasında hansı fərq vardır? 

A) Dispozisiyanın müstəqil elementi olan "hüquq" öz-özlüyündə mövcuddur ancaq öhdəlikdən irəli gələn "hüquq" şərtə bağlıdır;

B) Dispozisiyanın müstəqil elementi olan "hüquq" obyektiv olduğu halda öhdəlikdən irəli gələn "hüquq" subyektivdir;

C) Dispozisiyanın müstəqil elementi olan "hüquq" öhdəlik yaradır, lakin öhdəlikdən irəli gələn "hüquq" öhdəlik yaratmır;

D) Dispozisiyanın müstəqil elementi olan "hüquq" bütün şəxslərə aiddir, amma öhdəlikdən irəli gələn "hüquq" yalnız vəzifəli şəxslərə aiddir;

E) Dispozisiyanın müstəqil elementi olan "hüquq" xüsusi hüquq münasibətlərinə aiddir, lakin öhdəlikdən irəli gələn "hüquq" publik hüquq 

münasibətlərinə aiddir.




Delikt qabiliyyəti nədir?

A) Şəxsin hüquqlara sahib olma qabiliyyəti;

B) Şəxsin sahib olduğu hüquqlardan istifadə etmə qabiliyyəti;

C) Şəxsin törətdiyi hüquq pozuntusuna görə məsuliyyət daşıya bilmə qabiliyyəti;

D) Şəxsin publik hüquq münasibətlərində iştirak etmə qabiliyyəti;

E) Şəxsin xüsusi hüquq münasibətlərində iştirak etmə qabiliyyəti.

 Təqsirin ehtiyatsızlıq forması kimi özünəgüvənməni xarakterizə edən əlamət hansıdır? 

A) Şəxs öz davranışlarının ictimai zərərli nəticələrini əvvəlcədən görür və onu arzu edir

B) Şəxs öz davranışlarının ictimai zərərli nəticələrini əvvəlcədən görür, lakin onu arzu etmir

C) Şəxs öz davranışlarının ictimai zərərli nəticələrini görür, lakin yüngül fikirliliklə onun qarşısını ala biləcəyinə ümid edir

D) Şəxs öz davranışlarının ictimai zərərli nəticələrini görmür, lakin onları görə bilər və görməlidir

E) Heç biri

 Elmi hüquq düşüncəsinin başqa cür ifadə forması necədir?

A) Hüquq psixologiyası

B) Hüquqi ideologiya

C) Siyasi hüquq düşüncəsi

D) Fərdi hüquq düşüncəsi

E) İctimai hüquq düşüncəsi

Hüquqi faktların məzmunu nəyi ifadə edir?

A) Şəxsin öz davranışına olan psixoloji münasibətini;

B) Hüquq pozuntusuna görə cəzanın həddini və növünü;

C) Şəxsin sahib olduğu hüquq və öhdəlikləri;

D) Hal, hərəkət və ya hadisələrin obyektiv tərəfini;

E) Vəzifə və səlahiyyətləri.




Yüklə 199,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə