Aşağıdakılardan hansı hüquq nəzəriyyəsi elmini düzgün ifadə edir?



Yüklə 199,96 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix05.09.2018
ölçüsü199,96 Kb.
#66844
1   2   3   4   5   6   7   8   9   10

 Hüquqi faktlar hüquq normalarının hansı zəruri tərkib ünsüründə ifadə olunur? 

A) Hipotezada; 

B) Dispozisiyada; 

C) Mütləq müəyyən sanksiyada;

D) Öhdəliyin məzmununda;

E) Heç biri.

Hüquq tətbiqetmə fəaliyyətində kolliziyaların həll edilməsinin düzgün üsulu olmayan bəndi seçin. 

A) Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, 

həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi 

aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir;

B) Eyni orqan tərəfindən müxtəlif vaxtlarda qəbul edilmiş normalar arasında kolliziya varsa, daha əvvəl qəbul edilmiş norma tətbiq edilir.

C) Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir.

D) Eyni münasibətlər bir neçə norma ilə tənzimlənirsə və həmin normaları eyni vaxtda tətbiq etmək mümkündürsə, bu, normativ hüquqi 

aktların kolliziyası hesab edilmir.

E) Hamısı düzgündür

Fəaliyyət qabiliyyətini xarakterizə edən xüsusiyyət hansı bənddə düzgün göstərilib? 

A) Fəaliyyət qabiliyyəti subyektin hüquqlara sahib olmaq və vəzifələr daşımaqla bağlı qanunvericiliklə təsbit olunmuş qabiliyyətidir;

B) Fəaliyyət qabiliyyəti subyektin hüquq normaları ilə təsdiq olunan müstəqil, özünün şüurlu fəaliyyəti ilə hüquq və öhdəliklər həyata 

keçirmək qabiliyyətidir; 

C) Fəaliyyət qabiliyyəti fərdin doğumu ilə başlayır və ölümü ilə xitam olunur; 

D) Fəaliyyət qabiliyyəti insanın təbii xüsusiyyəti deyil, obyektiv hüquqdan törəyir;

E) Fəaliyyət qabiliyyətində o hüquq və öhdəliklər cəmlənir ki, subyekt onlara sahib ola bilər, lakin bu o demək deyil ki, o həqiqətən buna 

sahibdir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən, normativ hüquqi aktda həmin normativ 

hüquqi akta və ya onun struktur elementinə istinad hansı sözdən istifadə edilməklə edilməlidir?

A) “Bu" sözündən

B) “Həmin” sözündən

C) “Müvafiq” sözündən

D) “Hazırkı” sözündən

E) Heç biri




 Dövlət orqanlarının (vəzifəli şəxslərin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amillərinə aid olmayan bəndi 

seçin.


A) Diskresion səlahiyyətlərin geniş olması

B) İnzibati prosedurların olmaması

C) Səlahiyyətlərin dispozitiv imkan kimi müəyyənləşdirilməsi

D) Qanundakı boşluqların icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə doldurulması

E) İcra hakimiyyəti orqanının səlahiyyətindən kənar normativ hüquqi aktın qəbul edilməsi

Hüquqi boşluqların mövculuğu ilə əlaqədar olan tipik sui-istifadə amillərindən biri aşağıdakı hansı bənddə düzgün göstərilib?

A) Hüquqpozmaya görə vəzifəli şəxs üçün məsuliyyətin müəyyən edilməməsi

B) Diskresion səlahiyyətlərin geniş olması

C) Qanundakı boşluqların icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə doldurulması

D) Fiziki və hüquqi şəxslərin hüquqlarından dövlət orqanı (vəzifəli şəxs) tərəfindən sui-istifadə edilməsi imkanı

E) Şəxsə məxsus olan hüquqların həyata keçirilməsi üçün ona lazım olduğundan daha yüksək tələblərin irəli sürülməsi

 Aşağıdakılardan biri alternativ sanksiya deyil.

A) beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

B) iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

C) beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır

D) iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə 

nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə və ya edilməməklə eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

E) Heç biri

Nisbi-müəyyən sanksiya olan bəndi seçin.

A) beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

B) iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

C) beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır

D) iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə 

nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə və ya edilməməklə eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

E) Heç biri



İntizam xətalarının anlayışı aşağıdakılardan hansı bənddə düzgün qeyd olunub?

A) Xidməti (qulluq) münasibətlər sahəsində törədilən və əsasən xidmətdə tabeçilik münasibətləri qaydalarını pozan hüquq pozuntularıdır

B) Qanunla müəyyən olunmuş ictimai qaydaya, dövlət orqanlarının icraedici və sərəncamverici fəaliyyəti (xidməti vəzifələrin yerinə 

yetirilməsi ilə bağlı olmayan) sahəsində olan münasibətlərə qəsd edən hüquq pozuntularıdır

C) Əmlak və insan üçün mənəvi dəyərə malik olan qeyri-əmlak münasibətləri sahəsində törədilən hüquq pozuntularıdır.

D) Dövlət və ictimai quruluşun əsaslarına, mülkiyyətə, şəxsiyyətə, vətəndaların hüquqlarına, silahlı qüvvələrin döyüş qabiliyyətinə qəsd edən 

hüquq pozuntularıdır

E) İctimai təhlükəlilik dərəcəsinə daha ağır hesab olunan hüquq pozuntuları

 Aşağıdakılardan hansı normativ xarakterli akt deyil?

A) Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları

B) Məhkəmə-Hüquq Şurasının qərarları

C) Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları

D) Azərbaycan Respublikası Milli Məclisinin qərarları

E) Yerli icra hakimiyyəti orqanlarının qərarları

Aşağıda qeyd olunanlardan hansı qanunçuluğun əsas tələbləri sırasına aid deyil?

A) Qanunun bütün digər hüquqi aktlarla münasibətdə aliliyi

B) Qüvvədə olduğu bütün ərazilərdə qanunların vahid qaydada dərk edilməsi və tətbiq edilməsi

C) Qanunun müdafiəsindən bütün vətəndaşların bərabər istifadə imkanı və qanunun göstərişlərinə əməl etməklə bağlı bərabər vəzifələri

D) Məqsədəuyğun olmayan qanunların realizəsində vətəndaşlara sərbəstlik verilməsi

E) Bir insan tərəfindən hüquq və azadlıqların həyata keçirilməsi başqa şəxslərin hüquq və azadlıqlarını məhdudlaşdırmaması

 Normativ hüquqi aktların qeyri-rəsmi topluları və məcmuələri kim tərəfindən hazırlana bilər?

A) Bütün fiziki və hüquqi şəxslər tərəfindən

B) Bilavasitə normayaratma orqanı tərəfindən

C) Xüsusi səlahiyyət verilmiş dövlət orqanları tərəfindən

D) Bu sahədə ixtisaslaşmış ictimai təşkilatlar tərəfindən

E) Qeyd edilənlərin hamısı tərəfindən




Yüklə 199,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə