Aşağıdakılardan hansı hüquq nəzəriyyəsi elmini düzgün ifadə edir?



Yüklə 209,35 Kb.

səhifə7/10
tarix05.09.2018
ölçüsü209,35 Kb.
1   2   3   4   5   6   7   8   9   10

 “Təbii hüquq” anlayışı latınca necə ifadə olunur?

A) Jus soli

B) Jus naturale

C) Jus gentium

D) Jus sanguinis

E) Jus civile

Mütləq-müəyyən sanksiya olan bəndi seçin.

A) beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

B) iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

C) üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır;

D) göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir

E) Heç biri.

Qeyd olunanlardan öhdəlikdən irəli gələn hüquqdur? 

A) Hər kəsin mülkiyyət hüququ vardır;

B) Hər kəsin həbsə alındığı və ya ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququ vardır;

C) Hər kəsin əqli mülkiyyət hüququ vardır;

D) Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır;

E) Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır

Vəzifə ilə hüququn fərqləndirilməsi. Aşağıda qeyd olunanlar sırasında vəzifə olmayan bəndi seçin?

A) Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək;

B) Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etmək;

C) Tarix və mədəniyyət abidələrini qorumaq;

D) Vətənə sədaqət;

E) Müdafiəçinin yardımından pulsuz istifadə etmək.




 Qeyd olunanlardan biri prinsip norma deyil? 

A) Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır;

B) Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır;

C) Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir;

D) Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir;

E) Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.

Aşağıda qeyd olunanlardan hansı normativ hüquqi aktların məcburi rekvizitləri sırasına daxil deyil?

A) Aktın növü

B) Hüquqi tənzimləmə predmetini əks etdirən normativ hüquqi aktın adı

C) Aktın qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi

D) Müvafiq normativ hüquqi aktı rəsmi imzalamaq səlahiyyətinə malik olan şəxsin adı, soyadı, vəzifəsi və imzası

E) Normativ hüquqi aktın bölmələrinin, fəsillərinin və maddələrinin adlarının qeyd olunduğu mündəricat

"Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının 

qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna 

olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir" cümləsində təsbit olunan məsələ nədir? 

A) Dövlətin güc tətbiq etməsinin şərtləri təsbit olunur;

B) Yaşamaq hüququnun məhdudlaşdırılmasının şərtləri təsbit olunur;

C) Yaşamaq hüququna qəsdin şərtləri təsbit olunur;

D) Qeyd olunan davranışların edilməsi qadağan olunur;

E) Cavabların hamısı düzgündür.

 “Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində 

sərəncam vermək hüquqlarından ibarətdir.” ifadəsində yaranan hüququn hipotezasını müəyyən edin və xarakterizə edin?

A) Mülkiyyət hüququ - hadisədir;

B) Mülkiyyət - haldır;

C) Mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olması, əmlakdan istifadə etməsi və onun barəsində sərəncam verməsi - 

hərəkətdir;

D) Mülkiyyət hüququ - haldır;

E) Mülkiyyət - hadisədir;




"Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola 

bilməz." ifadəsi öhdəliyin hansı elementini yaradır? 

A) Səlahiyyət;

B) Vəzifə;

C) Hüquq;

D) Qadağa;

E) İmtiyaz.

"Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli 

şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət zamanı və hərbi vəziyyət vətəndaşlara tələb olunan işləri 

gördürmək hallarına yol verilir." cüməsində yaranan davranışın xarakterini müəyyən edin. 

A) Vətəndaşa münasibətdə hüquq;

B) Səlahiyyətli şəxslərə münasibətdə səlahiyyət;

C) Səlahiyyətli şəxslərə münasibətdə vəzifə;

D) Vətəndaşa münasibətdə qadağa;

E) Səlahiyyətli şəxslərə münasibətdə qadağa.

Qeyd olunan tərif aşağıdakı anlayışlardan hansını ifadə edir: "İnsanların fəaliyyətinə və davranışlarına müxtəlif üsullar (məsələn, harizma, 

avtoritet, hüquq, zorakılıq) vasitəsilə təsir etmə imkanı". 

A) Sosial normalar

B) Hakimiyyət

C) Tənzimləmə

D) Hüquq münasibətləri

E) Normayaratma prosesi




"Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli 

şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət zamanı və hərbi vəziyyət vətəndaşlara tələb olunan işləri 

gördürmək hallarına yol verilir." Bu normada hipotezanı xarakterizə edin. 

A) Alternativ hipoteza;

B) Mürəkkəb hipoteza;

C) Mücərrəd hipoteza;

D) Sadə hipoteza

E) Heç biri

Faktiki olaraq uzun müddət tətbiq olunmaqla vərdişə çevrilmiş davranış qaydası necə adlanır? 

A) Hüquq norması

B) Əxlaq norması

C) Adət norması

D) Din norması

E) Heçbiri

"Hüquq norması" ilə "hüquqi norma" anlayışları eyni mənanı ifadə edir mi?

A)Xeyr, "hüquq norması" qanun deməkdir, "hüquqi norma" isə müəyyən bir qanunun əsaslandığı üstün qüvvəli aktlardır

B) Bəli, hər ikisi bütün normativ hüquqi akları ifadə edir

C) Bəli, hər ikisi parlament tərəfindən qəbul olunan qanunları ifadə edir

D) Xeyr, "hüquq norması" normanın mahiyyətini ifadə edir və sosial normaların növlərindən biri nəzərdə tutulur, "hüquqi norma" isə normanın 

necəliyini ifadə edir

E) Düzgün cavab yoxdur

Qeyd olunan tərif hüquq haqqında nəzəriyyələrdən hansına aiddir? "Hüquq - dövlət tərəfindən yaradılan və mühafizə olunan, ictimai 

münasibətləri nizama salan, formal müəyyən olunmuş ümumməcburi davranış qaydalarıdır."

A) Sosioloji məktəb

B) Təbii hüquq məktəbi

C) Psixoloji məktəb

D) Pozitivist məktəb

E) Heç biri




: public html -> files -> uploader -> Imtahan -> Huquq
Huquq -> Ekologiyanın bir elm kimi yaranması və təşəkkül tapması onun inkişaf tarixinin hansı mərhələsinə aid edilir ?
Huquq -> Proqnozlaşdırma nə deməkdir? A sonradan görmə, anlayış
Huquq -> Ekologiyanın bir elm kimi yaranması və təşəkkül tapması onun inkişaf tarixinin hansı mərhələsinə aid edilir ?
Huquq -> Müalicəvi palçığı ilə məşhur göllər: a böyük Şor və Masazır gölləri
Huquq -> Hansı fənn əsrlər boyu multikulturalizmin meydana gəlməsinin
Huquq -> Bxh-la tənzimlənən münasibətlərini xarakterizə edən əlamətlərə
Huquq -> Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət proqramının əsas
Huquq -> 1 Pərakəndə alqı-satqı müqaviləsi hansı formada bağlanmalıdır? A şifahi formada b sadə yazılı formada c satıcının alıcıya kassa və ya əmtəə çeki, malın ödənildiyini təsdiq edən başqa sənədi verməsi ilə
Huquq -> Torpaqlar. D müsəlman dini idarələrinin ixtiyarında olan torpaqlar. E
Huquq -> Mövcud olan və potensial əmtəə alıcılarının məcmusu hansı anlayışda ifadə olunur?


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə