Aşağıdakılardan hansı hüquq nəzəriyyəsi elmini düzgün ifadə edir?



Yüklə 199,96 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix05.09.2018
ölçüsü199,96 Kb.
#66844
1   2   3   4   5   6   7   8   9   10

Hüququn formalarından hansı hüquqi sənədlərdə əks olunmur?

A) Hüquqi adətlər

B) Normativ hüquqi aktlar

C) Hüquqi presedentlər

D) Məhkəmə təcrübəsi

E) Heç biri

İslam hüququnda hüququn əsas mənbələrindən biri hesab olunan "qiyas" aşağıdakılardan hansına uyğun gəlir?

A) Məhkəmə presedenti;

B) Hüquq doktrinası;

C) Hüququn analogiyası;

D) Normativ hüquqi akt;

E) Hüquq adəti.

Aşağıda qeyd olunanlardan hansı Azərbaycan Respublikasında hüququn mənbəyi hesab olunmur?

A) Hüquqi presedent

B) Normativ hüquqi aktlar

C) Hüquqi adətlər

D) Beynəlxalq hüquq normaları

E) Qeyd olunanların hamısı Azərbaycan Respublikasında  hüququn mənbəyi hesab olunur

Aşağıda qeyd olunanlardan hansı normativ hüquqi aktla müqayisədə hüquqi presedentin mənfi tərəfidir?

A) Hüquqi presendent nromativ hüquqi aktla müqayisədə daha az təcrübəyə əsaslanır

B) Hüquqi presedent, normativ hüquqi aktla müqayisədə daha az məntiqə və mühakiməyə əsaslanır

C) Hüquqi presendetlərin sayı normativ hüquqi aktla müqayisədə daha çox olduğuna görə tətbiqi hüquqşünaslar üçün çətinliklər törədir

D) Hüquqi presendetlər, normativ hüquqi aktla müqayisədə daha çox özbaşınalığa şərait yaradır

E) Hüquqi presedentlərin normativ hüquqi aktla müqayisədə mənfi tərəfi yoxdur




Hüquqi adətə aid olmayan əlamət aşağıdakılardan hansıdır?

A) Lokal xarakterlidir

B) Vərdişə əsaslandığına görə könüllü xarakter daşıyır

C) Normativ hüquqi aktlarda təsbit olunur

D) Qeyri-müəyyən şəxslər dairəsi üçün və dəfələrlə tətbiq olunmaları məqsədilə təsbit olunur

E) Fərdi xarakterlidir

Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozulması hansı növ hüquq pozuntusudur?

A) Konstitusion hüquq pozuntusu;

B) Cinayət hüquq pozuntusu;

C) Mülki hüquq pozuntusu;

D) İntizam hüquq pozuntusu;

E) İnzibati hüquq pozuntusu.

Hansı normativ tənzimləyicilər üçün "ümumməcburi normativlik" və "formal müəyyənlik" ifadələri aiddir?

A) Hüquq sistemi

B) Normativ tənzimləmə sistemi

C) Qanunvericilik sistemi

D) Hüquq normaları

E) Əxlaq normaları

"Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır." Bu cümlədə istifadə olunan "milli mənsubiyyət" anlayışının kazual 

təfsirinin istiqaməti aşağıdakı cavablardan hansında verilib?

A) Milli mənsubiyyət anlayışının məzmunu Azərbaycan dilinin leksik mənasına uyğun şərh edilir;

B) Milli mənsubiyyət anlayışı Azərbaycan Respublikasının ərazisində yaşayan insanların tarixi-siyasi dəyərlərinə uyğun şərh edilir;

C) Milli mənsubiyyət beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun şərh edilir;

D) Milli mənsubiyyət hər bir real hüquqi mübahisələrə fərdi yanaşılmaqla şərh edilir;

E) Milli mənsubiyyət insan ləyaqəti ilə bağlı olan məsələ olduğuna görə hər zaman qorunmalı və ona hörmət edilməlidir.



Sosial normalar, texniki normalardan əsas hansı əlamətə görə fərqlənirlər?

A) Yaranma tarixinə görə

B) Tənzimləmə predmetinə görə

C) Təsbit olunma formasına görə

D) Detallaşdırma dərəcəsinə görə

E) Mühafizə olunma üsuluna görə

Aşağıda qeyd olunan əlamətlərdən hansı sosial normalara aid deyil?

A) Ümumi və məcburi xarakterlidirlər

B) İctimai münasibətləri nizama salırlar

C) Bir qayda olaraq insanların şüurlu-iradəvi fəaliyyəti nəticəsində yaranırlar

D) Bir dəfəlik tətbiq olunmaq üçündür

E) Sanksiya təminatı altındadır

Qeyd olunan hallardan hansı normativ hüquqi aktın qüvvəsinin itirilməsinə əsas deyil?

A) Normativ hüquqi aktın tətbiqi müddəti başa çatdıqda;

B) Normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv edildikdə;

C) Normativ hüquqi akt Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə;

D) Eyni ictimai münasibəti tənzimləyən yeni normativ hüquqi əkt qəbul olunduqda;

E) Normativ hüquqi aktın tətbiqi tarixi-siyasi şəraitə uyğun olmadıqda.

Sosial normalardan hansı birbaşa dövlətlə əlaqədardır?

A) Hüquq normaları

B) Direktivlər

C) Korporativ normalar

D) İqtisadi normalar

E) Siyasi normalar




Tənzimlənən ictimai münasibətlərə görə hüquq ilə əxlaqın qarşılıqlı əlaqəsi aşağıdakılardan hansında düzgün ifadə olunub?

A) Hüquq və əxlaq eyni sosial münasibətləri nizama salır

B) Əxlaq daha geniş sosial münasibətlər dairəsini nizama salır

C) Hüquq daha geniş sosial münasibətlər dairəsini nizama salır

D) Hüquq və əxlaqın nizama saldığı sosial münasibətlər bir birindən tamamilə fərqlənir

E) Hüquq və əxlaq eyni sosial münasibətləri nizama salır, lakin hər ikisinin nizama saldığı xüsusi münasibətlər də mövcuddur

Aşağıdakı təriflərdən hansı korporativ normalara aiddir?

A) İnsanlar və təşkilatlar arasında münasibətləri nizama salan qaydaların məcmusu

B) Müxtəlif dinlər tərəfindən təsbit olunmuş və ancaq dindarlar üçün məcmuri olan normalar

C) İctimai təşkilatlar tərəfindən qəbul olunan və həmin ictimai təşkilatlar daxili münasibətləri nizama salan normalar

D) Dövlət tərəfindən qəbul olunan və mühafizə olunan normalar

E) Müəyyən ictimai mühitdə təşəkkül tapan və dəfələrlə tətbiq olunması nəticəsində vərdişə çevrilən normalar

Hüquq düşüncəsinin strukturuna aşağıdakı elementlərdən hansı daxildir?

A) Hüquqi ideologiya və hüquqi fəallıq

B) Hüquqauyğun davranış və hüquq pozuntusu

C) Hüquqi faktlar və hüquq münasibətləri

D) Hüquqi ideologiya və hüquqi psixologiya

E) Hüquqi nihilizm və hüquqi demaqoqiya

Hisslər, emosiyalar, əhval, həyacan hüquq düşüncəsinin hansı struktur elementinə aiddir?

A) Davranış elementlərinə

B) Hüquqi ideologiyaya

C) Hüquqi nihilizmə

D) Hüquqi demaqoqiyaya

E) Hüquqi psixologiyaya




Yüklə 199,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə