Aşağıdakılardan hansı və ya hansılar peritisklin funksiyalarına



Yüklə 317,09 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix17.11.2018
ölçüsü317,09 Kb.
#80844
  1   2   3   4   5   6   7


1

Aşağıdakılardan hansı və ya hansılar peritisklin funksiyalarına 

aiddir? 1.Yan köklərin əmələ gəlməsini təmin edir.   2.Təpə 

meristemlərini(apikal) əmələ gətirir.   3.Peridermanın inkişafını 

təmin edir.  4.Kökün birinci quruluşdan ikinci quruluşa keçməsini 

təmin edir   A)3,4      B)1,4      C)1,3,4     D)2,3    E)yalnız4 

2

Nöqtələri tamamlayın.  Adətən bitkilərdə kök tükcüyünün uzunluğu 



1-2mm olur. Ancaq.... 3mm-ə çatır.   A)Su bitkilərində     

B)Cillərdə    C)Paxlalı bitkilərdə    D)Epifit  bitkilərdə    

E)Taxıllarda və cillərdə

3

Rizoderm hüceyrələrində ribosomlar və mitoxondrilər nə hasil 



edirlər?   A)Ribosomlar  ATF;Mitoxondrilər zülal       

B)Ribosomlar zülal; Mitoxondrilər lipid   C)Ribosomlar zülal; 

Mitoxondrilər enerji (ATF)    D)Ribosomlar karbohidrat; 

Mitoxondrilər ATF    E)Ribosomlar ATF; Mitoxondrilər 

karbohidrat

4

Aerenximin əsas vəzifəsi nədir? A)Suyun saxlanmasına və ehtiyatla 



işlənməsinə kömək edir    B)Qaz mübadiləsinin normal getməsini 

təmin edir     C)Taxılllarda yarpaqların qın hissəsini əmələ gətirir    

D)Kökü və yarpaqları oksigenlə təmin edir    E)Torpaqdan qidalı 

maddələri adsorbsiya edir

5

İkinci meristemləri göstərin.   A)Fellogen, kambi   B)Peritiskl  



C)Fellogen     D)Prokambi, fellogen    E)Fellogen, peritiskl 

6

Hansı mülahizələr hidropotlara aiddir?  1.Su bitkilərində yarpağın 



su ilə təmasda olan hissəsini xaricdən örtür    2. Tək-tək  və ya qrup 

halında yerləşir   3.Bəzi bitkilərdə xüsusi olaraq soruculuq 

funksiyasını yerinə yetirən toxumadır   4.Əsas vəzifələri seçiciliklə 

suda həll olmuş mineral maddələri sovurmaqdır   5.Nelüfər 

bitkisinin üzən yarpaqlarının alt hissəsində görmək olar  A)3,4,5   

B)1,2,4,5  C)2,3,5    D)1,4,5    E)1,2,5

7

Epidermis necə toxumadır və onun hansı qabiliyyətləri  var?    



A)Sadə toxumadır; Bölünmə qabiliyyəti var   B)Sadə toxumadır; 

Soruculuq, sintezetmə və qıcıqlanma qabiliyyəti var   C)Mürəkkəb 

və çoxfunksiyalı toxumadır; Soruculuq,sintezetmə və qıcıqlanma 

qabiliyyəti var   D)Mürəkkəb və çoxfunksiyalı toxumadır; Bölünmə 

qabiliyyəti var    E)Sadə toxumadır; Yalnız sintezetmə qabiliyyəti 

var


8

Epidermis hüceyrələrində rəngsiz plastidlər və duz kristallarının 

vəzifəsi nədir?  A)Parıltılıq verərək günəş şüalarını əks etdirir və 

hüceyrəyə müxtəlif rənglər verir   B)Buxarlanmaya kömək edir   

C)Su toplama vəzifəsini yerinə yetirir   D)Parıltılıq verərək günəş 

şüalarını əks etdirir, yarpağı və başqa orqanları qızmağa qoymur, 

buxarlanmanın qarşısını alır     E)Fotosintez prosesinin getməsinə 

xidmət edir

9

Ağızcıq hüceyrələrində hansı ionlar çox olduqda qonşu 



hüceyrələrdən susovurma qabiliyyəti yüksəlir və hüceyrənin 

osmotik gərginliyi artır?  A)Kalium  B)Kalsium və Maqnezium   

C)Maqnezium    D)Kalium və Kalsium   E)Natrium

10

Çılpaqtoxumlu bitkilərin ağızcıqları necə adlanır və bu termin kim 



tərəfindən müəyyən edilmişdir?  A)Hidropotlar; 1857ci ildə Saşina   

B)İki mərtəbəli; 1975ci ildə V.X.Tutayuk   C)Pinopisoid;1775ci 

ildə V.X.Tutayuk   D)Batıq ağızcıq; 1986cı ildə Z.H.Hümbətov   

E)Pinopisoid; 1975ci ildə Saşina




11

Polidermin ümumi qalınlığı neçə hüceyrə qatından ibarətdir və 

xarici qat necə hüceyrələrdən təşkil olunmuşdur? A)15-25; ölü 

hüceyrələr   B)20-25; canlı hüceyrələr    C)10-15; ölü hüceyrələr    

D)20-25; ölü hüceyrələr   E)35-45; canlı hüceyrələr

12

Tam formalaşmış mantar örtüyü neçə qatdan ibarətdir? A)2  B)3  



C)1   D)5   E)4

13

Epidermis hansı bitkilərdə fellogenə özü başlanğıc verir?       



A)Armud, əzgil, heyva, söyüd   B)Kəndəlaş, söyüd, alma,armud   

C)Heyva, şamdangülü, əzgil, alma    D)Söyüd, heyva, şamdangülü, 

tozağacı   E)Tozağacı, kəndəlaş, əzgil, armud

14

Uyğunluğu müəyyən edin. Bitkilərin bəzilərində tükcüklər çevrilir:



      Tikana      Nektara       Liflərə     Əmici tellərə 

A)   Kökdə    Pambıqda   Çiçəklərdə   Qızılgüldə

B)  Pambıqda  Çiçəklərdə  Qızılgüldə   Kökdə 

C)  Qızılgüldə  Çiçəklərdə  Pambıqda   Kökdə

D) Çiçəklərdə   Qızılgüldə   Kökdə      Pambıqda

E) Pambıqda    Kökdə         Qızılgüldə  Çiçəklərdə

15

İlkin mübadilə məhsulları hansılardır?  A)Zülallar,efir yağları  



B)Flavanoidlər,qətranlar   C)Karbohidratlar,tanninlər  

D)Saponinlər,steroidlər    E)Karbohidratlar,zülallar

16

Uygunluğu müəyyən edin.



1.Birinci quruluş mərhələsinə uğrayır    a.ikiləpəlilər

2.İkinci quruluş mərhələsinə uğrayır      b.birləpəlilər

3.Üçüncü quruluş mərhələsinə uğrayır   c.çılpaqtoxumlular                                                                 

d.ayıdöşəyikimilər     A)1-b;2-a,c;3-d     B)1-d;2-a,c;3-b         C)1-

a;2-c,d;3-b      D)1-c;2-b,d;3-a    E)1-a;2-b,c;3-d

17

İfadələrdən hansı endodermin inkişafının ikinci mərhələsinə aiddir? 



A)Endoderm hüceyrələri nazik qılafa malik olmaqla bir-birinə 

birləşir    B)Endoderm hüceyrələrinin qılafında suberinə oxşar 

maddələr toplanaraq odunlaşma gedir   C)Xarici tangental  divar 

qalınlaşmır   D)Birləpəlilər ikinci quruluş mərhələsinə uğrayır  

E)Endoderm hüceyrələrinin divarları daxildən tamamilə 

suberinləşir

18

Mülahizələrdən hansı yanlışdır?   A)İri ötürücü topalar 



sklerenximlə əhatə olunub   B)Xırda ötürücü topalar  sıx birləşmiş 

əhatəedici parenxim tipli hüceyrələrlə dövrələnir    C)İri ötürücü 

topalar sıx birləşmiş əhatəedici parenxim tipli hüceyrələrlə 

dövrələnir   D)Yarpaq,gövdə və saplaqdakı ötürücü topalar adətən 

iri və xırda olur   E)İri ötürücü topalar hər 2 tərəfdən epidermisə 

birləşir


19

İfraz edilən maddələrin miqdarı nədən asılı olaraq azalıb-çoxala 

bilir?  A)Ziyanvericilərin təsirindən   B)Qoruyuculuq 

funksiyasından    C)Turqorun zəifləməsindən    D)İlin fəslindən və 

həşəratların oyanma dövründən   E)Xarici mühitin təsirindən

20

Nektarlıqlar yerləşməsinə görə neçə yerə ayrılır?  A)2   B)4   C)6   



D)3     E)5

21

Həzm vəzicikləri hansı bitkilərdə ferment və turşular ifraz edərək tutulan 



həşəratı həzm edir?   A)Nepentes, su zanbağı    B)Su zanbağı, meşəgilası    

C)Sarrasensiya,nepentes     D)Maqnoliya, sarrasensiya     E)Lavr, 

zəravənd



Yüklə 317,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə