Asciİ, unicode ilə sadə məsələlər



Yüklə 20,64 Kb.
səhifə1/3
tarix22.04.2022
ölçüsü20,64 Kb.
#85883
  1   2   3

ASCİİ, UNİCODE ilə sadə məsələlər

ASCİİ – də 1 simvol=1 bayt, Unicode- da 1 simvol=2 bayt. Əgər kodlaşdırmanın adı verilməyibsə ASCİİ götürülür.

52. Unicode kodlaşdırmasında hər simvol nə qədər yer tutur?

A) 1b B) 2b C) 1Kb D) 15bit E) 3b

53. Unicode kodlaşdırmasında “informasiya prosesləri” ifadəsi üçün yaddaşda neçə bayt ayrılır?

A) 22 B) 44 C) 21 D) 42 E) 24

56. Mətn yaddaşda 120 bayt yer tutur. Mətn neçə simvoldan ibarətdir?

A) 12 B) 15 C) 960 D) 120 E) 96

58. Mətn yaddaşda 7Kb yer tutur. Mətn neçə simvoldan ibarətdir?

A) 7168 B) 56 C) 7 D) 57344 E) 696

59. Mətn 128 simvoldan ibarətdir. Mətn kompüterin yaddaşında nə qədər yer tutr?

A) 128b B) 128bit C) 15b D) 15bit E) 15Kb

60. 2 səhifəlik informasiya yaddaşda 195 bayt yer tutur. 1 – ci səhifədəki informasiyanın həcmi 2 – cidən 2 dəfə çoxdur. 1 – ci səhifədə neçə simvol var?

A) 260 B) 120 C) 195 D) 65 E) 130

67. “İnformatika” sözünün yaddaşda saxlanması üçün nə qədər yer tələb olunur? ?(dırnaq işarələri nəzərə alınmır)

A) 8b B) 11bit C) 3b D) 24b E) 88bit

68.”İnformasiya prosesi” ifadəsi üçün yaddaşda nə qədər yer ayrılır? ?(dırnaq işarələri nəzərə alınmır)

A) 19 bit B) 19b C) 17bit D) 152b E) 18b

70. Bir simvol neçə baytdır?

A) 1 B) 2 C) 8 D) 255 E) 1024

72.”Mən tələbəyəm” cümləsində neçə bayt informasiya saxlanılır? ?(dırnaq işarələri nəzərə alınmır)

A) 15 B) 8 C) 12 D) 13 E) 40

73. “Excel” sözünün kodlaşdırılması üçün nə qədər yaddaş sahəsi lazımdır? ?(dırnaq işarələri nəzərə alınmır)

A) 5bit B) 7b C) 40 bit D) 7bit E) 40b

75. “İnformasiya texnologiyaları!” söz birləşməsi yaddaşda neçə bayt yer tutur?(dırnaq işarələri nəzərə alınmır)

A) 25 B) 26 C) 28 D) 30 E) 29

79. Unicode sistemində daxil edilmiş bir simvolun kodu ASCİİ kod sistemində neçə simvolun koduna bərabərdir?

A) 2 B) 1 C) 65536 D) 4 E) 16

80. Unicode sistemində yığılmış “Computer” sözünün informasiya miqdarı nə qədərdir?(dırnaq işarələri nəzərə alınmır)

A) 8bit B) 10bit C) 64bit D) 160bit E) 128bit

81. İ*AM*A*MANAGER sözünün kodlaşdırılması üçün nə qədər yaddaş sahəsi lazımdır?

A) 112b B) 11b C) 11bit D) 14bit E) 112bit

109. Unicode kodlaşdırmasında 20 simvoldan ibarət mətnin həcmi neçə bayta bərabərdir7

A) 40 B) 320 C) 160 D) 20 E) 80

110. Kompüterin yaddaşında bir simvolun kodlaşdırılması üçün yaddaşda nə qədər yer ayrılır?

A) 8bayt B) 8bit C) 1Mb D) 8kb E) 1 bit

113. İ*READ*A*BOOK ifadəsi yaddaşda neçə bit yer tutur?

A) 13 B) 104 C) 88 D) 96 E) 80

125. 2 səhifəlik informasiya yaddaşda 400 bayt yer tutur. Birinci səhifədəki informasiyanın həcmi 2 – cidən 3 dəfə çoxdur. 1 – ci səhifədə neçə simvol var?

A) 100 B) 200 C) 300 D) 320 E) 350

149. Mətn yaddaşda 80 bit yer tutur. Mətn neçə simvoldan ibarətdir7

A) 80 B) 10 C) 8 D) 64 E) 640



Kitab məsələləri

Bu tip məsələlərdə H=səh*sətir*simvol*N istifadə edilir. N – kodlaşma ASCİİ olduqda 1 - ə, Unicode olduqda 2 - ə bərabərdir. H həmişə baytla olur.



54. Məlumatın yazılması üçün hər səhifədə 25 sətir olmaqla 3 səhifə istifadə olunmuşdur. Hər sətirdə 60 simvol olarsa, həmin məlumatın həcmi nə qədərdir?

A) 4500 b B) 4500Kb C) 1500 bit D) 1200Mb E) 1536Kb



55. 5 səhifəlik məlumat yaddaşda 8775 bayt yer tutur. Hər səhifədə 15 sətir olarsa, bir sətirdə neçə simvol yerləşər?

A) 175 B) 200 C) 25 D) 1755 E) 117



92. Əgər elektron sənədin hər səhifəsində 16 sətir varsa və hər sətirdə 128 simvol yerləşərsə, onda 40Kb həcmli sənədin neçə səhifəsi olar?

A) 40 B) 32 C) 20 D) 24 E) 56



94. Kitab orta hesabla 20Kb tutuma malikdir. Kitabın bir səhifəsi hər birində 64 simvol olmaqla 40 sətirdən ibarətdir. Kitabda neçə səhifə vardır?

A) 10 B) 16 C) 8 D) 4 E) 12



96. Unicode standartı ilə yığılmış kitabda 1 səhifədə 32 sətir, hər sətirdə 64 simvol var. 80Kb ümumi həcmə malik olan bu kitabda neçə səhifə olar?

A) 10 B) 20 C) 40 D) 80 E) 120



97. Kitabda 1 səhifədə 32 sətir, hər sətirdə 64 simvol var. 160Kb ümumi həcmi olan kitabda neçə səhifə olar?

A) 40 B) 64 C) 160 D) 20 E) 80



99. Əgər Unicode standartı ilə yığılmış elektron sənədin hər səhifəsində 16 sətir və hər sətirdə 128 simvol varsa, onda 80Kb həcmli bu sənədin neçə səhifəsi olar?

A) 32 B) 24 C) 20 D) 56 E) 40



101. Unicode ilə yığılmış kitab orta hesabla 10Mb tutuma malikdir. Kitabın bir səhifəsi hər birində 32 simvol olmaqla 32 sətirdən ibarətdir. Kitabda neçə səhifə vardır?

A) 160 B) 1024 C) 5120 D) 5210 E) 10240



112. 256 səhifəli kitabın hər səhifəsində 16 sətir və hər sətirdə 32 simvol var. Bu kitab Unicode sistemi ilə kodlaşdırılsa, yaddaşda nə qədər yer tutar?

A) 64Kb B) 512Kb C) 128Kb D) 256Kb E) 1Mb



114. 800Kb həcmə malik olan fayla ən çox neçə səhifəli kitab yerləşdirmək mümkündür?(hər səhifədə 32 sətir, hər sətirdə 64 simvol var)

A) 640 B) 1280 C) 400 D) 160 E) 80



115. Unicode kodlaşmasında hər səhifəsində 32 sətir, hər sətrində 128 simvol olmaqla, 2Mb həcmə malik olan mətn neçə səhifədən ibarətdir?

A) 512 B) 256 C) 1024 D) 128 E) 2048



117. Kitabın hər səhifəsində 36 sətir və hər sətirdə 96 simvol var.Unicode kodlaşdırmasında 72 səhifə yaddaşda neçə Kb yer tutar?

A) 243 B) 486 C) 128 D) 256 E) 500



120. Hər səhifəsində 48 sətir, hər sətrində isə 96 simvol olan kitab Unicode kodlaşdırmasında yaddaşda 4,5Mb yer tutur. Kitabın neçə səhifəsi var?

A) 512 B) 500 C) 484 D) 400 E) 256



130. Kitabın bir səhifəsində 36 sətir və hər sətirdə 96 simvol var. ASCİİ kodlaşdırmasında 72 səhifə yaddaşda neçə Kb yer tutur?

A) 243 B) 486 C) 128 D) 256 E) 500




Yüklə 20,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə