Asif Ata elmin hüdudlari və zamanin üFÜQLƏRİ



Yüklə 41,47 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü41,47 Kb.
#37062


 

Asif Ata 



 

ELMİN HÜDUDLARI VƏ ZAMANIN ÜFÜQLƏRİ 

 

Son  vaxtlar  mətbuatımızda  elmi-texniki  tərəqqi  problemi  ətrafında  geniş  və  ciddi  söhbət 



gedir.  Ümumən  səmərəli  olan  bu  söhbətdə  başlıca  bir  nöqsan  nəzərə  çarpmaqdadır.  Bəzi 

çıxışlarda  elmi-texniki  inqilabın  cəmiyyətdə  və  incəsənətdə  rolu  mütləqləşdirilir;  elmi-texniki 

tərəqqi  zamanın  sinoniminə  çevrilir,  xüsusi  bir  hadisə  süni  surətdə  ümuminin  əvəzi  kimi 

səciyyələndirilir. 

Biz heç də elmi-texniki inqilabın möhtəşəm uğurlarını inkar etmək fikrində deyilik. Lakin bu 

da  bizim  üçün  aydındır  ki,  elmi  inqilab  olsa-olsa  geniş  zaman  strukturasının  bir  hissəsidir. 

Zaman  axarı  yalnız  elmi-texniki  inqilabla  yox,  bir  çox  iqtisadi,  siyasi-ictimai,  etik  və  estetik 

amillərlə müəyyən olunur. 

Bəzi  müəlliflər  dialektikanın  əksi  olaraq,  bir  cəhəti  zəngin  əlaqələr  sistemindən  təcrid  edir, 

onu  prosesin  yeganə  xüsusiyyəti  kimi  qiymətləndirilər.  Belə  çxır  ki,  hər  şey  elmi-texniki 

inqilabla başlayır və qurtarır. 

Bu, bəzilərində təlaş hissi oyadır. Onların təxəyyülündə dəhşətli bir səhnə yaranır, guya elmi-

texniki  inqilab  tufanı  hər  şeyi  dəyişdirir  –  adi  həyat  tərzindən  bədii  həqiqətin  meyarına  qədər 

həmin  qorxu  və  təlaş  hissi  hörmətli  həmkarım  Boris  Runinin  “Model  ciddiliyi  və  metafora 

sevinci” məqaləsinin (“Literaturnaya qazeta N 1, 1972-ci il) demək olar ki, hər sətrində duyulur. 

Məqalədə bütöv bir zaman konsepsiyası irəli sürülür. Lakin bu konsepsiya yalnız bir, xüsusi 

amil əsasında – elmi-texniki inqilab əsasında qurulmuşdur. Onun birtərəfliliyi və sxematikliyi elə 

bundadır. Runinə görə, elmi-texniki inqilab nələr etmir, özü ilə nələr gətirmir... “Həyat sürətinin 

heyrətamiz  artması”,  “nəsillər  arasında  psixoloji  fərqlərin  kəskinləşməsi,  elmi  rasionalizmin 

həyatın bütün tərəflərinə müdaxilə etməsi”, “həyatın sönükləşməsi”, “hiss aləminin bəsitləşməsi” 

və s. və i.a. bu səbəbdən də sənətin vəzifəsi, “əqli həyatımızda mücərrədliyi əvəz etməkdən, elmi 

insanın (biz yəqin bu şəklə düşmüşük, yaxud düşməkdəyik – A.Ə.) öz bütövlüyünü saxlamasına 

kömək etməkdən ibarətdir”. 

Açıq deməliyəm ki, həmkarlarımın həyəcanlı düşüncələri mənə çox sadəlövh görünür. Burada 

zahiri, keçici cəhətlər əsasında zaman konsepsiyası yaradılır. Ona görə də zaman dayaz, fəlsəfi 

dillə desək, qeyri-substansial məna kəsb edir.  

B.Runinin  konsepsiyasında  və  zamanın  üfüqləri  əsassız  surətdə  eyniləşdirilir.  B.Runinin 

kədərli hekayəti həyatın keçici cəhətlərini əhatə eləyir və problemin əsil mahiyyətindən uzaqdır. 

Elmi-texniki  inqilab  çox  şeyə  qadirdir.  Lakin  varlığın  mahiyyətini,  insani  əlaqələrin  əsasını 

dəyişdirməyə qadir deyil. Onun özü zamanın, cəmiyyətin məhsuludur. 

Elmi rasionalizmin “rasional insan yaradıcılığına, kibernetik maşınların cəmiyyətdə kibernetik 

şüur  bərqərar  edəcəyinə”  “dinamik  zaman  axarının  ildırım  sürətli  hisslər  axını  törədəcəyinə 

inam” – sadəlövhlükdür. 

Mürəkkəb məsələlərin həllində bəsit şüurun məntiqindən çıxış etmək olmaz. 

Bəsit şüur adətən bu və ya başqa hadisəni sezir, duyur, sevinir, yaxud kədərlənir, heyrət edir, 

yaxud  qeyzlənir  və  tələm-tələsik  ümumiləşdirir.  Ona  dünya  gah  sonsuz  dərəcədə  sabit,  gah 

hədsiz dərəcədə dinamik görünür. 



 

Cəmiyyətin  həyatında  müəyyən  bir  tendensiya,  inkişaf  meyli,  amili  yaranan  kimi  dünya 



haqqında yeni bir konsepsiya icad olunur. 

Gözümüzün  qabağında  nə  qədər  “konsepsiyalar”  doğdu  və  öldü.  Urbanist  konsepsiya,  kənd 

konsepsiyası,  yenilikçilik  kultu,  ənənə  kultu.  Bəsit  şüura  gah  elə  gəlirdi  ki,  texnikanın  inkişafı 

sənətin  tam  yenilənməsini  tələb  edir,  gah  da  o,  hər  cür  yenilikdən  qaçmağa  çağırırdı.  Həmişə 

tələsən və sensasiya əsiri olan bəsit şüur yeni hadisələri ildırım sürəti ilə ümumiləşdirməyə cəhd 

etdi və məğlub oldu.  

İndi  bizə  yeni  bir  konsepsiya  –  “əvəzetmə”  konsepsiyası  təqdim  edirlər.  Sabah  başqasını 

təqdim edəcəklər və s. və i.a. 

Yaddan çıxarırlar ki, dəyişkənlik mütləq səciyyə daşımır. Əks təqdirdə bəşəriyyət çoxdan bir 

varlıq kimi yoxa çıxmışdı. 

Bu baxımdan ədəbiyyatda istehsalat mövzusu haqqında Y.Yanovun fikirləri bizdə ciddi etiraz 

oyadır. (Bax: “Voprosı literaturı”, N8, 1972-ci il). İstehsalat janrına bəraət qazandırmağa çalışan 

müəllif bir sıra müddəalar irəli sürür ki, onlarla heç cür razılaşmaq olmaz. 

Əvvəldən  onu  deməliyəm  ki,  Yanov  stereotipik  hücumdan  nahaq  qorxur,  stereotip  onun 

konsepsiyasını gözü üstündə saxlayacaqdır (yeni tipli, hay-küylü elmi-texniki stereotip). Ömrünü 

çoxdan başa vurmuş, “istehsalat janrı” anlayışını biz nə üçün diriltməliyik? Nə baş vermişdir? 

Müəllifi  dinləyək:  “Məgər  insan  ictimai  ümumilik,  kollektiv  vasitəsiylə  öz  dövrünə  doğma, 

yaxud yad olmurmu? 

Məgər  kollektiv  (qoy  o,  ailə,  yaxud  vzvod,  zavod  sexi,  yaxud  institut  olsun)  dövrün  bütün 

yaralarını,  şəxsiyyət  və  cəmiyyət,  qəhrəman  və  şərait  arasındakı  dramatik  kolliziyaları  özündə 

cəmləşdirmirmi?” 

Bütün bunlar doğrudur. Lakin istehsalat janrına bu mülahizələrin nə dəxli var? 

Müəllifin məntiqinə görə, biz nəsə bir “kollektiv janr”a gəlib çıxmalıyıq. 

Sonrakı  sətirlər  hər  şeyi  aydınlaşdırır.  Müəllifin  məqsədini  başa  düşürsən.  Anlayırsan  ki, 

oxucunun  başına,  bir-birinin  ardınca  ritorik  suallar  niyə  yağdırılır.  B.Yanovun  sübut  etmək 

istədiyi  fikir  budur:  “madam  ki,  biz  hamımız  istehsalçıyıq  (kollektivçiyik),  deməli,  müasir 

qəhrəmanın əsas bədii təsvir meydançası istehsalat romanı olmalıdır. 

Burada ailə də rədd olunur (konsepsiyanın ardıcıllığını pozmaq üçün). 

Müəllif  yazır:  “Köhnə  əsrin  ədəbiyyatında  insan  talelərinin  uzlaşdığı,  birləşdiyi  başlıca 

kollektiv bütün konfliktlərin cəmləşdiyi əsas nöqtə, ailə idi. 

Biz isə –  müasir ədəbiyyatın potensial qəhrəmanları – hamımız qulluqçuyuq. 

Son siyahıyaalma göstərdi ki, ölkəmizdə yaşlı əhalinin 92 faizi, yəni əslində hamısı istehsalat 

kollektivlərində yaşayır və işləyir. Biz əslində kollektivsiz mövcud deyilik”. 

V.Yanov  bu  mülahizələrini  istehsalat  janrının  xeyrinə  çox  ciddi  dəlil  hesab  edir.  Əslində 

müəllif  burada  iki  müxtəlif  məzmunlu  anlayışları  qarışdırır:  istehsalat  kollektivi  və  istehsalat. 

Bunlar eyni anlayışlar deyildir. 

Biz istehsalat kollektivində yaşayırıq, lakin istehsalatda itmirik. İstehsalat romanlarında canlı 

fərdlərin məcmuu olan kollektivlərdən daha çox, istehsalat, texnika təsvir olunurdu. 

İstehsalat  romanı  xüsusi  meyar  tələb  edirdi.  Bu  vasitəylə  o,  öz  bədii  zəifliyinə,  psixoloji 

bəsitliyinə bəraət qazandırmağa çalışırdı. Ya müəllif həmin janrı təzədən diriltmək istəyir, ya da 

o dolaşmışdır: kollektiv haqqında köhnə həqiqətləri sadalamaqla ölü janrı diriltmək olmaz. 

Vəziyyəti  V.Yanovun  “pis  istehsalat  romanları”  haqqında  mülahizələri  də  dəyişdirmir. 

İstehsalat  romanı  pis  roman  olduğu  üçün  süquta  uğradı.  Əsil  sənətkarın  bu  terminə  heç  bir 



 

ehtiyacı  yoxdur.  Çünki  o  heç  bir  spesifik  xüsusiyyəti,  adi  romanlardan  fərqli  cəhətləri  ifadə 



etmir, janrın ümumi meyarını dəyişdirmir. 

Bir anlığa eyni meyarla roman və şeir janrına yanaşın. Təbiidir ki, sizi bu işdə tam uğursuzluq 

gözləyir.  Lakin  istehsalat  romanları  üçün  xüsusi  bir  meyar  axtarsanız,  onun  bədii  ibtidailiyinə 

bəraət qazandırmaqdan başqa əlinizdən heç nə gəlməz. 

Əslində,  məsələ  heç  də  bədnam  istehsalat  romanında  deyil.  Məsələ  adi  bir  həqiqətin 

unudulma-sındadır.  Yoldaşlar  yaddan  çıxarırlar  ki,  sənət  nədən,  kimdən  danışırsa-danışsın, 

zamandan danışır. 

Zaman isə öz məzmunu və istiqaməti etibarilə elmi-texniki inqilabdan çox genişdir. 

Zaman  deyərkən  biz  ictimai-siyasi  dəyişikliklərin  dərin  mənasını,  tarixlə  müasirliyin 

əlaqəsini,  ülviliyin  şeiriyyətini  və  bəsitliyin  qəbahətini,  fədakarlığın  böyüklyünü  və  dar,  fərdi 

mənfəətpə-rəstliyin  bayağılığını,  əsil  insani  mövcudluğu  və  heyvani  həyat  tərzini  nəzərdə 

tuturuq. 

Bütün  bunları  təkcə  elmi-texniki  inqilabla  izah  etmək  olmaz.  Əsrimiz  əzəmətlidir,  gözəldir, 

əvəz  edilməzdir.  Lakin  XX  əsr  ilə  bütün  bəşər  tarixi  arasında  “Çin  Səddi”  çəkmək  –  yanlış 

meyildir. 

Düşünmək  olmaz  ki,  elmin  və  texnikanın  inkişafı  az  qala  sənətin  məqsədini,  mahiyyətini 

dəyişdirir. 

Sənət  –  gözəlliyi,  ülviliyi,  yüksək  etik  və  estetik  sərvətləri  təsdiq  etmək,  eybəcərliyi, 

bayağılığı, antihumanizmi inkar etmək üçün yaranmışdır. 

Onun misilsizliyi elə bundadır. 

Bu  səbəbdən  də  müasir  qəhrəmanın  mütləq  fizik,  kosmonavt,  yaxud  mühəndis  olmaları 

haqqında  imperativ  hökmlər  bizə  çox  sxolastik  görünür.  Bəlkə  o,  Tolstoyun  gözəl  Nataşasına 

bənzəyən adi bir qız olacaq. Bəlkə o, mühəndis yox... yeni Faust olacaq? 

Yoxsa  elmi-texniki  inqilab  dövründə  o  qədər  dəyişmişik  ki,  elə  qəhrəmanlara  tam  yad 

olmuşuq? 

Deyəsən, zarafat edirsiniz, dostlar! Çox köhnə nəğmələr oxuyursunuz. 

İndi  rasionallığa,  soyuq,  kasıb  dəmir-beton  sxematizminə,  loqarifmik  mücərrədliyə  doğru 

yox, bütövlüyə, ahəngdar inkişafa, kamilliyə doğru gedirik. 

Dövrümüzün insani mahiyyəti elə bundadır. Elmi tərəqqi bu prosesə mane olmur, əksinə, ona 

yeni təkan verir. 

Ona  görə  də  elmi-texniki  inqilabın  mənfi  tərəflərindən  daha  çox,  müsbət  tərəflərindən 

danışmaq  lazımdır.  Tərəqqinin  bəzi  kölgəli  tərəflərindən  qorxuya  düşmək  və  bu  qorxu 

nəticəsində yanlış konsepsiyalar icad etmək zərərli meyildir. 

Bəzən deyirlər ki, bizim dövrümüzdə şeir daha ağıllı, daha fəlsəfi olur, yaxud olacaqdır. 

Eduardas Mejelaytis yazır ki, “hiss poeziyası öz yerini fikir poeziyasına verir”. 

Ağıla və fəlsəfəyə heç bir iradımız yoxdur. 

Lakin  gəlin  məsələyə  doğrudan  da  fəlsəfi  baxımdan  yanaşaq.  Filosoflar  çoxdan  iki  cür 

təfəkkür növü tanıyırlar: dialektik idrak və bəsit ağıl. 

Birinci  –  gerçəkliyin  mahiyyətini  hərtərəfli  açmağa  qadir  olan  zəngin  şüur,  insan 

mənəviyyatının  bütün  qüvvələrini  səfərbərliyə  alan  dinamik  proses,  qanadlı,  narahat  xəyal 

deməkdir. 

Bir sözlə, dialektik idrak – coşğun hisslə aşılanmış təfəkkürdür. 




 

Bəsit ağıl – soyuq, qapalı, donuq, cılız, biganə fikirdir. Ona görə də yalnız ağıllı poeziya – əsil 



poeziya deyil. Bəsit ağıl səviyyəsində böyük poeziya olmamışdır. Yalnız fikir söyləyən poeziya 

– surroqatdır. Əsil poeziya təkcə ağıllı deyil, o, idrakidir. 

Şeir – coşğun hissə çevrilmiş fikir, dərin poetik fikrə çevrilmiş hissdir. 

Poeziyanı ağıl və hiss növlərinə bölmək – onu şaqqalamaq deməkdir. 

Hiss poeziyasından ayrılmış ağıl poeziyası ürəkdən ayrılmış baş kimidir. 

“Xalis”  fikir  poeziyası,  yaxud  xalis  “hiss”  poeziyası  yoxdur.  Onların  vəhdətindən  yaranmış 

əsil poeziya var. Yalnız ağıllı poeziya – ilhamdan məhrum olan quru sillogizmlər yığnağı, zəngin 

bədii  yaradıcılığın  sxematik  əqliyyətçiliklə  əvəz  olunmasından  başqa  bir  şey  deyildir.  Bu 

cürpoeziyanı təbliğ etmək yox, ondan yaxa qurtarmaq gərəkdir. 

Əsil poeziya nə qədər fəlsəfi və idrakidirsə, bir o qədər hissi-emosionaldır. 

Eduardas Mejelaytisin özünün ən yaxşı əsərləri məhz bu fəlsəfi və hiss birliyinin məhsuludur. 

Bu  gün  “fikir  poeziyası”  termini  yalnız  bayağı  “sevgi  radiuslarına”,  kosmos,  ritm,  temp, 

infarkt, sürət, radi kimi müasir səslənən detalların boş və mənasız sadalanmasına böyük adların 

nadancasına  və  naşıcasına  təkrarlanmasına  (Eynşteyn,  Siolkovski,  Kurçatov  və  s.)  bəraət 

qazandırmağa xidmət edir. Sensasiyaçılıq – şirindir. O cümlədən bəsit şüur sensasiyaçılığı. 

Bəziləri  bu  sensasiyaçılığı  “fikir  poeziyası”  libasına  bürüyür  və  görkəmli  sənətkarların,  o 

cümlədən E.Mejelaytisin nüfuzuna sığınırlar. 

Elmi-texniki inqilab incəsənətin inkişafına təsir göstərirmi? Bəli. 

Lakin  mütləq  mənada  yox  və  həmişə  açıq  şəkildə  yox.  Onun  təsiri  öz  məzmunu  və  siqləti 

etibarilə zamanın təsirindən azdır. 

Dövrümüz özü inqilabi səciyyə daşıyır. 

İnqilabi-texniki tərəqqi sənətin inkişafına, yuxarıda qeyd etdiyimiz kimi, öz mənfi cəhətləri ilə 

yox, müsbət tərəfləri ilə təsir göstərir. 

O, gözəlliyin sərhədlərini genişləndirir, insanın qüdrətini sonsuz dərəcədə artırır, bəşərin əqli 

və mənəvi böyüklüyünü təsdiq edir. 

Sənət üçün başlıca təsir bundan ibarətdir. 

Çünki onun ümdə məqsədi İsanı ən yüksək estetik sərvət kimi tərənnüm etməkdir. 

Elmi-texniki  inqilab  incəsənətə  öz  nailiyyətlərinin  fəlsəfi  nəticələri  ilə,  həyata  inam 

konsepsiyasının təsdiqi ilə təsir göstərir. 

Həm  də  bu  təsir  yalnız  dəqiq  elmlərin  və  texnikanın  inkişafı  ilə  məhdudlaşmır.  Cəmiyyət 

haqqında  elmlərin,  biologiya  elmlərinin  təsirini  nəzərdən  qaçırmaq  olmaz.  (Məsələn, 

bəşəriyyətin  inkişafında  və  dinamikliyin  dialektikasını  öyrənmək  baxımından  genetikanın 

əhəmiyyəti çox böyükdür). 

Elmi-texniki  inqilab  sənətə  təsir  göstərir.  Lakin  onun  təbiətini,  məqsədini,  mahiyyətini 

dəyişdirmir.  

Elm  və  texnikanın  inkişaf  imkanları  hüdudsuzdur.  Lakin  cəmiyyətə  də  incəsənətin  təsiri 

sonsuz  deyil.  Bu  nöqteyi-nəzərdən  elmin  hüdudlarını  və  zamanın  sonsuz  üfüqlərini 

fərqləndirmək zəruridir. 



 

 

 



Yüklə 41,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə