Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə1/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
  1   2   3   4   5   6   7   8   9   ...   74


 
 
 
 
 
 
ASĠF ATA (ĠNAM ATA) 


 

 
ASĠF ATA (ĠNAM ATA) 
 
On Kutsal Bitiq’in (Onluğun) 
Yan Bitiqləri 
 
 
 (Mütləqə Ġnam Fəlsəfəsi və Ruhaniyyatı) 
 
 
 
 
 
 
 
 
 
  
Ġkinci  Yan Bitiq: 
YOLLAġAN  AQĠBƏT 
 
 
 
 
 
 
 
 
 
 
 
Atakənd – 33  
Qanun nəşriyyatı – 2011  


 

 
 
NəĢrə hazırlayanlar: 
Soylu Atalı  
Nurtəkin Atalı 
 
 
 
 
 
 
ASĠF  ATA 
On Kutsal Bitiq’in (On Müqəddəs Kitabın  – Onluğun) Yan Bitiq-
ləri  (Əlavə  Cildləri).  Mütləqə  İnam  Fəlsəfəsi  və  Ruhaniyyatı.  İkinci 
Yan Bitiq (Əlavə Cild): Yollaşan Aqibət. Atakənd. 33-il. 
 
Yeni Yol, Yeni Söz, Yeni Bəşər Halı! 
Türk  Ulusuna,  bütövlükdə  Dünyaya  gərək  olan  Müqəddəs  İrs’in 
fəlsəfəsini və Ruhaniyyatını, yaşam tərzini təqdim edirik.  
İkinci Yan Bitiq – “Yollaşan Aqibət” – dörd Ata Kitabını (Müqəd-
dəs Kitabı) özündə birləşdirir: Atalıq Xilqəti; Ömrüm-Günüm; Bədiiy-
yat; Muğam Fəlsəfəsi.  
 
 
 
 
 
 
 
 
      0300030002 
     ÀÁ 022051  
 
                                                                                      
Аз 2 
© Ганун Няшриййаты, 2011 
© Soylu Atalı, 2011
 
Q
 


 

Mütləqim. Müqəddəsim, Ulu Peyğəmbərim  
Asif Ataya – Ġnam Ataya Ali Səcdəylə! 
 
Mütləqə Ġnam Ruhaniyyatı 
 
Ürəyinizdə Günəş olsun, istəkli sabahdaşlarımız! 
Bundan  sonra  Ulusumuzun  sabahı  ürəklərimizə  düşən  İnam  Ata 
Günəşinin  İşığıyla  aydınlaşacaqdır.  Yurdumuza  İnamın  gəlişi  sizi  bu 
ümidlə müjdələməkdədir. Gəlin Sabahımıza üz tutaq – Ata Yolumuzu, 
Müqəddəs  Kitabımızı  tanıyaq,  onu  evimizin  və  qəlbimizin  ən  ali 
neməti kimi alaq və qoruyaq. Gəlin, Atamızı dinləyək, onun yaratdığı 
müqəddəsata tapınaq. Doğrulaq və yeni bəşər mədəniyyətinin cövhəri 
olaq. Sizdən çətin zəhmətlərə qatlaşmaq umuruq. Ancaq bu, Musanın 
öz qövmündən umduğu qədər aşırı çətinlik deyil.  
Yadınızdadırmı, Tövrat, Musanın hökmü onun qövmünü necə xilas 
elədi?! İnam Ata sizə daha ali bir Kitab verir. Ona görə Onun hökm 
vermək haqqını tanıyın. O, sizə “azad və müqəddəs xalq olun” tələbi 
ilə səslənir. Bu vaxta qədər heç kim sizə bu tələblə yanaşmayıb. Sizin 
öz içinizdən irəli durmayan və sizi anlamayan bunu edə bilməz. İndi 
sizi  anlayan  Kimsə  və  sizin  içinizdən  çıxmış  bir  Ulu  bu  tələblə  irəli 
durur.  O,  sizin  çiyninizə  aldadan  və  aşağı  basan  yük  qoymur.  Yükü  
öncə öz çiyninə götürür, sizdən isə Onu eşitməyinizi istəyir. 
Əziz  soydaşlarımız!  Bu  yazıya  tərifləyən,  təqdim  eləyən  bir  yazı 
kimi  baxmayın.  Ulusal  və  bəşəri  olan  müqəddəs  bir  İrsin  barmaq 
sayda  qoruyucularının  doğma  ərki  kimi  yanaşın.  Əslində  bu  yazının 
sonunda deyəcəyimiz fikirləri önündə deməklə diqqətinizin yolunu da 
lap başlanğıcdan bəlirləmək istədik. 
İndi  sizə  təqdim  elədiyimiz  Müqəddəs  İrsin  cövhəri  haqqında 
yığcam bilgi verək. Bunun üçün öncə Asif Atanın Ömründən bir neçə 
yarpaq söz açmalıyıq. Asif Atanın yaşadığı ömrü şərti olaraq iki dövrə 
bölməklə sonradan deyəcəyimiz fikirlərə müəyyən yön verə bilərik.  
Birinci dövr Onun əsasən axtarışları ilə bağlı olub. Asif Atanın ilk 
axtarışları Rusiyanın Moskva şəhərində  – tələbəlik illərində başlayıb. 
Yurduna  bağlı  qayğıları,  düşüncələri  Onu  dünyanın  bütün  mənəvi 
irsini  öyrənməyə  sövq  edib.  Öyrənib  ki,  Yurdumuzu  tanısın  və 


 

öyrəndikləri sırasında onun yerini müəyyən eləsin. Ancaq öyrəndikləri 
arasında  öz  Yurduna,  Ulusuna  dair  heç  nə  tapmayıb.  Bir  millətin 
adının  indiyə  qədərki  bəşər  mədəniyyətində  olmaması  bu  millətə  nə 
vəd  edir?!  Adsız,  dəyərsiz,  təsirsiz  hara  qədər  getmək  mümkündür?! 
Öz  içindən  yönəldilməyən,  başqasının  buyuruğu  ilə  yaşayan  bir 
toplumun  sabahına  inanmaq  olarmı?!  Kölgələrdə  sürünən,  öz  mənli-
yini qurmayan, siması bilinməyən bir toplum “millət” adlana bilərmi?! 
Nədir bunun səbəbi, bu millətin var olmasına nədir mane olan?!  
Bu  cür  suallar  Asif  Atanı  Azərbaycanın  qədimliyini  öyrənməyə 
yönləndirdi.  Araşdırdı,  fəhm  etdi,  öyrəndi  və  öyrəndiklərini  ciddi 
mənalandırıb  “Azərbaycanımız  –  Azərbaycanlığımız”  silsiləsində 
birləşdirdi.  Asif  Atanın  bu  dəyər  sistemi  haqqında  biz  çox  yerdə 
yazmışıq,  ayrıca  kitabça  halında  hazırlayıb  yaymışıq  da.  Odur  ki, 
burada  o  dəyərlərin  yalnız  adlarını  göstərməklə  yetərlənəcəyik: 
“Zərdüştlüyümüz  –  İşıqçılığımız”;  “Dədə  Qorqudluğumuz  –  Ağsaq-
qallığımız”;  “Babəkliyimiz  –  Xürrəmdinliyimiz”;  “Hürufiliyimiz  – 
Ənəlhəqliyimiz”;  “Füzuliliyimiz  –  Aşiqliyimiz”;  “Muğamlığımız  – 
Loğmanlığımız”;  “Sazçılığımız  –  Tanrıçılığımız”.  Asif  Ata  bu  fikir-
dəydi  ki,  belə  zəngin  dəyərləri  olan  xalqı  balaca  saymağa  heç  kimin 
haqqı yoxdur. Ona görə də bu dəyərlərin məzmununu xalqa qaytarma-
ğın  yollarını  düşündü.  Bu  axtarışlar  onu  Azərbaycan  uğrunda  böyük 
Ruhani Mücadiləyə çəkib aparır. Tələbəlik illərini başa vurub ədəbiy-
yat  mühitinə  daxil  olandan  sonra  onun  ciddi  mübarizəsi  başlamışdı. 
Ədəbiyyat  tənqidçiliyindən  yararlanaraq,  böyük    doğru  yol  açmağa 
çalışırdı.  “Qatar  poeziyası,  təyyarə  poeziyası”  yaratmağın  eybəcər-
liyini ifşa elədikcə “intellektualların”, “novatorların”, atom əsri təbliğ 
edənlərin  antixəlqi  mahiyyətini  açıb  göstərir,  məişət  problemlərini 
ədəbiyyatın  başlıca  qayəsinə  çevirməklə  milli-insani  problemlərin 
üzərinə  pərdə  çəkənləri  qınayırdı.  Onun  bu  əməllərinə  cavab  olaraq, 
ilk  müqavimətlər  göründü.  Rəsmi  qəzet  və  jurnallarda  əleyhinə 
yazılar,  məqalələr  çıxmağa  başladı.  Bu  addımlar  böyük  təqibin  ilk 
xəbərdarlıqları  idi.  Artıq  Əfəndiyevi  Atalığa  doğru  aparan  Yolun 
zəhmi ağarırdı. Hünərlər dənizinə baş vurmusansa, üzməlisən, sən də 
öz  hədəfinə  doğru.  Asif  Atanın  içindən  ucalan  bu  səs,  bu  çağırış 
fərəhli  bir  ümid  bəsləyib  yetirirdi.  Belə  bir  fərəhli  ümidlə  o, 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə