Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Nurtəkin Atalının həyat yoldaşı İlqar bəyin xalasına Yas Mərasimi keçirdi



Yüklə 53,69 Kb.
tarix25.06.2018
ölçüsü53,69 Kb.


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

Nurtəkin Atalının həyat yoldaşı İlqar bəyin xalasına Yas Mərasimi keçirdi 

 

Ocaq Yükümlüsü Soylu Atalı: Mütləqimiz, Müqəddəsimiz, Ulu Peyğəmbərimiz Asif Ataya 

– İnam Ataya Ali Səcdə ilə “Yas Mərasimi”nə başlayırıq! 

Bu  gün  İlqar  bəy  və  Amaldaşımız  Nurtəkin  xanımın  evində  yas  mərasiminə  toplaşmışıq. 

Ünvanımız dar olsa da, bayırdakı insanlarımız da bizi dinləsələr yaxşı olar. Bilək ki, ölüm nədir, 

nə  baş  verib?!  İnsan  nə  deməkdir?!  Adətən  biz,  bir  millət  olaraq,  uzun  yüzillərdir  ki,  yas 

mərasimimizdə  yalnız  şüuraltı  bilirik  ki,  aramızdan  bir  adam  getdi.  Yalnız  şüuraltı  bilmişik. 

Yüzillərdir biz öz ölümüzü tamamilə fərqli bir üslubda, fərqli bir dildə torpağa gömürük. Bunu 

da  biz,  bir  millətin  insanları  olaraq,  onun  ziyalıları,  aparıcıları  olaraq,  əlbəttə,  doğru  saymırıq. 

Millətindən  asılı  olmayaraq,  bütün  bəşər  övladının,  hər  bir  xalqın  öz  ölüsünü  öz  dilində,  öz 

gələnəklərində torpağa gömməyə haqqı var. Bu gün biz bu evdə hər kəsin anlayacağı bir dildə, 

yəni  özümüzün  dilimizdə  yas  mərasimi  keçiririk.  Əgər  biz  varıqsa,  Ocaq  varsa,  insan  sükutla, 

yaxud  anlaşılmayacaq  bir  tərzdə  torpağa  gömülməməlidir.  Əminliklə  bildiririk,  Ocaq  varsa, 

insanın urvatı da var. Çünki Asif Ata insanı etiqad səviyyəsinə qaldırıb. Hesab edir ki, insana adi 

yanaşmaq,  onu  ötəri,  öləri  bir  varlıq  saymaq  doğru  deyil.  Hər  bir  insan  həyata  doğuluşuyla 

əslində özünü aşkarlamağa gəlir.  

 

 



 

Özünün  mənasında,  mahiyyətində,  varlığında  olan  ali,  uca  keyfiyyətləri  aşkarlamağa  gəlir. 

Çox vaxt insanlar öz daxili keyfiyyətlərini aşkarlamadan həyatdan gedirlər, torpağa gömülürlər. 

Əslində insan niyə gəldi, niyə getdi, bəlli olmur. Elə adamlar olar ki, onun fiziki davamı olmaya 

bilər. Amma onun fiziki davamının olmamasını faciə kimi möhürləmək doğru deyil. Çünki insan 

təkcə  fiziki,  bioloji,  nəsil  artıran  bir  varlıq  deyil,  özündə  insani  keyfiyyətlər  daşıyan  ruhani 

varlıqdır. Hər birimizin ali, gözəl nəyimiz varsa, bizdən sonra qalır. Balalarda qalır, nəsildə qalır, 

xalqda qalır. Bax, bunlar bizə əsas verir ki, həyata, dünyaya, gələcəyə ümidsiz baxmayaq. Həyat 

davam eləyir, bu gün də bu evdə həm gerçək işıq, həm mənəvi işıq sönməz olsun, davam eləsin 

deyirik.  İlqar bəyin  evində həmin məzmun davam eləyəcək. İnsana münasibət davam eləyəcək. 

Ümumən,  bizim  hər  birimizin  insana  ali  münasibətimiz  yaranmalı  və  davam  eləməlidir. 

İnsan dünyaya fiziki olaraq təbiətdən gəlir. Amma insan həm də xalqdan gəlir, Mənadan gəlir. 




Xalqda gözəl nə varsa, onları öz ömründə, öz ruhunda, öz genində gətirir. O, öz ömründə onları 

aşkarlayır, təzədən xalqa qaytarır. Xalqdan gəlirik mənaca və xalqa qayıdırıq. Biz fiziki olaraq, 

bədən  olaraq  torpaqdan  gəlirik  və  torpağa  qayıdırıq.  Məna  etibarilə  xalqdan  gəlirik  və  xalqa 

qayıdırıq.  Biz  bunu  bilirik,  bilməliyik.  Ona  görə  də  bilirik  ki,  insan  itmir.  Bizim  üçün  faciə, 

fəlakət  nədir?  Biz  bilirik  ki,  fiziki  olaraq  gerçək  varlıq  bildiyimiz  insanı  itiririk.  Öyrəşdiyimiz 

üzdən,  gözdən  ayrılırıq.  Bu  bir  kədərdir.  Bu  kədəri  yaşayırıq,  yaşamalıyıq.  Kədəri  yaşamamaq 

olmaz.  Amma  dediyim  kimi,  insan  təkcə  bunda  məhdudlaşmır.  O  qurtarmır.  Asif  Ata  həmişə 

vurğu  eləyərdi  görüşlərində,  bəzən  balaca  uşaqlara  baxırsan,  elə  bil  min  il  bundan  əvvəlki 

babasıdır.  Qədim  kişilərə  oxşayır.  O  gendir,  o  ruhdur  gəlir.  Buna  görə  ölüm  bizim  üçün  nisbi 

məna daşıyır. 

 

 

Mütləq ölüm yoxdur! Ona görə həyata nikbin baxmalıyıq. Gələcəyə nikbin baxmalıyıq. Həm 



də ibrət götürməliyik. Öyrənməliyik ölümdən. İnsan getdi, niyə gedir, hara gedir? Öyrənməliyik, 

bilməliyik ki, biz həyata insani əməllərlə məşğul olmağa gəlirik. Xəlqi, bəşəri əməllərlə məşğul 

olmağa gəlirik. Gərək böyük məsələləri yaşadaq. Bəsit, balaca, heyvani ömür sürməyək. Bizim 

üçün  bu  ibrətdir.  Bizim  üçün  bu  dərsdir.  Dərs  götürürk  ölümdən.  Ölümü  yamanlamırıq,  dərs 

götürürük. Bax, indi kədərdən dərs götürmək yönündə mərasim keçiririk və bu mərasimin məğzi, 

məzmunu hesab edirəm ki, insanlarımızın qəlbinə çatır, ağlına çatır. Xalqımıza çatır. Əlbəttə, biz 

bu  söhbəti  burda  məhdudlaşdırmırıq.  Bunu  biz  istəyirik  ki,  xalqımız  öyrənsin,  bilsin. 

İndiyə qədər biz bir çox yas mərasimləri keçirmişik. Sizin anladığınız dildə, anladığınız qaydada, 

üslubda.  Sizin  ruhunuza  doğma  olan  bir  qaydada.  Mən  atamı  torpağa  qoyarkən  öz  sözümlə 

yerdən  qaldırmışam.  Onun  kimliyini  ifadə  eləmişəm.  Niyə  gəlir,  niyə  gedir,  nə  deməkdir  bu? 

Mənasını açmışam. Atamın balaları var, nəvələri var, nəticələri var. Fiziki olaraq davam eləyir. 

Həm  də atam özünəməxsus bir ömür  yaşayıb.  Özünəməxsus bir qeyrət  yaradıb. Özünəməxsus, 

xalqdan gələn, bir keyfiyyət aşkarlayıb. Biz atamızı onunla tanımışıq. Gələcək üçün biz ruhani 

keyfiyyətlərlə kimimizi, kimliyimizi tanıyırıq. İlqar bəy də bu gün torpağa göməcəyimiz xalasını 

ona  məxsus  ruhani  keyfiyyətlərlə  davam  eləyəcək.  Biz  İlqar  bəyin  kədərinə  şərik  oluruq.  Ona 

başsağlığı veririk və deyirik ki, evindən işıq əksik olmasın. 

Biz  zaman-zaman  keçirdiyimiz  yas  mərasimlərində  insanlarımızın  qədir-qiymətini  ifadə 

eləmişik. Onlara sevgimizi bildirmşik. Ölənin özünə də bir sevgi var. O ölürsə, o demək deyil ki, 

sevgi də onunla bir yerdə ölür. Ölmür! İndi bölgələrdə, Aran Qarabağda bir sıra yas yerlərində 

söhbətlər aparıb qurallarımızı tanıdan Günev qardaşımız söz desin. 




Günev  Atalı:  Mütləqim,  Müqəddəsim,  Ulu  Peyğəmbərim  Asif  Ataya  –  İnam  Ataya  Ali 

Səcdəylə başlayıram sözümə. Mən də bura yığılanların hər birinə başsağlığı verirəm. 

 

 

Asif  Ata  həyatın  bütün  sahələrinə  işıq  salır.  Ona  yön  verir,  təyin  verir.  Təkcə  ölügötürmə 



quralı  ilə  bağlı  deyil,  həm  də  toy  qaydaları  ilə  bağlı,  dövlət  quruluşundan  tutmuş,  bütünlüklə 

cəmiyyətin ruhani  nizamını  yenidən  yaratmaq  yönündə. Çünki  hər bir kəsə bəllidir ki,  həyatda 

heç kəs heç nədən razı  deyil. Bütün münasibətlərdə hamı narazılıq eləyir. Yenə də qayıdaq bu 

məsələylə  bağlı.  Ayrı-ayrı  zaman  kəsiyində  bir  təriqət  yaranır,  bir  qayda  yaranır  və  yeni  bir 

ölügötürmə  quralı  tətbiq  olunur.  Əslində  hər  şey  yönsüz-yöndəmsiz  dəyişə-dəyişə  gedir, 

dəyişdikcə  də  tənəzzülə  gedir.  Bəs  yaxşı,  bunun  dəyişməməsi  üçün  nə  eləmək  lazımdır?  Bax, 

ona görə Asif Ata bunu insani bir yönə gətirir. Asif Ata deyir ki, heç bir adət, heç bir ənənə öz 

insani,  bəşəri,  xəlqi  mahiyyətində  yaranmayıbdır.  Ona  görə  onu  dəyişmək  olur.  Nə  qədər 

narazıçılıq olsa da dəyişmək olur. Etirazların olmaması üçün məhz insani, xəlqi, bəşəri mənanı 

ifadə  eləyən  qurallar  yaranmalıdır.  Yas  törənlərimizdə  saatlarla  bizi  anlamadığımız  bir  dildə 

moizə dinləməyə məcbur edirlər. Lap bu ibrətamiz bir sözdür, mən onu anlamıramsa, niyə məni 

məcbur edirsən, nə haqla məcbur edirsən? Ona görə də həqiqət öz yerini gec-tez almalıdır. Asif 

Ata  bu  fikrə  gəldi  ki,  xalqı  öz  mahiyyətinə  qaytarmaq  lazımdır.  Bəşər  niyə  bəşər  ola  bilmir? 

Çünki  heç  bir  xalq  öz  xəlqi  mahiyyətini  ifadə  eləmir.  İfadə  eləməsi  üçün  hər  şey  başlayır 

insandan, insanlıqdan. 

Bu ana aramızdan cismən getdi. Amma belə fikirləşmək olmaz ki, bu insan qurtardı. Bunun 

arxasında  qalanlar  var,  xatirələr  var.  Oğlu  var,  gəlini  var,  evi  var,  ətrafı  var.  Bu,  müəyyən  bir 

dövrdə xatirələrdə yaşayacaq. Ancaq bunun əbədi bir xatirat qazanması üçün insanlığına bərabər 

olması gərəkdir. Ona nə qədər yetibsə, bir o qədər xatirələrdə yaşayacaq. 

Mən  bəzən  belə  fikrə  gəlirəm  ki,  xalqımızın  maariflənməsi  üçün  yas  yerləri  həm  də  bir 

auditoriyadır. Çünki orda kənar qayğılardan azad olub bir-birini dinləmək imkanı var. Ruhumuzu 

təmin  eləyən  fikirləri  dilə  gətiririk.  Bax,  ona  görə  də  bu  qurallarımız  xalqımızın  həyatına 

gəlməlidir ki, özümüzü tanıyaq, xalq olaq, meydana çıxaq.” 



 

 

Nurtəkin  Atalı:  Mütləqim,  Müqəddəsim,  Ulu  Peyğəmbərim  Asif  Ataya  –  İnam  Ataya  Ali 

Səcdə ilə sözümə başlayıram. 

Atanın bir sözü var, deyir bir insan öləndə dünya əksilir.  Həmin insan fiziki varlığıyla ölür, 

özünəməxsusluğu ilə, bənzərsizliyi ilə getmir. 

Mən vəfat edənimiz haqqında bir neçə kəlmə demək istəyirəm, onun ömrü haqqında. Necə bir 

insan olub? Onun uşaqlıq dövrü müharibə illərinə düşüb. Çox çətin uşaqlıq dövrü olub. Analığın 

himayəsində  yaşayıb.  Analığı  ilə  aralarındakı  münasibətlərdən  mənə  danışırdı,  heç  də  xoş 

olmayıb. Deyirdi ki, müharibə dövründə onları silah zavoduna aparırdılar, ora biz çörək yeməyə 

görə  gedirdik.  O  qədər  aclıq  olub  ki.  13-14  yaşı  olub  o  vaxt.  Gündəlik  çörək  yemək  üçün 

Aşqabada  gedirmişlər. Həm  kömək eləsinlər, həm  yemək  yesinlər. Yəni  bu cür çətin, əziyyətli 

bir ömür yaşayıb. Qardaşı hərbçi olub. Onu gedib Aşqabaddan gətirib Azərbaycana. Burda ailə 

qurub,  burda  yaşayıb,  buraya  da  bağlı  idi.  Mən  son  9  ayı  onunla  bir  yerdə  yaşamışam. 

Əziyyətləri onu qonaqsevər etmişdi. Xeyirxah idi... 

Bilirdi  ki,  mən  Ocaq  tədbirlərinə  gedirəm.  Hər  hansı  bir  hadisə  haqqında  mən  öz 

münasibətimi  deyəndə  o  deyirdi  ki,  mənim  xeyli  yaşım  var,  təcrübəm  var,  bilirəm  ki,  sən  bu 

hadisəyə  münasibəti  getdiyin  yerdən  öyrənirsən.  Fərqi  hiss  eləyirdi  və  qiymətləndirirdi. 

Əlbəttə,  aramızdan  bir  insan  gedir,  darıxırsan  onünçün,  çünki  onu  bir  daha  görməyəcəksən, 

söhbət eləməyəcəksən. Onunla bağlı xatirələr təbii ki, ancaq bizim ömrümüzdə qalacaq. Amma 

ömrümüzdən  qırağa  çıxması,  deyildiyi  kimi,  xalqda  qalması  üçün  insan  gərək  öz  mahiyyətinə 

bərabər  yaşasın  ki,  onun  əbədi  bir  ömrü  olsun. Bununla  belə,  o  da,  sadə  xalqın  sadə  bir 

nümayəndəsi idi. Nəyi varsa, əziyyətli bir ömür yaşayan bu insan xatirələrimizdə yaşayacaq...” 



 

 

İsa Mehdioğlu: Bu gün sizin şahidi olduğunuz bu yas mərasimini, əlbəttə, çoxları birinci dəfə 

görür. Çox gərəkli, anlaşıqlı, qəbul olunan bir hadisədir. Müsəlman dünyasının mütəfəkkiri Əl-

Qəzali  deyir  ki,  başa  düşmədiyim,  qanmadığım  duaların,  alqışların  mənim  üçn  heç  bir  mənası 

yoxdur. O böyük adamdır, bu sözü deyib. 

1400  il  keçməsinə  baxmayaraq,  hələ  də  İslam  dünyası  Quranın  başqa  dildə  oxunmasını 

qadağan eləyib. 1400 il əvvəldən bu günə qədər İslam dünayasında milliləşmə olmayıb. Bunun 

təsirindəndir  ki,  heç  bir  xalq  milli  ruhunda  yaşamağa  çalışmır.  Bunu  yönəldən  lazımdır.  Bunu 

əsas  götürüb,  hətta  Quranın  öz  ayəsinə  istinad  edərək  mən  deyirəm  ki,  bu  gün  türk  xalqından 

başlayaraq  ortaya  çıxan  peyğəmbər  Asif  Atadır.  Onun  kəlamlarını  adam  oxuyanda  həqiqətən 

dünyaya  niyə  gəlib,  niyə  getdiyimiz  bizə  aydın  olur.  Heç  kəs  şübhələnməsin  deyə  mən  bunu 

dedim. Bu gün biz bu şəxsin ətrafına yığılmışıq. Hər bir insanda Allahın zərrəciyi var. Ona görə 

bizim Nəsimimiz də, Nəimimiz də, Mənsur Həllacımız da Ənəlhəqq deyir, yəni haqq məndədir. 

Tanrı  zərrəciyi  məndədir.  Tanrılıq  imkanı  var  hamıda.  O  cümlədən  torpağa  verəcəyimiz  bu 

insanda  həmin  imkan  olub.  Biz,  həmin  imkanı  daşımış  olduğuna  görə  ölümüzə  münasibət 

sərgiləyirik. 



 

 

İlqar:  Bütün  dostlar,  qonşular  hamımız  yığışmışıq  bir  yerə.  Yaxşı  sözlər  dediniz  onun 

barəsində. Mən düşünürəm  ki,  o, barəsində belə sözlər eşitdiyinə şad olardı.  Fikirləşirəm  ki,  o 

bizi eşitsəydi sizə təşəkkürünü bildirərdi. Biz sizinlə onu yaxşı sözlərlə yola saldıq. O, çox yaxşı, 

dürüst insan olub. Hesab edirəm ki, bu sözlərə layiq idi...” 

Bundan sonra Ölügötürmə Quralları tam olaraq icra olundu. Burada ölünün üstündə oxunan 

bəzi izharları olduğu kimi veririk: 



 

“Ölümlə görüş” 

(Göylü Atalı oxuyur): 

 

– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə 

bilməyəcəksən! 

Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. 

Gözüm,  sifətim,  dodaqlarım  kimdəsə  təkrar  olunacaq.  Sən  olsa-olsa  mənim  indiki  cismani 

biçimimi öldürürsən. 

Bu, ani ölümdür! 

Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, 

əllərim bir başqasına. 

Cismimdən heç nə itməyəcək. 

Kimsə  dünyaya  mənim  gözlərimlə  baxacaq,  mənim  dodaqlarımla  güləcək.  Sən  mənimlə 

bacara bilməzsən, ölüm! 

İndi tamam, vahidəm, sabah səpiləcəm ömürlərə, talelərə! 

Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım 

ölmür! 

Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür. 



Hərarətli misram, vəcdli ideyam – ölmür! 

Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm. 

İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən! 

Müqəddəsliyim  əbədidir  –  öldürə  bilmədin!  Dahiliyim,  Qəhrəmanlığım  əbədidir  –  öldürə 

bilmədin!  Məhəbbətim  əbədidir  –  öldürə  bilmədin!  Zərdüştüm  də  sağdır  –  Füzulim  də, 



Muğamatım  da  sağdır  –  Nəsimim  də,  Buddam  da  sağdır  –  Platonum  da.  Ruhum  onlarda 

cəmlənib, onları öldürə bilməmisən! 

Sən məndə böyüklüyü öldürə bilmirsən, balacalığı  öldürürsən, sonsuzluğu  öldürə bilmirsən, 

keçiciliyi  öldürürsən,  Mənəviliyi  öldürə  bilmirsən  –  heyvaniliyi  öldürürsən.  Sən  mənim 

bugünümü  əlimdən  alırsan,  ancaq  sabaha  qovuşdurursan!  Mənə  oxşayan  saysız-hesabsız 

körpələr gələcək dünyaya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! 

Naşısan, ölüm! 

Elə bildin məni yer üzündən siləcəksən! 

Səhv elədin, ölüm. 

Mənə Ölüm Yoxdur! 

 

Soylu  Atalı:  Bu  nə  deməkdir?  İnsan  ölümün  qarşısında  təslim  olmur.  Həyat  davam  eləyir. 

Varlıq  davam  eləyir.  Varlıq  ölmür.  Biz  də  ona  görə  deyirik  ki,  varlıq  öləndən  sonra  xalqda, 

nəsildə, balalarda davam eləyir. 

 

 



 

“Aqibət” 

 

(Yasin Türksoy oxuyur): 



 

İnsanı torpağa basdırdılar. 

Tabutunun  üzərində  göz  yaşı  tökdülər,  baş  daşına  ismini,  doğulduğu  tarixi  həkk  elədilər, 

xatirələrini yad etdilər. 

Biri dedi: Gözəl ailə başçısı öldü. 

O biri dedi: Xeyirxah, xalqsevər öldü. 

Digəri dedi: İti, parlaq zəka məhv oldu. 

Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik. 

O biri dedi: İşıqlı mənəviyyat söndü. 

Mərhumun 

vəfadarlığından, 

fədakarlığından, 

mətanətindən 

doyunca 


danışdılar. 

Lakin  bu  sözlərin  hamısı  bir  yerdə  İnsanı  ifadə  etmirdi.  Çünki  İnsan  bu  deyilənlərdən  sonsuz 

dərəcə artıq idi, onlara sığmırdı. Əslində insanı heç kəs tanıya bilməmişdi,  o, həyata naməlum 

gəlib,  naməlum  da  gedirdi,  heç  kəs  onun  kim  olduğunu  dərk  etməmişdi,  o  dünyaya,  adi 




təsəvvürlərə  sığmamışdı,  torpağa  da  sığmayacaqdı,  təbiətlə  birgə  oyanacaq,  sifətlərə,  saçlara, 

dodaqlara,  əllərə,  ruhani  niyyətlərə,  arzulara,  fikrə,  duyğuya  çevriləcəkdi,  tapmadığı  dünyasını 

daim arayacaq, arayacaqdı. 

 

“Matəm üstə Mütləqlə Təmas” 

 

(İnamlı Atalı oxuyur): 

 

Ölən – Əzəlidə qalır. 



Əbədidə qalır. 

Sonsuzda qalır. 

Kamildə qalır. 

Üzlərdə qalır. 

Gözlərdə qalır. 

Dodaqlarda qalır. 

Xalqda qalır. 

Ölən – Gerçəklikdən gedir – Mənada qalır. 

 

Yas Mərasimi bitəndən sonra ölü Sonevliyə (qəbirstanlığa) götürüldü. Torpağa gömüldükdən 



sonra  “Gömmə  Mərasimi”nə  uyğun  söz  deyildi.  Beləliklə,  əvvəldən  axıracan  Ocağın 

“Ölügötürmə Quralı” ilə həyata keçirilən yas-gömmə mərasimi başa çatdı.  



 

Atamız Var olsun! 



 

Yağış Ayı, 35-il. Atakənd. 

(noyabr, 2013. Bakı). 

 

: wp-content -> uploads -> 2014
2014 -> «xalqların psixologiyası»
2014 -> Yeni tanı almış hastada ilk danışmanlık, anamnez, muayene ve laboratuar testleri
2014 -> “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında
2014 -> Journey to Sacred India
2014 -> Qrup liderinin rol və funksiyaları, liderin mənimsədiyi nəzəri yanaşmadan, liderlik tərzindən və liderlik bacarıqlarından, aldığı təhsildən, etik qaydalara uyğun davranıb davranmayışından, şəxsiyyəti və fərdi xüsusiyyətlərindən təsirlənir
2014 -> Mühazirə Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix
2014 -> Kişisel arzu, istek ve ihtiyaçları için ürünleri satın alan ya da satın alma kapasitesinde olan gerçek kişidir
2014 -> Lt scientific
2014 -> Microsoft Word Konflikt Gruppen Manus Q. doc
2014 -> Yazılı Bacarıqlar (yazma- oxuma)


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə