Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Rafiq Tağıya həsr olunmuş Anma Törəni keçirdi



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü1,23 Mb.
#63588


 

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Rafiq Tağıya həsr olunmuş Anma Törəni keçirdi 

 

 

 

 



Asif Atanın Mütləqə İnam Ocağı 27 Yağış Ayı, 33 (noyabr, 2011) cü il tarixdə Rafiq Tağının 

ölümü  ilə  bağlı  “Anım-Yas  Tədbiri”  keçirdi.  Burada  media  mənsubları,  Rafiq  Tağını  sevən 

dostları  və  qardaşı  İlqar  bəy  iştirak  edirdi.”1)  Nə  baş  verdi  və  niyə  baş  verdi,  -  kim  idi  Rafiq 

Tağı; 2) Azad düşüncə və dövlətçilik. Söhbət əsasən bu məsələlərin üzərində quruldu. 

Tədbiri  giriş  sözü  ilə  Mütləqə  İnam  Ocağının  Yükümlüsü  Soylu  Atalı  açdı.  O,  iştirakçılara 

gəldikləri üçün təşəkkür etdi və Rafiq Tağıya olan sayğıdan  yaranan törənin  mahiyyətini  ifadə 

etdi.  Soylu  Atalı  Rafiq  Tağının  kimliyi  haqqında  danışdı  və  aşağıdakıları  qeyd  elədi:  “ 

Düşünürəm ki, bir fərdin nə yazmasından, hansı səviyyədə yazmasından asılı olmayaraq, burada 

dövlətçiliyin  təhdid olunması məsələsi var. Bu da bizləri  ciddi düşündürür, narahat  edir. Rafiq 

Tağı  ilə  bağlı  yazımda  mən  gümanlara  söykənərək  təhdid  edən  ünvanı  vurğulamışam.  Rafiq 

Tağının illər öncədən bu yana təqib olunması, həm də təhdid olunması, bu, təkcə müəyyən bir 

zümrənin təhdidi məsələsi deyildi. Onun məhkəməsində bəlli bir say vardı və onlar məqsədyönlü 

oraya  gəlmişdilər. O zümrə cahil kəsim idi və idarə olunan, konkret  olaraq,  İranın  idarə etdiyi 

qüvvələr idi. Rafiq Tağının məhkəməsində açıq şəkildə prokuroru, məhkəməni təhdid edirdilər. 

Azərbaycan  cəmiyyətində  xof  yaranıb  artıq,  İranın  adını  tutmaq  olmaz.  O  İran  ki,  Güney 

Azərbaycanda  qətllər  törədir,  Azərbaycan  Respublikasını  da  daim  hədələyir.  Bu  gün  bizim 

ziyalımızı qətl ediblər. Burada başqa qüvvələr də ola bilər. Azərbaycan cəmiyyəti elə anarxiya 

durumundadır  ki,  gümanlar  min  yerə  gedə  bilər.  Biz,  Azərbaycan  toplumu  olaraq,  vətəndaş 

qarşıdurması həddində yaşayırıq. Bu gün Rafiq Tağıya qəsd oldu, sabah başqasına və beləliklə 

qarşıdurma  yaranır.  Nə  qədər  ki,  belə  qarşıdurma  şəraiti  var,  o  dövlətin  gücündən  danışmaq 

doğru deyil. Ölkədə ziyalıların, düşünən insanların diqqəti buna yönəlməlidir...” 

 



 

 

Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan gələnlərə təşəkkür edərək qeyd etdi ki,  



“Rafiq  Tağının  timsalında  dəyərli  bir  aydınımızı  itirdik.  Bu,  sıradan  bir  hadisə  kimi  baş 

vermədi, onu bizim əlimizdən aldılar. Müxtəlif fikirlər var, bu əməli kim törədib. Kim edibsə də, 

bu əməl sözə, fikrə, düşüncəyə qəsd deməkdir. Məqsədlərinə nail olmadılar amma. Məqsəd azad 

sözü susdurmaq olubsa da, bu, baş verməyib və verməyəcək. Tarixdə də belə ağrılarımız olub. 

Əgər  millət  bir  qətlin  qarşısında  geri  çəkilərsə,  onda  bu  millət  nə  dövlət  qura  bilər,  nə  də 

bütövləşə bilər. İndi orta əsrlər vaxtı deyil. Hər kəsin sözünü azad demək haqqı var... Hər birinizi 

aktiv olmağa çağırıram. Bir daha yaxınlarına, sevənlərə başsağlığı verirəm.” 

 

 




 

Ziyalı Surxay Qocayev Rafiq Tağı kimi ziyalının terrora məruz qalmasını ürək ağrısı ilə qeyd 

etdi. 

Nədən hökm eləyir gecə gündüzə



Namərdlər mərdlərə, əyrilər düzə. 

Bütün ömrü boyu durur üz-üzə 

Alim kitab, cahil naqan əlində... 

 

Surxay bəy cəmiyyətdən fərqlənən, axına qarşı gedən insanların hər zaman basqıya məruz 



qaldıqlarını dilə gətirərək bunun bağlı da şeirini oxudu. 

 

Bunu qəhrəmanlıq, əsl hünər san 



Hər oğul çıxammaz axına qarşı. 

Bəlkə yad önündə dayanmaq asan

Çətindir dayanmaq yaxına qarşı... 

 

Axın kar qaya tək udar səsimi, 



Axın qarşısında dayanar dağlar

Bax, axın qarşısında gedən Nəsimi, 

Dünən də haq idi, bugün də haqdır... 

 

Asif  Ozan  Rafiq  Tağının  ölümündən  təəssüfləndiyini  qeyd  edərək,  indiki  zamanda  ölkədə 



durumun  mürəkkəb  olduğunu  bildirdi:  “İçəridən  təhlükələr  azmış  kimi,  kənardan  da  içimizə 

girən təhlükələr artmaqdadır. Onun qətli sıradan bir qətl deyil. Azərbaycan cəmiyyətində öz yolu 

və auditoriyası olan və azad fikrin, düşüncənin daşıyıcısı olan bir insana qarşı qətl baş verdi. Çox 

təəssüf  ki,  biz  belə  qurbanlar  veririk.  Amma  bu  qurbanlar  ürəyimizdə  şəhidlik  zirvəsinə 

yüksəlir... Bütün yaxınlarına başsağlığı verirəm”. 

 

 



 

Gənc  yazar  Könül  Səid  Rafiq  Tağı  ilə  dostluğunun  yaxın  zamanlarda  yarandığına 

baxmayaraq,  ona  mənəvi  ata  sevgisi  ilə  yanaşdığını  söylədi:  “Onunla  hər  dərdimi,  problemimi 



bölüşürdüm.  Məni  səbrlə  dinləyər,  doğru  yolu  göstərənə,  əhvalım  düzələnə  qədər  mənimlə 

danışardı. Onun haqqında sosial şəbəkədə fikirlərimi bildirəndə mənə dedilər ki, qorxmursan ki, 

onun  aqibəti  sənin  də  başına  gələ  bilər?  Mənsə  deyirəm  ki,  azad  fikrimi  bildirməkdən  niyə 

çəkinməliyəm?” 

 

 

 



Rafiq Tağının qardaşı İlqar bəy Rafiq Tağının bir həkim kimi, insanlara təmənnasız yaxşılıq 

edən insan kimi keyfiyyətlərindən danışdı. Ailədə, nəsildə ona olan sayğını, sevgini dilə gətirdi. 

İlqar Rəsulun Rafiq Tağıdan götürdüyü bir müsahibədən danışdı: “İlqar Rəsul soruşur ki, Allahla 

görüşsən  nə  deyərsən,  Rafiq  Tağı  da  cavab  verir  ki,  çox  xoşbəxt  olaram  və  deyərəm  ki,  nə 

eləmişəmsə,  sənin  naminə  etmişəm”.  İlqar  bəy  Rafiq  Tağını  Allahsız  adlandıranların  yanlış 

düşündüklərini  dedi:  “Çünki  insanlara  təmənnasız  yaxşılıqlar  etmək,  həkim  kimi,  insan  kimi 

maddi və mənəvi dayaq durmağın təməlində sevgi var. Allahsızlıq cəhalətdədir, qaragüruhdadır, 

qətl  edəndədir”.  O,  Rafiq  Tağının  xaraktercə  mülayim  olmasına  baxmayaraq,  qələm  əlində 

olarkən  sərtliyinin  də  xalqına  sevgisindən  yarandığını,  İranın  göstərişi  ilə  burda  ayağa  qalxan 

mollalara qarşı olduğunu dedi: “Sanki xalqını ayıltmaq istəyi vardı o sərtliyində də. Gördüyünü, 

duyduğunu ziyalı kimi yazırdı, əsl kişi kimi yazırdı, ölümü də elə əsl kişi kimi oldu, sözünü axıra 

kimi dedi”. 

 

Zaur Qəriboğlu: “Biz azad cəmiyyətdə yaşasaq da, özümüz azad deyilik elə bil. Faciəmiz də 



budur. Ətrafdan da ciddi basqılar var. Azərbaycanda bu gün şüurları işğal əməliyyatı gedir. Öz 

içimizdən deyil, kənardan gedir bu əməliyyat. Bu şüuru işğal da cəmiyyəti manqurtlaşdırır. Rafiq 

Tağıya əl qaldıran mən inanıram ki, manqurt olub, ona normal azərbaycanlı əl qaldıra bilməzdi. 

İranda təhsil almış  gənclərlə söhbət  edərkən görürəm  ki,  bunlar üçün heç bir dəyər  yoxdur, nə 

millətçilik,  nə  də  dövlətçilik  var.  Əmrə  tabe,  hazır  şəkildə  dayanıblar.  Bir  insanın  şüuru  işğal 

olunubsa,  çox  faciəli  və  təhlükəli  prosesdir.  Torpaq  işğal  olursa,  qaytarmaq  olar,  şüur  isə  çox 

çətindir”. 

Gənc yazar İlahə Nəsibova qəhərləndi. İndi onun haqqında danışmağın çətinliyini söylədi. Rafiq 

Tağını sevənlərə başsağlığını çatdırdı. 



 

 

 



İnqilab  İsmayıl  terror  hadisələrinin  baş  verməsinə  təəssüfləndiyini  qeyd  etdi:  “Bu  cür 

addımlara qarşı da ziyalılar, əli qələm tutanlar yazmalı, xalqın gözünü açmalıdır... Açıq yazmaq 

lazımdır, ciddi, əsas fikirlərimizi ortaya qoymalıyıq. Ziyalıların birliyi olmalıdır”. 

 

 



 


Ulusəs Atalı: “Yazı da sözdür. Rafiq Tağıya qəsd ediblər. Qəsd qorxu əlamətidir. Onu edən 

qorxduğuna görə elədi. Bunu yazıda da, şifahi də demək olar. O, bu əməli ilə məni qorxutmaq 

istədi, amma qorxuda bilmədi. Çünki mən qorxaqdan qorxa bilmərəm. İçimin həqiqətindən geri 

çəkilə  bilmərəm.  Şərdən  qorxsam,  heç  vaxt  addım  ata  bilmərəm.  O  zaman  nə  mənim  dediyim 

sözün qüvvəsi olar, nə də əməlimin nəticəsi...” 

 

 



 

Nurtəkin  Atalı:  “Rafiq  Tağının  pozitiv  bir  aurası  vardı.  Adama  elə  gəlirdi  ki,  Rafiq  bəyin 

hansısa  səhvini  də  ona  söyləsə,  onu  doğmalıqla  qəbul  edəcək...  Həbsxanadan  çıxarkən  evində 

qonaq oldum. Həbsxana həyatından da danışarkən ağır hisslərlə danışmazdı. Həbsxanada görüş 

keçirmək istəyimi deyəndə həmin anda həbsxana rəisini aradı və görüş təyin etdi. Soylu Atalının 

həbsxanada məhkumlarla görüşünü keçirdik. Təəssüf ki, özü gedə bilmədi. Orda da ona doğma 

münasibətin şahidi oldum. 

Onun  azad  düşünmək,  azad  yazmaq  haqqı  vardı.  Onun  timsalında  azad  düşüncəyə  qıydılar. 

Onunla  ünsiyyətimizdə  mən  bir  şeyin  şahidi  oldum  ki,  davamlı  olaraq,  basqıların  olmasına 

baxmayaraq, dəyişmədi. Bu da ona qarşı güvən hissi yaradırdı.  

Rafiq  Tağının  ömrü  kəsilsə  də,  onun  düşüncəsi,  obrazı,  ömrü  dəyişməz  bir  hadisə  olaraq 

qaldı.  Ölüm  ağırdır,  çünki  əbədi  həsrət  var,  səsini  eşitməyəcək,  üzünü  görməyəcəyik.  Buna 

baxmayaraq,  onun  işıqlı  bir  xatirəsi  var  ürəyimizdə,  o  xatirəni  yaşadırıq  və  yaşadacağıq”. 

Ağa Cəfərli tədbirin təşkilinə görə təşəkkürünü bildirdi: “Bu cür tədbirlərin keçirilməsi vacibdir, 

əhəmiyyətlidir. Biz yazarlar, aydınlar ictimai müqaviməti təşkil eləməlidir. Çünki bu, adi hadisə 

deyil. Sözə görə adam öldürmək barbarlıqdır. Özünü aydın hesab edən insanlar cavab verməlidir. 

Hansı  formada  verilməlidir,  bunu  danışmalıyıq.  Susmaq  sözə  xəyanətdir.  Ola  bilsin  ki, 

Azərbaycanda  müəyyən  qüvvələr  kimlərisə  üz-üzə  qoymaq  istəyir.  Facebookda  İran  agentləri 

xəbərdarlıqlar yazırlar ki, sizin də taleyiniz Rafiq Tağının taleyi kimi olacaq. Bizim heç birimiz 

sığortalanmamışıq.  Biz  yalnız  mənəvi  dəstək  ola  bilərik.  Fiziki  mənada  qorumaq  daha  çox 

dövlətin üzərinə düşür. İnsanların təhlükəsizliyini təmin etməlidir.” 

Yasin Türksoy: “Başımız sağ olsun. Türkiyədə erməni Hrant Dinkin öldürülməsi ilə adamlar 

ayağa qalxıb “həpimiz Hrant Dinkiz” deyə həmrəyliklərini bildirdilər. İndi İran qəsbkarları bir-

birlərini  təbrik  edirlər  ki,  gördünüz  neylədik.  Bütün  bunlar  ayılmağımız  üçün  tutarlı  bir 

dərsdir...” 



Nəsibə  Əsgəroğlu  başsağlığı  verdi.  Sonra  mərhuma  keçirilən  yas  tədbirlərinin  millətimizin 

ruhuna yad olduğunu dilə gətirdi. Ziyalı sözünün deyilməsinin, ölən insana qiymət verilməsinin 

gərəkliyini vurğuladı. 

 

 



 

 

Göylü  Atalı:  “Başımız  sağ  olsun.  Onunla  redaksiyada  tanış  olduq,  Ocaqla  tanışlığı  da 



mənimlə tanışlıqdan sonra başladı... Onun bıçaqlanmasından bu yana saytlarda izləyirəm ki, ona 

çoxmənalı münasibət var. Amma insan kimi Rafiq Tağı haqqında hər kəs eyni fikri deyə bilər ki, 

sözün əsl mənasında insanlıq keyfiyyətlərinə malik idi...” 

Çıxışlardan  sonra  Soylu  Atalı  bəzi  məsələlərə  aydınlıq  gətirdi:  “Güvəndə  olmaq  və  öz 

ölkəsində  arxayın  olmaq  məsələsində  təkcə  dövlət  strukturlarına  arxalanmaq  azdır.  Biz  deyə 

bilmərik ki, bunu təmin edəcəklər. Biz mübarizə adamı olaraq, düşünərlər olaraq öz taleyimizin 

sonucunu görmürük. Təkcə ona görə yox ki, dövlətimizin başında duranlar və ya dünyada gedən 

proseslər  dövləti  güvənsiz,  insanın  həyatını  dəyərsiz  edib.  Əgər  biz  Azərbaycan  düşünərləri 

olaraq, başqa-başqa qüvvələrin kölgəsinə qısılmasaq, sığınmasaq, öz milli kimliyimizə üz tutsaq, 

o yöndən ortaq nöqtəyə gəlsək, ümumi bir vəhdət təşkil etsək, onda bizim güvənlimiz artacaq. 

Onda birimizin digəri üçün dəyəri, qiyməti uğurlu bir səviyyəyə çatacaq. Bizim bir-birimiz üçün 

dəyərimiz  niyə  azdır?  Çünki  deyirik  ki,  bu,  filan  qüvvəyə  xidmət  edir,  bu  başqasına.  Bu, 

filankəsin  adamıdır.  Ona  görə  bizim  dəyərimiz  itir.  Bir-birimizin  qədrini  bilmirik.  Biz  başqa 

qüvvələrin  himayəsindən,  pəncərəsindən  bir-birimizə  baxırıq.  Yazdığımızın,  düşündüyümüzün 

dəqiq, doğru qiymətini, ölçüsünü tapa bilsək, milli hədəfə üz tuta bilsək, onda bizim güvənimiz 

artacaq.  Demirəm  ki,  fəlakət  olmayacaq.  Amma  ehtiyatlılıqdan  daha  çox  qorunma  prinsipi 

güclənəcək...” 

Sonda Ocaq Quralları ifadə olundu. 

Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Asif Atanın “Ölümlə Görüş” yazısını oxudu: 

"Məni  aparmağamı  gəlmisən,  Ölüm?  Gedək.  Səndən  qorxum  yoxdur!  Çünki  sən  məni  öldürə 

bilməyəcəksən!  Cismim  itməyəcək.  Sabahkılarda  təzədən  peyda  olacaq.  Gözüm,  üzüm, 

 saçlarım,  dodaqlarım  kimdəsə  təkrar  olunacaq.  Sən  olsa-olsa  mənim  indiki  cismani  biçimimi 

öldürürsən. Bu, ani ölümdür! 



Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, 

əllərim bir başqasına. Cismimdən heç nə itməyəcəkKimsə dünyaya mənim gözlərimlə baxacaq, 

mənim  dodaqlarımla  güləcək.  Sən  mənimlə  bacara  bilməzsən,  ölüm!  İndi  tamam,  vahidəm, 

sabah səpiləcəm ömürlərə, talelərə! 

Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım 

ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam  ölmür! 

Bir  vaxt  naşıydım,  zəifdim;  gəlişini  dəhşət  sanırdım,  elə  bilirdim  gəlməyinlə  heçə  çevriləcəm. 

İndi  başa  düşdüm,  gördüm  ki,  qarşımda  acizsən!  Müqəddəsliyim  əbədidir  –  öldürə  bilmədin! 

Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! 

Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır  – Nəsimim də, Buddam da sağdır  – 

Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən! 

Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən 

keçiciliyi  öldürürsən,  Mənəviliyi  öldürə  bilmirsən  –  heyvaniliyi  öldürürsən.  Sən  mənim 

bugünümü  əlimdən  alırsan,  ancaq  sabaha  qovuşdurursan!  Mənə  oxşayan  saysız-hesabsız 

körpələr gələcək dünyaya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin 

məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm. 

Mənə ölüm Yoxdur!" 

 

 



 

Sonra hamı ayaq üstə “Matəm üstə Mütləqlə Təması” dinlədi: 

 

Ölən – Əzəlidə qalır. 

Əbədidə qalır. 

Sonsuzda qalır. 

Kamildə qalır. 

Üzlərdə qalır. 

Gözlərdə qalır. 

Dodaqlarda qalır. 

Xalqda qalır. 

Ölən – Gerçəklikdən gedir – Mənada qalır. 

 



Soylu  Atalı  Rafiq  Tağının  ailəsinə,  yaxınlarına  və  dostlarına  bağsağlığı  verərək  tədbiri 

yekunlaşdırdı: “Yurdu, Ulusu var olsun! Evindən işıq əskik olmasın!” 

 

 Yağış Ayı, 33-cü il. İnam Evi. 

(noyabr, 2011.) 

  

  



 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə