Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   21   22   23   24   25   26   27   28   ...   86

85 
 
Ocaqda  varlığım  üçün  ona  borcluyam.  Mən  özümlə  döyüşmüşəm, 
yetkinləşmişəm, arınmışam, durulmuşam. Soylu Atalı mənim özüylə 
döyüşümə  yön  verib,  qüsurlarımı  deyib,  hünərlərimi  öyüb.  Bu, 
ruhani  quruculuqdur.  O  ruhani  quruculuğun  sonucu  mənim 
ömrümdür. 
Tədbirləri  kitablaşdırmaq  mənə  çox  şey  verir.  İki  məqamı  qeyd 
eləmək istəyirəm. Bizim “Ailə Günü” mərasimində İnamlı haqqında 
Soylu  belə  bir  söz  işlətdi  ki,  İnamlı  yalnız  qüsurdan  ibarət  deyil, 
İnamlıda  son  zamanlar  aşkarlanan,  pərvazlanan  hallar  var.  Mən 
“pərvazlanmaq” sözünü yazanda mənim içimə elə bir fərəh seli axdı. 
Mən bu sözdə həm İnamlının ömrünü, həm də Ocağın halını gördüm. 
Məni elə fərəhləndirdi ki. 
“Atagün”  “Ailə  Günü”  Mərasimini  oxuyanda  orda  Günev 
qardaşımız deyir ki, “sahədə işləyirdik. 15-16 adam yığışmışdı, məni 
dəvət  elədilər.  Mən  də  orda  söz  dedim,  vaxtilə  məbədi  dağıtmaq 
istəyən,  mənə  hərcayi  sözlər  deyənlər  məni  maraqla,  heyrətlə 
dinləyirdilər”.  O  məqam  da  məni  təsirləndirdi.  Elə  məqam  olur 
Atanın  Yolunu,  Ocağı  xilas  kimi,  işıq  kimi  görürsən.  O  məqamı 
oxuyanda  mən  kövrəldim,  Günevin  varlığına,  Ocağın  varlığına,  hər 
şeyə  fərəhləndim.  Bunları  yaşamaq,  doğrudan  da,  çox  qeyri-adidir. 
Ocaqda var olmaq qeyri-adidir. 
İndi bir yazımı da oxuyum: 
Mən  sənə  möhtacam,  Mütləqim.  Hər  görüşünün  həsrətini 
çəkirəm.  Hər  gəlişin  Kədəri  yola  salır,  ürəyimi  fərəhlə  işıqlandırır. 
Hər  gəlişin  bədbinliyimi  uzaqlaşdırır,  sevgimi  artırır.  Hər  gəlişin 
təzələndirir,  təravətləndirir  içimi.  Hər  gəlişin  həsrətimin  üzərinə 
həsrət  gətirir,  sonsuz  görüş  həyəcanıyla  çırpınıram.  Özümə  doğma-
laşdıqca  yalqızlıqdan  çıxıram.  Ocağa  doğmalaşdıqca  Amalı  dərk 
edirəm.  Bu  qovuşmanın  əbədiliyi  üçün  səninlə  olmağa  can  atıram, 
döyüşürəm, dəyişilirəm. Əbədi yolçuluq aqibətini yaşayıram. 
Göylü  Atalı: Hər  mərasimdə  qəribə  bir  gərginlik  çökür  üstümə. 
Nə  deyəcəm,  necə  danışacam  –  məsələ  bu  deyil.  Mərasimin 
məsuliyyəti var, mən hər dəfə onu yaşayıram. Deyirəm bu dəfə bir az 
başqa əhvalda olacam, bir az sakit əhvalda, ancaq olmur. Bunu hər 
dəfə müşahidə edirəm özümdə. 


86 
 
Bir məqamı demək istəyirəm. Bu gün “Evlad Günü” mərasimidir. 
Sözün əsil mənasında Evladlıq ləyaqətinə yetməkdən söhbət gedirsə, 
hər  birimiz  bunu  deyə  bilərik  ki,  Soylu  Atalı  obrazı  gözümüz 
qabağında canlanır. Açığı hər birimizdə bu hal var – tədbirlərimizdə, 
mərasimlərimizdə  Soylu  Atalını  öyürük.  Bəlkə  də  az  deyirik,  bəlkə 
də  hardasa artırırıq,  azaldırıq.  Əvvəllər  həm  sevinirdim  –  bir  Evlad 
başqa  Evlad  haqqında  belə  uca  söz  deyir.  Eyni  zamanda  içimi 
həyəcan  da  bürüyürdü  ki,  bu  hal  Atanın  obrazının  yaranmasını 
qabaqlamazmı?! Hər dəfə bunu fikirləşirdim. Mən gördüm ki, ziyan 
gətirmir.  Gətirməyəcək  də.  Çünki  Soylu  Atalı  özü  buna  imkan 
vermir.  Elə  bir  şərait  yaratmır  ki,  nəinki  sözdə,  əməldə  də  ziyan 
gətirəcək bir əhval olsun. 
Mövzu ilə bağlı qısaca bir şey deyim. Ataya Evlad olmaq mənim 
düşüncəmdə  birinci  növbədə,  insani  tələbdir.  Ona  görə  ki,  insan 
içindəki  pisliklərdən  arınmağı  qarşısına  məqsəd  qoyur,  içindəki 
yalandan, xurafatdan azad olur. Bu, birinci cəhət. İkinci cəhət, Ataya 
Evlad  olmaq  milli  qeyrətdir.  Millətinin  təəssübünü  çəkmək,  ona 
dəyər  yaradıb  vermək,  ən  azından  biganə  qalmamaq,  mübarizə 
aparmaq deməkdir. O baxımdan yanaşanda, əlbəttə, mən “dünən kim 
idim,  bu  gün  kiməm”  sualının  cavabıdır  mənim  ömrüm,  mənim  bu 
düşüncəyə gəlməyim. Hardasa fitrət əsasında bir şeylər vardı  – fitri 
saflıq, milli təəssübkeşlik, – bu gün əksəriyyətində görünən bir əhval. 
Bir də var onun yükünü birbaşa çiyninə götürmək. Özünə inanmaq, 
xalqına inanmaq. Bu, Atanın qələbəsidir. Ocağımızın qələbəsidir. 
Soylu  Atalı: Ocağın  yaratdığı  Evlad  halı  çox  ucadır,  çox 
yüksəkdir.  Ona görə də “ən azından” ifadəsi işlətmək doğru olmaz. 
Siz sadəcə narahat olmursunuz, əsaslı mübarizə aparırsınız. Ona görə 
ifadə  təvazökarlığı  doğru  çıxmaz.  Özüylə  bağlı  bu  ifadəni  deyəndə 
də  təvazökarlıq  gərək  deyil.  Fakt  odur  ki,  böyük  ömür  qurmusan. 
Bundan  danışanda  cəsarətli  danışmaq  gərək.  Çəkinməmək.  Öz 
ömrünün  ucalığından  danışanda  çəkinməmək.  Öz  qüsurundan 
danışanda ki, çəkinmirsən. Öz ömrünün ucalığından danışanda niyə 
çəkinirsən?! Sənin qüsurlarını səndən başqa heç kim demədiyi kimi, 
daha  yaxşı  bilmədiyi  kimi,  sənin  yetdiklərini  də  səndən  başqa  kim 
yaxşı deyə bilər ki?! 


87 
 
 
 
Güntay  Atalı: “Evlad  Günü”  münasibətilə  hamını  qutlayıram. 
Bugünkü  “Evlad  Günü”  mərasimimizdə  təqdim  olunan,  haqqında 
danışılan  Ata  Evladı  Soylu  Atalıdır.  Təbii  şəkildə  bu  belə  alındı. 
Ümumiyyətlə, indi bizim sözümüzün əvvəli də, axırı da Soylu bəydə 
durur.  Bu  nədən  irəli  gəlir?  Hal-hazırda  Ocaqçılar  Ocağa  çox 
bağlıdırlar. Bunu yaradan Soylu Atalıdır. Yoxsa biz Soylu bəyi süni 
şəkildə  tərif  eləmirik.  Soylu  bəyi  qiymətləndirməyimiz  vacibdir, 
gərəklidir.  Oca-ğın  yaşaması  baxımından  lazımdr.  Bu,  bir  növ 
Ocaqçıların şəxsiyyətini görə bilmək ləyaqətinin göstəricisidir. Soylu 
bəyi  təqdir  eləmək,  Soylu  bəyin  səviyyəsinə  yetmək  lazımdır. 
Soylular çox olmalıdır. Açığı, Soylu bəy bu gün birdir. Hamının öz 
yeri  var,  amma  ruhani  yetkinlik  Soylu  bəydə  üstündür.  Özümlə 
ölçürəm,  belə  görürəm.  Hamının  öz  yeri,  ləyaqəti  var.  Hamı  öz 
sözünü deyib, bundan sonra da deyəcək. 
Ocağa gəlməyim haqqında. Əvvəl bura gələndə düşünmürdüm ki, 
mən  Ocaqçı  olaram,  bu  yükü  apara  bilərəm.  Demirəm  ki,  bu  yükü 
lazımlı  dərəcədə  aparıram.  Ancaq  bu  yükün  altındayam.  Əvvəllər 
çox  heyrət  edirdim  Ocaqçıların  bir-birinə  münasibətinə.  Onların 
gözəl,  təmənnasız  münasibəti  bağladı  məni  Ocağa.  Ocaqçı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə