Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/86
tarix06.02.2018
ölçüsü2,8 Kb.
#26440
1   ...   26   27   28   29   30   31   32   33   ...   86

100 
 
Bizim  bura  gəlişimiz  qutsal  bir  əhvaldır.  Çox  gərəklidir.  Həm 
tarixi  əhəmiyyətlidir,  həm  də  bu  gün  Azərbaycanın  təsdiqində  əvəz 
olunmayan bir işdir. 
Atamız Var olsun! 
Soylu  Atalı: Bir-iki  əlavə  eləyim  bu  söhbətə.  Biz  Atanın  ruhani 
hüzurundayıq.  Biz  mərasimlərdə,  burda  özümüzü  Atanın  ruhani 
hüzurunda  hesab  eləyirik.  Ona  üz  tutmaqla  əslində  onun  xalqının 
gələcəyinə  üz  tutub  hesabat  veririk.  Biz  Atanın  ölümündən  sonra 
önun  sozünü  çatdırmaq  üçün,  harayını  çəkmək,  ideyalarını  xalqa 
vermək  üçün  çox  ciddi  addımlar  atdıq.  Nə  qədər  səfərlər  elədik, 
Azərbaycanı qarış-qarış gəzdik. Əlbəttə, xalqımızın boynuna minnət 
qoymaq  ləyaqətsizlik  olar.  Bizim  içimizdən  elə  bir  istək  keçməz. 
Amma  fakt  kimi  deyirəm,  həqiqət  kimi  deyirəm.  Elə  rayonlar  olub 
ki,  orda  yatmağa  yer  tapmamışıq.  Pulumuz  olmayıb  ki,  bir  yerdə 
qalaq,  sabah  gedib  sözümüzü  deyək.  Biz  Ucara  getdik  görüş 
keçirdik,  gecə  qalmalı  olduq.  Ucarda  bir  yer  axtardıq,  axırda  bir 
mehmanxana  tapdıq.  İnandırıram  sizi,  o  mehmanxananın  içərisinə 
heyvan girməzdi. Qapısı-zadı da sökülmüş, dağılmış bir yer idi. Biz 
məcbur  idik  orda  gecələyib  sabah  tezdən  görüş  keçirməyə  gedək. 
Getdik  Mingəçevirə.  Orda  güc-bəlayla,  bir  nəfər  vardı,  tanıdığımız 
adamdı,  qonaqsevərlikdə  tərəddüd  edə-edə  bizə  evində  yer  elədi. 
Təsəvvür  edin,  xalq  gör  hara  gəlib  çıxıb.  Xristian  yaradıcılarının 
dövrünə  gəlib  çıxıb.  Ata deyirdi, qaranlıq  qatılaşdıqca  işığa  ehtiyac 
artır.  Ona  görə  daha  çox  iş  görmək  lazımdır.  Qaranlığın  ixtiyarına 
buraxmaq  olmaz  dünyanı.  Şərin  ixtiyarına  buraxmaq  olmaz.  Daha 
çox iş görmək, daha çox haray çəkmək lazımdır. 
Bu  yaxınlarda,  may  ayının  24-25-i,  burda  olmuşuq.  Atanın 
sonevini  ziyarət  eləmişik.  Tovuzda  bir  neçə  ünvanda  söhbətlər 
apardıq,  ədəbiyyatlar  payladıq.  Ağstafada  olduq,  sonra  Qazaxa 
getdik.  Ondan əvvəl  biz  Atagün  Elində  olduq  –  Beyləqanda.  Biz  iş 
başındayıq.  Fərdi  görüşlər,  kütləvi  görüşlər.  Bu  il  nə  qədər 
məktəblərdə  görüşlər  keçirdik.  İnamlının  təşkilatçılığıyla  ən  çox 
Bakıda  xeyli  sayda  görüşlər  keçirdik.  Azərbaycan  gəncləriylə 
görüşürük və onun ağlına yazırıq ki, sən içinə yaxşı bax, Babək var 
orda, Nəsimi var, böyük şəxsiyyətlər var, aşkarla onu. Xalqın Babəki 


101 
 
Babək  dövründə  qurtarmadı.  Aşkarla,  xalqına  sahib  çıx.  Özündən 
əvvəlki  nəsillərin  qüsurlarını,  qəbahətlərini  təkrar  eləmə,  xalqını 
talamaq  üçün  böyümə.  Xalqı  qurmaq  üçün,  onu  böyütmək  üçün 
böyü.  Yüz  gəncin  içində, heç  olmazsa,  üçcə  nəfərin qəlbinə, ağlına 
söz  yazmaq,  –  Sənin  içində  Babək  var,  Nəsimi  var...  Bu  millətin 
gəncliyini çoxluq etibarilə pişik səviyyəsinə salıblar. 
Dövlət qurduq. Müstəqil olduq. Xalq əzab çəkir müstəqilliyindən. 
Niyə  əzab  çəkir?  Çünki  xalqın  başında  duran  talançılardır.  Gedib 
yüksək  ali  məktəblər  qurtarırlar,  xaricdə  təhsil  alırlar.  Oranı  bitirir, 
buranı  bitirir.  Nədir  bunun  xalqa  dəyəri?  Gedib  özünün  biznesini 
qurur... 
Mən “Üç oğluma məktub” yazmışam, kitabımda da çap etmişəm. 
Oğlanlarıma  deyirəm  ki,  varlı  oğullar  istəmirəm,  fədakar  oğullar 
istəyirəm.  Zəngin  olun  demirəm  sizə,  vətənin  qədrini  bilin.  Onda 
mənim  ləyaqətim  ucalacaq.  Millətinə  xidmət  elə,  mənə  xidmət 
eləmə. Bu torpaq haqqı, mən oğlanlarıma daim onu deyirəm ki, mənə 
xidmət eləməyin. Mənə fiziki mənada xidmət eləyəcəksiniz, ölümlü 
bir  şeyə  ximdət  eləyəcəksiniz.  Bilirsinizmi,  mənim  əzizlərim, 
gəncləri  ata-ana  körpəsinə  çevirirlər,  millət  oğluna  çevirmirlər.  Əl 
buyruqçusuna  çevirirlər.  Yaxşı,  başımızda  yad  qüvvə  var.  Bu  məhv 
eləyir onsuz da. İndi nə edək? Hamımız siçan deşiyi axtaraq girək?! 
Balalarımızı 
yetişdirək. 
Asif 
Ata 
ona 
görə 
yarandı... 
Nəyi yox idi bu adamın? İdeoloji şöbəyə vermişdilər o vaxt Atanın 
kitabını  ki,  oxuyun  deyin  ki,  bu  adam  ruhi  xəstədir,  dəlidir.  Dəli 
çıxardın  onu,  gözdən  salın.  Özü  deyirdi  ki,  mənə  adamyeyən 
sözündən başqa hər şey dedilər. Bu gün də deyirlər. Ona qarşı hər cür 
kampaniya  apardılar,  hər  cür  antipatiya  yaratdılar.  Oğullar  lazımdır 
ona sahib çıxsın, ondan öyrənsin. 
Ələddin Kəsəmənli: Mən üzr istəyirəm, səmimi sözlərinizə əlavə 
eləmək  istəyirəm.  Bir  neçə  ildir  Asif  Atanın  “Gündəm-xəbər” 
qəzetində,  gündəlik  çıxan  qəzetimizin  axırıncı  səhifəsində  bir 
səhifəlik  yer  ayırırdıq.  Düzdür,  indi  bizim  maliyyə  problemlərimiz 
var.  Ayrı-ayrılıqda  hər  biri¬miz  mübarizə  aparırıq.  Bir  saytımız  da 
işıq  üzü  görəcək.  Mən  orda  da,  bugünkü  gün  işlədiyim  “Dövrün 
nəbzi”  nəşrimizdə  də,  gündəlik  olmasa  da,  hər  dəfə  bizə  müraciət 


102 
 
olunanda onu nəşr eləməyə hazırıq və hazır da olacağıq. Asif Atanı 
bugünkü  gündə  ziyarət  eləyirik.  Biz  Mütləqə  İnam  Ocağına,  Asif 
Atanın  davamçılarına  həmişə  yardımda  olacağıq.  Onlar  tək  Asif 
Atanın  ruhunu  yaşatmırlar,  bunlar  milliləşmə,  milli  xüsusiyyət-
lərimizə  önəm  verən  insanlardır.  Sizin  yanınızdayıq. Biz  özümüzün 
səmimiliyimizi sizə göstərmək istəyirik nəşriyyat işçisi kimi.  
 
Azərbaycan  xalqının  içində  olan  mənfi  keyfiyyətləri  ictimai-
ləşdirib,  ictimai  qınağa  çəkib  xalq  tərəfindən  bunun  lənətlənməsini 
istəyirik ki, insanlar düzgün yola gəlsinlər. Asif Atanın o fikirləriylə 
mən  çox  razıyam.  Siz  o  yazıları  mənə  göndərəndə  mən  ürək 
ağrısıyla,  sızıldaya-sızıldaya  oxuyuram  onları.  Onlar  hamısı  mənə 
təsir eləyir. Mən bu gün həqiqi mənada Asif Atanı ATA kimi qəbul 
eləyirəm.  Çünki  orda  millətləşməyimizi,  balalarımızın  gələcəyini 
məhv  eləyən  ünsürlərə  qarşı  yazılan  yazıları  tarixə  salıb  yaşatmaq 
istəyirəm.  Bu  gün  sizlə  görüşməyimə  çox  şadam.  Həqiqi  böyük 
hörmətim var sizlərə, hər birinizə ayrı-ayrılıqda. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə