Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü0,82 Mb.
#63585


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

Ulusəs Atalının bacısı Elmira xanıma keçirilən 



“Yas Mərasimi”ndə deyilmiş fikirlər 

 

Ocaq  Günsırası ilə  15  Köçəri  Ayı,  36-cı  ildə Asif  Atanın  Mütləqə  İnam  Ocağının  Evladları, 



Ocaqdostları və Ulusəs Atalının qohumları onun cismani bacısı Elmira xanıma“Yas Mərasimi” 

keçirdilər. 



Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: “Yas Mərasimi”nə başlayırıq. 

İndi  keçirdiyimiz  “Yas  Mərasimi”  bizim  özümüzün  milli  və  insani  haqqımızın  ifadəsidir. Asif 

Ata Ocağının Evladı, həm də ölənimizin cismani bacısı Ulusəs Atalının qazandığı bir haqdır. Biz 

mədəniyyəti  yenilmiş xalqıq. Dili, tərbiyəsi,  gələcəyi  yenilmiş xalqıq. Ona görə də biz zaman-

zaman,  yenilmişlikdən  çıxmaq  üçün,  ayağa  dururuq.  Bu  cəhətlərimizlə  addım-addım,  Asif 

Atanın dediyi kimi, ağac-ağac, hal-hal qabağa  yürüyürük. İndiyə qədər bu ruhla, bu istəklə biz 

bir neçə ünvanlarda Ocaq qaydası ilə “Yas Mərasimi” keçirmişik. Bizim olduğumuz ünvanların 

bəzilərində rahatsız olanlar da olub. İllər öncə Azərbaycanın alimi və aydını Şamil Salehin yas 

mərasimində çox ağır hisslər keçirdi molla, rahatsız oldu. Ancaq mən ona da, başqalarına da başa 

saldım ki, biz öz milli kimliyimizin, varlığımızın təsdiqini yetiririk. Burada heç kimin hisslərinə 

toxunmaq  amacımız  yoxdur.  Biz  burada  heç  bir  baxışı  söyməyə  gəlməmişik.  Bizim  hədəfimiz 

söymək deyil, bizim hədəfimiz aqressiya deyil. Milləti aqressiya ilə yaratmırlar. Milləti mənəvi 

yüksəlişlə  yaradırlar.  Mənəvi  yüksəlişi  yaradan,  yaşadan  oğul  və  qızlar  gərəkdir.  Biz  burda  öz 

haqqımızı  ifadə  edirik.  Ona  görə  də  orda  dediklərimizdən  hər  kəsin  xoşu  gəldi,  hər  kəs 

minnətdarlıq  elədi.  Biz  hər  şeyi  nəzərə  alırıq,  hər  şeyi  hesaba  alırıq,  insanlarımızın  hansı 

dünyagörüş daşıyıcıları olduğunu bilirik… 

Səhər  dostumuz  İlham  Mustafa  ilə  işdən  gələndə  o  mənə  belə  bir  söz  dedi.  Məni  bir  şey 

rahatsız edir ki, başqa millətlərin mədəniyyəti bizdən yüksək görsənir, deyir, mən Qazaxıstanda 

olmuşam, orada insanlar özlərini pis aparırdılar, yəni türklər. Ancaq başqa xalqlarda bu yox idi. 

Mən  ona  deyirəm,  İlham  bəy,  biz  mədəniyyəti  yenilmiş  xalqıq.  Mədəniyyəti  yenilmiş  xalqın 

tərbiyəsi aşağı olur, onun içində tək-tək aydınlar olur, ağlayır, öz soyundakı aşağı cəhətlərə qarşı 

çıxır.  Millətin  uçmaması  üçün,  dağılmaması  üçün.  Mədəniyyət  deyilən  bir  şey,  içdə  güc 

deməkdir. İçindəki güc səni dik saxlayır, ayaqda tutur. Əgər o güc yoxdursa, sən bivec olursan, 

millət bivec olur, davranışını bilmir, nə gəldi, necə gəldi davranır, danışır. Tərbiyəsinə baxmır, 

heç nəyə baxmır. 

Var  öz  belindən  gələn  övladın,  var  qırağın  belindən  gələn  övlad.  Qırağın  belindən  gələn 

övlada  nə  qədər  humanist  münasibət  bəsləsən  də,  öz  belindən  gələnin  qədrini  bildiyin  qədər, 

onun  üstündə  əsdiyin  qədər  əsməyəcəksən.  Bizim  özcə  mədəniyyətimiz,  həmən  türk  millətinin 

mədəniyyəti, belimdən gələn övladdır. Onun üzərində mən əsirəm. O, mənəvi çolaq olmamalıdır, 

tərbiyəsiz  olmamalıdır.  O  məhv  olmamalıdır,  o  gələcəksiz  olmamalıdır.  Olmaması  üçün  bütün 

çabalarımız onun üzərinə yönəlir. Bu bizim qarşılıqsız haqqımızdı. Heç kim bizə bu haqqı yasaq 

edə bilməz. Heç kim məni zorlaya bilməz ki, sən öz evinin içində ərəb dilində yaşamalısan. Ərəb 

mədəniyyəti ilə davranmalısan. Heç kim onu bizə yeridə bilməz, yeritməməlidir. 



 

 

 



Bir  ovuc  erməni,  bir  ovuc  gürcü,  onlar  rusla,  ingilislə  təxminən  eyni  dünyagörüşü  paylaşır, 

təriqət  fərqləri  var.  Pravoslav,  katolik,  monofizit  və  s.  Ancaq  o  paylaşdığı  dünyagörüşü  öz 

millətinin,  öz  anasının  dilində  ifadə  edir.  Erməni  peyğəmbər  verməyib,  o,  İsanın  dediyni 

eşitməlidir. Gürcü də verməyib, o da eşitməlidir, ancaq öz dilində eşitməlidir. Biz isə min ildir 

ki,  öz  ana  dilimizə  arxa çevirmişik.  Türk  min  ildən  artıqdır  ərəb  etkisində  yaşayır.  Ərəb  türkü 

özü  kimi  cahil,  müti  saxlayır.  Bəşəriyyətə  ilk  sivilizasiya  gətirən  türk,  böyük  mədəniyyətlər 

quran türk cahilcəsinə ölünün qolunu qaldırıb qulağına qışqırır ki, qəbirdə rahat yat, səni cənnətə 

almaqdan  ötrü  Allahdan  xahiş  edirik.  Baxın,  qəbirə  qoyanda  ölünün  qolundan  tutub  adını 

çəkirlər ki, o eşidəcək. Ay geridə qalmış soydaşım, ölüm ona deyirlər ki, beyin susub, hissiyyat 

dayanıb, sən ona nə eşitdirmək istəyirsən?! 

Bu gün bizim torpağa göməcəyimiz adam bir anadır. Millətin bir qadınıdır. O ananın öz dili 

var. O dildə analar bizə layla deyib, o dildə analar bizə ağı deyib, bayatı deyib, nağıl deyib. Ana 

dilimizin incəlikləri gözəldir, o bizə hədiyyə olunub, o bizim ixtiyarımıza verilib, əmniyyətimizə 

tapşırılıb.  O  dili  biz  qoruyub  sabaha  çatdırmalıyıq.  Ancaq  bu  dil  qupquru  məişət  dilinin 

səviyyəsinə endirilib. Bu dil mədəniyyət daşıyıcısıdır axı. Bu dil dünyagörüş ifadəçisidir, bu dil 

sevgi  ifadəsidir,  bu  dil  yalvarış  ifadəsidir.  Kimə  yalvarım,  kimi  sevim,  niyə  sevim?!  Bunların 

hamısı  ifadəyə  gəlir  bu  dillə.  Bu  dilin  adına  ana  dili  deyirik.  Ana  dilimizin  urvatını,  qədrini 

bilməyimiz gərəkdir. Buna görə Asif Atanın Ocağı olaraq bir qom adam dostumuza, tanışımıza, 

millət  sevgisi  ilə  tanıdığımız  yaxınlarımıza  üz  tuturuq,  rica  edirik,  belə  məqamlarda  bir  araya 

gələk, bir yerdə ifadə edək, bir yerdə yaşadaq o mədəniyyəti, o dili, o baxışı, milli kimliyi. Bizim 

balalarımız  bizdən  gələcək  gözləyir.  Bizim  babalarımız  bizə  nə  verib,  nə  saxlayıb,  yanlışmı 

verib,  doğrumu  verib?  Babalarımızın  bizə  verdiyi  bizim  əlimizdən  tutub  hara  aparır?  Biz,  ağlı 

kəsənlər,  bəzən  öz  babalarımızı  suçlayırıq,  deyirik  ki,  sən  yanlış  yolda  olmusan.  Yanlış  yol 

göstərmisən  mənə.  Mən  sənin  daşıdığın  suçun  ağrısını  yaşayıram.  Sabahkı  balalarımız  da  bizə 

həmin şeyi deyəcək. Yüz il, min il sonra dönüb bizə baxacaq, bizdən sorğu edəcək ki, mənə nə 

saxlamısan? Millətini ifadə edən bir dəyər saxla görüm, nə ifadə etmisən, mən ondan  yapışım, 




ayaqda  durum…  Bunu  düşünmək  çox  önəmlidir.  Buna  görə  də  olanaq  içrə  (imkan  daxilində) 

toyumuzda, yasımızda, qonşumuzda, dostumuzun məclisində biz öz milli kimliyimizi yaşatmağa 

borcluyuq.  Cırmaqlaşmağa  borclu  deyilik.  Sizin  sıranızda  oturan  Günev  Atalının  sinəsinə  çox 

yumruqlar ilişib. O, yumruqları həzm eləyib, niyə, millətinin gələcəyini düşündüyü üçün. Mənim 

də başım həmin dərdləri çəkib millətimin gələcəyi üçün. Çünki yeniliyə qarşı həşir salan adam 

öz  milli  kimliyini  dərk  eləmir.  Mən  dərk  edirəm,  ona  görə  mən  ona  borcluyam.  “Qanan 

qanmayana  borcludur”  deyib  atalarımız.  Qananlar  qanmayanın  silləsini  də  udmağa  borcludur. 

Kiminsə  üstünə  ayaqlanmaqla,  sillə  atmaqla  sən  millətinə  yol  göstərə  bilməzsən,  övladına  yol 

göstərə bilməzsən. 

Ölənimiz Elmira xanım, Ulusəsin bacısıdır. Onu bizə Ulusəs bağlayır, başqa şey bağlamır. O 

bizim  dünyagörüş  daşıyıcımız  deyil.  O,  Ulusəsin  bacısıdır  və  millətimizin  övladıdır.  Bizə  bu 

haqqı da Ulusəs verdi. Biz haqq verilməyən ünvanda söz demirik. Biz hər vaxt xalqımızın içində 

oluruq.  Bu  ayrı.  Çoxsaylı  oxullarda  gəncliyimizin  şüuruna  söz  deyirik.  Bir  yerdə  ki,  bizə  ürək 

açırlar, qapı açırlar, orada biz öz milli sevgimizi, öz insani sevgimizi, gələcəyimizi ifadə edirik. 

Hər  bir  insanın  millətin  yaranmasında,  yaşamasında,  var  olmasında  qatqısı  var.  Heç  bir  insan 

deyə  bilməz  ki,  mən  nəkarəyəm,  mənim  millətə  nə  dəxlim  var?  Heç  bir  insanın  bunu  deməyə 

haqqı yoxdur. O dərk eləməyə bilər, anlamaya bilər. Anlamadığı üçün onun qatqısı yalnız fiziki 

olur. Ancaq qananların qatqısı təkcə fiziki olaraq deyil, həm də mənəvi, ruhani, ideoloji, dövləti 

səviyyədə  olur.  Milləti  biz  əmələ  gətiririk.  Millətin  səviyyəsi  bizim  düşüncəmizdən, 

anlayışımızdan doğur. Ona  görə hər bir fərdin millətin  varlığında qatqısı  var və bu qatqını  biz 

onların  özünə  anlatmağa  çalışırıq.  İnsanlarımıza  fərd-fərd,  hal-hal  anlatmağa  çalışırıq.  Biz 

ölürük,  xalq  ölmür.  Biz  bizdən  sonra  qalan  xalqımıza  qulluq  göstəririk.  Əslində  biz  öz 

əbədiliyimizə  qulluq  göstəririk.  Hər  bir  fərdin  gələcəyi  xalq  deməkdir.  Onun  başqa  gələcəyi 

yoxdur.  Onun  insani  gələcəyi,  mənəvi  gələcəyi  millətə  bağlıdır.  Millət  yaşadır  onun  yaxşı 

cəhətlərini, bütün keyfiyyətlərini. Hər bir fərd millətdən başlayır, həm də milləti başlayır. Millət, 

içində  olan  yüksək,  gözəl  keyfiyyəti  öz  doğduğuna  verir.  Doğduğu  onun  gözəl  keyfiyyətini 

yaşadır Babəkimiz kimi, Nəsimilərimiz kimi. Ölməzlik odur. Bu baxımdan hər bir fərdin bu və 

başqa şəkildə xalqa qatqısı var, həm də xalqda onun nəyisə qalır. Kiminin nəsli qalır, ən az halda 

xatirələri qalır. Ölən ölür, amma onun yaxşı cəhətləri ölmür, zaman-zaman biz onu xatırlayırıq, 

biz  o  yaxşı  cəhətləri  sevirik,  o  yaxşı  cəhətləri  özümüzə  örnək  kimi  görürük.  O  yaxşı  cəhətləri 

daim  yanımızda  olana,  tanımayana,  eşitməyənə  göstəririk.  Xalqın  içində  olan  ayrı-ayrı 

keyfiyyətləri  yaddaşdan  yaddaşa,  sevgidən  sevgiyə  ötürürük.  Elmira  xanımın  da  özünə  xas 

cəhətləri  var.  Bu  xatirələr  daha  çox  onun  cismani  bacısı  olan  Ulusəsdə  var.  Aramızdan  gedən 

fərd özünün hansı hisslərini qoruyub, qoyub gedib?! Ölənə ağırlama sözü deyərkən, bu cəhətləri 

diqqətə 

sunuruq. 

Biz 

onu 


özümüzdən 

sonrakılara 

örnək 

olaraq 


sunuruq… 

Dostlarımızın  bu  yasla  bağlı  fikirlərini  dinləyəcəyik.  Sonra  bir  neçə  kəlmə  qurallarımızı  ifadə 

eləyib, ölənimizi götürəcəyik. Mən rica edirəm, kimin imkanı var, maşınlar da var, bir yerdə onu 

gömək. Bu əslində önəmli bir məsələdir. Bu tək Ulusəsin məsələsi deyil. Ulusəs mənə deyəndə 

ki,  köhnə  qonşularımız-filan  var,  onlara  deyimmi,  dedim  gərək  deyil,  çünki  o  qonşular 

ağlaşmaya  gəlir,  biz  burada  törən  keçiririk,  ağlaşma  qurmuruq,  onlar  sonra  gələr. 

Biz palatka qurmadıq, biz ehsan vermədik. Nurtəkinin “Beşikbaşı Mərasimi” nə dərəcədə milli 

hadisə idisə, bu da bir o dərəcədə milli hadisədir. Əslində ölüm hadisəsi də, ailə qurma hadisəsi 

də  milli  hadisədir.  Bu,  iki  fərdin,  bir  ailənin  işi  deyil.  İki  fərdin  işi  olsaydı,  el  yığılıb  ona  toy 



eləməzdi, yas keçirməzdi. Bu baxımdan milli hadisədir. Bunu təkcə Ulusəs Amaldaşımız olduğu 

üçün deyil, həm də ölənin bu millətin bir övladı olduğu üçün edirik.  

Ulusəsi tək qoymayaq, onun yanında olaq. Sonra isə biz elə öz getdiyimiz maşınlarla qayıdıb 

gəlirik,  Asif  Ata  Ocağının  quralına  uyğun  şəkildə  “Dərddən  güc  alma”  qonusunda  fikir 

bölüşmələri olur, bir tikə də nahar edirik. Bu əslində ölü yerini boş qoymamaq deməkdir. Şivən 

qoparmırıq, kədəri anlayırıq, dərk edirik. İnsanın hansı yaşda olmasından asılı olmayaraq, o, bir 

insandır  və  o  öz  tanıdıqlarının,  yaxınlarının  arasından  gedir.  O,  bizdə  kədər  yaradır,  ona  görə 

kədərdən güc alma qonusunda da istəklərimizi bölüşürük. 

İndi Günev qardaşımızı dinləyək. 

 

 



 

Günev  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif  Ataya  ali  səcdə  ilə  sözümə 

başlayıram! 

Biz bu gün kimə başsağlığı veririk? Kimdir bu şəxsiyyət – Ulusəs. Bəşərin qəddini əyən yükün 

altına çiyin  verən bir qadındır Ulusəs. Hələ üstəlik  şəxsi  qayğılar, iki ağır xəstə. Dözümə bax. 

Asif Ata deyirdi ki,  dözümdə dağlarla  yarışmaq gərək. Sənə min alqış.  Səcdə edirəm  sənin  bu 

durumuna. 

Biz bu gün burda nə ilə üz-üzəyik? Belə demək olar ki, başqası da bir kəlmə söz deyir, o da 

aparıb torpağa gömür, biz də. Yox, belə deyil. Millət millət olaraq xeyir-şərindən başlayır. Soylu 

adından  başlayır,  Günev  adından  başlayır.  Əlabbasdan  –  ərəb  adından  imtina  elədim.  Qıraq 

millətdən  kim  məni  çağıranda  deyər  ki,  bu,  türk  oğlu  türkdü.  Burdan  başlayır.  Bu  gün  bizim 

cismanilərimiz  bizim  türk  adlarımızı  çağırmaqdan  hardasa  sıxılırlar.  Yəni  məsələ  ən  adicə 

məişətdən başlayır. Qonşu ilə münasibətdən başlayır. Bu gün  yığılan aydınların hər biri elə bir 

durumdadır ki, gələcəyin, eləcə də bu günün sorunu onların üzərinə düşür. Onlar bu sorunu dərk 

edəndə  xalq  yaranmağa  başlayır.  Burda  beş  nəfər,  on  nəfər  qabağa  durur  ki,  mən  xalq 

səviyyəsindən aşağı düşmüşəm. Bunu mən dərk edirəm. Mən bu xalqı qaldırmaq üçün, özümü 

qaldırmaq üçün özümdən başlayıram. Həm də böyüklərimizin harayını sənə qaytarıram. Özünə 

dön, Türk oğlu o deməkdir! Bu gün bu Yas quralımızı keçirməklə biz özümüzə dönürük. Sabah 



münasibətimizdə,  qibləmizdə  özümüzə  dönəcəyik.  Qiblə  məsələsi  ciddi  məsələdir.  Üzümüzü 

tuturuq  Mötəsimlərə  sarı.  O  Mötəsimə  ki,  mənim  Babəkimi  tikə-tikə  doğradı.  Biz  də 

balalarımızın  adını  Mötəsim  qoyuruq.  Hansı  şəhərdə  doğrandı  –  Samirədə.  Balalarımızın  adını 

Samirə qoyuruq. Nə qədər özünə yadlaşmaq olar axı. 

Elmira  xanım  ulusunda  yaşasın,  gedən  cismidir,  mənasında  qalsın.  O  keyfiyyətlər  ki,  o 

daşıyırdı,  analıq,  bacılıq,  bu  keyfiyyətlər  onunla  getmir,  xalqda  qalır.  Onda  yaşasın.  Ulusəsin 

başı sağ olsun. Atamız Var olsun! 

Soylu Atalı: Bu ailəyə dost olan, Ulusəslə də yaxın dost olan Abil qardaşımız bir neçə kəlmə 

ilə fikrini bildirsin. 



 

 

Abil Ulusoy: Elmira xanımı mən Ulusəsə görə tanımışam. Uzun illər bir yerdə olmuşuq. Mən 

siyasətlə  məşğul  olurdum  və  mənimlə  bir  yerdə  olanlar  da  var  idi.  İçdən  yaxın  insanlar  idik. 

Sonra  bu  doğmalıq  getdikcə  artmağa  başladı.  Ulusəs  “Uluyurd  Hərəkatı”nın  yaranmasında 

iştirak  elədi,  sonra  Ocaqçı  oldu.  O  çağlar  Elmira  xanım  bizə  qapı  açdı,“Uluyurd  Hərəkatı” 

yarananda.  Onun  evi  “Uluyurd”un  Odası  idi.  Həmişə  bizim  “Hərəkat”la  bağlı  söhbətlərimizə 

diqqətlə  qulaq  asırdı.  Hərdən  gülüb  deyirdi  ki,  bu  mənlik  deyil,  ancaq  əlimdən  gələni  etməyə 

hazıram. İlk dəfə biz orda toplantılar keçirirdik, Azərbaycanın bütövlüyündən danışırdıq. Bütöv 

Azərbaycanın görmək istədiyimiz dövlət rəmzlərini yaratdıq, “Uluyurd”un bayrağı orda asılırdı, 

himni  dəfələrlə  orda  səslənirdi.  Çoxsaylı  qonaqlar  olurdu,  iş  gedirdi.  Ordan  biz  Azərbaycana 

Uluyurdçuluğu yayırdıq. Bunların hamısını izləyirdi. 

Çətin olacaq, Azərbaycanda yüzillərdir oturuşmuş yad bir ənənəni silmək. Bu ənənəni silmək 

üçün  hədsiz  dərəcədə  işləmək  gərəkdir.  Boyumuzdan  yuxarı  boy  göstərmək  gərəkəcəkdir.  Bu 

ənənələr  yüzillərdir  oturuşubdur.  Milli  quralımızdan  isə  qorxu  da  var,  siyasətdə  yararlanmaq 

istəyi  də  var.  Bunu  ağılla  aşama-aşama  toplumda  oturtmaq  gərəkdir.  Müəyyən  bir  müddətdən 

sonra paralellik yaranacaq. Burdakıların heç biri ola bilər ki, fiiziki olaraq bunu görməsin, ancaq 

paralellik  olacaqdır.  Bu  xalqın,  millətin  öz  bağrından  gəldiyinə  görə  milli  adət-ənənə  yavaş-

yavaş yad ənənələri sıradan çıxaracaq. Ola bilər ki, bölgə-bölgə olsun. Sonra bütün Azərbaycan 

miqyasında. Millət bir gün özünə gəlməlidir. Başqa yolu da yoxdur. 




Sonda Ulusəsə başsağlığı verirəm, Ulusumuz var olsun. 

Soylu  Atalı: Ulusəsin  xəstələrinə,  onun  qayğılarına  səmimiyyətlə  acıyan,  hər  dəfə  mənim 

işimi soruşmazdan öncə bu bacıların durumunu soruşan eloğlumuz, şair, aydın  Əkbər Qoşalını 

dinləyək. 

 

 

Əkbər Qoşalı: Mən bir neçə ay bundan öncə, bura başqa bir toplantıya gələndə Elmira xanım 

bizimlə  burda  oldu.  Fiziki  cəhətdən  zəif  olsa  da,  içindəki  gücə  dayanaraq  iştirak  etdi.  Mən 

onunla görüşüb  getmək  istəyəndə, mənə bəzi  fikirlər dedi.  Üzünə sanki  işıq  gəldi o  anda.  İndi 

onun üzünün işıqlı vaxtını xatırlayıram. Elə bilirəm ki, mənim yaddaşımda bir bəy qızı kimi, bir 

xan  qızı  kimi,  bir  el  qızı  kimi  xoş  üzü  ilə  qalacaq.  Tanrı  yanında  yeri  uca  olsun.  Dərdinizə 

ortağam, Ulusəs bacıma da başsağlığı verirəm. 



Soylu  Atalı: Asif  Atanın  işinin  yeriməsinə  içdən  bağlı  olan,  gərəkən  dəstəklərini 

əsirgəməyən, dostumuz, şair aydınımız İlqar Türkoğlunu dinləyək. 



İlqar  Türkoğlu: Mən  də 

bir daha başsağlığı  verirəm  Ulusəs xanıma. Təbii ki,  bütün  bu deyilənlər millətimizin  yaşadığı 




taledir.  Uzun  yüz  illər  biz  cahillikdə  yaşadıq,  nə  dirimizlə,  nə  də  ölümüzlə  öz  milli  adət-

ənənəmizə uyğun davrana bilmədik. Çox sevinirəm ki, bu gün Ata ideyaları millətin içərisində 

yayıla bilir, oturuşa bilir. Ulusəs xanıma başsağlığı verirəm. 

Soylu Atalı: Bizim toplantılara çox qatıldığı üçün Ulusəs bacımızı Əlisəfa bəy də tanıyır, onu 

da dinləyək. 



 

 

Əlisəfa bəy: Var olsun ruhu Asif Atanın ki, belə qaydalar qoyub. Bu boyda abidələr qoyulub, 

əsərlər  yazılıb. Kim ki, boğazından aşağı  yaşayıb, onun haqqında  heç nə yazılmır. Boğazından 

yuxarı, idrakıyla yaşayanlar barədə örnəklər qalır. Beləliklə millətlər yaranır, incəsənət yaranır. 

Yalnız  böyük  ruhlu  insanlar  xalqın  formalaşmasını  təmin  edir.  Bu  gün  ölənləri  bizim 

anlamadığımız  dualarla  yola  salmalar,  düşünürəm  ki,  cəmiyyət  üçün  heç  nə  vermir.  Belə 

məclislərdə  isə  bu  cür  milli  ruhlu  dualar  fərdi  böyük  ruhçu  səviyyəsinə  qaldırır.  Hamı  öz 

ürəyindən  keçənləri  deyir  və  bu  deyilənləri  də  hamı  dinləyir  deyə,  məhz  böyük  ruhçu  kimi 

yaşamaq  istəyir  adam  və  xalqın  formalaşmasında  mən  də  var  olmalıyam  demək  istəyir.  Alqış 

sizə  ki,  bu  cür  məntiqi ortaya  qoymusunuz.  Bu  çox  gərəkli  bir  məntiqdir,  sağ  olsun  İlqar  bəy, 

eləcə  də  Güney  bəy  dəstək  oldular.  Biz  məhz  elə  bu  cür  törənləri  ortaya  qoymalıyıq.  Tanrı 

qatında yeri uca olsun. Yerdə qalanların başı sağ olsun! 

Ayaz  Şıxalıoğlu: Mən  Ulusəs  xanıma  başsağlığı  verirəm.  Asif  Ata  Yolunu  gedən  belə 

xanımlarımız, təəssüf ki, çox azdır, arzu edirəm bu xanımların sayı çoxalsın. Millətləşmək üçün 

bu çox önəmlidir. 

Xaliq Səfəvi: Oğuz elə bir siyasi coğrafiyada yerləşir ki, tarix boyu bizim ərazilərdə bir çox 

nüanslar  olub.  Hələ  dini  anlayışın  mövcud  olmadığı  bir  dövrdə  Tanrıçılıq,  ondan  sonra  isə 

yəhudizm  quruluşları,  onların  ikisinin  arasında  atəşpərəstlik  və  bunların  hamısını  özündə 

birləşdirən  vahid  bir  türk  sistemi  olub.  Vahid  türk  sistemi  özü-özlüyündə  bütün  inancların 

mənbəyini təşkil edir. Ona görə də bütün inanclar türk-turan inanclarını yıxmağa çalışıblar. Bu 

istər  xristianlıqda,  istər  yəhudilikdə,  istərsə  də  ərəb  xilafəti  dövründə  olub.  Bizim 

inanclarımızdan  bəhrələnib,  başqa  don  geyindirib  bizim  özümüzə  sırıyıblar.  Azərbaycan 

aydınlarının  yüksək  səviyyəliləri  bu  inancları  bizim  özümüzə  qaytarmağa  çalışıblar.  Bu  xvı 




yüzildə  də  olub,  Nəsimi  dövründə  də  olub,  ondan  əvvəl  Xürrəmilik  dövründə  də  olub,  indi  də 

var.  Ancaq  onlar  yetərincə  sistemli  şəkildə  olmadığına  görə  başqa  sistemli  baxışlar  tərəfindən 

yeniliblər. İndi isə Türk dövlətləri bağımsız olduqdan sonra bu ideya yenidən baş qaldırıb. 

 

 



 

Mən  işimlə  bağlı  bütün  Türk  dövlətlərində  olmuşam.  Özü  də  aylarla.  Türkiyədə 

Azərbaycandan  olan  Alpan  Ocaqları  var,  bu  Ocaqlar  Qazaxıstanda  Silpa  Ocaqları  adlanır. 

Azərbaycanda  da  Asif  Ata  Ocağı  fəaliyyət  göstərir.  Bunların  hamısının  inanc  qaynağı  türk 

varlığına  bağlıdır.  Qanımızdan  gələn  daşıyıcılar  bizi  bir  sistemə  çəkir.  İstər  Azərbaycanda, 

Qazaxıstanda,  yeni  yaranmış  Kıprısda  da  bu  var.  Mən  bu  sözü  demişəm,  bir  daha  deyirəm  ki, 

belə hadisələri  daha  geniş  biçimdə topluma təqdim eləmək  gərəkdir. Xalq  özü özünü heç vaxt 

zirvələrə  apara  bilməz,  yalnız  xalqın  əsil  aydınları  onu  zirvələrə  apara  bilər.  Ona  görə  bunu 

bizim  aydınlara  təqdim  etmək  gərəkdir  ki,  onlar  bu  işi  xalqa  versinlər. 

Ulusəs  xanım,  başınız  sağ  olsun,  qədim  türk  inanclarında  deyildiyi  kimi,  ruhu  ulu  tanrıya 

qovuşsun. 

 



İnamlı Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə 

ilə! Ata deyir ki, bir insan öləndə dünya əksilir. Ancaq indiki yas mərasimlərində dünya əksilmir, 

çünki  insan  mahiyyətinə  yetmir.  Nə  yaşayanda  özünü  ifadə  edir,  nə  də  ölüm  qurallarında. 

Ərəbçilik  imkan  vermir  ki,  insanın  mahiyyəti  açılsın,  “dünyaya  niyə  gəlmişdi”  anlamı  insanın 

diqqətinə  çatdırılsın.  Heç  olmasa  ora  yığışanlar  bilsin  ki,  bu  insan  niyə  gəldi,  niyə  getdi. 

Bütün  dəyərlər  Asif  Atada  qiymətini  alır.  Ona  görə  də  bu  gün  xalq  Asif  Atadan  başlayır. 

İçimdə bir qibtə var ki,  Elmira xanım Asif Atanın  qaydası  ilə  gömülür.  Ulusəs xanımın  bacısı 

ona görə bəxtəvərdir ki, bu gün ona Asif Atanın bayrağı altında “Yas Törəni” keçirilir. Mənim 

anam,  atam,  bibim  öləndə  burda  olmamışam.  Arzum  idi  ki,  ölənlərimi Ocaq  quralı  ilə  ortadan 

götürək.  Atama,  anama  belə  bir  tədbir  keçirərdim  və  anamı,  atamı  urvatla  yola  salardım.  Mən 

fəxr  edərdim  ki,  anamı,  atamı  son  anda  milli  ruha  bağladım.  Bir  oğul  kimi  fəxr  edərdim  ki, 

anamın, atamın borcundan çıxdım. Ulusəs bacımızın ulusu var olsun. Kədərimiz dərsimiz olsun, 

dərdimiz olmasın. 

 

 

Ulusəs Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə 

ilə sözümə başlayıram! 

Öncə bu gün yanımda olanlara, bura gələnlərə təşəkkürümü bildirirəm. 

Dünən hamı gedəndən sonra mən bacımın üstündə layla çaldım. Nə yaxşı ki, özümüzdə güc 

tapıb  molladan  imtina  elədik,  bacımın  uyuduğu  ev  mənim  laylamı  dinlədi.  Burada  ürək  acısı 

vardı, sevgi var idi, göz yaşı yox idi. 

Mən bacım haqqında nə deyə bilərəm. O, öz qapısını dörd ilə yaxın bizə açdı. Biz orda dörd il 

Ocağın, Soylu Atalının quruculuğu və qatqısı ilə Uluyurd tədbirləri keçirdik. Ora insanlar dəvət 

edirdik. Biz hər məclisimizə 30-40 adam toplayırdıq. Ora Akademiyanın işçiləri gəlirdi. Onlara 

ortam  yaradan  mənim  bacım  olub.  O  özü  dərinliyinə  qədər  Ocağı  başa  düşməsə  də,  bilirdi  ki, 

onun türk kimi haqqı var. 

Hər adamın haqqı var ki, məclisini bu qayda ilə keçirsin. Düzdür, biz buna Ocaq-türk qaydası 

deyirik,  ancaq  bu  hamının  qaydasıdır.  İnamlının  qibtəsində  mən  haqq  görürəm.  Özümdən 

razıyam  ki,  mən  bacımın  haqqını  yerinə  yetirdim.  Mən  bunu  sizin  qatqınızla  həyata 




keçirməyimlə fəxr edirəm. Mən Asif Ataya səcdə qılıram, doğrudan da, o, bizi anlada bilib ki, 

biz  kimik.  Hansı  yolu  tutmağımızı  biz  anlamışıq.  Gəldiyinizə  görə  təşəkkür  edirəm.  Var  olun! 

Ulusumuz var olsun! 

Soylu  Atalı: Hər  kəsə,  ləyaqətlə  dediyi  sözə  görə,  təşəkkür  edirəm.  Bir  haşiyə  olaraq 

diqqətinizə  çatdırmaq  istəyirəm  ki,  bizim  qurallarımızın  kitabı  var.  Asif  Atanın  Ocağında 

yaranan  bu  Qural  milli-insani  haqqımızın  ifadəsidir.  Bu  kitabda  ölümlə  davranmanın  bütün 

çalarlarını  biz  işləmişik.  Ulusəs  bacımız  da  dedi,  tam  olmasa  da,  toplumun  içinə  addım-addım 

gedirik. Ulusəs öz ölüsünü öz milli quralları ilə gömür. Haysız, həşirsiz. Nə qədər gözəl kədərdi 

bu. 


İndi biz qurallarımızı ifadə edəcəyik. 

Göylü Atalı Asif Atanın “Ölümlə Görüş” içsəsini oxudu: 

 

 

 

Ölümlə Görüş 

– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə 

bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm, saçlarım, 

dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi  öldürürsən. 

Bu, ani ölümdür! 

Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, 

əllərim bir başqasına. Cismimdən heç nə itməyəcək. Kimsə dünyaya mənim gözlərimlə baxacaq, 

mənim  dodaqlarımla  güləcək.  Sən  mənimlə  bacara  bilməzsən,  ölüm!  İndi  tamam,  vahidəm, 

sabah səpiləcəm ömürlərə, talelərə! 

Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım 

ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam ölmür! 

Bir  vaxt  naşıydım,  zəifdim;  gəlişini  dəhşət  sanırdım,  elə  bilirdim  gəlməyinlə  heçə  çevriləcəm. 

İndi  başa  düşdüm,  gördüm  ki,  qarşımda  acizsən!  Müqəddəsliyim  əbədidir  –  öldürə  bilmədin! 

Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! 




Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır  – Nəsimim də, Buddam da sağdır  – 

Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən! 

Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən 

keçiciliyi  öldürürsən,  Mənəviliyi  öldürə  bilmirsən  –  heyvaniliyi  öldürürsən.  Sən  mənim 

bugünümü  əlimdən  alırsan,  ancaq  sabaha  qovuşdurursan!  Mənə  oxşayan  saysız-hesabsız 

körpələr gələcək dünyaya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin 

məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm. 

Mənə ölüm Yoxdur! 



Yasin Türksoy “Aqibət”i oxudu. 

 

 



 

Aqibət 

İnsanı  torpağa  basdırdılar.  Tabutunun  üzərində  göz  yaşı  tökdülər,  baş  daşına  ismini, 

doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər. 

Biri dedi: Gözəl ailə başçısı öldü. 

O biri dedi: Səmimi dost öldü. 

Biri dedi: Xeyirxah, xalqsevər öldü. 

Digəri dedi: İti, parlaq zəka məhv oldu. 

Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik. 

O biri dedi: İşıqlı mənəviyyat söndü. 

Mərhumun  vəfadarlığından,  fədakarlığından,  mətanətindən  doyunca  danışdılar.  Lakin  bu 

sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq 

idi,  onlara  sığmırdı.  Əslində  İnsanı  heç  kəs  tanıya  bilməmişdi,  o,  həyata  naməlum  gəlib, 

naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə 

sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, 




ruhani  niyyətlərə,  arzulara,  fikrə,  duyğuya  çevriləcəkdi,  tapmadığı  dünyasını  daim  arayacaq, 

arayacaqdı. 



Soylu Atalı: İndi ölənimizin adına ayağa duraq və “Matəm üstə Mütləqlə Təmas”ı dinləyək: 

 

 



 

“Matəm üstə Mütləqlə Təmas” 

Ölən – Əzəlidə qalır. 

Əbədidə qalır. 

Sonsuzda qalır. 

Kamildə qalır. 

Üzlərdə qalır. 

Gözlərdə qalır. 

Dodaqlarda qalır. 

Xalqda qalır. 

Ölən – Gerçəklikdən gedir – Mənada qalır. 

 

İndi ölümüzü yerdən qaldırıb gömməyə aparırıq. 



Bununla mərasim başa çatdı. Gömmədən sonra Ocaq Yükümlüsü bir neçə kəlmə söz dedi və 

qatılanlara, gələnlərə təşəkkürünü bildirdi. 



 

 

Köçəri Ayı, 36-cı il. 



(fevral, 2015.) 

 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə