Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə23/150
tarix26.10.2017
ölçüsü3,35 Mb.
#6732
1   ...   19   20   21   22   23   24   25   26   ...   150

 

67 


deyilən bir şey  məna daşıyacaq. Qalxınma deyilən bir şeyin anlamı 

olacaq. Tərsinə olarsa, qalxınma adında bir anlam yoxdur. 

Başqa bir ideya. Hər bir Dünyabaxışın hədəfi nədir, nə olmalıdır? 

Dünyabaxışın hədəfi o olmalıdır ki, toplumda yaşamı doğru yönəlt-

mək üçün bir ölçü yaratsın. Bir ölçülü ortam yaransın böyük anlam-

da. Niyə? Hər kəs həyata özünün açısından baxır. Fərqinə varmır ki, 

onun  açısı  yanlışdırmı,  doğrudurmu?  Vahid  açı  yoxdur.  Hərə  bir 

açıdan yanaşdığı üçün hər bir kəs başqasını yanlış sayır. Hər kəs öz 

açısını doğru sayır, başqasının açısını yanlış sayır. Bir misal çəkim. 

Məsələn,  mənim  evimin  qadını  daha  çox  məişət  ölçüsüylə  yaşayır. 

Nə qədər Amal məsələsində o, məni anlasa da, anlamağa çalışsa da, 

elə  məsələlər  var  ki,  mənim  Amal  üzrə  davranışımı  o,  yanlış  sayır. 

Çünkü mənim Amal üstə davranışım onun məişət açısına uyğun gəl-

mir. 


Dinlər, dünyabaxışlar gəlirlər ki, topluma bir açı versinlər və hər 

kəs bu açıdan bir-birinə münasibət bəsləsin, o açıdan yanaşsın. O açı 

gərək  sağlam  olsun,  kamil  olsun,  insani  olsun.  O  açı  doğru  olsun, 

oyun  oynamasın,  oyuna  bənzəməsin.  Mən  insanı  qorxutmaq  üçün 

filan şeyi belə dedim, – oyundur bu. Ölçü deyil axı. Mən insanı şir-

nikdirməkdən ötrü filan şeyi belə dedim, bu ölçü deyil. Qorxutmaq, 

aldatmaq, şirnikdirmək. Sən onun dışında nə edirsən et, maya sağlam 

olmalıdır. Maya həqiqətdən olmaldır. Binanın özülü dağılmaz dəmir-

betondan  olmalıdır.  Saman  çöpündən  binanın  özülü  olmaz.  Yalan 

saman çöpü kimi bir şeydir. Yüngül və gərəksiz. Ona görə açı bütöv 

olmalıdır,  doğru  olmaldıır,  o  açıya  dayanıb  insan  öz  həyatının, 

yaşamının  yönünü  bəlli  eləməlidir.  Əgər  belə  olarsa,  onda  insanın 

insan üçün qədri-qiyməti olar, urvatı olar. 

Heç kəs heç kəsi gözdə görmür. Min illərdir bizə ölçülər verirlər, 

açılar  verirlər.  Min  ildir  insan  insanı  urvatda  görmür,  qədirdə-qiy-

mətdə görmür. Hər kəs özü üçündür. Dərinə gedəndə, quyruğu qapı 

arasında  qalanda  deyir  ki,  elə  belə  olmalıdır,  insan  nankordur. 

İnsanlığı vururlar. Deyirlər bu elə özüldən belədir, dünya belə gəlib, 

belə də gedəcək. Yaxşı, dünya belə gəlib, belə gedəcəksə, onda Allah 

nə  üçündür?  Onda  din  nə  üçündür?  İnam  nə  üçündür?  İnsanlıq  nə 

üçündür? Bəs bunlar nə vaxt doğrulacaq? Belə gəlib belə gedəcək nə 

deməkdir? Belə heyvan kimi gəlir. Heyvanat aləmindən çıxa bilmir. 

Sən  də  öz  küt  ağlınnan  möhür  vurursan  ki,  belə  gəlib  belə  də 

gedəcək. Belə gəlib belə getməməlidir. Belə gəlibsə dayandır. Papa-

ğını  qoy  qabağına,  bir  düşün.  Hardayam,  kiməm,  nəyəm,  nəçiyəm? 



 

68 


Bu ömrü sən yaşayırsan, otur düşün. Asif Ata həyata onu verib. Mən, 

Soylu  olaraq,  işlədiyim  müəssisədə  (elə  olub  ki,  yeri  gələndə 

demişəm  də  bunu,  izah  eləmək  üçün  misal  çəkirəm)  18-20  il  öncə 

əyləncəli  oyunlar  oynayırdım,  araq  içirdim,  papiros  çəkirdim,  hamı 

kimi  işin  olanaqlarından  oğurluq  edirdim.  Bunları  niyə  edirdim? 

Mənim ölçüm yox idi. Asif Ata mənə öyrətdi ki, dayan və düşün. Bu, 

bəşəriyyətə  ünvanlanan  sözdür  –  dayan  və  düşün.  Belə  gəlib  belə 

getməli deyil. Mən, Soylu olaraq, elə gəldim, ancaq belə davam elə-

mədim. Dayandım, dedim olmaz. Əxlaq var, mənəviyyat var, insan-

lıq var, insan var. Allah var, bəşər var, yer var, göy var. Dayan. Və 

dayandım.  Asif  Atanın  çağırışı  odur  –  bəşəriyyətə  deyir  “dayan”. 

Heyvanat  aləminə  sürünmə.  Sən  heyvan  deyilsən,  sənin  adın 

insandır.  Sənin  daşıdığın  mənanın  adı  insanlıqdır,  heyvanlıq  deyil. 

Heyvan  kimi  yaşayacaqsansa  daşıdığın  mənaya  niyə  insanlıq  adı 

qoymusan?! Ona görə ölçü məsələsi çox önəmlidir. Mən üzümü bəzi 

böyük fikir adamlarına, söz adamlarına tutub deyirəm: siz dünyanın 

sirriylə, Allahın sirriylə uğraşmamısınız. “Olmaq” istəməmisiniz, ola 

bilməmisiniz. Ona görə də nə insanlığı tanıyırsınız, nə Allahı tanıyır-

sınız, nə mənəviyyatı.  

Heç  bir  Böyük  Anlamı  tanımırsınız.  Bunu  cəsarətlə  deyirəm  və 

arxasında dururam. 

Hər  bir  toplumun  yaşaması  üçün  varlığa  münasibəti  olduqca 

önəmlidir. Varlığa münasibətin mayasında nə durur? Allahlıq ideyası 

durur.  Çünkü  o  maya  insan  üçün  idealdır.  İnsan  hər  şeyi  onunla 

tutuşdurur.  O  ideal  etalondur  onun  üçün.  O  etalon  Həqiqətlə  bir 

bütün  təşkil  edir.  Orda  yalan  ola  bilməz.  Orda  qarışıq  ola  bilməz. 

Orda başqa əhvallar ola bilməz. Orda rəzalət ola bilməz. Ancaq gəlin 

görək xalqlar o ideyaya, o prinsipə necə yanaşırlar. Sonuncu əsərim-

də  bunları  daha  geniş  işləyirəm.  Orada  vurğulayıram  ki,  hər  bir 

toplum üçün toxunulmaz ideya var. Hər kəs deyir ki, o ideya birdir. 

O  ideyaya  müsəlman  Allah  deyir,  rus  Boq  deyir,  deyək  ki,  yəhudi 

Yəhva deyir, yunan bir başqa ad deyir, hind bir başqa ad deyir. Fərq 

etməz.  O,  anlam  bir  olsa  da,  sənin  düşüncəndə,  təsəvvüründə  bir 

deyil. Gərək o ideya o qədər arı, duru, doğru, toxunulmaz olsun ki, 

hər bir xalq o ideyaya, o ideala üz tutanda öz milli, etnik mahiyyətini 

görsün, dərk eləsin, anlasın. Ancaq gəlin görək, bu baş verirmi ger-

çəkdən?  Baş  vermir.  Məsələn,  türk  özünü  müsəlman  sayaraq  Allah 

sözünü işlədəndə, görün, onun ağlında nə canlanır? Onun şüurunda, 

düşüncəsində  canlanan  nədir?  Hürülü-pərili,  cənnətli-cəhənnəmli, 



 

69 


axirətli,  qiyamətli  bir  Allah  obrazı.  Bu-nun  içində  türk  toplumuna 

xas olan keyfiyyətləri axtarsaq tapmarıq. Allah obrazı deyəndə bizim 

şüurumuzda ərəbin ona verdiyi keyfiyyətlər canlanır. Ərəb ona hansı 

keyfiyyətlər  veribsə,  onlar  bizim  şüurumuzda  canlanır.  Orada  mə-

nim,  türk  olaraq,  keyfiyyətim  yoxdur.  Ona  görə  mən  Allaha  dua 

edəndə Allahın ortamına girə bilmirəm. Allaha üz tutanda öz keyfiy-

yətimi tapa bilmirəm. 

Ruslar  Boq  deyəndə  təsəvvürdə,  düşüncədə  rusun  Boqa  verdiyi 

keyfiyyətlər canlanır. Yəhudilər Yəhva deyəndə onlar özlərinin milli-

etnik  keyfiyyətlərini  ki  ona  verib,  onların  ağlında,  şüurunda  həmin 

keyfiyyətlər canlanır. Bəs yaxşı, mənim türk olaraq qatqım hanı? Bəs 

mənim keyfiyyətim hanı? O yoxdur. 

İnsanlar  bir-birinə  deyirlər  ki,  Allah  köməyin  olsun,  Allah 

yardımçın  olsun.  Bu  sözün  iki  mənası  var.  Birinci,  dilənçi  anlamı 

var, ikincisi, vüqar anlamı var. Dilənçi anlamı nədir? Hər kəs özünün 

kimliyini unudur, özünün varlığını unudur, deyir ki, sən özün elə heç 

nəsən,  Allah  sənə  kömək  olsun.  Dilənir,  əl  açır.  Bir  də  var,  Allah 

deyilən  obrazda  sən  öz  İnsani  vüqarını  tapasan.  Onun  köməyi  odur 

ki, sən o obraza üz tutanda orada sənin milli və insani keyfiyyətlərin 

canlanır, sənə o keyfiyyətlər qayıdır və səni tərbiyə edir, səni böyü-

dür, ayıldır, qaldırır. Vüqar anlamı odur. Bizim insanlarımızda o sö-

zün yalnız dilənçi anlamı var. Allah köməyin olsun, Allah yardımçın 

olsun, Allah xoşbəxt eləsin. Allah, Allah, Allah, bu anlam olub heç 

nə.  Allah  olub  zavod  direktoru.  Bununla  Allahı  dərk  eləmək  müm-

kün deyil, tanımaq mümkün deyil. Orada mən gərək milli-insani key-

fiyyətlərimi  tapım.  O  anlayışa  üz  tutanda  gərək  mən  öz  vüqarımı 

tapım.  Allaha  verdiyim  yüksək  keyfiyyətlər  içimə  axsın,  dolsun  və 

məni vüqarlandırsın, kamilləşdirsin, yetkinləşdirsin, mütiləşdirməsin, 

qoyunlaşdırmasın, cahilləşdirməsin. Qanmaz olduqca basıb səni əzə-

cəm.  Qanmaz  olduqca  sənin  əlindən  çəkib  yeyəcəm,  səni  ac  qoya-

cam.  Dünyanı  qana  çalxalayacam.  Ona  görə  içim  heyrətlə,  insani 

keyfiyyətlərlə dolmalıdır. 

Asif  Atanın  dediyi  yüksək  anlam  nədir?  Dünya  Əzəli,  Əbədi, 

Kamil, Sonsuz Dünyalıq mahiyyətindən yaranıb. İnsan Əzəli, Əbədi, 

Kamil, Sonsuz İnsanlıq mahiyyətindən yaranıb. Həyat Əzəli, Əbədi, 

Kamil,  Sonsuz  Həyatlıq  mahiyyətindən  yaranıb.  Allah  o  Mənadır. 

Mütləq – Əzəli, Əbədi, Kamil, Sonsuz olandır. Kainatın iç qüdrətidir. 

Burada insanlğın yüksək anlamı təkcə türk üçün özünü doğrultmur. 

Burada  ingilis  də,  alman,  ərəb,  rus,  fars  da  öz  keyfiyyətini  tapır. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə