Aşiq səNƏtinin tədrisi və metodikasina dair metodiki tövsiyə



Yüklə 4,9 Mb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü4,9 Mb.
#55384


AŞIQ SƏNƏTININ TƏDRISI

METODIKASINA DAIR 

METODIKI TÖVSIYƏ 

Bakı


2017


Müəllif:  

Etibar Nadiroğlu

Gədəbəy Aşıq Məktəbinin

direktoru, Azərbaycan Aşıqlar

Birliyinin üzvü

Rəyçilər:  

Ulduz Quliyeva 

Azərbaycan Aşıqlar Birliyinin idarə

heyətinin üzvü, “Ulduz” Birliyinin sədri,

Ə

məkdar Mədəniyyət işçisi,



Məhəmmədəli Məşədiyev

Azərbaycan Aşıqlar Birliyinin birinci

katibi

Redaktorlar:



Natiq Mustafayev

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki

Mərkəzin Bədii təhsil şöbəsinin müdiri,

pedaqogika üzrə fəlsəfə doktoru






3


Aşıq sənətinin tədrisi və metodikası 


5

MÜNDƏRICAT

06

08

09

18

II sinif   

I - II yarımilliklər

III sinif   

I - II yarımilliklər

IV sinif   

I - II yarımilliklər

V sinif   

I - II yarımilliklər

Ədəbi – nəzəri məlumat

Ön söz

Aşıq sənəti – saz-söz vəhdətidir



I sinif

I - II yarımilliklər




ÖN SÖZ

Müəllimin – aşığın əsas diqqəti və 

məqsədi Azərbaycan aşıq sənətinin 

– aşıq yaradıcılığının sağlam, xalqın 

dünənli – bugünlü mənəvi sərvətinə 

uyğun olaraq tədris olunması – 

öyrədilməsidir. Bu istiqamətdə o, 

ixtisası üzrə nəzəri bilgilərə və praktik 

təcrübəyə əsaslanmalıdır. Müəllim 

şifahi xalq ədəbiyyatı, aşıq sənətinin 

bədii və ifaçılıq yaradıcılığı ilə yanaşı 

dərs zamanı əyani vəsaitlərdən (səs 

yazıları) istifadəyə şərait yaratmalıdır.

Saz sinfinə 9-13 yaşlı şagirdlər qəbul 

edilir. Məktəbə qəbul vaxtı şagirdin 

ilk növbədə ritmi, səs diapazonu və 

səs tembri yoxlanılır. Müəllim şagirdə 

səsinin qorunması yolunu başa 

salmalı, bunun üçün münasib olmayan 

vərdişlərdən uzaq olmağı öyrətməlidir. 

Şagirdə səsin yaşa görə dəyişdiyi 

başa salınmalı – söylənilməlidir. Bu 

reallıq əsas götürülərək daha çox 

asta səslə – bəmdə oxumaq diqqətdə 

saxlanılmalıdır.

Müəllim – aşığın şagirdə aşıq sənəti 

barədə ətraflı məlumat verməsi üçün 

özünün yetkin bilgilərə malik olması 

mütləqdir. Burada həm nəzəri , həm 

də praktik qabiliyyət əsas şərtdir.

Aşıq sənətinin zaman – zaman 

cəmiyyətdəki rolu, xidmətləri barədə 

həmçinin ustad aşıqlar haqqında 

məlumatlar verilməlidir. Dərs 

vaxtlarında ayrı – ayrı aşıqların oxu 

və çalğı ifalarına, dastan söylənişi 

və ifasına imkan daxilində tamaşa 

edilməsi və ya dinlənilməsi önəmlidir.

Aşıq sənətinin təməl kökü və əməl 

– amal missiyasına baş vurduqca 

əslində bunun sadəcə bir sənət olaraq 

varlığından daha çox milli – mənəvi 

sərvət olduğu və xalqın bütövlükdə 

tarixində mühüm rol oynadığı aydın 

görünməkdədir. Bu barədə professor 

Məhərrəm Qasımlı yetkin bir elmi 

sübutun olduğuna ehtimal yaradır: 

... Gəldiyim son qənaət budur ki, 

“aşıqlıq” ecazkar saz-söz sənəti 

olmaqdan daha çox möhtəşəm bir 

fəlsəfi sistemdir. Türk mədəniyyətinin 

gerçək mahiyyəti bu fəlsəfəyə 

bağlıdır... (“Ozan-aşıq sənəti” 

kitabından)

Şagirdə səhnə mədəniyyəti vərdişləri 

həm nəzəri, həm də praktiki şəkildə 

öyrədilməlidir. Bunun üçün səhnə 

və tamaşa zalı haqqında, səhnəyə 

hazırlıq məqamları və s. diqqətdə 

saxlanılmalıdır.

Aşıq sənəti sözlə musiqinin vəhdətidir. 

Söz ilə musiqinin vəhdətinin nədən 

ibarət olduğunu tədris etmək üçün 

aşağıda qeyd edilənlər zəruridir;

1.  Səsin sözlər üzərində necə 

oxunması, səslə sözün bir 

ahəngdə olması vacibliyi nəzərə 

alınmalıdır:

2.  Oxunacaq aşıq havasına – 

havacata uyğun olaraq şeir növü 

(gəraylı, qoşma) seçilməlidir.

3.  Səsin durumunun yerində olub–

olmamağı yoxlanılmalıdır.

4.  Şeirin hecası barədə ətraflı bilgiyə 

sahib olunmalıdır ki, oxunacaq 

şeirin hansı şeir növündə yazıldığı 

bilinsin.



7

Saz alətinin öyrədilməsində ilk 

olaraq nəzərə alınmalıdır:

1.  Sazın bir musiqi aləti olaraq 

tanıdılması üçün ətraflı məlumat 

verilməsi – yaranması, dövrü və 

dövrlərə uyğun növləri ( cürə, 

rübab, tənbur, çoğur, dütar, ana 

saz və s.)

2.  Sazın çalğısız və ya çalğı halında 

əldə tutulma qaydası, biləyin, 

təzanənin düzgün işlənilməsi

3.  Pərdələr haqqında məlumat, 

pərdələrdə işləmək vərdişi

4.  Barmaqların pərdələrdə hərəkəti 

– gəzişməsi

5.  Sazı kökləmək (kökləmək 

qaydaları, kökləmə növləri barədə 

məlumat vermək).



Aşıq sənətinin tədrisi və metodikası 

ƏDƏBI - NƏZƏRI 

MƏLUMAT

Azərbaycan Respublikası 

Prezidentinin sərəncamı ilə 1999-

cu ildə “Kitabi Dədə Qorqud”  

dastanının 1300 illik yubileyi 

keçirilmiş, YUNESKO tərəfindən 

1999-cu il Dədə Qorqud ili elan 

edilmişdir.                   

2009-cu ildə Azərbaycan aşıq sənəti 

YUNESKO-nun Qeyri Maddi Mədəni 

İrs siyahısına daxil edilmişdir

I Beynəlxalq Aşıqlar Festivalı :   25-

30 oktyabr 2010 –cu il

II Beynəlxalq Aşıqlar Festivalı: 

10-

18 noyabr 2014 - cü il



I qurultay: 

5 may 1928- ci il,

II qurultay : 

12 mart 1938-ci il,

III qurultay: 

27 aprel 1961-ci il,

IV qurultay: 

19 mart 1984-cü il, 

V qurultay : 

29 avqust 2008-ci il

1982-ci ildə Xalq şairi Hüseyn 

Arifin təşkilatçılığı və təşəbbüsüylə 

Azərbaycan Aşıqlar Birliyi yaradılmış 

və ilk sədri olmuşdur.

2008-ci ildə V Qurultayda Xalq şairi 

Zəlimxan Yaqub Azərbaycan Aşıqlar 

Birliyinin sədri seçilmiş və həyatının 

sonunadək 2016-cı ilin yanvarınadək 

Azərbaycan Aşıqlar Birliyinə rəhbərlik 

etmişdir.

2016-cı ilin mart ayında professor 

Məhərrəm Qasımlı Azərbaycan 

Aşıqlar Birliyinin sədri seçilmişdir.           



9

ƏDƏBI - NƏZƏRI 

MƏLUMAT

AŞIQ SƏNƏTI – SAZ-SÖZ 

VƏHDƏTIDIR

Aşıq sənəti – aşıq yaradıcılığı hələ 

mədəniyyətin yazı nümunəsindən 

xeyli əvvəl yaranaraq, ozan sənətinin 

davamçısı olmaqla zaman-zaman 

boy atmış və atmaqdadır. Aşıq 

yaradıcılığı saz və söz sənətinin sintezi 

olaraq əsrlərdir ki, yaşamaqdadır. 

Aşıq sənəti ozan sənətinin davamı 

olaraq qədimdən zaman-zaman 

yaşamış bu sənəti özünəxas çalarlarla 

yaşatmaqdadır.

Aşıq sənəti  indiyədək sözün faktiki 

anlamında bir incəsənət sahəsi kimi 

qarşılanmaqdadır. Geniş mənada 

düşünəndə isə aşıq sənəti təkcə 

incəsənət sahəsi deyil, bütövlükdə 

ədəbiyyat və incəsənət birgəliyidir. 

Bunu yuvarlaq olaraq aşıq dili – aşıq 

söyləmi kimi də demək olar : aşıq 

sənəti - saz və sözün vəhdətidir və ya 

dil (oxu) və tel (çalğı) cütlüyüdür.

Azərbaycan ədəbiyyatının ən bariz 

varlığı məhz aşıq sənətindədir. Belə ki, 

aşıq sənətində ədəbiyyatın nəzmi də 

var, nəsri də. Yaradıcı aşıqlar həm şeir, 

həm də dastan yazırlar və yazdıqlarını 

oxuyurlar. Özü də özlərinə xas olan 

söyləmələrlə, bəzəmələrlə.

“Nəzm” sözü nizam sözü  

mənasındadır. Bu, şeirlərin müvafiq 

axarla, nizamlı ölçüylə yazılması 

ilə bağlıdır. Məsələn: adi danışıq 

tərzindən fərqli şəkildə şeirdə sözlər 

müəyyən bir nizami qayda ilə düzülür. 

Məhz bu cür düzülüş nəticəsində  adi 

sözlərin ahəngdarlığından müxtəlif 

şeir növləri yaranır.

Şeir insan qəlbinin, insanın hiss 

və duyğularının yığcam fikir, ifadə 

formasıdır. Elə bir forma ki, orada 

poetik nizam, axar, ahəngdarlıq, ritm, 

fəlsəfi yozum cəmləşib. Elə bir forma 

ki, orada dərd də var, ələm də. Ən 

əsası odur ki, şeir hamının duyduğu 

sadə sözlərin hikmət yozumunda 

düzülüşüdür. Bu düzülüşdəki, bu 

nizamdakı sözlərin yeri dəyişilsə onda 

sadəcə söz toplusu olar.

Bir sözlə şeir,  misralardakı sözlərin, 

hecaların seçim ustalığından yaranan 

ilahi duyumdur. Yəni müəllifin sözləri 

məqamında və məharətlə oynatması 

(aşıq dilində) onu adi mənasından 

ali mənaya qaldırır, sözləri şeir 

səviyyəsinə qaldırır.

Aşıq sənətində xüsusilə dastanlarda 

əhvalatların yazılışı və söylənişi nəsrə 

xas olan əlamətdir. İstər dastanlarda, 

istərsə də digər məqamlarda 

havacatlarla oxumaq isə ayrıca olaraq 

musiqi hissəsidir.

Aşıq şeirinin müxtəlif növləri olsa 

da, onların içərisində xüsusilə bayatı, 

gəraylı, qoşma və təcnis daha 

geniş yayılmışdır. Burada aşıqların 

dastan yaradıcılığı da mühüm yer 

tutmaqdadır. Aşıq şeirinin ən başlıca 

xarakterik, özünəxas əlamətləri 

mövzulara müvafiq qaydada heca, 

qafiyə, bənd quruluşu və sonuncu 



Aşıq sənətinin tədrisi və metodikası 

bənddə müəllif kimliyi ilə bağlıdır.

Aşıqlara qədər bu sənətin daşıyıcıları 

müxtəlif vaxtlarda “ata”, ”dədə”, 

“ozan”, “yanşaq”, “varsaq ” adları ilə 

tanınmışlar. Aşıq sənətinin incəsənətin 

digər sahələrindən əsaslı fərqi onun 

kompleks – vəhdət formada , başqa 

sözlə desək qovuşuq (sinkretik) sənət 

olması ilə bağlıdır. Bu vəhdətdə - 

qovuşuqda , söz və onun nəqli (şeir 

və dastan yaradıcılığı və eyni zamanda 

onların söylənilməsi) , musiqi (klassik 

aşıq havaları və onlara zaman – zaman 

olunan əlavələr) , həmçinin rəqs var. 

Bütün bunlar sadalanan müxtəlif 

yaradıcılıq növlərinin vahid olaraq 

bir sənətdə - aşıq sənətində təzahür 

olunmasıdır. Bir sözlə aşıq sənəti bu 

vəhdətin – bu birliyin ümumiləşmiş 

formasıdır. 

Bu ümumilikdə ədəbiyyatın mühüm 

əhəmiyyətli bölmələri olan nəzm 

və nəsr sistemləri , eyni zamanda 

musiqi – oxu ifası bir toplu halındadır. 

Bu  topluda söz və saz bir – biriylə 

o qədər bağlıdır ki, bir sıra aşıq 

havalarının adları həm də şeir 

növləri ilə eyni adda səsləşməkdədir. 

Bu sırada “Baş divani”, “Baş 

müxəmməs”, “Bəhri divanisi”, 

“Gəraylı”, “Göyçə gözəlləməsi”, 

“Kərəm gözəlləməsi”, “Köhnə 

gözəlləmə”, “Osmanlı divanisi”, 

“Orta müxəmməs”, “Sallama gəraylı”, 

“Koroğlu müxəmməsi,” “Təcnis”, 

“Türk gözəlləməsi”, “Çoban bayatı” 

kimi olan aşıq havaları adlarından 

göründüyü kimi, həm də müxtəlif şeir 

növləri ilə sıx bağlıdır.

Ədəbiyyat və incəsənət birgəliyinə 

aid poetik nümunələri diqqətə 

gətirək. Nümunə gətirilən şeir növləri 

təkcə ədəbiyyata xas olan varlıqlar 

deyil, onlar həm də aşıq sənəti üçün 

xüsusilə xarakterikdir.



Bayatı

Folklorumuzun həmişəyaşar 

nümunələri sırasında bayatılar xüsusi 

yer tutur. Bayatılar həm şifahi, həm 

də yazılı ədəbiyyatda geniş yayılmışdır. 

Bu janr yazılış və deyiliş cəhətdən, 

mövzu yığcamlığı baxımından daha 

münasibdir.

Bayatıların türkdilli oğuz tayfası – 

Bayat tayfasının adı ilə bağlı olduğu 

ehtimal edilir. Xoyratlar da bayatılara 

bənzəyir. Bayatılarda və xoyratlarda 

qafiyə quruluşu eynidir : a-a-b-a 

(3-cü misra sərbəstdir, qalanları isə 

həmqafiyə olur)Bayatılarda bəzən 

“əzizim” və ya “əzizinəm”, xoyratlarda 

“mən aşiq” və ya “eləmi” sözləri 

işlədilir.

7 hecadan ibarət olan Bayatı  şeir 

növünün  Sarı Aşıqdan olan bir 

nümunəsinə (cinas bayatı ) baxaq. 

Burada cinasın dərinliyi barədə 

danışmadan, qısaca olaraq onu 

demək mümkündür ki, bu formatda 

olan şeirlərin ifası musiqisiz deyimlə 

də olur, asta havacatlı oxunuşla da,  

“Çoban bayatı” kimi zil səslə oxunan 

aşıq havasında da.

             

 

Əzizim suda yandı,



 

Sal gəldi, su dayandı,

 

Eşq oduna su tökdüm,

 

Od düşdü, su da yandı.

Aşıq havaları sırasında gəraylı və 

qoşma şeir növləri xüsusilə çox ifa 



11

edilməkdədir. Burada hecaların sayı 

ilə səsin bəmi - zili mütləq olaraq 

diqqətdə saxlanılır.



Gəraylı

Aşıq şeirinin hər bəndi dörd misradan, 

hər misrası səkkiz hecadan ibarət olan 

nümunəsi olan gəraylının nəsil, tayfa 

adı ilə bağlı olduğu ehtimal edilir. İlk 

gəraylı nümunəsinin XIII-XIV əsrlərdə 

yaşamış Molla Qasım tərəfindən 

yazıldığı ehtimal edilir. Gəraylı insanın 

gördüyü, düşündüyü hiss və duyğuları 

daha oynaq tərzdə dilə gətirir. Bu 

oynaqlıq şeirin təkcə havacatsız 

ifasında (şeir formasında deyiliş) yox, 

həm də aşıq havasının oynaq ritmində 

aşkar görünməkdədir.

Məhz bu baxımdan aşıqlar şeirlə eyni 

adda səsləşən “Gəraylı” havasını 

repertuarın mərkəzində görürlər. Bu 

cür ifalarda şeirin əsasən 4+4 forması 

ifaçı üçün nə qədər önəmlidirsə, o 

ifanın dinlənilməsi də tamaşaçı üçün 

maraqlıdır. Xalq şairi, Azərbaycan 

Aşıqlar Birliyinin ilk sədri Hüseyn 

Arifdən bir nümunə:   

 

 



Döyər yel, vurar külək,

 

Ağacdan yarpaq düşər.

 

Hər ömrün kitabından

 

Gündə bir varaq düşər.

Qoşma 

Aşıq şeirinin hər bəndi 4 misradan, 

hər misrası 

11 hecadan ibarət olan 

nümunəsi qoşmadır. Mahmud 

Kaşğariyə görə, qoşma (“quşqu”, 

”qoşqu” anlamında) X-XI əsrlərdən 

xalq arasında çox geniş yayılmışdır.

Gəraylı ilə qoşmanın əsas fərqi heca 

sayındadır. Qurbanidən sual-cavab 

üstündə yazılmış və sanki dialoqu 

xatırladan (bu formada yazılan şeir 

havacatda da maraqla qarşılanır) bir 

qoşma nümunəsi təqdim olunur:

 

Dedim: Dilbər, getmə, bir dəm danışaq.

Dedi: Sözün yoxdur, bəhanədir bu.

Dedim: Bir nəzər qıl aşiq halıma.

Dedi: Əcəb dəli-divanədir bu.

Təcnis  

Bir qayda olaraq, 3-5 bənddən, 

11 

hecadan ibarət olan təcnis XIII – XIV 



əsrlərdən aşıq şeiri şəkilləri içərisində 

özünü göstərir. Aşıq yaradıcılığının 

zirvəsi hesab edilən təcnisi yaratmaq 

sənətkardan fitri istedad tələb 

etdiyindən hər aşıq təcnis meydanında 

görünmür. 

Təcnis formaca eyni, məzmunca 

müxtəlif olan cinas rədif və 

qafiyələrdən yaranır. Təcnis bir çox 

cəhətləriylə misra, bənd, qafiyə 

quruluşu, yazılış və oxunuş tərəfdən 

qoşma ilə eynidir. Onların fərqli tərəfi 

təcnisdə qafiyələrin cinas sözlərlə 

(formaca eyni, mənaca müxtəlif) 

işlənilməsidir.

Molla Cümədən bir nümunə 

təqdim olunur:

Adət budur yar xəbərin yar alar,

Mənim yarım zəif  canım yaralar.

Yerbəyerdən sızıldaşar yaralar,

Rəhm eylə Cüməyə, ay ağa, düşdüm.

Növrəs İmandan bir nümunə 

təqdim olunur:

Çərx hərləndi, qara gəldi sənə yaz,

Xətalı gərdişdən axtar sən ayaz.



Aşıq sənətinin tədrisi və metodikası 

Növrəs İman desin dərdin sənə, yaz,

Həsrəti sinəndə qalayar qala.

Təcnisin müxtəlif növləri  var: “Cığalı 

təcnis” , “Ayaqlı təcnis”, “Gəraylı 

təcnis”, “Dodaqdəyməz təcnis”. Cığalı 

təcnislərin cığa hissəsi bayatılardan 

və ya cinas xoyratlardan ibarət olur. 

Klassik və müasir aşıq sənətində 

daha maraqlı cığalı təcnislər Qurbani, 

Abbas Tufarqanlı, Xəstə Qasım, 

Aşıq Ələsgər, Molla Qasım, Hüseyn 

Bozalqanlı, Mikayıl Azaflı şeiriyyətində 

görünməkdədir.



Mikayıl Azaflıdan  bir bənd  

“Cığalı təcnis ” nümunəsi  

təqdim edilir :

 

Dünyada görmədim dara   



 

                        düşəndə, 

Şöhrətin dostlara haraya gələ.

Aşıq haraya gələ,

Bahar hər aya gələ.

Gen günlərin aşnası,

Darda haraya gələ.

Olsa min-min qohum,     

        qardaş, aşna, dost,

Bəlkə yüzdə biri haraya gələ.

Dodaqdəyməz təcnis 

Samitlərdən b-p-m samitləri 

dodaqlandığı üçün “ Dodaqdəyməz 

təcnis “ növündə işlədilmir.

Aşıq Ələsgərdən bir bənd nümunə 

gətirilir:



Qışda dağlar ağ geyinər, yaz qara,

Sağ dəstinlə ağ kağıza yaz qara.

Əsər yellər, qəhr eyləyər yaz qara.

Daşar çaylar, gələr daşlar çata-çat.

Ayaqlı təcnis 

Hər bəndin sonunda 5 və ya 6 

hecadan ibarət əlavə bir misranın 

işləndiyi şeir növüdür:



Aşıq gərək bu meydanda bir qala,

Eşq odunu bir ətəklə, bir qala!

Ələsgərdi Xeybər kimi bir qala,

Bacara bilməzsən dur yerində kəs,

Danışma əbəs.

Qoşmanın daha bir neçə növü 

(Ustadnamə, Gözəlləmə, Qıfılbənd, 

Vücudnamə və s. vardır.



Ustadnamə 

Ustadnamə ustad nəsihəti - ustad 

öyüdü anlamındadır. Bu, insanların 

mənəvi, mədəni, əxlaqi dəyərlərə və 

ən başlıcası insani həyat normalarında 

yaşamağa səsləmək deməkdir.“Kitabi 

Dədə Qorqud ” dastanlarında da 

ustadnamələr yer almışdır.Artıq 

bir klassik ənənə olaraq  aşıqlar 

dastanlara ustadnamələrlə başlayır və 

müxəmməslərlə sona çatırlar.

Vəli Miskinlidən bir bənd 

Ustadnamə nümunəsi təqdim 

olunur:

Miskinli Vəlinin söz büsatında,

Cəvahir parlayar cövhər qatında.

Həqiqət olmasa əsli, zatında,

Səfikdən, səmədən, səydən ər olmaz.

Gözəlləmə

Gözəlləmə gözəllərin vəsfinə həsr 

edilən aşiqanə məzmunlu qoşmalara 

deyilir.


Aşıq Ələsgərdən bir nümunə təqdim 

olunur:


Qabaq ayna çəkilibdi varağa,

Dodaq qaymaq, gül yapışıb yanağa.


13

Dolanır gözləri canlar almağa,

Şölə salır xanlıq fanarı kimi

Vücudnamə 

Qoşma üslubunda yazılan 

vücudnamələr az-az işlənsə də 

aşıq yaradıcılığının xarakterik 

nümunələrindən biridir. Burada 

insanın - əslində müəllif aşığın 

ömrünün müxtəlif dövrləri , həyat 

fəaliyyəti poetik dillə təsvir edilir. 

Vücudnamələr qoşma kimi 

11 hecada 

yazılır.

Sicilləmə

Ustadnamələrə bənzər məzmunda 

, daha əhatəli şəkildə divani və ya 

müxəmməs formasında yazılır. Aşıq 

Ələsgərin, Molla Cümə , Mikayıl 

Azaflı və s. ustadların sicilləmələri 

vardır.

Cahannamə 

Qoşma şəklindədir. Bəndlərin 

sayı isə qoşmadan xeyli sayda 

çox ola bilər. Cahannamələrdə 

dünyadan, dünyadakı hadisələrdən, 

şəxsiyyətlərdən, eldən və s. bəhs 

edilir. Müasir aşıq sənətində 

cahannamələrə çox az rast gəlinir.



İthaflar

İthaflar ustadların dəyərləndirilməsi 

anlamında onlara ithaf edilən 

şeirlərdır. Aşıq Ələsgərin Qurbani, 

Aşıq Alı haqqında, Məzahir 

Borsunlunun Səməd Vurğun 

haqqında, Aşıq Şəmşirin Səməd 

Vurğun haqqında, Mikayıl Azaflının 

Aşıq Alı , Aşıq Ələsgər , Səməd 

Vurğun, Aşıq Şəmşir haqqında, Vəli 

Miskinlinin Aşıq Ələsgər, Səməd 

Vurğun haqqında və s.



Deyişmə və ya Bağlama – 

qıfılbənd deyişmə 

Burada mahiyyət aşıqların deyişmədə 

bir – birini bağlaması və buna görə 

də uduzandan sazının alınması 

üstündədir. Tamaşaçıların da iştirak 

etdiyi bu tip deyişmələrdə aşığın 

bədahətən şeir demək qabiliyyəti 

ciddi məsuliyyət deməkdir. Deyişmə 

vaxtı müxtəlif aşıq şeiri növlərindən 

istifadə olunur ki, burada aşığın şeir 

söyləmək və havacatda oxumaq 

istedadı olduqca önəmlidir.

Bu üzbəüz halda olan deyişmə 4 

mərhələdə aparılır: dəvət – dəvət alan 

aşığın cavabı-deyişmə vaxtı hərbə - 

zorba- qıfılbənd.

Zaman-zaman belə deyişmələr çox 

diqqətlə qarşılanaraq ədəbiyyat və 

incəsənət varlığının təməl və əməl 

nümunəsini, dramaturji səciyyəsini 

nümayiş etdirmişdir. Burada meyxana 

ilə səsləşən nüanslar az deyildir.

Aşıq yaradıcılığında, müxtəlif el 

məclislərində tez – tez səsləndirilən 

Vəli Miskinli ilə Şair Cavadın 

deyişməsindən sonluq  təqdim 

olunur:

             



 

Yaxşı eşit sən Vəlini,

 

aciz qalma arada.

 

Kamil sənət sahibi ol,

 

baş endirmə hər yada.

 

Ağır azar, acı ağrı

 

yoxsulluqdu dünyada.

 

Varı-dövlət, yaxşı övlad,

 

yaxşı da yar olmasa.

  

 



Vəli Miskinli


Aşıq sənətinin tədrisi və metodikası 

 

Yaxşı oğul atasının



 

təmiz saxlar adını.

 

Halal şagird ta ölüncə

 

unutmaz ustadını.

 

İnan Vəli, Cavad sevir

 

haqqın min bir adını.

 

Qızıl güldən bülbül dönməz

 

şöləsi xar olmasa. 

      


 

Şair Cavad

Divani 

Divani aşıq poeziyasında geniş 

yayılmış aşıq şeiri növüdür. Hər 

misrası 


15 heca olmaqla hər bəndi 

4 misradan və 3-5-7 bənddən ibarət 

olur. Divanidə 

1-ci bənddə 1-ci, 2-ci  

və 4-cü misralar həmqafiyə, 3-cü 

misra isə bayatıdakı 3-cü misra kimi 

sərbəst olur. Qalan bəndlər isə gəraylı 

və qoşmadakı 

1-ci bənddən sonrakı 

bəndlərin quruluşu şəklindədir.

Divanidə də müxəmməsdəki kimi 

əsasən çoxhecalı misra olduğu üçün 

misralar ya 2 yerə bölünür: misradaxili 

bölgü 7+8 və ya 8+7 şəklində və ya 

misra bölünmədən tam halda olur. 

Divanidə gəraylıda, qoşmada və 

müxəmməsdə olduğu kimi sonuncu 

bənddə müəllifin adı və ya təxəllüsü 

qeyd edilir.

Divanilər “Baş divani “ və “ Orta 

divani “ adlı aşıq havaları üstündə 

oxunur. Divanilərin bu növləri var 

: ”Cığalı  divani”, “Dodaqdəyməz 

divani”, ”Bağlama divani ”, ”Qıfılbənd 

divani”, “Zəncirləmə divani ” və s.

Qurbanidən misrası bölünmədən tam 

halda olan divani nümunə verilir:

 

 



Bir gülü ki, dərəmmirsən,                

 

dərib xəndan eyləmə,

 

Bir könlü ki , hörəmmirsən,  

 

yıxıb viran eyləmə,

 

Haqq-taaladan səda gəldi,  

 

Qurbani, çox qəm yemə,

 

Qorxum budu, bu gün burda  

 

çoxları peşman ola!

Mikayıl Azaflıdan bir nümunə 

verilir (misralar 2 yerə bölünür):

 

 



Yaxşı- yaman hər kiməmsə,

 

Mən də insan oğluyam.

 

Babam Qafqaz, atam Azər,

 

Fitri cahan oğluyam.

 

Əslim od, su, hava, torpaq,

 

Təbiətdən yarandım,

 

Saf  məhəbbət , düz sədaqət,

 

Doğru vicdan oğluyam.

Müxəmməs 

Ərəb sözü olan müxəmməs və sözün 

kökündəki xəmsə sözü mənaca beşlik 

deməkdir.İstər klassik, istərsə də 

sonrakı dövrlərin aşıq poeziyasında 

müxəmməslər hər misra 16 hecadan 

olmaqla beş misradan və bir neçə 

bənddən ibarət olur. Hər misra 

sözün deyiliş və oxunuş axarına 

uyğun şəkildə 2 yerə bölünür: 8+8 

şəklində. Adətən toy məclislərini və 

ayrıca halda dastanları müxəmməslə 

başa vururlar – buna duvaqqapma da 

deyirlər.

Müxəmməslərin növləri: “Cığalı 

müxəmməs”, “Dodaqdəyməz 

müxəmməs”, “Qafiyə müxəmməs”, 

“Baş müxəmməs”, “Orta 

müxəmməs”, “Basma müxəmməs” 

adında aşıq havaları mövcuddur. 

Aşıq Ələsgər, Molla Cümə, Abbas 

Tufarqanlı, Mikayıl Azaflı, Aşıq 




15

Şəmşirin və s. müxəmməsləri vardır.



Mikayıl Azaflıdan bir nümunə 

təqdim olunur:

 

 



Taleyimə belə yazdı,

 

Düşdü hicran, həsrət mənə.

 

Aşıq oldum sözlü-sazlı,

 

Həmdəm oldu möhnət   mənə.

 

Ayağımdan fələk qazdı,

 

Əzab verdi zülmət mənə.

 

Heç bilmirəm qışdı, yazdı,

 

Hücum etdi afət mənə.

 

Viran qəlbim bimurazdı,

 

Çulğalandı dəhşət mənə.

Dastanlar 

Dastanlar həm nəsr – nəql etmə, 

həm nəzm – şeiriyyət olmaqla yanaşı, 

həm də tərkibində musiqisi – aşıqlar 

tərəfindən oxunan bir kompleks sənət 

növüdür. Aşıqlar bir klassik ənənə 

olaraq dastanlara ustadnamələrlə 

başlayır, müxəmməslərlə sona çatırlar.

Ən qədim yazılı mənbə, yeddinci 

əsrə aid olan “Kitabi Dədə Qorqud” 

dastanları – boyları dastançılıq 

ənənəsinin təməli sayılır.

Dastanlar xalqın həyatında, şüur, 

düşüncə və arzularında zaman–

zaman mühüm rol oynamış və 

oynamaqdadır. Qəhrəmanlıq, 

məhəbbət, elə-yurda bağlılıq və s. 

mövzularda yazılmış dastanlar təkcə 

günlərlə keçirilmiş toyların əsas tərkib 

hissəsi deyil, həm də bütövlükdə 

insanların həyatında böyük önəmi 

olan sənət əsərləridir. Məhz 

dastanların xüsusilə axşam vaxtlarında 

söylənilməsinə görə ötən dövrlərdə 

toylar günlərlə davam edərdi.

“Kitabi Dədə Qorqud”, “Əsli və 

Kərəm”, “Koroğlu”, “Abbas və 

Gülgəz”, “Şah İsmayıl”, “Aşıq Qərib”, 

“Qaçaq Nəbi”, “Qaçaq Kərəm” 

dastanları daha çox yayılmışdır. Bu 

dastanlardan bəzilərinə bədii filmlər 

(“Kitabi Dədə Qorqud”, “Koroğlu”, 

“Qaçaq Nəbi”) çəkilmişdir. Bəzi 

dastanlar əsasında operalar (“Əsli 

və Kərəm”, ”Koroğlu” – Üzeyir 

Hacıbəyli, “Şah İsmayıl” – Müslüm 

Maqomayev, “Aşıq Qərib” – Zülfüqar 

Hacıbəyov) yazılmışdır. Bunlardan 

əlavə bəzi operalarda aşıq sənəti 

nümunələri yer almışdır (Qliyerin 

“Şahsənəm ” və Üzeyir Hacıbəylinin 

“Leyli və Məcnun” operaları).

Müxtəlif dastanların mövzuları 

əsasında dram əsərləri yazılmışdır və 

teatrlarda tamaşaya qoyulmuşdur. 

Məsələn: “Dədə Qorqud ” dastanının 

müxtəlif boyları – qolları əsasında 

Xalq şairi Nəbi Xəzrinin “Torpağa 

sancılan qılınc” və ”Burla Xatun” , 

yazıçı dramaturq Altay Məmmədovun 

”Dəli Domrul” pyesləri.

“Koroğlu” dastanından bir 

nümunə təqdim olunur:

 

 



Titrəyir əllərim, tor görür    

             gözüm,

 

Mənmi qocalmışam, ya    

 zəmanəmi?

 

Dolaşmır dəhanda söhbətim ,  

 sözüm,

 

Mənmi qocalmışam, ya    

 zəmanəmi?

Saz və saza qədərki alətlər

Saz aşıq sənətinin ta qədimdən 




Aşıq sənətinin tədrisi və metodikası 

gələrək yaşamaqda olan musiqi 

ifadəçisidir , musiqi alətidir. İndiyədək 

bu musiqi aləti aşağıda göstərildiyi 

kimi müxtəlif adlarda, müxtəlif 

ölçülərdə olmuşdur:



Qolça qopuz – türk dünyasının ən 

qədim çalğı alətlərindən biridir. “Kitabi 

Dədə Qorqud”, “Əhməd Harami” 

dastanlarında, Qazi Bürhanədinin, 

Məhəmməd Füzulinin, Məsihinin 

şeirlərində də qopuzun adına tez – 

tez rast gəlinir.

Şirvan tənburu – e.ə. yaradılan 

tənburu çalğı alətinin sözaçımının 

əsasında damar sözü durur. Telli 

iri mal – qaranın damarlarından 

hazırlandığından alət əvvəlcə tamar, 

sonralar tamur, təmbur kimi tələffüz 

olunmuşdur. Bu növ tənbur şirvanlılar 

tərəfindən hazırlandığından və geniş 

istifadə edildiyindən alət Şirvan 

tənburu adlandırılıb.



Balakən tanburu – tambur alətinin 

adı “Əhməd Harami” dastanında 

çəkilir. Tanbur – tənburun Balakən 

və Zaqatala bölgəsində yerli ləhcə 

ifadəsidir.

Dütar – tənburun növlərindən 

biri olan dütar  “iki telli” alət 

deməkdir. Orta əsrlərdə bir sıra 

Şərq ölkələrində olduğu kimi, 

Azərbaycanda da bu alət geniş 

yayılmış, klassik şairlərin ilham 

mənbəyinə çevrilmişdir. Dütar telli, 

mizrablı alətlərin “ anası ” hesab 

olunur.

Qoşqar rübabı – Qətran Təbrizi, 

Xaqani, Nizami, Xətai, Füzuli və 

başqa klassik şairlər rübabı şeirlərində 

vəsf etmişlər. Rübabın müxtəlif 

ərazi və xalq adları ilə bağlı fərqli 

növləri də mövcuddur. Azərbaycan 

ərazisində Qoşqar rübabından istifadə 

olunmuşdur.



Çoğur –orta əsrlərdə qolça 

qopuzdan saza keçid dövründə 

(XII–XVI əsrlər) ozan və aşıqlar bir 

müddət çoğurdan istifadə etmişlər. 

Çoğur qolça qopuzun xələfi, sazın isə 

sələfidir.



Ozan – alət XIV əsrdə Cəlairlər 

sülaləsindən olan Sultan Üveysin( 

tam adı Müziəddin Üveys ibn Əmir 

Həsən Eyləkani (1338-1382) təklifi 

əsasında hazırlanmışdır. Ozan alətinin 

quruluşu haqqında Sultan Üveys 

Cəlairin sarayında 1356-1376-cı 

illərdə musiqiçi kimi fəaliyyət göstərən 

Əbdülqadir Marağalı risalələrində 

məlumat vermişdir.

Saz – barəsində xalqımız əbəs 

deməyib “ Gülü duymayana yazdan 

danışma, eli duymayana sazdan 

danışma ”. 

Sazın inkişafı XV-XVI əsrlərdən 

etibarən başlasa da , bir musiqi aləti 

olaraq ortaya çıxması böyük bir dövrü 

əhatə edir.

Ana saz  – aşıqların əsas musiqi aləti 

olan sazın ölçülərinə görə müxtəlif 

növləri var: ana saz (tavar saz), orta 

saz, cürə saz. Ana saz həcmcə sazın 

ən böyük növüdür. Bəzən buna tavar 

(iri, zorba mənasındadır) saz da 

deyirlər. Belə alətlərdən əsasən, boylu 



17

– buxunlu ifaçılar istifadə edirlər.

Aşıq sənəti ona görə mötəbər 

mövqedədir ki, hər söz oxuyan və 

ya hər saz çalan kimsə aşıq sayılmaz. 

Burada elə bir kamillik pilləsi və 

arifanə anlayış var ki, aşıq adı bu ada 

layiq bilinən sənətkarlara əslində bir 

titul qədərində ünvanlanır. Beləliklə 

məhz həmin sənətkar(lar) aşıq kimi 

tanınırlar. Aşıqları indiyə qədərki 

ənənələrə əsasən 3 qrupa bölmək 

olar: Ustad yaradıcı-ifaçı aşıqlar , 

ustad  ifaçı aşıqlar və sadəcə sənətdə 

az tanınan aşıqlar.  Burada onlar 

arasında həm eyni , həm də fərqli 

xüsusiyyətlər vardır. Eynilik onların 

hər birinin ifaçı fəaliyyəti ilə bağlıdırsa, 

fərq birincilərin həm də şeir , dastan 

yazmaq - yaratmaq və danışmaq, 

bəstələmək fəaliyyətindən ibarətdir. 

Üçüncü qrupda olanlar isə kamil 

sənətkar pilləsinə çata bilməyən , 

bununla belə sənətin daşıyıcıları olan 

aşıqlardır. Dirili Qurbani, Abbas 

Tufarqanlı, Miskin Abdal.




Aşıq sənətinin tədrisi və metodikası 

I SİNİF 

I yarımil

“Bayatı”, ardınca “Gəraylı” şeir növləri 

haqqında məlumat vermək, həmin şeir 

nümunələrində heca quruluşuna diqqət 

yetirmək, nümunələri əzbər öyrənmək 

və danışmaq. Oxu və çalğı ifalarında 

balaban və ya digər musiqi alətlərinin 

müşayiətindən istifadə etmək.



II yarımil

Müxtəlif müəlliflərin “Gəraylı” şeir 

nümunələrini əzbər öyrənmək və 

danışmaq. Oxu və çalğı ifalarında 

balaban və ya digər musiqi alətlərinin 

müşayiətindən istifadə etmək.



II SİNİF

   

I - II yarımilliklər

“Qoşma” şeir nümunələri haqqında, 

ayrıca olaraq “Ustadnamə”, 

”Gözəlləmə”, “Qıfılbənd”, 

“Vücudnamə” və s. məlumat vermək, 

nümunələri əzbər öyrənmək və 

danışmaq. Oxu və çalğı ifalarında 

balaban və ya digər musiqi alətlərinin 

müşayiətindən istifadə etmək.

III SİNİF

 

I - II yarımilliklər

“Divani” və “Müxəmməs” şeir 

növləri haqqında məlumat vermək, 

nümunələri əzbər öyrənmək və 

danışmaq. Oxu və çalğı ifalarında 

balaban və ya digər musiqi alətlərinin 

müşayiətindən istifadə etmək.

IV SİNİF

I - II yarımilliklər

“Təcnis” şeir növü və ayrıca olaraq 

“Təcnis” in müxtəlif növləri “Cığalı 

təcnis”, “Ayaqlı təcnis”, “Gəraylı 

təcnis”, “Dodaqdəyməz təcnis” 

və s. haqqında, xüsusilə bu şeir 

növünün digər şeir növlərindən 

fərqli özəllikləri haqqında məlumat 

vermək, nümunələri əzbər öyrənmək 

və danışmaq. Oxu və çalğı ifalarında 

balaban və ya digər musiqi alətlərinin 

müşayiətindən istifadə etmək.



V SİNİF

I yarımil

Deyişmələr və dastanlar haqqında 

məlumat vermək, nümunələri əzbər 

öyrənmək və danışmaq. Oxu və çalğı 

ifalarında balaban və ya digər musiqi 

alətlərinin müşayiətindən istifadə 

etmək.

II yarımil

Dastan ifaçılığı, həmçininin indiyədək 

keçirilmiş oxu və çalğı ifalarının təkrarı.

SINIFLƏR ÜZRƏ TÖVSIYƏLƏR



19


AZ 1009, Bakı, Azərbaycan

B.Səfəroğlu, 144

(+99 412) 596 60 38

info@memm.az

www.memm.az

Tiraj: 600 ədəd

Metodiki vəsaitin elektron nüsxəsi mərkəzin rəsmi saytında öz əksini 

tapmışdır.

Mətn Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmışdır.

az

X



Yüklə 4,9 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə