Asiya regionu, Monqolustan, Mərkəzi Asiya, Cənubi Qafqaz regionu ölkələrinin Hokkaydo ilə özəl sektor sahəsində əməkdaşlığı ilə bağlı məlumatların toplanması və dəqiqləşdirilməsi məqsədi ilə



Yüklə 440,43 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix29.01.2018
ölçüsü440,43 Kb.
#22856
1   2   3   4   5   6   7   8   9   ...   15

 

Qısaltma adlar 

Rəsmi adları 

JETRO 


Japan External Trade Organization 

Yaponiya Xarici Ticarət Təşkilatı 

JICA 

Japan International Cooperation Agency 



Yaponiya 

Beynəlxalq 

Əməkdaşlıq 

Agentliyi 

JOGMEC 

Japan Oil, Gas and Metals National Corporation 



Yaponiya 

Neft, 


Qaz, 

Metal 


Milli 

Kooperasiyası 

NGO 

Non-governmental Organizations 



Qeyri-Hökümət Təşkilatı 

NPO 


Not-for-Profit Organization 

Mənfəət Güdməyən Təşkilatlar 

N/A 

Not applicable/not available 



Uyğun olmayan/İstifadəsi qeyri-mümkün 

ODA 


Official Development Assistance 

İnkişafa Rəsmi Yardım 

PPP 

Public Private Partnership 



Dövlət-Özəl Sektor Əməkdaşlığı 

SCO 


Shanghai Cooperation Organization 

Şanxay Əməkdaşlıq Təşkilatı 

SCP 

South Caucasus Pipeline 



Cənubi Qafqaz boru kəməri 

SOCAR 


State Oil Company of Azerbaijan  Republic 

Azərbaycan  Respublikası  Dövlət  Neft 

Şirkəti 

SOFAZ 


The State Oil Fund of Azerbaijan 

Azərbaycan Dövlət Neft Fondu 

PR 

Public relations 



İctimai Əlaqələr 

TANAP 


Trans Anatolian Natural Gas Pipelin 

Trans Anadolu qaz boru kəməri 

USD 

US Dollar 



Amerika dolları 

WHO 


World Health Organization 

Ümumdünya Səhiyyə Təşkilatı 

 

 

 



 

 



 

 

 



 

 



 

1  Araşdırmanın həyata keçirilməsi üçün ön şərtlər 



  Yaponiya  höküməti  tərəfindən  kəşfiyyat  və  işlənmə  mərhələlərindən  keçdikdən  sonra,  habelə  xarici 

texnologiyaların  fəal  tətbiqindən  və  beynəlxalq  təşkilatlar  tərəfindən  yardım  göstərildikdən  sonra, 

Hokkaydoda  əsasən  kənd  təsərrüfatı,  meşə  təsərrüfatı,  balıqçılıq  və  dağ-mədən  sənayesinin  inkişafına 

yönəlik  olaraq  sənaye  və  regional  inkişaf  siyasəti  həyata  keçirildi.  Bu  tədbirlər  nəticəsində,  Meydzi 

dövründə (1868-1912) əhalisi cəmi 60 min nəfər olan Yaponiyanın Hokkaydo adası təxminən yüz il ərzində 

5,7  milyon  nəfər  əhalisi  olan  inkişaf  etmiş  bir  bölgəyə  çevrildi.  Hokkaydo  zəngin,  məhsuldar  torpaqları, 

zəngin təbii ehtiyatları və  kənd təsərrüfatına uyğun,  əlverişli iqlimi ilə zəngin potensiala  malikdir. Lakin, 

bununla  yanaşı,  sərt  və  çox  soyuq  qış,  təbii  fəlakətlər,  məhsul  uğursuzluqları  və  zərərverici  həşəratlar 

sakinlər  üçün  böyük  zərərlərə  səbəb  olurdu.  Buna  görə  də  Hokkaydonun  regional  inkişafı  asan  məsələ 

olmamışdır.   

  Eyni zamanda, Hokkaydonun əsas sənaye sahəsi olan kömür sənayesinin tənəzzülü, 200 dəniz mili su 

ərazisinin  tədbiq  edilməsi  ilə  dənizçilik  təsərrüfatının  geriləməsi  ilə  geniş  iqtisadi  mühitinin  böyük 

dəyişikliklərə  uğraması  və  Tokyo  kimi  böyük  istehlak  məkanından  uzaqda  yerləşməsinə  görə  daşımalar 

üzrə də bir çox problemlərə  malikdir. Lakin, hazırda  keyfiyyət və  qiymət üzrə rəqabət  gücü  yüksək olan 

kənd təsərrüfatı məhsullarının istehsalı mümkün olmuş və yavaş-yavaş rəqabət gücünü artırmaqdadır.   

  Belə  bir  şəraitdə,  Hokkaydo  hökümətin  inkişaf  layihələri  və  Hokkaydo  həmçinin  digər  orqanların 

strategiyaları ilə, sənaye, hökümət və akademiyaların təşəbbüs və əməkdaşlığı sayəsində bu problemlərin 

həllinə  çalışdı.  Belə  hökümət  və  xalqın  əməkdaşlığı  sayəsində  regionların  inkişafı  və  sənayenin 

dirçəldilməsi praktikası və metodları, sənaye müxtəlifliyini qarşısına məqsəd qoymuş Azərbaycan üçün də 

keçərlidir.   

  Digər tərəfdən SSRİ-yə daxil olan dövlətlər müstəqillik əldə etdikdən sonra Rusiya ilə əlaqələr qoruyub 

saxlamağa, daha da genişləndirməyə çalışan dövlətlərlə, Rusiya ilə məsafə saxlamağa çalışan dövlətlərə, 

ümumilikdə iki  yerə bölündülər. Rusiya ilə  məsafə saxlamağa çalışan dövlətlərdən biri olan Azərbaycan, 

1997-ci  ildə  Gürcüstan,  Ukrayna  və  Moldova  ilə  birlikdə  "Demokratiya  və  İqtisadi  İnkişaf  Təşkilatı 

GUAM" –ı (üzv ölkələrin baş hərflərindən ibarətdir) yaratdılar.   

  Xüsusilə, xarici şirkətlər tərəfindən resurs sektoruna birbaşa investisiyaların əldə edilməsi və beynəlxalq 

bazarda  xam  neft  ticarəti  sayəsində  enerji  resursları  ilə  zəngin  Azərbaycan  sürətlə  inkişaf  etdi.  Lakin 

2014-ci  ilin  sonlarında  dünyada  xam  neft  qiymətinin  düşməsi  ümumilikdə  Azərbaycan  iqtisadiyyatına 

böyük  təsir  göstərdi.  Bu  iqtisadi  strukturlarının  enerji  resurslarından  yüksək  dərəcədə  asılı  olmasını  izah 

edir  və  qarşıya  sənaye  müxtəlifliyinin  yaradılması  və  enerji  resurslarından  asılı  olmayan  sahələrdə  xarici 

investorların əməkdaşlığa cəlb edilməsi kimi çox mühüm məsələlər qoyulmuşdur.     

 

Yuxarıda  göstərilənləri  nəzərə  alaraq,  bu  araşdırma  müddətində  hər  iki  tərəf  üçün  ümumi  maraqların 



tapılması imkanları təhlil edildi. Bu məqsədlə, Hokkaydo özəl müəssisələrinin mövcud texnologiyalarının, 

resursların,  beynəlxalq  biznes  inkişafının  tendensiyaları  və  əsas  istiqamətlərinin  öyrənilməsi  ilə  yanaşı, 




 

Azərbaycanın  ehtiyacları  və  inkişafı  üçün  tələblərlə  bağlı  məlumatlar  ümumiləşdirildi.  Bu  işin  məqsədi 



analiz  nəticələrinin  və  digər  informasiyanın  təmin  edilməsilə  özəl  sektorla  bağlı  işlərin  inkişafının  təşviq 

edilməsi,  həmçinin,  özəl  biznesin  inkişafına  qatqı  təmin  edəcək  sahələrdə  də  layihələrin  axtarışı  və 

formalaşması olmuşdur (texniki əməkdaşlıq və Yaponiya yeni ilə kreditləri, xarici investisiyalar və s). 

 

2  Araşdırmanın məqsədi 



 

Bu  araşdırmanın  məqsədi  Hokkaydo  müəssisələrinin,  şirkətlərinin  sahib  olduqları  texnologiya  və 

resursların,  həmçinin  beynəlxalq  bazarlara  çıxış  prinsipləri  və  istiqamətlərinin,  eyni  zamanda   

Azərbaycanın inkişafı üçün lazım olan ehtiyacların öyrənilməsi əsasında hər iki tərəf üçün görülə biləcək 

işlərin  analizi,  özəl  sahədə  qarşılıqlı  maraqlara  xidmət  edəcək  əməkdaşlığın,  JICA  çərçivəsində  bundan 

sonrakı dəstək işlərin (özəl sektorla bağlı layihələr və s)    inkişafını öyrənməkdir.     

 

3  Araşdırmanın həyata keçirilmə prinsipləri 



 

Araşdırmanın aparılmasında aşağıdakı beş prinsip rəhbər tutuldu. 

 

(1) Yaponiya siyasəti ilə çoxtərəfli və ikitərəfli iş görüşmələrinin əlaqəsi 



 

Bu araşdırmanın inkişaf etdirilməsində Yaponiyanın Azərbaycan hökümətinə olan əməkdaşlıq prinsipləri 

fonunda  araşdırmanın  inkişafına,  aidiyyatı  qurumlarla  işlərin  səmərəliliyinin  əldə  ediləcəyinə  ümid 

bəslənilir.  Bundan  əlavə,  digər  donorlar  təşkilatları  və  ölkələrlə  ola  biləcək  əməkdaşlıq  haqqında  da 

fərziyyələr irəli sürdük.   

 

(2) Azərbaycanla əlaqədar beynəlxalq vəziyyəti nəzərə almaqla analiz 



  Resurs qiymətlərinin dəyişkənliyi Azərbaycan iqtisadiyyatına tam təsiri nəzərə alınır. Həmçinin, Rusiya, 

Türkiyə, Çin kimi yaxın ölkələrin iqtisadi və siyasi təsirlərinə də diqqət yetirilməlidir. Şimal sərhəddində 

yerləşən  Rusiya,  Azərbaycanlı  əməklilər  üçün  pul  qazanmaq  üçün  bir  məkan  olmaqla  yanaşı,  təzə 

meyvə-tərəvəzin  ixrac  edildiyi  bazardır.  Hazırda,  iqtisadi  vəziyyətin  pisləşməsi  ilə  əlaqədar  olaraq  pul 

qazanmaq  məkanlarının  azalması  ilə,  Rusiya  və  Avropa  İttifaqının  siyasi  münasibətlərinin  pisləşdiyi  bir 

ortamda,  Azərbaycan  Rusiya  bazarlarını  təzə  meyvə-tərəvəzlə  təmin  edəcək  ölkə  kimi  öz  xüsusi  vacib 

rolunu artırmaqdadır. Həmçinin, milli və dil oxşarlığı baxımından Türkiyə, Azərbaycana enerji strategiyası 

üzrə ən vacib ölkə kimi baxmaqla yanaşı, Azərbaycanda tikinti sektoru, otel idarəetməsi, ərzaq məhsulları 

və s özəl biznesdə böyük təsir gücünə malikdir. 

  Çin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin enerji resurslarına böyük maraq göstərir, o cümlədən, 

Azərbaycanla iqtisadi mübadilələrini artırır, malların distribusiyası və transaksiyaların axınının təşkili üçün 

əlverişli mühit yaratmağa çalışır, həmin ölkəni öz istehlak malları üçün satış bazarı olaraq düşünür. Cənubi 

Koreya  da  həmçinin  Yaponiya  mallarına  oxşar  malları  və  texnologiyaları  (maşın,  avadanlıq,  tikinti 



Yüklə 440,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə