180
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3 Humanitar elmlər seriyası 2010
AZƏRTAC-IN XARİCİ ƏLAQƏLƏRİNİN YARANMASI
VƏ İNKİŞAFI (1991-2010-cu illər)
ASLAN ASLANOV
AzərTAc
erhan 2006@box.az.
Məqalədə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) beynəlxalq əlaqələrindən, müxtəlif ölkələrin xəbər
agentlikləri ilə imzalanmış müqavilələrdən, agentliyin ev sahibliyi ilə keçirilmiş tədbirlərdən, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasındakı fəaliyyətindən bəhs edilir.
AzərTAc-ın 1920-ci ildə dövlət informasiya agentliyi kimi fəaliyyət göstərdiyi ilk aylarda onun xarici
əlaqələri barədə konkret faktlar olmasa da, ötürücü radiostansiyadan istifadə etdiyi nəzərə alınsa, qonşu
ölkələrlə xəbər mübadiləsinin olması faktı ehtimal olunur. Bütövlükdə isə AzərTAc-ın beynəlxalq əlaqələrinin
təşəkkülü Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illərə təsadüf edir. Müstəqil dövlətin rəsmi
xəbər agentliyinin dünya informasiya məkanına çıxmasına nail olmaq, xarici tərəfdaşlarla sıx əlaqələr qurmaq,
Ermənistan Respublikasının Rusiya Federasiyasının hərbi-siyasi dairələrinə arxalanaraq hərbi təcavüzü ilə
üzləşmiş, məkrli erməni təbliğat maşınının və xaricdəki güclü erməni lobbisinin məqsədyönlü antiazərbaycan
fəaliyyəti nəticəsində informasiya blokadasına düşmüş Azərbaycan Respublikasının haqq işini, ölkəmiz
haqqında həqiqətləri dünyaya bəyan etmək AzərTAc-ın səmərəli xarici əlaqələr qurmasını həyati vacib
məsələyə çevirmişdi. Lakin bu, yalnız AzərTAc-ın səyləri sayəsində mümkün deyildi, bütövlükdə müstəqil
dövlət kimi Azərbaycan Respublikasının özünü dünyada tanıtması ilə bilavasitə bağlı idi.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasının
dünya birliyində öz yerini tutması, ulu öndərin daxili və xarici siyasətinin müasir mərhələdə Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkənin regionda şəksiz lider dövlətə çevrilməsi,
beynəlxalq aləmdə nüfuzunun daha da artması və mövqelərinin möhkəmlənməsi, habelə AzərTAc-ın maddi-
texniki bazasının gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi sahəsində dövlət səviyyəsində görülən ardıcıl
tədbirlər agentliyin xarici əlaqələrinin inkişafında, onun dünya informasiya məkanına çıxmasında həlledici rol
oynamışdır (2, 30)
Azərbaycan Respublikasının yeni informasiya məkanında öz mövqeyini möhkəmləndirməsində,
ölkəmizin üzləşdiyi problemlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Bakıda keçirilən
beynəlxalq tədbirlər, bu tədbirlərdə xarici kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı, dövlətimizin
başçısının nüfuzlu nəşrlərə və telekanallara müsahibələri də böyük rol oynayır.
AzərTAc-ın qlobal informasiya məkanında daha geniş təmsil olunması, Azərbaycan haqqında obyektiv
informasiyanın yayılma coğrafiyasının genişləndirilməsi fəaliyyətinin strateji istiqamətidir. Dünyanın aparıcı
agentliklərinin zəngin təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi də daim diqqət mərkəzindədir. Hazırda Anadolu
agentliyi (Türkiyə), İTAR-TASS (Rusiya), Sinxua (Çin), Ukrinform (Ukrayna),ANSA (İtaliya), BTA
(Bolqarıstan),MENA (Misir), TANYUQ (Serbiya), MTİ (Macarıstan), İRNA (İran), Aqerpress (Rumıniya), Anta-
ra (İndoneziya), BELTA (Belarus), ATA (Albaniya), “Petra” (İordaniya), KUNA (Küveyt), Kazinform (Qazaxıs-
tan), “Kabar” (Qırğızıstan), “Xovar” (Tacikistan), Yonhap (Koreya Respublikası), KYODO (Yaponiya)
agentlikləri ilə qarşılıqlı əməkdaşlıq haqqında ikitərəfli sazişlər bağlanmışdır. Həmin sazişlər agentliyin
beynəlxalq miqyasda nüfuzunun getdikcə artmasının daha bir təsdiqidir. Ümumiyyətlə isə AzərTAc 90-dan artıq
xəbər agentliyi ilə əlaqə saxlayır (3, 44-45). Regionun informasiya agentliyi kimi tanınmış Azərbaycan Dövlət
Teleqraf Agentliyi həm də bir neçə regional informasiya qurumunun təsisçilərindəndir.
Türkdilli Xəbər Agentlikləri Birliyi – TKA
Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) 1992-ci ilin noyabrında Türkiyə Cümhuriyyətinin paytaxtı
Ankarada Anadolu Agentliyi (Türkiyə), AzərTAc (Azərbaycan), Kaztaq – indiki Kazinform (Qazaxıstan),
“Kabar” (Qırğızıstan) və TAK (Şimali Kipr) agentlikləri tərəfindən yaradılmışdır.
Bu Birliyin təşkil edilməsinin məqsədi türk dünyası haqqında etibarlı informasiyanı ilk mənbədən bütün
dünyaya qərəzsiz və obyektiv çatdırılmasına kömək etmək, əməkdaşlığı tənzimləmək, informasiya agentlikləri
arasında texniki infrastruktur və işçilərin öyrədilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi imkanlarını
genişləndirməkdir (5, 7).
181
TKA-nın Baş Məclisinin sonrakı iclasları Ankarada, Aşqabadda və Lefkoşada keçirilmişdir. 2007-ci ilin
mayında Türkiyə Cümhuriyyətinin Karaman şəhərində TKA Baş Məclisinin VI iclası keçirilmiş, növbəti iclasın
2008-ci ildə Bakıda keçirilməsi haqqında qərar qəbul olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 80 illiyi ilə əlaqədar TKA Baş Məclisinin “Türkdilli
ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin rolu” mövzusunda VII iclası 2008-ci il aprelin 30-dan
mayın 3-dək Bakıda keçirilmiş, qloballaşma dövründə informasiyanın təsir gücünün son dərəcə artmasını
nəzərə alaraq, TKA-ya daxil olan agentliklərin birgə səylərinin gücləndirilməsinin zəruriliyini xüsusi
vurğulamışlar. İclasda “Başinform”, “Tatarinform” və “Krım xəbərləri” agentlikləri Birliyə üzv qəbul olunmuş,
təşkilat Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) adlandırılmış, bununla əlaqədar Nizamnamədə müvafiq
dəyişiklik edilmişdir. TKA Baş Məclisinin VII iclası Yekun sənədinin qəbul edilməsi ilə başa çatmışdır. Bu ic-
lasdan etibarən növbəti toplantıya qədər TKA-da sədrlik AzərTAc-a keçmişdir (5,7-8).
TKA Baş Məclisinin AzərTAc-ın ev sahibliyi ilə keçirilən VII iclasının materialları “Türkdilli agentliklərin
Bakı görüşü” (2009) adı altında ayrıca kitab şəklində çap olunmuşdur. Hazırda hər gün TKA-nın İnternet resursunda
(http://www.tkaonline.org/) Azərbaycanla bağlı 25-30 informasiya yerləşdirilir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri
Assosiasiyası – BSANNA
2006-cı il mayın 29-dan 31-dək Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən təsis konfransında
yaradılmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri
Assosiasiyası (BSANNA) Qara dəniz hövzəsi ölkələrinin milli informasiya agentliklərini birləşdirən regional
təşkilatdır.
14 milli informasiya agentliyinin təmsil olunduğu BSANNA-nın məqsədi sərbəst və bərabərhüquqlu
informasiya mübadiləsi aparmaqdır. Üzv agentliklər texniki əməkdaşlıq, təcrübə və texnologiyalar
mübadiləsinə də kömək etməyə çalışırlar. BSANNA-nın saytı da (http://bsanna-news.ukrinform.ua/) ölkəmiz
haqqında informasiyaların ən çox yayıldığı (hər gün 20-25 xəbər) internet kanalıdır.
MDB-nin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası -ANİA
ANİA MDB Hökumət Başçıları Şurasının 2003-cü il sentyabrın 18-də Yaltada keçirilmiş iclasında qəbul
edilmiş Birliyin üzvü olan ölkələrin milli informasiya agentliklərinin materiallarının mübadiləsi haqqında
sazişin həyata keçirilməsi məqsədi ilə professional əməkdaşlıq forması kimi təsis edilmişdir (www.ania-news-
.info/).
ANİA-nın məqsədi MDB-nin üzvü olan ölkələrin milli informasiya agentliklərinin potensialından fəal
istifadə edilməsinə, milli informasiya agentlikləri arasında material mübadiləsinin səviyyəsini və səmərəsini
artırmağa, informasiya axınında tarazlığın təmin edilməsinə və MDB-yə daxil olan ölkələrin həyatına dair
obyektiv informasiyanın operativ yayılması üçün agentliklərin səylərini birləşdirməyə kömək etməkdir.
Şuranın əsas vəzifələri dövlət informasiya agentliklərinin xəbərlərinin maneəsiz yayılması üçün ən
əlverişli şəraitin yaradılması barədə tövsiyələr hazırlamaq, informasiya fəaliyyətinə dair məsləhətləşmələr
aparmaq, telekommunikasiya və rabitənin inkişafına, informasiya münasibətlərinin beynəlxalq prinsip və nor-
malarının tətbiq edilməsinə kömək göstərmək, informasiya mübadiləsinin normativ hüquqi tənzimlənməsinə
dair təkliflər hazırlamaqdır (3, 45-46).
ANİA da hər gün AzərTAc-ın 30-35 informasiyasını və fotoinformasiyasını öz saytında yerləşdirir.
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı – OANA
2004-cü ilin sentyabrında agentliyin həyatında çox əlamətdar bir hadisə baş vermişdir – AzərTAc
YUNESKO-nun təşəbbüsü ilə 1961-ci ildə, dünya əhalisinin yarıdan çoxunun yaşadığı regionun informasiya
agentlikləri arasında xəbərlərin birbaşa və pulsuz mübadiləsinin təmin edilməsi üçün yaradılmışdır. Asiya və
Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının – OANA-nın üzvü olmuşdur (
www.oana
news.org).
Bunun sayəsində AzərTAc-ın hər gün 20-25 informasiyası, o cümlədən fotoinformasiyaları OANA-nın xüsusi
saytında yerləşdirilir və quruma üzv olan 33 ölkənin 40 informasiya agentliyi həmin məlumatlarından
məhduduiyyətsiz istifadə edə bilirlər. Azərbaycan MDB məkanında sayca dördüncü ölkədir ki, onun
informasiya agentliyi bu nüfuzlu regional strukturda təmsil olunmuşdur.
2007-ci il dekabrın 12-də bu təşkilatın Baş Assambleyasının İndoneziyanın paytaxtı Cakartada keçirilmiş
növbəti iclasında AzərTAc qurumun rəhbər orqanına – İcraiyyə Komitəsinə üzv seçilmişdir. Bu, dünya media
məkanında öz mövqelərini möhkəmlədən AzərTAc üçün çox mühüm hadisə idi (1, 62-63).
2008-ci il sentyabrın 1-4-də Bakıda AzərTAc-ın ev sahibliyi ilə OANA İcraiyyə Komitəsinin “Qloballaşan
dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclası keçirilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, ilk dəfə
olaraq, dünyanın 21-dən çox ölkəsindən ən nüfuzlu xəbər agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri
respublikamıza gəlmişdilər. Azərbaycanın ictimai həyatında mühüm hadisə olan bu toplantının əhəmiyyəti həm
də onda idi ki, OANA və EANA-nın tarixində ilk dəfə olaraq bu qurumların rəhbərləri tədbirdə birlikdə iştirak
edirdilər.
182
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin OANA İcraiyyə Komitəsinin 30-cu iclasının
iştirakçılarına ünvanladığı məktubda deyilirdi: “İnformasiya agentliklərini birləşdirən böyük regional
təşkilatların və nüfuzlu xəbər agentliklərinin rəhbər şəxslərinin iştirakı ilə belə bir tədbirin Bakı şəhərində
keçirilməsi beynəlxalq aləmə inteqrasiya yolu seçmiş və dünya informasiya məkanına daxil olmuş müstəqil
ölkəmizin ictimai həyatında mühüm hadisədir (4).
Müasir Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə
qədəm qoyması, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi ölkəmizdə informasiyaya olan ictimai tələbatı
daha da artırır. Dövlətin informasiya siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir,
söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun təmin edilməsinə, habelə
cəmiyyətin obyektiv məlumatlandırılması funksiyasını effektiv yerinə yetirməsi üçün kütləvi informasiya
vasitələrinə zəruri şərait yaradılmasına yönəlmişdir. Azərbaycanda müstəqillik illərində senzuranın ləğvi, fikir,
söz və məlumat azadlığının inkişaf etdirilməsi üçün qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması,
mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş çoxsaylı tədbirlər məhz bu
məqsədə xidmət edir.
Bütün dünyada insanlar üçün obyektiv, qərəzsiz, vicdanlı informasiyanın açıq olması son nəticədə həm
də Yer üzündə sülhün, təhlükəsizliyin möhkəmlənməsinə, ölkələr və xalqlar arasında əməkdaşlığın,
sivilizasiyalararası dialoqun genişlənməsinə xidmət edir. Əmin olduğumu bildirirəm ki, yaşadığımız dövrün
çox mühüm və aktual bir mövzusuna həsr olunmuş toplantı konstruktiv müzakirələr, faydalı fikir mübadiləsi
ruhunda keçəcək, bəşəri dəyərlərin təbliğinə öz töhfəsini verəcəkdir”.
Avropa Xəbər Agentlikləri Alyansı – EANA
AzərTAc-ın həyatında ən mühüm hadisələrdən biri də 2008-ci il aprelin 18-nə təsadüf edir. Həmin gün
AzərTAc daha bir nüfuzlu regional media qurumuna – Avropa Xəbər Agentlikləri Alyansına (EANA)
(www.newsalliance.org) üzv qəbul olunmuşdur. EANA Baş Assambleyasının Estoniyanın paytaxtı Tallinndə
keçirilmiş iclasında AzərTAc-ın bu quruma üzv olmasını təşkilatın həmin forumda təmsil olunmuş 29
üzvündən 26-sı dəstəkləmişdir. Beləliklə, AzərTAc postsovet məkanında İTAR-TASS və Ukrinformdan sonra
EANA-ya üzv qəbul edilmiş üçüncü milli informasiya agentliyi və həmin təşkilatın sayca 31-ci üzvü olmuşdur.
Bu, AzərTAc-ın dünya informasiya məkanında daha geniş təmsil olunması, Azərbaycan haqqında xəbərlərin
yayılma coğrafiyasının genişlənməsi üçün çox vacib idi.
EANA-nın 52 il əvvəl “Avropa xəbər agentlikləri ailəsi” kimi təsis edilməsinə baxmayaraq, bu təşkilatın
sələfinin təməli hələ 1924-cü ildə qoyulmuşdu. Təşkilat İkinci Dünya müharibəsi dövründə bağlanmış, 1956-cı
ildə yenidən fəaliyyətə başlamışdır. Avropa alyansının başlıca məqsədi informasiya agentliklərinin müstəqil və
qərəzsiz xəbəryayma vəzifəsini yerinə yetirmələri üçün biznes mühitini təmin etməkdir. Buraya informasiya
agentlikləri üçün müəlliflik hüquqlarının tanınması, informasiya mənbələrinə müraciət imkanı, iştirakçı agentliklər
arasında əməkdaşlığın inkişafı və informasiya mübadiləsi, habelə seminarlar, praktikumlar və başqa tədbirlər təşkil
etməklə təcrübə mübadiləsinə nail olmaq daxildir (3, 45-46).
EANA mənfəət əldə etmək məqsədi güdməyən üzvlərin ittifaqıdır. Təşkilat quruma daxil olan
agentliklərin eyni məbləğdə ödədiyi üzvlük haqları hesabına fəaliyyət göstərir. Hər il keçirilən Baş
Assambleyada səsvermə zamanı “bir agentlik – bir səs” qaydası əsas götürülür. EANA “Avropa xəbər
agentlikləri ailəsi” hüdudlarında aylıq bülletenlər, konfranslar və ikitərəfli əlaqələr vasitəsilə əməkdaşlığı və
təcrübə mübadiləsini həyata keçirən ümumavropa forumu kimi xidmətlər göstərir.
Xəbər Agentlikləri Konsorsiumu – Asia Pulse
AzərTAc 2008-ci ildən Asiya Xəbər Agentlikləri Konsorsiumunun (Asia Pulse) (www.asiapulse.com)
üzvüdür. 1996-cı ildə yaradılmış Asia Pulse real vaxt rejimində çalışan, Asiyada sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi üçün zəruri informasiyanı korporasiyalara, hökumətlərə və ayrı-ayrı şəxslərə təqdim edən
xəbərlər və kommersiya-kəşfiyyat xidmətidir. 30-dan çox ölkədə 50-dən artıq sənaye sahəsini əhatə edən, bu
sahədə ixtisaslaşan jurnalistlər və analitiklər hər gün bu qurumun internet resursunda 300-ə yaxın xəbər yayır,
ayrı-ayrı sənaye sahələri barədə məlumatları, şirkətlərin elanlarını, analitik materiallar, şərhlər, layihələr dərc
edirlər (3, 47).
Asia Pulse Asiya şirkətlərində, sənaye sahələrində modernləşməyə, infrastruktur və investisiya
məsələlərinə, müştərək müəssisələrin yaradılmasına, ticarət imkanlarının öyrənilməsinə və iqtisadi inkişafa
kömək edir. Bu qədər çoxşahəli fəaliyyəti bir mərkəzdə cəmləşdirməklə, konsorsium yüzlərlə pərakəndə
informasiya mənbəyinə müraciət etmək zərurətindən yaxa qurtarmağa imkan verir.
Dünya İnformasiya Agentlikləri Konqresi
Azərbaycan Dövlət Teleqraf Agentliyi Dünya İnformasiya Agentlikləri Konqresinin fəal iştirakçısıdır
(
www.nawc.com.ar
). Dünya İnformasiya Agentlikləri Konqresi 2004-cü ildə BMT-nin, YUNESKO-nun və aparıcı
regional informasiya agentliklərinin dəstəyi ilə yaradılmışdır. İTAR-TASS agentliyinin təşəbbüsü ilə 2004-cü il
sentyabrın 23-25-də Moskvada keçirilmiş ilk iclasda dünyanın 100-dən çox ölkəsini təmsil edən 115 informasiya
183
agentliyinin rəhbərləri qurumun konsepsiyanı yekdilliklə dəstəkləmiş və Konqresin işçi orqanını – Dünya İn-
formasiya Agentlikləri Şurasını yaratmışlar. Bu ictimai şuraya regional informasiya agentliklərinin rəhbərləri və
digər nümayəndələri daxildir. Şura dünyanın müxtəlif regionlarını təmsil edən agentliklər arasında peşəkar
əməkdaşlığı və qarşılıqlı əlaqələri inkişaf etdirir. Xəbər agentliklərinin beynəlxalq səviyyədə bu cür görüşləri
dünyanın aparıcı xəbər provayderləri arasında dialoq, habelə fikir, informasiya və təcrübə mübadiləsi üçün
platforma rolu oynayır.
Dünya İnformasiya Agentlikləri Konqresinin 2007-ci il oktyabrın 24-27-də İspaniyanın Estepona
şəhərində keçirilmiş ikinci iclasında 110-a yaxın ölkənin 120-dən çox xəbər agentliyi, o cümlədən AzərTAc da
təmsil olunmuşdu. Estepona görüşündə əməkdaşlığı genişləndirmək imkanları, yeni texnologiyalardan agent-
liklərin işində istifadə edilməsinin üstünlükləri, dünyanın “qaynar nöqtələrində” işləyən jurnalistlərin üzləşdiyi
problemlər, informasiya piratlığına qarşı mübarizə məsələləri müzakirə edilmişdi. Tədbir çərçivəsində fotoşəkil
müsabiqəsi də keçirilmişdi. AzərTAc-ın həmin müsabiqəyə təqdim etdiyi fotoşəkil birinci mükafata layiq
görülmüşdü.
Müstəqil Azərbaycanın rəsmi informasiya agentliyinin dünya informasiya məkanına çıxması,
Azərbaycan reallıqlarının yayılma coğrafiyasının genişləndirilməsi Heydər Əliyevin ən böyük arzularından biri
idi. Ümummilli liderin bu arzusu da reallığa çevrilmişdir. Azərbaycan qloballaşan dünyanın yeni informasiya
məkanında layiqli yerini tutmuşdur və bunu getdikcə möhkəmləndirir.
Beləliklə, AzərTAc-ın xarici əlaqələrinin yaranması və inkişaf tarixi üzrə aparılan tədqiqatlar aşağıdakı
qənaətlərə gəlməyə imkan verir:
1. AzərTAc-ın xarici əlaqələrinin təşəkkülü Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illərə
təsadüf edir. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın dünyada tanıdılması
istiqamətində gördüyü işlər ölkənin beynəlxalq aləmdə nüfuzunun artması və mövqeyinin möhkəmlənməsi ilə
nəticələnmişdir. Bu da AzərTAc-ın xarici əlaqələrinin inkişafında, onun dünya informasiya məkanına inteq-
rasiyasında mühüm rol oynamışdır.
2. Hazırda AzərTAc 90-dan çox xəbər agentliyi ilə informasiya mübadiləsi aparır, OANA, EANA,
BSANNA, TKA, ANİA, Asia Pulse kimi dünyanın ən mötəbər xəbər agentlikləri təşkilatına üzv olmuşdur.
Belə ikitərəfli və çoxtərəfli əməkdaşlıq AzərTAc-a həmin qurumların informasiya resurslarından istifadə
etməklə Azərbaycan haqqında həqiqətləri beynəlxalq aləmdə daha geniş coğrafiyada yaymağa, eyni zamanda,
Azərbaycan oxucusunu dünyadakı yeniliklərlə, ən mühüm hadisələrlə təmin etməyə imkan verir.
ƏDƏBİYYAT
1.
Anadolu Agentliyi İdarə Heyətinin sədri və baş direktoru Hilmi Benginin OANA İcraiyyə Komitəsinin 30-cu iclasında
çıxışı. Qloballaşan dünyada informasiya hamı üçün. Bakı: Şərq-Qərb, 2009, 479 s.
2.
Aslanov Aslan. Heydər Əliyev və AzərTAc. Bakı: Nurlan, 2005, 178 s.
3.
Aslanov A., Musayev V., İsmayılov D. AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol. Bakı: Şərq-Qərb, 2008, 184 s.
4.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı
(OANA) İcraiyyə Komitəsinin 30-cu iclasının iştirakçılarına məktubu. “Azərbaycan” qəz., Бакы, 2008, 3 sentyabr
5.
Türkdilli agentliklərin Bakı görüşü. Bakı: Şərq-Qərb, 2009, 68
ESTABLISHMENT AND DEVELOPMENT OF AZERTAJ`s
FOREIGN RELATIONS (1991-2010)
ASLAN ASLANOV
SUMMARY
The article highlights AzerTAj`s foreign relations, its agreements with various countries` news agencies, its membership
in international organizations and the agency-hosted events.
AzerTAj has also attached a particular emphasis to building and developing its foreign relations with the aim of
integrating into the global information network and mastering and applying rich experience of transnational news agencies. But it
can raise some questions, like What is the state of AzerTAc`s international relations? and What is the role of these relations in
delivering Azerbaijan`s truths to the world community?
The author elucidates the answers to such questions in the article.
ВОЗНИКНОВЕНИЕ И РАЗВИТИЕ ЗАРУБЕЖНЫХ
СВЯЗЕЙ АЗЕРТАДЖ (1991-2010гг)
АСЛАН АСЛАНОВ
РЕЗЮМЕ
В этой статье говорится о международных связях Азербайджанского государственного телеграфного
агентства, соглашениях, заключенных им с новостными агентствами различных стран, представительстве в
международных структурах, проведенных под руководством АзерТАдж мероприятиях.
184
АзерТАдж постоянно держит в поле внимания налаживание таких связей для интеграции в мировое
информационное пространство, изучения и применения богатого опыта транснациональных информационных
агентств. При этом возникают следующие вопросы: «На каком уровне находятся международные связи
АзерТАдж?», «Какое значение имеют эти связи в донесении азербайджанских реалий до мирового сообщества?»
В статье автор попытался ответить на эти и другие вопросы.
Dostları ilə paylaş: |