Aslanli tural hüseyn oğlunun “Respublikada reklam biznesi və sahibkarlığın inkişafı problemləri”


Azərbaycanda qlobal reklam agentlikləri



Yüklə 487 Kb.
səhifə3/5
tarix28.06.2018
ölçüsü487 Kb.
#52110
1   2   3   4   5

Azərbaycanda qlobal reklam agentlikləri
Cədvəl 1.

Qlobal reklam holdinqləri

Qlobal reklam şirkətləri

Qlobal reklam agentliklərinin Azərbaycanda nümayəndəlikləri

Göstərdikləri xidmət

Agentliklərin müştəriləri

WPP Group

Mediacom

Banner

Media-buying

Azerfon

WPP Group

Mindshare

Mediaforce

Media-buying

Kraft, Oriflame, Kimberly-Clark

WPP Group

MEC

(Mediaaedge:СIA)



Advert

Media-buying

Baiersdorf (Nivea), Colgate-Palmolive, Bourjois

Interpublic Group of Companies

ADV Group

McCann Erickson

Kreativ reklam, Media-buying, bütün reklam işləri

Bakcell, ETİ, Coca-Cola, Unilever, Efes

HAVAS

ADV Group

MPG

Kreativ,

Media-buying



Reckitt Benckiser, Hyundai

Omnicom Group

Optimum Media Group CIS

AAM advertising

Kreativ,

Media-buying



Henkel, N travel, Honda, Wrigley

PublicisGroupe

Vivaki Group

Starcom Media Vest

Media-buying

Procter & Gamble, Mars, Glaxosmith Kline

PublicisGroupe

Vivaki Group

Publicis Zenith Optimedia Azerbaijan

Kreativ,

Media-buying



Loreal, Nestle, Red Bull

Aegic Group

Carat

OMM

Media-buying

Nokia, Johnson&Johnson

Tanınmış dünya şirkətlərinin Azərbaycanda fəaliyyətə başlamaları reklam bazarının inkişafına ciddi təsir göstərdi. Qeyd etməliyik ki, ölkəmizdə ilk vaxtlar türk şirkətləri fəaliyyətə başlayıb. Yenicə fəaliyyətə başlayan şirkətin öz məhsullarının təbliği məqsədi ilə KİV-lərin təqdim etdiyi reklam paketindən bəhrələnmələri təbii idi. Rəqəm­lə­rə nəzər salsaq görərik ki, 1991-ci ildə “Azersun Holdinq”, 1993-cü ildə “Çağ” öyrə­tim şirkəti, 1995-ci ildə “Ramstore” və digər şirkətlər televiziya ekranlarnda öz rek­lam və anonslarını yetərincə nümayiş etdiriblər. Əcnəbi iş adamlarının ölkəmizə gəldiyi gün­lərdə, bizdə cəmi iki kanal fəaliyyət göstərirdi. Bunlar dövlət televiziyası funksi­ya­sı­nı daşıyan AzTV və ilk müstəqil televiziya kanalı olan ANS idi. Zaman ötdükcə ölkə­miz­dəki televiziyaların sayı artmağa başladı. Belə bir şəraitdə bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial-iqtisadi araşdırmalar mərkəsinin yaranmasına və tez bir zaman­da tərəqqisinə şərait yarandı. Həmin mərkəzin qarşısında dayanan başlıca məqsəd, televiziyaların tamaşaçılar arasındakı reytinqini öyrənmək və müqayisə apararaq, baxımlılıq səviyyəsini müəyyən etməkdən ibarətdir. Bu, şübhəsiz ki, reklam bazarında lider olmağa çalışan nüfuzlu şirkətlər və onların sahibkarları üçün də vacibdir. Monito­rinq­lərin keçirilməsi yönündə iş aparan ilk şirkət 1993-cü ilin oktyabr ayında təsis olu­nan SİAR Media və Reklam Araşdırmaları Mərkəzi oldu. Bu şirkət əsaslı fəaliyyətə beş il sonra, yəni 1998-ci ilin avqust ayında başladı. 1997-ci ildə SİAR ECOMAR (Ümum­dün­ya Araşdırma Mütəxəssisləri Assosiasiyası) təşkilatının üzvü oldu və hazırda bu qurum, assosiasiya tərəfindən qəbul olunmuş yeganə Azərbaycan müəssisəsidir. SİAR bütün araşdırmaları ECOMAR təşkilatının Davranış Məcəlləsinə uyğun şəkildə, müva­fiq ekspertlərlə sıx əməkdaşlıq və məsləhətləşmələr əsnasında həyata keçirilir. SİAR-ın baş­lıca vəzifəsi, Azərbaycan KİV-lərinin – televiziya və radio kanallarının reytinq gös­tə­ri­ciləri, həmçinin qəzet və jurnalların məşhurluq səviyyəsinin, eləcə də media reklam bazarının hərtərəfli öyrənilməsini təmin etməkdən ibarətdir.

Ötən illər ərzində istər media, televiziya və radio, istərsə də internet reklamlarının inkişaf etdirilməsi nəticəsində onlarla yerli şirkət yaradılıb ki, bu da yüzlərlə iş yerinin açılması deməkdir. Respublikamızda fəaliyyət göstərən şirkətlərin reklam istehsalında Azərbaycan reklamçılarından, yerli mütəxəssislərdən istifadə olunması həm peşəkar rek­lam­çılar məktəbinin yaranmasına təkan vermiş, həm də reklam istehsalına görə inves­ti­siyaların xarici ölkələrə axınının qarşısı alınmışdır.

Azərbaycanda bütün ölkəni əhatə edən 8 televiziya, 14 regional kanal və 13 radio fəaliyyət göstərir. Ölkəmizdə televiziya sevimli reklam mənbəyi olaraq qalır. Respublika vətən­daşları arasında aparılan sorğular bunu deməyə əsas verir. Maraqlısı odur ki, TV reklamı 20% insanı reklam olunan məhsuldan istifadə etməyə həvəsləndirib. Deməli, televiziyada gedən reklamlara hələ də etibar yoxdur və onların yalan olduqlarını hesab edənlər var. Radio reklamı diqqəti cəlb etməsinə görə reytinqin üçüncü pilləsindədir. 19% insan radioda yayımlanan reklamlara fikir verir və çox təəssüf ki, onların 5%-i radio reklamlarına etibar edir. Buna görə də radioda reklamı eşitdikdən sonra cəmi 1,4% insan reklam olunan məhsuldan istifadə etməyə başlayıb. 2-ci cədvəldə Azərbaycanda 2005-2013-cü illərdə televiziya və radiorabitənin inkişafı əks etdirilir.



2005-2013-cü illərdə Azərbaycan Respublikasında televiziya və

radiorabitənin inkişafı

Cədvəl 2.






2005

2010

2011

2012

2013

Radio-televiziya stansiyalarının cəmi, vahid

356

305

303

304

304

o cümlədən,qüvvəsi 1kVt və daha çox gücü olanlar

59

72

72

68

72

Televiziya vericiləri, ədəd

484

445

346

425

450

o cümlədən,qüvvəsi 1kVt və daha çox gücü olanlar

90

148

71

45

50

Radio vericiləri, ədəd

86

119

112

124

125

Radiostansiya nöqtələrinin sayı, min

11,8

3,4

3,4

3,4

3,4

Azərbaycanda insanlar gündəlik həyatda ən çox rastlaşdığı reklam haqqında çox az düşünür. Azərbaycanlılar reklama həddən artıq laqeyddirlər. Telekanalları izləyərkən reklam fasiləsi zamanı nümayiş olunan münasibət bunun əyani sübutudur. İnkişaf etmiş ölkələrdə isə reklam insanın bilavasitə maraq dairəsindədir, Çünki həm informasiya mənbəyi, həm də seçimini asanlaşdıran unikal vasitədir.

Qlobal maliyyə böhranının başlamasından sonra ölkədə bir sıra digər sahələrlə yanaşı, reklam bazarı da müəyyən problemlər yaşamağa başladı. Aparılan araşdırmalar göstərir ki, bu sahədə vəziyyət hələ də yaxşı deyil. Belə vəziyyətdən isə ən çox tele­vi­zi­ya kanalları əzəiyyət çəkməkdədir. Çünki ölkədə əsas reklam bazarı məhz telekanalların əlində cəmləşib və bu bazarın kasadlaşması telekanalların durumuna təsirsiz ötüşmür. Hələ­lik isə o məlumdur ki, reklam istehlakçının hesabına mövcud olduğundan və ölkə­mizdə böhranın istehlakçıya təsiri hələ davam etdiyindən, məntiqi nəticə olaraq, şir­kət­lə­rin reklam xərcləri də azalıb. Qeyd olunan proses dünya miqyası üzrə özünü göstər­mək­dədir. Bundan xilas üçün artıq bir sıra metodlardan istifadə edilməkdədir. Məsələn, Rusi­yada artıq televiziya reklamı üzrə qiymətlər yeni güzəşt sisteminin tətbiqi nəti­cə­sində aşağı düşüb. Azərbaycanda isə televiziya üzrə reklam artımının aşağı düş­mə­si halı olsa da, telekanallar qiymət məsələsində elə də böyük güzəştlərə getməyib. Elə bu­na görə­dir ki, telekanallarda, demək olar ki, həmişə eyni reklama rast gəlinir. Hətta bə­zi hal­larda bir reklam fasiləsində eyni məhsulun reklamı iki-üç dəfəyədək təkrar olu­nur. Böhranın telekanalların reklam bazarına nə qədər təsir etdiyinə dair konkret rəqəm­lər açıqlanmasa da, zərərin az olmadığı aydındır.

Digər sahələrdə olduğu kimi, internet reklamçılığı sahəsində də Azərbaycanda vəziyyət dünyadakından xeyli fərqlənir. Başlanğıc üçün onu deyim ki, bir neçəsi istisna olmaqla, əksər Azərbaycan internet resursları yuxarıda sadalanan internet reklamının üstün­lüklərinin heç birindən istifadə etmir. Bunun əvəzinə onlar statik və ənənəvi – müddəti ilə qiymətləndirilən reklam sahələri satırlar.

Hər halda, İnternet Azərbaycanda reklam vasitəsi olaraq kəşf olunmamış sahə deyil. Kiçik bir araşdırma aparmaqla, 20-dən artıq milli İnternet saytında 150-dən artıq reklam yerləşdirildiyini görə bilərik. Azərbaycan Milli Araşdırma Assosiasiyasının araş­dır­masına görə, artıq 2004-cü ildə İnternet reklamları, ölkənin ümumi reklam bazarının (5,5-6 milyon dollar) 3 faizini təşkil edirdi.

İKT-nin əsas infrastruktur göstəriciləri

Cədvəl 3.2






2005

2010

2011

2012

2013

İKT-nin inkişaf indeksi

2.58

4.89

5.95

7.52

8.32

əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı, nəfər

8

46

65

70

73

mobil rabitə ilə əhatə olunmuş ərazidə yaşayan əhalinin ölkə əhalisində xüsusi çəkisi, faizlə

99.0

99.8

99.8

99.8

99.8

ay ərzində İnternetdən 20 saatlıq istifadə üçün orta tarif, manat

5.0

1.9

1.5

1.4

1.3

internetdən istifadə tarifinin hər nəfərə düşən orta aylıq ümumi milli gəlirə nisbəti, faizlə

4.5

0.6

0.3

0.3

0.3

ay ərzində 100 dəqiqə mobil rabitə ilə danışıq üçün orta tarif, manat

18.0

7.7

7.4

7.1

7.0

mobil rabitə danışığı tarifinin hər nəfərə düşən orta aylıq ümumi milli gəlirə nisbəti, faizlə

16.1

2.0

1.7

1.5

1.5

Cədvəldən göründüyü kimi, 2010-cu ildə İKT-nin inkişaf indeksi 4,89% təşkil edirdisə bu, göstərici 2013-cü ildə artaraq 8,32% olmuşdur. Bu ay ərzində internetdən 20 saatlıq istifadə üçün orta tarif dərəcəsinin də azalmasına səbəb olmuşdur. Yəni müvafiq olaraq 1,9 manatdan 1,3 manata düşmüşdür.

Ölkədə irəliləmə sürətlə getməsə də kifayət qədər artım özünü göstərir. Lakin inkişaf etmiş ölkələrlə müqayisədə o qədər də ürək açan deyil.

Banner reklamları sahəsindəki mənzərə isə, dünyada ilk internet reklamlarının meydana çıxdığı zamandan da gerisini xatırladır. Banner reklamları digər kütləvi infor­ma­siya vasitələrində, xüsusilə də mətbuat səhifələrində yerləşdirilən reklamlarla eyni məntiq­lə qiymətləndirilir və demək olar ki, bütün bannerlər saytlarda manual olaraq yerləşdirilir. Ad server texnologiyasının istifadə olunmaması reklam verənləri İnternet reklamlarına məxsus olan üstünlüklərdən məhrum edir. Belə ki, heç bir saytda reklamlar rota­siyalı sistemlə və targetinqə görə yerləşdirilmir, reach & frequency management (rek­­­lamların nə böyüklükdə auditoriyanı əhatə edəcəyi və eyni istifadəçiyə neçə dəfə göstəriləcəyi) tətbiq olunmur. Bütün bunlar təkcə milli İnternet reklam sektorunun inkişafını ləngitməklə qalmır, eyni zamanda istifadəçilərin işini də çətinləşdirir. Məsələn, banner yerləşdirmədə rotasiyanın tətbiq olunmadığına görə hər bir reklam yerində təkcə bir reklam banneri yerləşdirilir ki, bu da reklam yerlərinin səmərəsiz istifadə olunmasına səbəb olur. Problemin aradan qaldırılması üçün isə, məcburi olaraq reklam yerlərinin artırılması yolu ilə seçilir. Nəticədə isə, açılış səhifəsində qırxdan artıq reklam banneri olan saytlar ortaya çıxır. “Clutter” adlanan bu hal, keçirilən reklam kampaniyasının effektivliyini azaldır. Animasiyalı Flash texnologiyası ilə hazırlanan bu bannerin ümumi çəkisinin 700 kb-dan artıq olduğunu və Azərbaycanda İnternetə qoşulma sürətini nəzərə alsaq belə bir saytın istifadəçisi üçün hansı çətinliklər yaratdığını rahatca görə bilərik.

Qırx kiçik reklam bannerindən biri olmaq bacarığı göstərən reklam verənləri isə, keçirdikləri reklam kampaniyasının effektivliyi qətiyyən qayğılandırmır.

Respublikada rabitə və informasiya texnologiyaları sahəsində görülən son dövrün nəticələri özünü bir sıra göstəricilərin inkişafında tapmışdır. Bu, 4-cü cədvəldə əyani görünür.


2005-2013-cü illər ərzində respublikada informasiya və rabitə xidmətlərinin həcmi

Cədvəl 4.3






2005

2010

2011

2012

2013

Cəmi

480.8

1179.6

1272.9

1439.7

1528.1

Rabitə xidmətləri

443.2

1087.8

1139.4

1283.4

1341.8

o cümlədən,
















teleqraf

0.3

0.6

0.9

0.6

0.6

şəhərlərarası telefon

108.8

170.4

201.1

231.2

195.0

şəhər-kənd telefon rabitəsi

22.7

53.0

53.7

54.9

56.4

mobil telefon rabitəsi

295.5

785.4

784.0

872.8

908.2

internet (genişzolaqlı daxil olmaqla)

8.6

42.3

61.8

86.3

93.4

digər xidmətlər

703

36.1

37.9

37.6

88.2

İnformasiya xidmətləri

37.6

91.8

133.5

156.4

186.3

nəşriyyat fəaliyyəti

14.3

16.0

16.5

18.4

21.7

proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi

8.1

27.5

33.8

44.6

56.0

proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər

9.9

19.2

34.5

35.3

47.7

digər xidmətlər

5.3

29.1

48.7

58.0

60.9

Cədvəldən göründüyü kimi, rabitə xidmətlərində şəhərlərarası telefonların cari qiymətləri 2010-cu ilə nisbətən 2013-cü ildə 1,2 dəfə artmışdırsa, bu, öz üstünlüyünü mobil telefonlara vermişdir. Müvafiq olaraq 295,5 milyon manatdan 908,2 milyon manata çatmışdır.

Bununla yanaşı, telefon rabitəsinin əsas göstəriciləri əsaslı surətdə inkişaf etmişdir. 5-ci cədvəldə 2005-2013-cü illər ərzində Azərbaycanda mobil telefonların sayının atrdığı daha qabarıq şəkildə özünü biruzə verir.

Azərbaycan Respublikasında 2005-2013-cü illərdə telefon rabitəsinin əsas göstəriciləri

Cədvəl 5.4






2005

2010

2011

2012

2013

ATS-lərin sayı, cəmi

1190

1394

1429

1555

1565

ATS-lərin ümumi tutumu, min nömrə

1258.8

1667.3

1727.8

1779.5

1585.0

Telefon aparatlarının sayı (telefon şəbəkəsinə qoşulmaq imkanı olan telefon aparatları və taksofonlar daxil olmaqla), min nömrə

1109.9

1484.3

1523.1

1516.6

1520.0

Telefon şəbəkəsi taksofonlarının sayı, ədəd

2547

1684

1443

570

570

Əsas telefon aparatlarının sayı, min nömrə

1094.2

1439.6

1466.6

1456.6

1466.2

Mənzillərdə olan telefon aparatlarının sayı, min nömrə

1002.5

1289.6

1317.4

1331.3

1340.5

Mobil telefon nömrələrinin sayı, min nömrə

2242.0

8938.7

9396.5

9634.6

9623.7

Əhalinin hər 1000 nəfərinə düşən telefon aparatları, ədəd

130

160

168

170

170

hər 100 ailəyə düşən telefon aparatları, ədəd

55

67

67

67

67

əhalinin hər 100 nəfərinə düşən mobil telefon nömrələri, ədəd

27

99

104

105

105

Cədvəl məlumatları ATS-lərin ümumi sayının 2010-cu ildən 2013-cü ilə qədər 171 ədəd azalması, həmin illər ərzində telefon şəbəkəsi taksofonlarının da sayının 1114 ədəd azalmasına səbəb olmuşdur.




Yüklə 487 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə