Aslanli tural hüseyn oğlunun “Respublikada reklam biznesi və sahibkarlığın inkişafı problemləri”


REKLAM BİZNESİ VƏ SAHİBKARLIĞIN İNKİŞAFININ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ



Yüklə 487 Kb.
səhifə5/5
tarix28.06.2018
ölçüsü487 Kb.
#52110
1   2   3   4   5

3.2. REKLAM BİZNESİ VƏ SAHİBKARLIĞIN İNKİŞAFININ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

Sahibkarlıq fəaliyyəti ölkə üçün çox mühüm və mürəkkəb bir sistem olduğu üçün onun tənzimlənməsi, tələb və təklifin, eləcə də qiymətin müəyyən olunması birbaşa sahibkarlara həvalə olunması çox da uğurlu olmazdı. Bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliyyətində intensivliyin daha da artırılması və rəqabətin gücləndirilməsi üçün dövlət bir sıra tədbirlər həyata keçirməkdədir.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası zamanı sahibkarlıq fəaliyyətinin inkişafı üçün iqtisadiyyatın müxtəlif sektorlarında yeni bazar strukturlarının formalaşması üçün islahatlar aparmağa özünə borc bilmişdir. Belə ki, Azərbaycanda istehsalın daha da dərinləşməsi dövlətin iqtisadi siyasətində mühüm yer tutur. İndi ölkədə iqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. İqtisadiyyatın strukturunda köklü dəyişikliklər baş verir, yeni təsərrüfat strukturuna uyğun iqtisadi strukturlar, təsisatlar və iqtisadi münasibətlər formalaşır. Azərbaycanda kommersiya fəaliyyətinin tənzimlənməsi və fəaliyyət hüquqlarının təsbit edilməsilə bağlı da qanunlar mövcuddur və öz icrasında bu qanunlara riayət olunmasına nəzarət müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir. Bu qanunlara “Elektron ticarət haqqında” Azərbay­can Respublikasının Qanununu, “Reklam haqqında” Azərbaycan Respublika­sı­nın Qanu­nu­nu, “KİV haqqında” Azərbaycan Respublikasının Qanununu, “Kommersiya sirri haq­qın­da” Azərbaycan Respublikasının Qanununu, Azərbay­can­da kommersiya və depozit bank­ların fəaliyyəti haqqında hal –hazırda hələ də qüvvədə olan 14 iyul 1994-cü il tarixli “Azərbaycan Respublikasında banklar və bank fəaliyyətləri haqqında” Azər­bay­can Respublikasının Qanununu və s. göstərmək olar.

Müasir reklamın əsas vasitələri: mətbuat (qəzet, jurnal, afişa, bülleten və s.) radio, televiziya, kinomatoqrafiya, həmçinin vitrin, lövhə, işıq elanları, əmtəə bağlamaları, firma nişanları və s. ilə yanaşı internetdə reklamdır.

Mütəxəssislər çox haqlı olaraq reklamı “ticarət mühərriki” adlandırırlar. Hələ vaxtı ilə ABŞ-ın ən varlı və nüfuzlu adamlardan biri hesab edilən D.Rokfeller demişdir: “...biznesdə iki şey var: onlara çəkilən xərclərdə heç bir qənaətə yol vermək olmaz. Bunlar: reklam və sığortadır”.

Reklam alıcılara effektli təsir göstərmək üçün digər sahələrin: marketinq, psi­xo­lo­gi­ya, jurnalistika, ədəbiyyat, pablik rileyşnz və s. fəaliyyət növlərinin təcrübə­sin­dən isti­fa­də etməklə həyata keçirilir. Reklama ümumi kommunikasiya sisteminin tərkib his­sə­si ki­mi baxılmalıdır. Kommunikasiya sisteminin müxtəlif tərkib hissələri, fəaliyyət növləri qarşılıqlı əlaqəyə malikdirlər və bu da onları vahid bir mexanizmə çevirir, əlaqəli şəkildə işləməyə imkan verir. Reklam digər fəaliyyət növləri ilə qarşılıqlı əlaqədə həyata keçirilir ki, bu da, marketinqin əsas məqsədinə nail olmağa şərait yaradır.



Reklam fəaliyyətlərinin bəzi istiqamətlərinin, o cümlədən, reklamın planlaş­dırıl­ma­sı və həyata keçirilməsinin kommunikasiya sisteminin digər elementləri ilə əlaqələndirilməsi əmtəənin irəlilədilməsində, məhsula tələbat formalaşmaqda və onun satışının stimullaşdırmaqda çox mühüm əhəmiyyət kəsb edir. Belə əlaqələndirmənin iki növü mövcuddur:

1. Daxili əlaqələndirmə. Bu zaman reklam kompaniyasının və ya reklam proqramının ayrı-ayrı elementlərinin yerinə yetirilmə dövrülüyünə və vaxtına görə kommunikasiya siste­minin digər elementləri ilə əlaqələndirilməsi nəzərdə tutulur.

2. Xarici əlaqələndirmə. Reklam – firmanın satış proqramının müvəffəqiyyətlə yerinə yetirilməsinə təsir edən elementlərdən biridir. Firmanın marketinq fəaliyyətinin müvəffəqiyyəti məhsulun bazarın tələblərinə uyğun gəlməsindən, düzgün seçilmiş bölgü kanallarından, qiyməti düzgün müəyyən edilməsindən asılı olduğu kimi, şəxsi satış və reklamdan da çox asılıdır. Müxtəlif marketinq proqramlarında reklam müxtəlif rol oynayır. Lakin onun oynadığı roldan və yerinə yetirdiyi funksiyadan asılı olmayaraq bütün hallarda reklam ümumi marketinq siyasətinə uyğun olmalı, reklam fəaliyyəti marketinq fəaliyyətinin digər istiqamətləri ilə əlaqələndirilməlidir.

Çox təəssüflər olsun ki, göstərilən cəhdlərə baxmayaraq, hələ də reklam bazarında sahibkarlıq fəaliyyətində hələ də çatışmazlıqlar öz əksini tapmaqdadır.

2014-cü ilin əvvəlində Media və Mülki Cəmiyyət İctimai Birliyinin nümayən­dələ­ri­nin reklam mətnləri, tərcümə və dublyajla bağlı aparılan monitorinqin nəticələri barədə məlumatlara əsasən hazırda reklamların ədəbi-bədii və estetik səviyyəsi dünya standart­la­rından xeyli aşağıdır. Belə ki, respublikada reklam agentliklərinin az sayda olması və fəaliyyətdə olanların da peşəkarlıq baxımından zəif olması reklam biznesində ciddi problemlərin yaranmasına gətirib çıxarıb. Televiziya və radiolarda nümayiş olunan çarxlarda, eləcə də çap məhsulları üzərindəki reklam mətnlərində rast gəlinən söz və ifadələr, həmçinin, cümlələr dilimizin qaydalarına qəti şəkildə uyğun gəlmir, bəzi hallarda isə ümumiyyətlə, başa düşülmür.

Monitorinqin nəticələrinə görə, Bakı küçələrindəki reklam lövhələrində yer almış reklamların əksəriyyəti xarici dillərdən tərcümə edilib və bu tərcümələrin keyfiyyəti normal səviyyədə deyil. Eyni zamanda, bu halın özü yolverilməzdir, çünki dilimizə xələl gətirir.

Bəzi reklam mətnlərində Azərbaycan dilinin elementar normalarına riayət edilmir və kobud leksik-semantik təhriflərə yol verilir. Reklam mətnlərində buraxılmış bu ciddi qüsurlar, birinci növbədə, reklamı hazırlayanların Azərbaycan dilinin incəliklərini yaxşı mənimsəyə bilməmələrindən irəli gəlir. AMEA əməkdaşlarının fikrincə, küçə, metro, avtobuslarda yazılan reklamlarda xarici dil üstünlük təşkil edir. “Dil haqqında qanun”a əsasən isə reklamlarda xarici dildə yazılan sözlər Azərbaycan dilindəkilərdən daha kiçik olma­lıdır. Ancaq biz əksini müşahidə edirik. Bəzən hətta xarici sözlərin ana dilində qar­şı­lığı verilmir. Tərcümə olunan reklamlarda isə tərcümənin keyfiyyəti heç də ürəkaçan olmur. Digər tərəfdən də, müzakirədə xarici dillərdən edilmiş tərcümələrin, dublyaj mətnlərinin ədəbi mühitə rəngarənglik gətirməsilə bərabər, həm də Azərbaycan oxucusunun və tamaşaçısının ədəbi-bədii zövqünün formalaşmasında mühüm rol oynaya biləcəyini bildiriblər. İnternetdə reklam biznesinin çatışmazlıqları isə işin II fəslində geniş şərh olunmuşdur.

Ölkəmizdə internet reklam sahəsində göstərilən çatışmazlıqların aradan qaldırılması ilk növbədə ölkə əhalisini kifayət qədər lazımi elektron vasitələrlə təmin olunması, isti­fa­­dəçilərin ondan hərtərəfli istifadə edilməsi bacarığını təmin etmək məqsədilə onları maarif­ləndirmək, elektron vasitələrində biznes fəaliyyətini həyata keçirmək şərtlərini yüngülləşdirmək, daha doğrusu dövlət tərəfindən nəzarəti gücləndirməklə qiymətləri aşağı salmaq, marağı artırmaq nöqteyi-nəzərindən vergilərin də aşağı salınması kimi problemlərin həllində əsaslı rol oynayırlar.




NƏTİCƏ VƏ TƏKLİFLƏR
XIX əsrdə sənayenin sürətlə inkişaf etməsi, fasiləsiz kütləvi istehsal ölkə daxili bazara sığa bilməyib sərhədlər aşaraq yeni coğrafi ərazilər axtarmaq məcburiyyətində qaldı. Bu halda kütləvi informasiya vasitələri sistemli reklamın əhatə dairəsinin genişlənməsinə zərurət yaratdı.

Azərbaycanda da kütləvi informasiya vasitələrində reklam fəaliyyəti XIX əsrin sonlarından sistemli şəkildə həyata keçirilməyə başlamış və XX əsrin əvvəllərinə kimi inkişaf etmişdir.

Sovetlər Birliyi dövründə qadağası qoyulmuş reklam təsərrüfatı XX əsrin son on illiyindən yenidən canlanmağa başlamışdır.

1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdikdən sonra ölkənin müstəqillik əldə etməsinin davamı olaraq yeni iqtisadi münasibətlərə keçid, özəl sektorun yaradılması və inkişaf etdirilməsi, bu səbəbdən də ona əlverişli maliyyə dəstəyi verə biləcək milli maliyyə qurumlarının yaradılması zərurətinin əsas vəzifələrindən biri kimi qarşıya çıxdığı bir zamanda – 12 oktyabr 1992-ci ildə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə”sinin təsdiq edilməsi ilə sahibkarlığa, o cümlədən, kiçik və orta biznesə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyulmuşdur.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamlı və böyük uğurla davam etdirilməsi nəticəsində ölkəmiz hərtərəfli inkişaf etmişdir. İqtisadiyyatın neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də davamlı inkişafına nail olunmuşdur.

Qeyri-neft sektorunun inkişaf etdirilməsində sahibkarlığın rolu böyükdür. Təsadüfi deyil ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir.

Bir çox inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatının inkişafı reklam fəaliyyəti ilə sıx əlaqədardır. Reklam, bazarın inkişafına təsir göstərən ən vacib alətlərdən biridir. Bütün bunlar uyğun olaraq reklamnı marketinq mahiyyətini aydınlaşdırmaq olduqca vacib məsələdir.

İqtisadi ədəbiyyatlarda bəzən reklama ticarəti hərəkətə gətirən qüvvə kimi baxılır və reklama bu cür yanaşma onun, əmtəənin irəlilədilməsində və ümumilikdə kommunikasiya sistemində oynadığı yüksək roldan irəli gəlir. Təsadüfi deyildir ki, reklam marketinqin əsas funksiyalarından birini- reklam və satışın həvəsləndirilməsi funksiyasının əsasını təşkil edir, məqsədli auditoriyaya firma və onun məhsulu haqqında məlumat verilməsini təmin etməklə, potensial alıcıların malla tanış edilməsi, onları həmin məhsulu almağa inandırması kimi əsas vəzifələri yerinə yetiri. Reklama sadəcə informasiya yayılması üsulu kimi baxmaq düzgün deyil. O, konkret məqsədlə - məhsula tələbatın formalaşdırılması və ya firmanın imicinin yüksəldilməsi məqsədilə həyata keçirilir.

Reklam – bir tərəfdən məhsul istehsalçısına xidmət göstərir, informasiyanın köməyilə məhsulların keyfiyyətləri ilə istehlakçıları yaxından tanış edir və onun alınmasına qarşı həvəs oyadır, digər tərəfdən də çox çeşidli məhsullar və onların xüsusiyyətləri ilə alıcıları tanış etməklə, onlara hər hansı parametrlərə görə düzgün seçim aparmağa köməklik göstərir.

Reklam – müəssisə tərəfindən alıcıların davranışlarının modifikasiya edilməsində, onların diqqətini müəssisənin məhsullarına cəlb etməkdə, müəssisənin özünün müsbət obrazını yaratmaqda və onun ictimai faydalılığını göstərməkdə ən təsirli üsul və ünsürdür.

Azərbaycanda digər proseslərlə yanaşı ilk qəzet çapının, 1926-cı il noyabrın 6-da ilk radio və 1956-cı ilin fevralın 14-də Bakıda ilk televiziya yayımının baş verməsi reklam bazarının da tədricən inkişafına səbəb oldu.

1991-ci ildə Sovetlər Birliyinin tənəzzülü, ölkədə gedən ictimai-siyasi hadisələr, avadanlıqların mənəvi və fiziki köhnəliyi, radio və televiziyanın inkişafına da mənfi təsir göstərməyə bilməzdi.

1993-cü ildə H.Əliyevin 2-ci dəfə hakimiyyətə gəlişi və onun şəxsən iştirakı ilə teleradio ilə iş birliyi yaradıldı və tənəzzülə son qoyuldu və beton qüllənin işə düşməsinə nail olundu. Dəniz səviyyəsindən 134 m hündürlüyündə yerləşən qüllə Çexiyadan gətirilən avadanlıqlarla təchiz olundu və Rəqəmsal peyk stansiyası MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda istifadəyə verildi.

Göründüyü kimi, yaranma tarixləri o qədər də uzaq olmayan bu reklam vasitələri geniş əhali kütləsini əhatə edir. Efir vasitəsilə effektli reklam strategiyasını planlaş­dırmaq və həyata keçirmək, öz müraciətinə uyğun konkret auditoriya seçmək üçün əlverişli imkanlar əldə edilir.

Televiziya kanallarının tərkibində də reklam şöbələri yaradılmışdır. Bu şöbələr reklamın sərfəli şərtlərlə, yüksək keyfiyyətlə yerləşdirilməsini təmin edir. Məsələn, “ANS Kommers”, “Media Holding” və s. belə şirkətlərdəndir.

Ölkəmizdə reklzmın ən geniş yayıldığı reklam vasitəsi təbii ki, küçə reklamıdır. Hələ XIX-XX əsrlərdə inkişaf etməyə başlayan küçə reklamı XXI əsrdə daha geniş imkanlara malikdir. Əvvəllər yalnız dükanların, latokların reklamını görmək olardısa, indi küçə reklamının əhatə dairəsi daha da genişlənib. İqtisadiyyatımızın inkişafı ilə əlaqədar olaraq bir çox müəssisələr və iri şirkətlər insanların fikrini cəlb etmək üçün küçə reklamlarından istifadə edirlər. Küçə reklamının demək olar ki, bütün növləri respublikamızda yayılmışdır. Bunlara ad asılqanları, plakatlar, afişalar, lövhələr, qalxanvari reklam qurğuları və s. misal göstərmək olar.

Son illər səsin ötürülməsi və saxlanması sferasında rəqəmli texnologiyaların, mobil kommunikasiyaların və əlaqə vasitələrinin güclü inkişafı radio sahəsində inqilab yaratmışdır. Belə ki, həlli mümkün olmayan məsələlər indi texniki və texnoloji cəhətdən mümkün olmaqla yanaşı radiodalğalarda aktiv tətbiq olunur. Dinləyiciləri real vaxt rejimində canlı olaraq hadisə yerindən reportaj, praktiki olaraq sərhədsiz rəqəmli səs kitabxanaları, xüsusi effektlər, semplinq kimi texniki irəliləyişlər radionun dinamik və müasir media vasitəsi olmasına kömək etmişdir.

Ümumiyyətlə, telereklam çarxının istehsalı yüksək texnologiyalı elektron qurğularının iştirakı olmadan mümkün deyil. Bu qurğuların texniki xüsusiyyətləri yaradıcı prosesə və kreativ qərarların qəbuluna təsir göstərir.

1997-2013-cü illər ərzində ölkəmizdə yeni radio qovşaqları yaradılmış, televiziya stansiyalarının sayı bir neçə dəfə artmış və son məlumatlara görə 304 ədədə çatmışdır.

Yerli reklam fəaliyyəti, deyildiyi kimi, ötən dövrdə respublikada sürətli inkişaf yolu keçmişdir və reklam sektoru geniş inkişaf etməyə başlamışdır.

Bu gün Azərbaycan bazarında 100-dən çox yerli reklam şirkət və biznes agentlikləri fəaliyyət göstərir və bu biznes sahəsində milyonlarla manat vəsait dövriyyə edir.

Hazırda ölkəmiz reklamın inkişaf səviyyəsinə görə keçmiş ittifaq respublikalarının çoxundan irəlidədir. Bu respublikamızda azad mətbuatın olması ilə əlaqədardır. Belə ki, indi ölkədə 500-dən çox qəzet, onlarca jurnal, 10-dan çox radiostansiyalar (ANS ÇM, Burc FM, Anten FM, Xəzər, Space, İctimai və s.), 7 yerli telekanal (AzTV, ANS, Xəzər, Mədəniyyət, Lider, İctimai, ATV, Space) fəaliyyət göstərir.

Onu da qeyd etməliyik ki, televiziya reklamı sahəsində “Miraj-Media”, “ANS-Kommers”, “Space TRŞ” kimi reklam şirkətləri, radio reklamı sahəsində “Burc FM”, “Lider”, “Memar SS” və s. kimi reklamedici şirkətlər fəaliyyət göstərir.

Reklam bazarında televiziya sisteminin özünə yer tapması və televiziya sisteminə reklam bazarının daxil olması yeni modelin yaranmasını şərtləndirdi. Tanınmış dünya şirkətlərinin Azərbaycanda fəaliyyətə başlamaları reklam bazarının inkişafına ciddi təsir göstərdi. Qeyd etməliyik ki, ölkəmizdə ilk vaxtlar türk şitkətləri fəaliyyətə başlayıb.

İşin II fəslində göstərildiyi kimi, televiziya və radio kimi elektron informasiya vasitələrinin reklam bazarında çatışmazlıqları aşkar edildikcə biznesin və sahibkarlığın inkişafında İnternetin əhəmiyyəti daha da artır. İnternetdən istifadə edilməsi sahibkarlara və marketoloqlara öz malları və xidmətləri üçün bazarın yeni imkanlarını, müxtəlif əlamətlər üzrə onun seqmentlərini aşkar etməyə və öyrənməyə imkan verir. O, reklam kampaniyalarının həyata keçirilməsinin ən səmərəli və sərfəli vasitəsi kimi müvafiq informasiyaların tədqiqinə, tələbin inkişafını proqnozlaşdırmağa, mövcud və potensial müştərilərin davranışında yeni meylləri aşkar etməyə şərait yaradır. Lakin bu gün Azərbaycan internetinin mövcud problemlərindən biri yeni yaradılan saytların internetdə deyil, televiziya və radiolarda reklam olunmasıdır. Digər bir xarakterik cəhət, Azərbaycan internetində reklam standartlarının olmamasıdır. Hər bir saytda bannerlər müxtəlif ölçülərdə və bir saytda 3-5-dən artıq banner yerləşdirilir ki, bu da dünya standartlarından kənarda qalır.

Reklam biznesi və sahibkarlığın inkişafında internetin əhəmiyyətini nəzərə alaraq, internetdə reklam kampaniyasının həyata keçirilməsi onun konkret məqsədlərinin tətbiq olunan üsul və metodlarının, onların texnologiyalarının formalaşması və habelə yeni kampaniyaların səmərəli olması üçün ona sistemli yanaşmanı və bununla da bir sıra mövcud problemlərin aradan qaldırılmasını tələb edir. Bu tələblər aşağıdakılardır:



  • mövcud şəraitə uyğun olaraq xidmətin qiyməti provayderlərdən asılı olduğuna görə ayrı-ayrı şəxslər və təşkilatlar üçün daha əlverişli olan internetə limitsiz aylıq çıxışın əldə edilməsini;

  • veb səhifələrdə reklam resurslarının daha effektli yerləşdirilməsinə reklam agentlikləri daha məsuliyyətli yanaşmalı və bununla yanaşı reklamverən və reklam yerləşdirənlərin də veb sayt standartlarına riayət etmələrini;

  • digər tərəfdən, internet reklamın bütün imkanlarından bəhrələnmək üçün agentlərin müvafiq texniki imkanlara malik olmalarını;

  • internet reklamı bazarının inkişaf etdirilməsi üçün ixtisaslaşdırılmış reklam agentliklərinin olması, layihələrə investisiyaların cəlb edilməsinin gücləndi­ril­mə­sini, şəbəkədən istifadəçilərin sayının artırılması amillərinin olmasını;

  • reklam mətnləri dilimizin qaydalarına uyğun olmayıb kobud leksik-semantik təhriflərə yol verilməsinin qarşısının alınmasını.

Respublikada xüsusi biznesin inkişafına diqqəti artırmaqla internet istifadəçilərinin sayının bir neçə dəfə artırılmasına nail olmaq olar. Deməli, belə bir şəraitdə milli bazarımızı reklamverənlərin və istehlakçıların milli internet reklam bazarının potensial auditoriyası üçün maraqlı etmək mümkün olacaqdır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI


  1. Azərbaycan Respublikasının Konstitusiyası, B., 1995

  2. Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu, B., 2000

  3. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, B., 1992

  4. “Reklam haqqında” AR qanunu, B., 1997

  5. Atakişiyev Hacıəmi “Şəhər mühiti və reklam”, Bakı, 2004

  6. A.T.Məmmədov “Marketinqin əsasları” dərs vəsaiti, Bakı, 2007

  7. A.Ş.Əlizadə “Reklam və kommunikasiya sistemi”, Bakı, 2010

  8. A.Ş.Əlizadə “Azərbaycan Respublikasında internet və reklam xidməti bazarının müasir vəziyyəti” Dövlət Büdcəli iş, B., 2008

  9. A.Qari, F.Kotler “Marketinq: ilk addım”, Bakı, 2006

  10. Ş.Axundov “Marketinq əlifbası” Ali məktəblər üçün dərslik, 2006

  11. Yavər Məlikov “İnformasiya iqtisadiyyatı” Bakı, 2009

  12. Павел Алашкин «Все о рекламе и продвижении в Интернете» Москва, 2009

  13. Еретин В.Н. «Маркетинг: основы и маркетинг информации»М.Кнорус , 2009

  14. Миллер Александр «Реклама: Энциклопедия для всех», Вершина, 2003

  15. Ф.Т.Панкратов, Т.К.Серегина, В.Т. Шахурин «Рекламная деятельность»

  16. О.А.Феофанова «Современная реклама»; Издательский дом Довдань. 2005

  17. П.Панкрухин «Маркетинг», Москва, 2006

  18. www. anl.az

  19. www. google.az

  20. www. iqtisadiyyat.net

  21. www. kitab.az

  22. www. azstat.az

  23. http:// www. csl-az.com

  24. Е.В.Ромат «Реклама», Питер, 2008

  25. Kayzen.az saytının materialları

  26. Федотова Л.Н. «Социология рекламной деятельности», 2007


РЕЗЮМЕ
Создание многоукладной формы собственности в республике сделали необходимым развитие различных форм предпринимательства. В новых экономических условиях предпринимательство, а также обеспечение его высокой конкурентоспособности создали условия для возникновения рекламного рынка в современных информационных средствах.

Ускоренное развитие экономики превратили в одно их основных атрибутов современного предпринимательства введение бизнеса через СМИ, в том числе через электронных информационных средств, особенно через Интернет.

С этой точки зрения тема диссертационной работы актуальна и существует необходимость в её исследовании. В ходе исследования были использованы труды азербайджанских и зарубежных учёных-экономистов по проблемам развития рекламного рынка.

Основной целью исследования являлось наряду с изучением истории возникновения, эволюции и развития рекламы в Азербайджане, изучение состояния СМИ в рекламном бизнесе, а также выявление недостатков и предложение путей их устранения.

Объектом исследования являются предприятия, занимающиеся рекламным бизнесом в республике. Предмет исследования составляет совершенствование рекламного бизнеса и предпринимательской деятельности с теоретической, методологической и практической точки зрения.

Теоретическую и методологическую основу исследования составили законы, нормативно-правовые акты, а также взгляды зарубежных экономистов и азербайджанских учёных по вопросам развития рекламного бизнеса и предпринимательства.

Информационную базу исследования составили материалы Государственного Комитета Статистики Азербайджанской Республики, Министерства Связи и Информационных Технологий Азербайджанской Республики, Союза Рекламистов Азербайджанской Республики, Бюро Интерактивной Рекламы (Interaktiv Advertising Bureu -ISB), периодической печати и других источников информации.

Научная и практическая значимость заключается в расширении и повышении эффективности этой сферы посредством использования более рациональных предложений по устранению препятствий развитию рекламного бизнеса и предпринимательства.




SUMMARY
In connection with transition to market economy in Azerbaijan there was an objective necessity of transformation and perfection of commercial activity, studying and development of its efficiency, and also searches of new ways of its activization. It is connected by that commerce is one of the major mechanisms of mutual relations of market structures.

Advertising became an integral part of economy, having borrowed I correspond a place among its such components, as financing, manufacture, distribution and business. Carrying out of the effective advertising-information company provides the whole complex of answers to traditional questions interesting investors.

Today advertising activity all covers all spheres of management of managing more actively. The role of advertising has sharply increased in conditions of development of market attitudes. At the present stage it supports and aggravates a competition, promotes expansion of commodity markets, acceleration means and hence, to efficiency of the Azerbaijan economy as a whole.

Last years of the enterprise more increasing also are more convinced of necessity of commercial and if was considered earlier, that advertising charges waste of money, now this opinion it is absurd. And it is justified, as advertising charges compensate themselves more often. All to a bowl arises need for effective advertising.



Hence, becoming and development of market attitudes in Azerbaijan demands careful studying, creative processing and thought over use of the experience of application of advertising saved up abroad in business.



1 Bax. Aysəba Əlizadə «Reklam və kommunikasiya sistemi”, Bakı, 2010, səh.84

2 Dövlət Statistika Komitəsi, 2014, səh. 110

3 Azərbaycan rəqəmlərdə 2014, səh.107

4 Azərbaycan rəqəmlərdə, 2014, səh.109


Yüklə 487 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə