Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə2/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   2   3   4   5   6   7   8   9   ...   116

 

 

 



 

Zil  səsi,  məharətlə  saz  çalmağı,  ifa  hafizəsi,  bədahətən 



şeir deməyi, dastan danışıb məclis aparması Aşıq Şəmşirin ənə-

nəyə bağlı ustad sənətkar olmasından xəbər verir. 



Açar sözlər: Aşıq Ələsgər, Aşıq Şəmşir, saz havası, aşıq 

seiri, dastan ifaçılığı, yurd yeri, ənənə. 

 

Aşıq Şəmşirin təmsil etdiyi aşıq sənətinin təşəkkül tapıb 



özünəməxsus  yol  tutmasında  ən  başlıca  göstəricilər,  təbii  ki, 

sazın meydana çıxması, ayrı-ayrı saz havalarının və onlara uy-

ğun  şeir  şəkil  və  janrlarının  yaranması,  dastanların  yeni  məz-

mun  və  forma  xüsusiyyətləri  qazanmasıdır.  Bu  göstəricilərin 

mahiyyətini  daha  dərindən  başa  düşməkdə  isə  ən  münasib 

üsullardan  biri  aşıq  sənətini  imkan  daxilində  ozan  sənəti  ilə 

müqayisə  etməkdir.  Əlbəttə,  müqayisə  o  vaxt  daha  səmərəli 

olardı  ki,  XV-XVI  əsrlərəcən  qopuzda  çalınan  ozan  havaları 

barədə  dəqiq  məlumat  əldə  edə  biləydik,  həmin  havalardan 

hansının  müqabilində hansı  formalarda şeir oxunmasından xə-

bər  tuta  biləydik.  İndiki  halda  aşıq-ozan  müqayisəsini,  əsasən, 

ehtimallar üzrə aparmalı və bu ehtimalları irəli sürərkən ən çox 

«Dədə  Qorqud»  eposuna  üz  tutmalı  oluruq.  «Dədə  Qorqud» 

eposuna qopuzla sözün əlaqəsi baxımından nəzər saldıqda diq-

qəti ilk növbədə eposdakı «söyləmə»lər cəlb edir. «Söyləmə»-

lərin heca  vəznli qoşma və gəraylılardan  fərqlənməsi üzərində 

düşünüb  folklorşünaslıqdakı  məlum  fikirlə  biz  də  razılaşmalı, 

«Dədə  Qorqud»  şeirlərinin  heca  standartlarından  kənara  çıx-

masını  xüsusi  qopuz  havaları  ilə  əlaqələndirməli  oluruq.  Və 

vurğulamaq istəyirik ki, ozan şeirində olduğu kimi, aşıq şeirin-

də  də  ortaya  çıxan  bir  çox  sualların  cavabı  məhz  musiqidədir. 

Bizdə  sazın  sözdən,  sözün  sazdan  ayrı  öyrənilməsi,  aşıq  şeiri-

nin  aşıq  musiqisindən  nə  dərəcədə  asılı  olmasına  diqqət  yeti-

rilməməsi  bu  sahəyə  aid  tədqiqatların  lazımi  istiqamətdə  get-




 

 

 



 

məsinə maneçilik törədir. «Lazımi istiqamət» dedikdə aşıq şei-



rini ifa prosesi ilə vəhdətdə götürmək, ifa prosesində yaranma-

sını aşıq şeiri üçün səciyyəvi cəhət saymaq və bu cəhətinə görə 

onu yazılı şeirdən fərqləndirmək kimi amilləri nəzərdə tuturuq. 

Bu cür amilləri nəzərə almaq isə aşıq şeirini dastan kontekstin-

də  araşdırmağı  zərurətə  çevirir.  Çünki  aşıq  şeiri  (bütövlükdə 

aşıq  sənəti)  öz  mahiyyətini  dastan  ifaçılığında  daha  qabarıq 

şəkildə  göstərir. Aşıq  şeiri nəinki  məzmun, həm  də  formasına 

görə  dastan  ifasına,  həmin  ifa  zamanı  çalınan  saz  havalarının 

ritm  və  ahənginə  tabe  etdirilir.  Sərbəst  şeiri  xatırladan  «Dədə 

Qorqud»  «söyləmə»ləri  qopuz  havalarının  ritm  və  ahənginə 

uyğun olaraq ortaya çıxırsa, heca standartları əsasında yaranan 

«Koroğlu»  qoşma  və  gəraylıları  da  saz  havalarının  ritm  və 

ahənginə uyğun olaraq ortaya çıxır. Yeri gəlmişkən qeyd edək 

ki,  saz  havaları  ilə  aşıq  şeirlərinin  üzvi  bağlılığı  kimi  son  də-

rəcə vacib məsələ Azərbaycan folklorşünasları arasında Sədnik 

Paşayevin diqqətini daha çox cəlb edib. «Aşığın şeiri, musiqisi, 

dastan  yaradıcılığı  və  ifaçılığı  əlaqəli  şəkildə  öyrənilsə,  bu 

sənət (aşıq sənəti – M.K.) haqqında tam təsəvvür yaranar» de-

yən S.Paşayev saz havalarının şeir janrları üzrə təsnifatını apa-

rıb. Məsələn, gəraylıların «Atlı Koroğlu», «Ayaq Cəlili», «Baş 

sarıtel»  («Kəvəri»),  «Bağdad  dübeyti»,  «Borçalı  dübeyti», 

«Vanağzı»,  «Qazax  dübeyti»  («Zülfüqarı»,  «Mirzə  dübeyti»), 

«Koroğlu  bəhrisi»,  «Gəraylı»,  «Mina  gəraylı»,  «Məmmədhü-

seyni»,  «Naxçıvan  gülü»,  «Orta  sarıtel»,  «Paşa  köçdü»,  «Sal-

lama  gəraylı»,  («Cığalı  gəraylı»),  «Səyyadı»,  «Tərs  gəraylı», 

«Hicaz gülü», «Şahsevəni» və s. havalar üstündə oxunduğunu 

müəyyənləşdirib,  həmçinin  qoşma,  təcnis,  bayatı,  divani,  mü-

xəmməs  kimi  janrların  hansı  havalara  bağlı  olduğunu  konkret 

adlar çəkərək təfsilatı ilə göstərib (6, 70-74). Biz – tədqiqatçılar 

aşıq musiqisini aşıq şeirindən, aşıq şeirini ifaçılıq prosesindən 




 

 

 



 

10 


ayrı götürsək də, götürməsək də, ənənə ənənə olaraq qalır. Hər 

ustadın  fəaliyyəti  sayəsində  yeni-yeni  havalar,  yeni-yeni  das-

tanlar,  yeni-yeni  şeir  janrları  ilə  zənginləşən  ənənədə  əsl  ma-

hiyyət dəyişmir. «Aşıq» adı daşıyan sənətkar nə boyda istedad 

sahibi  olur-olsun,  ənənəyə  tabedir:  sözü  qələmdən  çox  sazla 

yaradır, sözü xalqa kitab-dəftərdən çox canlı ifaçılıqla çatdırır. 

Əgər  belə  olmasaydı,  «aşıq»  adı  ilə  yanaşı,  «el  şairi»  adı  da 

yaranmazdı.  «El  şairi»  adı  bir  daha  göstərir  ki,  qoşma-gəraylı 

yazmaq  və  bu  yolla  xalq  arasında  populyarlıq  qazanmaq  hələ 

aşıq  olmaq  demək  deyil.  Aşıqlıq  mərtəbəsinə  qalxmaq  üçün 

söz ustası olmaqdan əlavə, gərək həm də mahir saz ifaçısı olub 

məclis  apara,  dastan  danışa  biləsən,  sözü  sazla  birləşdirə,  yeri 

gələndə sazın sədası altında bədahətən şeir deyə biləsən. 

Ustad  aşıqlara  məxsus  bədahətən  şeir  demək  məsələsinə 

qismən  ətraflı  toxunub  Aşıq  Şəmşirdən,  onun  ənənəyə  bağlılı-

ğından danışmaq istəyirik. Qeyd etmək istəyirik ki, bədahətən 

şeir  demək,  xalqın  təsəvvüründə  vergili  olmaq  deməkdir.  İna-

ma  görə,  məhz  Allah  vergisi  ustad  aşığı  adi  adamlardan  fərq-

ləndirir. Bu inamın hesabınadır ki, xalq arasında ustad aşıqların 

övliyalığı  haqda  çoxlu  rəvayətlər  vardır.  Bu  rəvayətlərin  bir 

qismi  ustad  aşığın  hər  hansı  diləyinin  (alqış  və  ya  qarğışının) 

hasilə  yetməsi  ilə  bağlıdır.  Aşıq  Ələsgərin  şagirdi  Aşıq  Ağa-

yarın söylədiyinə görə, Tapdıq adlı bir nəfər onun (Aşıq Ağa-

yarın)  xəncərini  alıb  geri  qaytarmaq  istəmir.  Aşıq  Ələsgər  işə 

qarışıb Tapdıqdan xəncəri istəsə də, xeyiri olmur. Əlacsız qa-

lan Aşıq Ələsgər Tapdığı qarğımalı olur: «Bu, mənim şəyirdi-

min  xançalını  vermədi.  Bu  gejə  gərək  o  bir  balıya  irast  ola, 

savahnan Aşıq Ələsgəri burya gətirələr». Aşıq Ələsgərin dediyi 

kimi də olur: gecə Tapdıq qəfil bəlaya tuş olub evdəkiləri döy-

məyə  başlayır.  Əmisi  irəli  yeriyib  qabağını  almaq  istəyəndə 

boynunu  qırıb  onu  da  böyrü  üstə  yıxır  yerə.  Camaat  yığılır, 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə