Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə3/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   2   3   4   5   6   7   8   9   ...   116

 

 

 



 

11 


Tapdığı iplə evin dirəyinə bağlayır ki, əlindən başqa xəta çıx-

masın.  Tapdığın  düşdüyü  bəlaya  çarə  fikirləşirlər.  Aşıq  Ələs-

gərin qarğışı yada düşür. Gedib Aşıq Ələsgəri gətirirlər. Tapdıq 

yalvarır: «Ələsgər baba, qadan alım, məni burdan qutar!» Aşıq 

Ələsgər ovsun oxuyub Tapdığın üzünə üfürür. Tapdıq düşdüyü 

bəladan  qurtarır,  gətirib  xəncəri  Aşıq  Ağayara  qaytarırlar  (2, 

444-445).  Buna  bənzər  əhvalatlar  Aşıq  Şəmşir  barəsində  də 

danışılır.  Məsələn,  danışırlar  ki,  uşaq  vaxtı  tay-tuşları  ilə  mal 

otaran  Şəmşiri  yoldan  ötən  bir  atlı  nahaqdan  şallaqla  vurmaq 

istəyir. Şəmşir ötkəmliklə dillənir: «A kişi ey, mənə şallaq vur-

ma, bax atın büdrəyər, qılçı sınar, qalarsan piyada! 

Kişi şallağı bir də tovlayıb, atı məhmizlədi. İlk addımda-

ca at büdrədi, qılçı sındı. Kişi… uşağa sarı qaçdı. Uşağa çatan 

kimi  onun  ayağına  qapandı:  −  A  bala,  sən  Allah,  məni  bağış-

la…  Kimlərdənsən,  hansı  müqəddəsin  övladısan?»  (1,  9-10). 

Aşıq  Ələsgər  və  Aşıq  Şəmşir  diləyinin  bu  cür  yerinə  yetməsi 

«qolun  qurusun»  deyib  Dəli  Qarçarın  qolunu  qurudan  Dədə 

Qorqudun kəramətini yada salmırmı? Dədə Qorqudun bu kəra-

məti  ilə  söy  söyləyib  boy  boylamaq  qüdrəti  arasında  bir  bağ-

lılıq  olduğu  kimi,  ustad  aşıqların  da  qeyri-adi  hərəkəti  ilə  bə-

dahətən  şeir  demək  istedadı  arasında  bir  bağlılıq  yoxdurmu? 

Əlbəttə, sullara müsbət cavab verib, ozan və aşığı vahid etno-

kulturoloji  sistemin  yetişdirməsi  saymalı  oluruq.  Eyni  etno-

kulturoloji sistemin daşıyıcısı olmağın nəticəsidir ki, «qayibdən 

dürlü  xəbər  söyləyən»  Dədə  Qorqud  kimi,  Aşıq  Ələsgərdə  də 

görücülük  vergisi  var.  Hətta  bu  görücülük  o  dərəcədədir  ki, 

ustad  aşıq  nə  vaxt  öləcəyini  də  qabaqcadan  söyləyə  bilir  (2, 

461-462).  Əslinə  qalsa,  Aşıq  Ələsgərin  «bisavadlığ»ı  ilə  bağlı 

qənaətin də bir kökü Allah vergisi  məsələsinə gedib çıxır. Tə-

sadüfi deyil ki, ustad aşığın «bisavadlığ»ını yalnız sıravi adam-

lar yox, onu yaxından tanıyan sənət adamları − yetirməsi Aşıq 



 

 

 



 

12 


Ağayar, oğlu Aşıq Talıb, həmçinin Aşıq Şəmşirin özü də təsdiq 

edir. Aşıq Şəmşir atası Ağdabanlı Qurbanla dostluq edən Aşıq 

Ələsgəri belə xatırlayır: «Atamın günü Aşıq Ələsgərlə bir yer-

də keçərdi… Onların göz  yaddaşı, qulaq  yaddaşı elə güclü idi 

ki, bir dəfə gördüklərini, eşitdiklərini heç vaxt unutmazdılar… 

Ələsgər  əminin  yazı-pozu  ilə  işi  yox  idi,  hamısını  sinədən, 

bədahətən  deyərdi»  (3,  34).  Həm  Aşıq  Şəmşir,  həm  də  Aşıq 

Ağayar, Aşıq Talıb kimi başqa şahidlər «yazı-pozu bilməyən» 

Aşıq Ələsgərin hansı məqamda hansı şeiri bədahətən deməsinə 

aid kifayət qədər  misal  çəkirlər. Aşıq Ələsgərin yazı-pozu bil-

məməsi  ilə  bağlı  xatirələr  ustad  sənətkarın  sinədən  söz  demək 

istedadını daha qabarıq göstərmək və bu istedadın İlahi vergisi 

olduğuna dinləyicini inandırmaq üçündür. Əlbəttə, ustad aşığın 

yazı-pozu  bilməsi  heç  də  bu  el  sənətkarı  ilə  bağlı  xalq  təsəv-

vürünü dəyişdirmir. Nə qədər yazı-pozu bilirsə-bilsin, nə qədər 

savadlı  olursa-olsun,  ustad  aşıq  xalqın  təsəvvüründə  sinədən 

söz deməyi bacaran bir sənətkardır. Daha doğrusu, bu sənətkarı 

sənətkar eləyən ilkin kəramətlərdən biri qeyri-adi təbə sahib ol-

maq, bədahətən şeir deyib sinəni boşaltmaqdır. Ustad aşıqların 

son  nümayəndələrindən  biri  olan  və  yazıb-oxumağı  bacaran 

Aşıq Şəmşirlə də bağlı xalq təsəvvürü məhz o cürdür. Belə ol-

masaydı, yeddi yaşlı Şəmşirin haldan-hala düşüb yetim quzuya 

şeir  qoşmasından  rəvayət  danışılmazdı:  «Xalaoğlu  Əhməd 

onun (Şəmşirin – M.K.) bu qərib halını səhərin gözü açılandan 

fərq etmişdi. 

– Ağrıyan yerin yoxdu, xalaoğlu? 

– Var. 

– Harandı? 



– Bilmirəm… 

– Başına hava gəlib? 




 

 

 



 

13 


– Hə. Başıma yığılan o hava deyir ki, bu yetimə (quzuya 

– M.K.) söz qoşum… 

Axır ki, göyərəsi bir «çəmənin» ilk «çiçəyi» çırtladı: 

 

Mənə baxıb nə mələrsən, 



Nə göynərsən, yetim quzu?! 

Ot yerinə dərd yeyərsən

Qəm çeynərsən, yetim quzu. 

 

Baxışından ələm yağır, 



Baxma mənə fağır-fağır. 

Mənim dərdim dağdan ağır –  

Gör neynirsən, yetim quzu! 

 

Xalaoğlu  Əhməd  eşitdiyinə  inanmaq  istəmirdi»  (1,  10-



11). Şair M.Aslanın özünəməxsus bir üslubda qələmə aldığı bu 

əhvalatın  həqiqətən  baş  verib-vermədiyini  dəqiqləşdirmək  o 

qədər də vacib deyil. Bu məqamda vacib olan başlıca cəhət xal-

qın  təsəvvüründəki  Aşıq  Şəmşir  obrazının  M.Aslan  təsvirin-

dəki  Aşıq  Şəmşir  obrazı  ilə  üst-üstə  düşüb-düşməməsidir. 

Əlbəttə,  aşıq  sənətini,  bütövlükdə  xalq  ədəbiyyatını  çox  gözəl 

bilən  və  duyan  M.Aslan,  əlinə  qələm  götürüb  Aşıq  Şəmşirdən 

kitab  yazarkən  «ustad  aşıq  kimə  deyirlər?»  sualının  məlum 

cavabını  nəzərə  aldığına  görə  onun  təsviri  Aşıq  Şəmşir  barə-

dəki  xalq  təsəvvürü  ilə  heç  bir  ziddiyyət  yaratmır.  Xalq  da, 

M.Aslan da Aşıq Şəmşiri mahir söz ustası kimi tanıyır. Və bu 

ustalıq, məqamı gəldikdə bədahətən deyilən, məqamı gəldikdə 

qələmlə yazılan kitab-kitab şeirlərdə öz təsdiqini tapır. Xalq da, 

M.Aslan  da  söz  ustası  Aşıq  Şəmşiri  sazdan  ayrı  təsəvvür  edə 

bilmir. Aşıq Şəmşirin saz ifaçılığındakı ustalığı isə öz təsdiqini 

lent yazılarında tapır. Yetmişdən çox saz havasını ifa edib lentə 




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə