Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə4/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   2   3   4   5   6   7   8   9   ...   116

 

 

 



 

14 


yazdırmaqla o, klassik aşıqların nümayəndəsi olduğunu bir da-

ha  sübuta  yetirmiş  olur.  Şair  O.Sarıvəlli  Aşıq  Şəmşir  yara-

dıcılığında  sazla  sözün  vəhdətini  xüsusi  qiymətləndirib  yazır: 

«Unutmaq olmaz ki, aşıq poeziyası sazla yanaşı, aşıq musiqisi 

ilə həmahəng inkişaf edib boy atmışdır. Yaradıcı aşıqların şeir-

lərinin  əksəriyyəti  şəkli  cəhətdən  havacat  üzərində  qurulmuş-

dur. Odur ki, aşıq ürəkli şair, şair ürəkli aşıq – Şəmşirin yara-

dıcılığına  sazla  sözün  birliyi  mövqeyindən  baxmaq  lazımdır» 

(7, 99). O.Sarıvəlli sazla sözün birliyi baxımından Aşıq Şəmşir 

yaradıcılığını  götür-qoy  etmək  məqsədilə  aşığın  «Məni  sən» 

rədifli  cığalı  müxəmməsi  üzərində  dayanır.  Cəmi  bir  bəndini 

(yəni əsas bənd və onun arasına daxil olan cığa bəndləri) misal 

çəkən O.Sarıvəlli müxəmməsin forma mürəkkəbliyinə aydınlıq 

gətirir:  «Sual  olunur:  müxəmməslərdə  bu  əlavə  bəndlər,  bu 

cığalar  nə  üçündür?  Nəzərə  almaq  lazımdır  ki,  divani  və  mü-

xəmməs  şəklində  yazılmış  şeirləri  eyni  adlarda  olan  «Divani» 

və «Müxəmməs» havalarından ayrı götürmək, ayrı təsəvvür et-

mək çətindir. Bu saz havaları nəzərə  alınmadıqda, bu  şeir for-

maları da bir növ anlaşılmaz olur. Hətta bunlar bəzi oxuculara 

mənasız görünür. Yeri gəlmişkən, demək lazımdır ki, cığaların 

müxəmməslərə əlavə edilməsi, görünür, yalnız son dövrlərə aid 

məsələdir.  Həm  də  müxəmməs  şəklində  olan  şeirlərin  «Mü-

xəmməs»  havasının  üstündə  ifa  edilməsi  ilə  çox  əlaqədardır. 

Yeddi  bəndlik,  hər  misrası  da  on  altı  hecadan  ibarət  şeiri  aşıq 

ifa etdikdə çox yorucu olur. Belə bir vəziyyətdə cığalar ifaçıla-

rın köməyinə gəlir. Musiqi (“Müxəmməs” havası) əlavə xallar-

la yeri gəldikcə öz ahəngini dəyişir, havanı yeknəsək olmaqdan 

qurtarır.  Beləliklə,  götürülmüş  böyük  bir  mövzu,  geniş  bir 

məzmun dinləyiciləri yormadan ifa olunur” (7, 114-115).  

Aşıq yaradıcılığına sazla sözün vəhdəti baxımından yana-

şılarkən  söhbət  istər-istəməz  dastan  məsələsinə  gəlib  çıxır. 



 

 

 



 

15 


Başqa cür də ola bilməz. Çünki dastan ifaçılığı həm saza, həm 

də  sözə  geniş  meydan  verir  və  aşıq  sənəti  bu  meydanda  öz 

mahiyyətini  daha  qabarıq  şəkildə  göstərə  bilir.  Bu  gün  şeir-

lərini  kitablardan  sevə-sevə  oxuduğumuz  klassik  aşıqların  hər 

biri,  ilk  növbədə,  məclis  aparıb,  dastan  danışmaqla  tanınıblar. 

Öz  şeirləri  ilə  uca  zirvədə  dayanan  və  yazılı  ədəbiyyatın 

M.V.Vidadi  və  M.P.Vaqif  kimi  nümayəndələri  ilə  müqayisə 

oluna  bilən  Aşıq  Ələsgərin  yalnız  Azərbaycanda  yox,  bütün 

«Qafqaz eli»ndə, sazın nüfüz etdiyi ətraf ölkələrdə tanınıb şöh-

rət  qazanmasının  mühüm  səbəblərindən  biri  məhz  dastan  ifa-

çılığı  ilə  bağlıdır.  Aşıq  Ələsgərin  hansı  dastanları  məclislərdə 

daha çox danışmağı barədə konkret məlumatlar var. Oğlu Aşıq 

Talıb  və  şagirdi  Aşıq  Ağayarın  verdiyi  məlumata  görə,  Aşıq 

Ələsgər  «Abbas-Gülgəz»,  «Qurbani»,  «Tahir-Zöhrə»,  «Valeh-

Zərnigar»,  «İbrahim»,  «Əmrah»  kimi  dastanlara,  «Koroğlu»-

dan  yeddi  qola  daha  çox  üstünlük  verərmiş.  Atasının  dastana 

münasibətindən  danışarkən  Aşıq  Talıb  başqa  bir  nöqtəyə  – 

Aşıq Ələsgərin getdiyi  səfərlərə, həmin səfərlərlə bağlı  sərgü-

zəştlərə də toxunur və Aşıq Ələsgərin öz sözünə əsaslanıb belə 

hesab edir ki, “o səfərlərin hərəsi bir gejəlik nağıldı”, yəni das-

tandı (2, 469). Bu kimi faktlar klassik aşıqların nəinki dastanlar 

danışmasından,  həm  də  yeni-yeni  dastanların  yaranmasında 

onların mühüm rol oynamasından xəbər verir. Bu sözləri «klas-

sik  aşıq  sənəti  ilə  müasir  aşıq  sənəti  arasında  möhkəm  özüllü 

bir  körpü  təsəvvürü  yaradan»  (5,  209)  Aşıq  Şəmşirə  də  aid 

etmək  olar.  O.Sarıvəllinin  qeydlərindən  məlum  olur  ki,  Aşıq 

Şəmşir  “Koroğlu”,  “Abbas  və  Gülgəz”,  “Heydər  bəy”,  “Alı 

xanla  Pəri  xanım”,  “Abdulla  və  Cahan”,  “Novruz”,  “Həcər  və 

Pərizad”,  “Valeh  və  Zərnigar”,  “Məsim  və  Diləfruz”,  “Şah 

İsmayıl”,  “İbrahim”,  “Tahir  və  Zöhrə”,  “Xəstə  Qasım”  kimi 

dastanların  mahir  ifaçısı  olub;  həmçinin  müxtəlif  mövzular 



 

 

 



 

16 


üzrə  üç  dastan  yaradıb  (7,  118).  Aşıq  Şəmşirin  ifa  etdiyi  das-

tanlar sırasında birinci olaraq “Koroğlu” adının çəkilməsi, gö-

rünür, təsadüfi deyil. Məsələ burasındadır ki, Aşıq Şəmşirin zil 

səsi  “Koroğlu”  havalarının  oxunması  üçün  çox  uyarlı  bir  səs 

olub.  M.Aslanın  bu  qeyri-adi  səslə  bağlı  olaraq  qələmə  aldığı 

bir əhvalat var. Həmin əhvalat Aşıq Şəmşirin Xan Qərvəndində 

Usuf adlı bir aşıqla qabaqlaşmağından bəhs edir: “Aşıq Şəmşir 

üzünü camaata tutdu: – Ay yoldaşlar, siz də sözümə şahid olun: 

hansı aşıq meydana çağırırsa, fürsət qabaqkınındı, çünki bu kişi 

özünə genəşib  meydana çıxıb. Eləmi?! Qaydaya görə, əvvəlcə 

havacat üstündə  sınaşmalıyıq,  sonra  mən burda, o burda  – de-

yişəcəyik,  qıfılbəndə  keçəcəyik...  Əvvəlcə  mən  “Bozuğu  Ko-

roğlu” oxuyacam. 

Dədə Şəmşir dövrə vurub qıyya çəkdi: 

 

Hanı mənim Qoç Koroğlum – 



  Gələ girə bu meydana!.. 

 

Növbəti bənddə Aşıq Usufun “hey!” deməyi ilə boğazın-



dan  qan  fışqırmağı  bir  oldu”  (1,  36-37).  “Bozuğu  Koroğlu” 

oxumaq  istərkən  Aşıq  Usufun  boğazından  qan  açılması  Aşıq 

Şəmşir səsinin dərəcəsini göstərmək üçün lazım olan bir detal-

dır.  Bu  detal  göstərir  ki,  Aşıq  Şəmşir  səsi  ilə  oxumağa  cəhd 

eləmək  başqa  aşıq  üçün  zora  düşmək,  boğazını  sıradan  çıxar-

maq deməkdir.  

Güclü səs, coşqun təb, iti yaddaş, saza-sözə sonsuz həvəs 

− İlahinin verdiyi bu nemətlərlə atası yanında şagirdliyə başla-

yan  Şəmşirin  ustaddan  öyrəndiklərini  bircə  sözlə  ifadə  etsək, 

bu məqamda “ənənə” sözünü işlətməliyik. Doğrudan da, ustad 

öz şagirdinə illər uzunu dərs keçib Qurbani, Abbas Tufarqanlı, 

Xəstə Qasım, Aşıq Alı, Aşıq Valeh... kimi sənətkarların adı ilə 




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə