Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə5/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   2   3   4   5   6   7   8   9   ...   116

 

 

 



 

17 


bağlı saz və söz ənənəsini mənimsətmiş olur. Sonralar bir ustad 

kimi  Aşıq  Şəmşirin  də  otuzdan  çox  şagirdə  aşıladığı  həmin 

ənənədə  bir  səciyyəvi  cəhət  də  var:  şeirlərin  dinləyiciyə  yurd 

yeri  ilə  birlikdə  çatdırılması.  Bu  məsələyə  xüsusi  olaraq  toxu-

nan S.Paşayev  yazır:  “Aşıq şeirinin yurdu olur.  Şirvan-Salyan 

aşıqları  bu  yurda  “döşəmə”  deyirlər.  Ustad  aşıqların  həyat  və 

yaradıcılığının özlərindən sonra dastanlaşmasında bu yurdlar – 

döşəmələr (şeirlərə bağlı əhvalatlar) müstəsna rol oynamışdır” 

(6,  75-76).  Bu  yurd  yeri  məsələsi  və  Aşıq  Talıbın  yuxarıda 

xatırlatdığımız  fikri  (Aşıq  Ələsgərin  hər  səfərinin  bir  gecəlik 

dastan  olması  ilə  bağlı  qənaət)  arasında  bir  səsləşmə  yoxdur-

mu?  Bizcə,  var.  Əslində,  S.Paşayevin,  yurd  yeri  (döşəmə)  ba-

rədə dedikləri Aşıq Talıbın, səfər sərgüzəştləri barədə söylədik-

lərinin  Aşıq  Ələsgərlə  yanaşı,  neçə-neçə  başqa  aşığa  da  arxa-

lanıb təsdiq edilməsidir. Təbii ki, S.Paşayev məlum fikri təsdiq 

etməklə  kifayətlənmir,  fikrin  imkan  daxilində  açılması,  fakt-

larla əsaslandırılması qayğısına qalır: «Xanəndə oxuduğu qəzəl 

və  qoşmaya  yurd  düzəldib  danışmır.  Aşıq  dilində  isə  şeirin, 

sözün yurdu özü qədər şirin olub. 

Aşıqlar bir  də ona görə klassiklərin qoşmalarına az giri-

şirlər  ki,  onlar  bu  şeirlərin  yurdlarından  xəbərsizdirlər.  Aşıq 

qoşmaları isə müəyyən bir səfərlə, yerlə, əhvalatla bağlı olduğu 

üçün  yurd  düzəltməyə  geniş  imkan  verir»  (6,  85).  Göründüyü 

kimi,  S.Paşayev  yurd  yeri  məsələsi  ətrafında  danışarkən  aşıq 

şeirini  yazılı  şeirdən  fərqləndirən  mühüm  cəhətlərə  diqqət 

yetirir.  O,  yazılı  ədəbiyyata  aid  qoşma-gəraylının  sazdan,  saz 

havacatından  kənarda  yaranmasını  bir  mühüm  fərq  sayırsa, 

yurd  yerindən  uzaqlığını  da  başqa  bir  mühüm  fərq  sayır.  Əl-

bəttə,  yazılı  ədəbiyyata  aid  qoşma-gəraylının  da  müəyyən  əh-

valatla  bağlı  yaranmasını  heç  kim  inkar  etmir.  Burada  əsas 

məsələ yazılı ədəbiyyata aid şeirlə onun bağlı olduğu əhvalatın 



 

 

 



 

18 


qoşa  xatırlanıb-xatırlanmamasındadır.  Tutaq  ki,  M.P.Vaqifin 

hər hansı bir şeirinə müraciət edilirsə, o şeirin nə vaxt, nə mü-

nasibətlə  yazılmasının  xanəndə  üçün  elə  bir  əhəmiyyəti  yox-

dur,  amma  aşıq  üçün  çox  böyük  əhəmiyyəti  var.  Aşıq  yazılı 

ədəbiyyatdan  o  şeirlərə  daha  çox  müraciət  edir  ki,  həm  saz 

havasına  uyğun  gəlsin,  həm  də  müəyyən  bir  sərgüzəştlə  bağ-

lanmış  olsun.  Aşıq  auditoriyası  üçün  yurd  yerinə  qulaq  asmaq 

şeirin özünə qulaq asmaq qədər maraqlıdırsa, deməli, bu barə-

də  düşünüb-daşınmaq,  məsələnin  məğzinə  varıb,  mahiyyətini 

aydınlaşdırmaq  vacibdir.  Məsələnin  mahiyyətini  aydınlaşdır-

mağın  ən  başlıca  yolu,  heç  şübhəsiz,  konkret  nümunələri  göz-

dən keçirməkdədir. 

Aşıq Şəmşir şeirləri ilə bağlı yurd yeri nümunələrinə us-

tad  aşığın  öz  xatirələrində  və  onun  ünsiyyətdə  olduğu  adam-

ların danışdığı əhvalatlarda rast gəlirik. Aşıq Şəmşir atası Aşıq 

Qurbanın,  Aşıq  Ələsgərin,  Aşıq  Talıbın…  bir  çox  şeirlərinin 

yurd yerini danışdığı kimi, öz şeirlərindən də bir neçəsinin ya-

ranma tarixçəsindən həvəslə danışır. Həm Aşıq Şəmşirin, həm 

də  onunla  ünsiyyətdə  olmuş  adamların  xatirələrində  S.Vurğun 

– Aşıq Şəmşir görüşünün xüsusi  yeri var. Bu  görüşə  müxtəlif 

adamlar yazı həsr ediblər. Həmin yazılardan qırmızı xətt kimi 

keçən  bir  motiv  Aşıq  Şəmşirin  sözə  sözlə  cavab  verə  bilmək 

məharətidir: «Şəmşir, Səmədin qoşmasını («Aşıq Şəmşir, Dəli-

dağdan keçəndə» misrası ilə başlayan qoşmasını – M.K.) avaz-

la əzbərdən oxudu. Aşıq həmin şeiri bircə oxunuşla yadda sax-

lamışdı. O, cavab olaraq, bu beşbəndli qoşmanı sinədən dedi: 

 

            Qoşqarla yanaşı duran başın var, 



            Bizim el tanıyır uca dağ səni. 

            Yanır yolumuzda sənət çırağın, 

            Bilirik şeirdə bir mayaq səni. 



 

 

 



 

19 


          …Şəmşirlə görüşün qaldı yadigar, 

            Unutmaz nə qədər canında can var. 

            Səndən dərs almağa diyarbadiyar 

          

Gəzərəm əlimdə şam-çıraq səni. 

 

Səməd Vurğun sevinib əlini gur saçlarına çəkdi: 



– Ayə, – dedi və güldü, – bu lap mənim şeirimdən qüv-

vətli çıxdı ki...” (8, 63).  

Aşıq  Şəmşir  şeirlərindən  bir  çoxunun  tarixçəsini  Hacı 

Ziyadxan  Əliyev  imzalı  müəllifin  ustad  sənətkarla  söhbətləri 

əsasında daha ardıcıl izləmək olur. H.Z.Əliyevin qələmə aldığı 

Aşıq  Şəmşir  söhbətlərindən  biri  belədir:  “Bir  neçə  ay  bundan 

qabaq yenə Kəlbəcərdə idim. Qocalıq bir tərəfdən, üstəlik xəs-

təlik də məni əldən salmışdı. Yazın yaxınlaşdığı aylar idi. Gör-

düm  ki,  cavanlar  yığışıb  qartopu  oynayırlar.  Bunları  görəndə 

mənim də yadıma cavanlıq düşdü. Dedim, mən də istəyirəm bir 

az sizinlə oynayam. Sözümü zarafata salıb güldülər. Kimsə kə-

nardan dedi ki, ustad, sənə bir qartopu dəysə, axırın necə olar? 

Bu söz məni ayıltdı, fikirləşdim ki, doğrudan da, düz deyirlər. 

Axı  mənim  qocalıq  niyə  yadımdan  çıxır?  Ürəyimdə  qövr 

eləyənləri bu məqamda şeirə çevirməyi özümə qənimət bildim: 

 

Cavanlar oynaşır yalda-yamacda, 



Mən də pəncərədən baxıram evdə. 

Qıçım tutmur, qocalığın əlindən 

Yandırıb qəlbimi, yaxıram evdə. 

 

...Tərlan könül şikar almış sar kimi, 



Soluxuram şaxta vurmuş bar kimi. 

Xəstə üçün gətirilmiş qar kimi

Əriyib ocağa axıram evdə. 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə