Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə6/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   2   3   4   5   6   7   8   9   ...   116

 

 

 



 

20 


...Şəmşirəm, ağarıb saçım-saqqalım, 

Hər şeydən bir qədər pozulub halım. 

Yorulmuş ovçuyam, qaçmış maralım, 

Tüfəngi yalandan çaxıram evdə” (4, 295-296).  

 

H.Z.Əliyevin  qələmə  aldığı  söhbət-əhvalatlardan  bir  ço-



xunun yığcam süjet xətti var. Qaçaqlarla görüşən Aşıq Şəmşir 

və Aşıq Talıbın həbs olunmasına; Aşıq Şəmşirlə Aşıq Bəstinin 

qarşılaşmasına;  Aşıq  Şəmşirlə  Aşıq  Talıbın  Gəncəyə  səfər  et-

məsinə  həsr  olunan  söhbət-əhvalatlar  dediyimizə  misal  ola  bi-

lər. Yığcam süjet xətti  olan bu əhvalatlarda dastan elementləri 

özünü göstərir. Dastan elementləri ilk növbədə ondan ibarətdir 

ki, danışılan əhvalatlarla şeir parçaları paralellik yaradır. Yəni 

bu əhvalatlarda hansısa şeirin yazılma səbəbi və tarixçəsi yox, 

süjet xəttinin özü diqqət mərkəzindədir. Aşıq Şəmşirin şeirləri 

isə  həmin  süjet  xəttini  açmaq,  ətə-qana  doldurmaq  funksiyası 

daşıyır.  Aşıq  Şəmşir  şeirlərinin  belə  bir  funksiya  daşıması 

səciyyəvi  bir  haldır  və  bu  səciyyəviliyi  dastan  amili  ilə  izah 

etmək  olar.  Əvvəla,  Aşıq  Şəmşirin  dastan  yaratmaq  təcrübəsi 

var  və  “Soltan-Qəndab”,  “Bəhmən-Humay”,  “Tanrıverdi”, 

“Kamal”  kimi  müasir  dastanlar  sırasında  onun  “Şəmşir-Sənu-

bər” dastanı da çap olunub. Digər tərəfdən isə şeirlər kimi, şeir-

lərin  bağlı  olduğu  əhvalatlar  da  yaranacaq  dastanların  qida 

mənbəyidir.  Aşıq  sənətinə  Aşıq  Ələsgərli,  Aşıq  Şəmşirli  vaxt-

ların gözü ilə baxsaq, görərik ki, bu sənətdə hər şey: musiqi də, 

şeir də, şeirlə qoşa səsləndirilən əhvalat da dastan üçündür və 

yaxud  dastana  hesablanıb.  Musiqinin,  şeirin,  yurd  yerinin  və 

bunların  hesabına  yaranan  dastanın  ən  çox  məhəbbət  mövzu-

suna həsr edilməsində isə təəccüblü bir şey yoxdur. Folklorşü-

naslıqdakı məlum qənaətə əsaslanıb deyə bilərik ki, qəhrəman-

lıqla  müqayisədə  məhəbbət  mövzusunun  daha  geniş  yer  tut-



 

 

 



 

21 


ması oğuznamələrdən sonrakı tarixi mərhələdə dastanların qa-

zandığı  məzmun  özünəməxsusluğu  ilə  bağlıdır.  Bu  cür  məz-

mun  özünəməxsusluğu  aşıq  yaradıcılığında  haqq  aşığı  –  haqq 

aşiqi  xəttini  meydana  çıxarır.  Ustad  aşıqların,  eləcə  də  Aşıq 

Şəmşirin  çox  sayda  şeirləri,  həmin  şeirlərin  birbaşa  və  ya  do-

layı şəkildə bağlı olduğu dastanlar haqq aşığı – haqq aşiqi xət-

tinin ifadəsinə xidmət edir. 

   

QAYNAQLAR: 

 

1. Aslan M. Saxla izimi, dünya. Bakı, İşıq, 1989 



2.  Aşıq  Ələsgər.  Şeirlər,  dastan-rəvayətlər,  xatirələr. 

(Toplayıb tərtib edəni İ.Ələsgər). Bakı, Çinar-çap, 2003 

3.  Dədə  Şəmşir  yaddaşlarda.  Xatirələr.  (Toplayıb  tərtib 

edəni Q.Şəmşiroğlu). Bakı, Gənclik, 2000 

4. Əliyev H.Z. Gəlimli-gedimli dünya / Dədə Şəmşir yad-

daşlarda. Xatirələr. (Toplayıb tərtib edəni Q.Şəmşiroğlu). Bakı, 

Gənclik, 2000 

5. Kürdoğlu H. Dağlar nalə çəkib Şəmşirsiz ağlar / Dədə 

Şəmşir  yaddaşlarda.  Xatirələr.  (Toplayıb  tərtib  edəni  Q.Şəm-

şiroğlu). Bakı, Gənclik, 2000 

6.  Pirsultanlı  S.P.  Ozan-aşıq  sənətinin  nəzəri  məsələləri. 

Bakı, Ozan, 2002 

7. Sarıvəlli O. Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir / 

Dədə  Şəmşir  yaddaşlarda.  Xatirələr.  (Toplayıb  tərtib  edəni 

Q.Şəmşiroğlu). Bakı, Gənclik, 2000  

8.  Verdiyev  S.  Buzlaq  dağının  ətəyində  /  Dədə  Şəmşir 

yaddaşlarda.  Xatirələr.  (Toplayıb  tərtib  edəni  Q.Şəmşiroğlu). 

Bakı, Gənclik, 2000 

 

 



 

 

 



 

22 


Mukhtar Kazımoğlu (İmanov) 

THE MASTER ASHUG AND HISTORICAL 

TRADITION 

Summary:  The most important traditions of ashug art is 

to  organize  the  poems  and  saz  (an  Azerbaijani  folk  musical 

instrument  like  guitar)  musics  in  unity.  The  genres  of  ashug 

poetry  such  as  goshma,  garayly,  tajnis,  divani,  muhkammas 

and etc. has its saz songs. Each genre is sung according to the 

own saz music. 

The saz music takes the important place in the creating of 

the  ashug  poem.  The  master  ashug  tells  the  poem  by  heart  on 

the rhythm of the saz music. It means in many times the master 

ashug  creates  the  poem  during  the  performance.  Telling  the 

poem by heart means in the folk thinking to belong the divine 

origin.  It  is  the  result  of  the  thinking  and  the  belief  that  there 

are  many  legends  about  holiness  of  the  master  ashugs  among 

folk people. One of the most important traditions of ashug  art 

is to sing the poems in the parties with stories belonging to the 

same poems. The more the poems, the saz music are met with 

interest  in  ashug  party,  the  stories  connected  with  the  poems 

are listened very interestingly. Either the saz song, the poem, or 

the story about the poem is the source of the nourishment. The 

performance  of  the  epos  gives  the  large  place  to  the  saz,  the 

poem  and  the  ashug  art  can  show  its  essence  in  salient  form. 

With  the  high-pitched  voice,  performing  the  saz  well,  telling 

the  poem  by  heart,  retelling  the  eposes  in  the  party  gives  the 

information that Ashug Shamsir is the master ashug belonging 

to the tradition.  

Key  words: Ashug Alasgar, Ashug Shamshir, saz melo-

dy, ashug poem, epos performance, native land, goshma (quat-

rain), tradition 

 

 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə