Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə7/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   2   3   4   5   6   7   8   9   10   ...   116

 

 

 



 

23 


Мухтар Казымоглу (Иманов) 

АШЫГ-МАСТЕР И ИСТОРИЧЕСКАЯ  

ТРАДИЦИЯ 

Резюме:  Одной  из  основных  традиций  ашыгского  ис-

кусства является единство-синтез ашыгской поэзии с мелодией 

саза.  Существуют  отдельные  мелодии  саза  принадлежащие  к 

таким жанрам как гошма, герайлы, теджнис, дивани, мухаммас 

и т.д. Каждый жанр исполняется на соответствующий ему лад.  

Сазовая  музыка  играет  основную  роль  в  формировании 

ашыгской  поэзии  (стиха).  Мастер-ашыг  под  ритмы  сазовых 

мелодий  сочиняет  экспромтом  стихи.  То  есть  во  многих  слу-

чаях мастер-ашыг создает стихи в процессе исполнения. Сочи-

нение стихотворений экспромтом в народе воспринимается как 

принадлежность  к  божественному  происхождению.  Результа-

том такого поверья является существование в народе многочис-

ленных преданий о святости мастеров ашыгов.  

Одной  из  основных  традиций  в  ашыгском  искусстве 

является  параллельное  исполнение  стихов  с  событиями 

связанными  с  этими  стихами  перед  слушателями.  Эти 

легенды воспринимаются с таким же интересом как и сами 

стихотворения  и  исполненные  сазовые  мелодии.  Сазовая 

мелодия, ашыгский стих и события связанные с этим сти-

хом, а также ашыгские предания являются источником для 

дастанов. Дастанное исполнительство раскрывает широкие 

горизонты  сазу  и  слову,  и  представляет  большие  возмож-

ности раскрыть сущность ашыгского творчества.  

Высокий голосовой тембр, виртуозное исполнение на 

сазе, словотворчество экспромтом, исполнение дастанов на 

торжествах  говорит  о  мастерстве  Ашыга  Шамшира  и  его 

привязанности к традициям.  

Ключевые  слова:  Ашыг  Алескер,  Ашыг  Шамшир, 

сазская  мелодия,  ашыгский  стих,  дастанное  исполнитель-

ство, прозаическая часть дастана, традиция  



 

 

 



 

24 


Adil CƏMİL 

AMEA Folklor İnstitutu  

Filologiya üzrə fəlsəfə doktoru, dosent  

adilcamil8@rambler.ru

 

 

AŞIQ ŞƏMŞİR POEZİYASINDA  



XALQ GÜLÜŞÜNÜN İZLƏRİ 

 

Özət: Aşıq-ozan təhkiyəsinin bir qatını da xalqdan gələn 

incə  yumor,  gülməcə  və  bəzəmələr  təşkil  edir.  Aşığın  el  məc-

lislərindəki  nitqini  bəzəyən,  bəzən  əsas  mətnin  önündə,  bəzən 

ortalarında, bəzən də sonda gələn qaravəlli, təkərləmə, gülməcə 

və  bəzəmələr  əslində  dinləyicini  yorulmağa  qoymayan  düşü-

nülmüş ədəbi fənd, yaxud, məxsusi mizanlardan sayılır. Bəzən 

də  bu  yumor  aşıq-söyləyicinin  təhkiyəsindən  poetik  leksiko-

nuna keçir (bu atribut təbii ki, yaradıcı aşıqlara aiddir - A.C.).  

Sinkretik  aşıq  sənəti  “əslində  sənətin  bir  çox  növünü  - 

rəqsi,  musiqini,  deklamasiya  xüsusiyyətini,  aktyorluq  məha-

rətini,  dastan  söyləmə  və  deyişmə  mədəniyyətini  və  s.  özündə 

ehtiva edir” (3.7) Deyilən atributlara fövqəl istedadı ilə tam sa-

hib  çıxan  ustad  sənətkarlarımızdan  biri  Aşıq  Şəmşirdir.  Aşıq 

Şəmşirin  çoxşaxəli  yaradıcılığında  diqqəti  cəlb  edən  xüsusiy-

yətlərdən  biri  də  onun  söz  palitrasına  parlaq  rəng  qatan  incə 

yumor, xəfif gülüşdür. Təbii ki, bu gülüş xalqın, xalq təfəkkü-

rünün özündən gəlir və qüdrətli saz-söz sənətkarı həmin gülüşü 

ustalıqla  öz  poeziyasına  «həzm  etdirdikdən»  sonra  xalqa  qay-

tarır.  

Açar sözlər: Dədə Şəmşir, aşıq poeziyası, xalq gülüşü 

 

Aşıq Şəmşirin doğulub boya-başa çatdığı Kəlbəcər bölgə-



si hazırcavab, baməzə,  zarafatçıl insanlarla zəngin idi. Alxaslı 


 

 

 



 

25 


Rəfi  kişinin,  Kərbəlayı  Fərəcin,  Kalvalı  kişinin,  Dəli  Bavışın, 

Kilsəli Qafarın və adını çəkmədiyim onlarla, bəlkə də yüzlərlə 

insanın  hazırcavab,  yumorlu  deyimləri  hələ  də  xalq  arasında 

yaşamaqdadır. Aşıq Şəmşir məhz belə bir mühitdə şəxsiyyət və 

sənətkar kimi formalaşmışdı.  

Həmişə insanların arasında olan, el-obanın yığnaqlı məc-

lislərində sazı, sözü, söhbəti ilə yadda qalan, seçilən və sevilən 

Dədə  Şəmşir  bu  təmasdan,  bu  ünsiyyətdən  çox  şeylər  əxz  et-

diyi  üçün  onun  ədəbi  irsinə  fərqli  aspektlərdən  yanaşmaq  im-

kanı genişdir.  

Aşıq-şairin müxtəlif biçimli şeirlərində - gəraylı, qoşma, 

təcnis,  divani,  deyişmə  və  hərbə-zorbalarında  xalq  glüşünün 

poetikləşmiş versiyası ilə tez-tez üzləşirik:  

 

Səni qaxdılar başıma 



Tez ağardın, qara saqqal.  

İndi bir bax göz yaşıma, 

Vurdun mənə yara, saqqal!  

 

…Şəmşir dərdin necə deyir



Gündüz deyir, gecə deyir.  

Kim ki, görür, qoca deyir, 

Çəkir məni dara saqqal.      (1.344) 

 

İki  bəndini  diqqətə  yönəltdiyimiz  bu  gəraylıda  xəfif  bir 



yumor var. Dialektikanın düsturuna qarşı çıxaraq ağaran saqqa-

lı məzəmmət etməyin özü gülməli bir ovqat yaradır. Ümumiy-

yətlə,  Aşıq  Şəmşirin  şeirlərində  qocalığa  ünvanlanmış  zarafat-

yana motivlər çoxdur:  

 

Səni qarı gördüm, bağrım qan oldu -  



Mənim saqqalımın çal vədəsində. 


 

 

 



 

26 


Qəlbimə dəydiyin yadıma düşdü, 

Çox dedim könlümü al vədəsində.      (1.50) 

 

Yaxud:  


 

Mən dedim: - bilənə deyək bu halı,  

Sən dedin: - küyləmə eli, mahalı.  

Bu Aşıq Şəmşirin saçı-saqqalı 

Mən dedim: - qaradı, sən dedin: - çaldı.   (1.53) 

 

Yaxud: 



 

Sizin bağçalarda, a bağban, dedim:  

Yetişməsin turş gavalı, pis üzüm.  

Cavanlıqda gözəllərə can dedim,  

Qocalıqda nələr gördü pis üzüm.        (1.40) 

 

Yaxud:  



 

Təkcə mən deyiləm xətti çal olan,  

Baxıram qocalan çoxdu, qocaldım.  

Cavanlıq eşqini əlimdən alan 

Axır mənə belə baxdı, qocaldım.         (1.92) 

 

Sözügedən  motivlə  bağlı  bu  nümunələrin  sayını  kifayət 



qədər artırmaq da olar. Lakin, məqsədimiz yalnız bir istiqaməti 

təhlilə  cəlb  etmək  yox,  ümumən  Dədə  Şəmşirin  yaradıcılığın-

dakı islahedici, bəzən də ifşaedici gülüşün izlərini diqqətə yö-

nəltməkdir.  

Yeri  gəlmişkən  vurğulamaq  istəyirik  ki,  gülüş  folklorun 

bütün janrlarını (yas  mərasimləri istisna olmaqla  – A.C.) çev-




Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə