Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə8/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   4   5   6   7   8   9   10   11   ...   116

 

 

 



 

27 


rələdiyi üçün aşıq yaradıcılığı da bu keyfiyyətdən kənarda qal-

mır.  Xalq  gülüşünün  poetikası  mövzusunda  dəyərli  monoqra-

fiyalar  ortaya  qoyan  filologiya  üzrə  elmlər  doktoru  Muxtar 

Kazımoğlu belə qənaətə gəlir: “…Holavar, sayaçı sözü, bayatı, 

oxşama, tapmaca, atalar sözü və məsəl, qoşma, gəraylı, lətifə, 

qaravəlli, nağıl, dastan, əfsanə, rəvayət, xalq dramı və s. poetik 

şəkil  və  janrlarda  bu  və  ya  digər  dərəcədə  özünü  göstərməklə 

gülüş folklorun həm lirik, həm epik, həm də dramatik növünü 

əhatə edir.” (4.3.)  

İstər  klassik,  istərsə  də  müasir  aşıq  poeziyasında  yumo-

ristik,  bəzən  də  satirik  planda  yazılmış  şeir  nümunələrinə  tez-

tez  rast  gəlirik.  Belə  qoşquları  Tufarqanlı  Abbasın,  Aşıq  Hü-

seyn Şəmkirlinin, Xəstə Qasımın, Aşıq Ələsgərin yaradıcılığın-

da izləmək çətin deyil. Aşıq Şəmşir də klassik aşıq sülaləsinin 

dəyərli  davamçılarından  olaraq  yeri  gəldikcə  yumordan,  xalq 

gülüşündən  istifadə  etməklə  sözünün  dadını-duzunu  artırmış-

dır.  

Aşıq Şəmşirin müxtəlif biçimli şeirlərində - gəraylı, qoş-



ma, divani, hətta bayatılarında vurğuladığımız gülüşün izlərini 

görürük:  

 

Mən aşıq, adam çalar,  



Yarımçıq adamçalar.  

Adını şahmar qoyub 

Soxulcan adam çalar.      (1.482) 

 

Bu bayatıda diqqəti çəkən istehza ustad sənətkarın başqa 



bir bayatısında da təkrarlanır:  

 

Mən aşıq, yara salar,  



Qəm cana yara salar.  


 

 

 



 

28 


Gecə deyər: - laçınam! 

Güngörməz yarasalar.      (1.482) 

 

Əsl söz sənətkarı bəzən adi bir detaldan hekayət, ravayət, 



yaxud  “dastan”  düzəldir.  Kəlbəcərin  el  şənliklərində  aşıqların 

repertuarından  düşməyən  şeirlərdən  biri  də  Aşıq  Şəmşir  qələ-

mindən çıxan “Xoruzun dastanı” olmuşdur. Əlbəttə, cəmi sək-

sən  misradan  ibarət  olan  bu  şeir  həcminə,  struktur  özəlliyinə 

görə dastan ola bilməz. Buradakı “dastan” sözü oğurlanmış xo-

ruzla bağlı baş verənlərə yumorlu bir işarətdir.  

Qeyd  edək  ki,  “Xoruzun  dastanı”  aşıq  şeirində  məxsusi 

yer  alan  müxəmməs  qəlibinə  biçilib.  Lirizm  ilə  epizmin  vəh-

dətindən “doğulduğu” üçün müxəmməs saz-söz sənətkarlarının 

repertuarında aparıcı formalardan olmuşdur. “Aşıq Şəmşir mü-

xəmməslərində, eləcə də çığalı müxəmməslərində müəyyən bir 

hadisənin  geniş  təsvirini,  həmçinin  lirik  qəhrəmanın  daxili 

hisslərini  bütün  dolğunluğu  ilə  təcəssüm  etdirməyə  müvəffəq 

olmuşdur”. (6.197) 

“Xoruzun dastanı” müxəmməsi belə başlayır:  

 

Oğurlayıb bir it oğlu bizim bircə tək xoruzu



Pipikləri qan-qırmızı, gözləri şimşək xoruzu.  

Qanadları abı-yaşıl, quyruğu gödək xoruzu,  



Bir minək, iki yaşar, lap yekə, nəhəng xoruzu,  

Filmisal bir nər imiş kişinin gerçək xoruzu.   (1.428.) 

 

Aşıq Şəmşir öncə xoruzun portretini cızır. “Bir minək, iki 



yaşar”, “yekə”, “nəhəng”, “nər” kimi mübaliğəli epitetlərin xo-

ruza  müncər  edilməsi  gülməli  bir  əhval  yaradır.  Burada  folk-

lordan,  xüsusən  şifahi  ədəbiyyatın  qaravəlli,  təkərləmə,  lətifə 

qatından  gələn  ənənəvi  gülüş  modelinin  izlərini  görürük.  Mü-




 

 

 



 

29 


xəmməsin  məzmununa  gülüş  qatan  məhz  mübaliğəli  ifadələr, 

qeyri-adi təşbehlərdir:  

 

“Onu bizə nəvə payı göndərmişdi fağır nənəm,  



Mənim üçün at əvəzi, elə bil ki, böyük ənam”.  (1.428) 

 

Baxın, xoruzu ata bərabər tutmaq, onu “böyük ənam” he-



sab  etmək  inandırıcı  olmadığına  görə  gülüş  doğurur.  Oğurlan-

mış xoruzun üstündə kənd-kəsəyə, qohum-qonşuya, tanış-bilişə 

“nifrin  yağdırmaq”,  el-obaya  “qalmaqal salmaq” şifahi  ənənə-

dən  gələn,  dinləyici  auditoriyasına  hesablanmış  bədii  metod-

dur.  

Aşıq Şəmşirin “Lənət sənə, şeytan” şeiri də ənənəvi xalq 



gülüşü kontekstində maraqlı nümunə kimi diqqəti çəkir:  

 

“Başımı cin qaşıyır – gör necə, lənət sənə, şeytan! 



Səni mən öldürəcəm indicə, lənət sənə, şeytan!  

Ovqatımı təlx eləyir hər gecə, lənət sənə, şeytan!  

Salmısan bədənimə vicvicə, lənət sənə, şeytan!”   (1.433) 

 

El  dilində  tez-tez  işlənən  daşlaşmış  söz  birləmələrindən 



biri “lənət şeytana” ifadəsidir. Bu söz birləşməsi şifahi örnək-

lərimizdə bəzən belə də işlənir: “Lənət sənə, kor şeyten!”. Bu-

rada  söhbət  şeytanın  fiziki  korluğundan  yox,  həyatı,  günəşi, 

insan  arzularının  hüdudsuzluğunu,  bəşər  övladının  sevgi  və 

sevincini  görə  bilməyən  (yaxud,  görmək  istəməyən  –  A.C.) 

mənəvi korluğundan gedir.  

Məlum olduğu kimi islami inanclar sistemində, ümumən 

müsəlman  dünyaduyumunda  şeytanın  mənfi  personaj  kimi  öz 

yeri  var.  Hətta  müqəddəs  Kəbə  ziyarətgahında  “şeytana  daş 

atmaq”  ritualının  da  mövcudluğu  bu  mənfi  obraza  yönəlmiş 




 

 

 



 

30 


nifrin  və  nifrətin  bariz  ifadəsidir.  Aşıq  Şəmşirin  lirik  məni 

təkcə  şeytanın  özünə  deyil,  onun  əb-əcdadına,  övladına,  hətta 

“siğə qardaşına” lənət yağdırmaqla yumorlu bir əhval yaradır:  

 

“Ata-əcdadına lənət, siğə qardaşına, övladına lənət! – 



Yenə almır vecə, lənət sənə, şeytan!” (1.434.)  

 

Birinci  misrada  işlənən  “siğə  qardaşı”  ifadəsi  şeytanın 



kimliyini  açmağa  yardımçı  olur  və  bu  eyham  gülüş  doğurur. 

Bu məqamda görkəmli şairimiz Hüseyn Cavid yada düşür:  

 

İblis nədir – cümlə xəyanətlərə bais,  



Ya hər kəsə xain olan insan nədir – iblis.  

 

Aşıq  Şəmşirin  yaradıcılığında  məxsusi  yer  alan  poetik 



nümunələrdən  biri  də  onun  müxtəlif  saz,  söz  sənətkarları  ilə 

deyişmələridir. Xalq şairi Səməd Vurğundan üzü bəri – Məm-

məd  Aslan,  Mikayıl  Azaflı,  Səmərqənd,  Sandıq  Süleyman, 

Şabər, Qəmkeş Allahverdi, Bəhmən Vətənoğlu, Məmməd As-

lan,  Əlqəmə  Əmrahoğlu,  Zəlimxan  Yaqub  kimi  sənətkarlarla 

ustadın  deyişmələri  aşıq  şeirinin  bu  formasında  yaranmış  mü-

kəmməl  örnəklərdir.  Deyişmələrin  hər  birində  Aşıq  Şəmşirin 

özünəməxsus yumoru diqqəti cəlb edir. Gəncliyindən Dədə ilə 

ünsiyyət  quran,  onun  şəxsiyyəti  və  yaradıcılığı  haqqında  say-

sız-hesabsız  məqalələr  və  kitablar  yazan  Məmməd  Aslan  hə-

mişə öz zarafatı və atmacası ilə ustadı tərpətmək, danışdırmaq, 

dilə  gətirmək  niyyətində  olub.  Nəhayətdə  maraqlı  deyişmələr, 

məktublaşmalar günümüzə gəlib. Məmməd Aslanın Aşıq Şəm-

şirlə deyişməsindən iki bəndi nəzərdən keçirək:  



 

 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə