Aşıq Şəmşirin anadan olmasının



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə9/116
tarix08.07.2018
ölçüsü3,27 Mb.
#53808
1   ...   5   6   7   8   9   10   11   12   ...   116

 

 

 



 

31 


Məmməd Aslan: 

Savaşın olurmu Güllü nənəynən? 

Mən ölüm necəsən naznan-hənəynən?  

Get-gəlin qalıbmı köhnə binəynən,  

Itirdinmi etibarı görəydim?!  

 

Dədə Şəmşir: 

Güllünün altmış ili keçib yaşından,  

Yenə əl götürmür naz-savaşından.  

Öpəndə gözündən, qələm qaşından 

Tutaşırıq gecəyarı, görəydin.   (2.173) 

 

Məmməd  Aslan  aşığın  ömür-gün  yoldaşı  Güllü  nənə  ilə 



“savaşına”, “köhnə binəyə” get-gəlinə işarə vurmaqla xəfif bir 

dodaqqaçdı  yaradırsa,  Dədə  Şəmşir  özünün  tutarlı  cavabında 

el-obadan qaynaqlanan məxsusi bir gülüş yaradır.  

Aşıq  Şəmşirin  Sandıq  Süleymanla  deyişməsi  də  araşdır-

mamızın istiqaməti və teytmotivi baxımımdan maraqlıdır.  

Deyişmələrin kökündə adətən bir əhvalat dayanır, yəni bu 

forma  elə-belə  yaranmır.  Deyişənlər  bir-birlərinə  sözünü  təbii 

ki,  həmin  əhvalatın  ovqatına  uyğun  ünvanlayırlar.  Sandıq 

Süleymanla  Aşıq  Şəmşirin  deyişməsi  də  “sandıq  əhvalatına” 

söykənir.  Dədə  Şəmşir  Dəmirçi  Süleymanın  yanına  gəlib  qızı 

Çimnaz  xanım  üçün  cehizlik  sandıq  sifariş  edir.  Lakin  bir-iki 

günə düzəldiləsi sandığın başa gəlməsi bir neçə ay  çəkir. Get-

gəldən yorulan Dədə Şəmşir “Sandığın” rədifli qoşmasını yazıb 

Süleymana göndərir. Əslində Süleymanın da məqsədi elə aşığı 

dilləndirmək  imiş.  Beləliklə,  sandıq  maraqlı  bir  deyişməyə 

“səbəbkar” olur. Həmin deyişmədən iki bəndə diqqət yetirək:  



 

 


 

 

 



 

32 


Dədə Şəmşir:  

Mən səni görmürəm, dostum, günahkar,  

Bilirəm, evində iki ilan var –  

Birisi can deyir, biri zəhrimar,  

Olub işi ləngiməli sandığın.  

 

Sandıq Süleyman:  

Dədə Şəmşir, söhbətindən doymaram,  

Çox həsrətdə qalmağına qıymaram.  

Bu il keçdi, gələn ilə qoymaram,  

Baxanlar zər-ziba sayar sandığı.      (2.193) 

 

On iki bənddən ibarət bu deyişmədə Aşıq Şəmşirin xalqa 



məxsus  yumorlu  ifadələri  və  deyimləri  ilə  qarşılaşırıq.  Bu  da 

maraqlıdır  ki,  həmin  deyişmədən  sonra  Dəmirçi  Süleyman 

Sandıq ləqəbini daşımağa məhkum olur… 

Beləliklə,  professor  Kamran  İmranoğlunun  təbirincə  de-

sək gülüş, xalq gülüşü,  gülüş  mədəniyyəti kimi problemlər el-

mi  düşüncəni  müxtəlif  cəhətlərdən  özünə  cəlb  etmiş  və  ayrı-

ayrı  tədqiqatçılar  öz  səviyyələrində  həmin  problemlərin  təhli-

lini vermişlər (5.3). Biz də Aşıq Şəmşir poeziyasında xalq gü-

lüşünün  izlərini  araşdırıb  elmi  auditoriyanın  diqqətinə  çatdır-

maq istədik.  

 

QAYNAQLAR 

 

1.



 

Aşıq Şəmşir. O Kürün, Arazın Tərtəriyəm mən. Bakı, 

Orxan, 2004, 510 s.  

2.

 



Ünvanımız  Dədə  Şəmşir  (toplayıb  tərtib  edəni, 

redaktoru  və  ön  sözün  müəllifi  Adil  Cəmil)  Bakı,  Adiloğlu, 

2011, 224 s.  



 

 

 



 

33 


3.

 

Qurbanov  B.  Musiqi-mətn-ifaçılıq  baxımından  aşıq 



sənəti. Bakı, Elm və təhsil, 2013. 320 s.  

4.

 



Kazımoğlu  M.  Xalq  gülüşünün  poetikası.  Bakı,  Elm, 

2006, 268 c.  

5.

 

Kazımoğlu  M.  Gülüşün  arxaik  kökləri.  Bakı,  Elm, 



2005, 188 s.  

6.

 



İsayeva S.  Aşıq Şəmşirin poetikası  Bakı, Elm  və təh-

sil, 2012, 256 s. 

 

Adil Jamil 

THE SIGNS OF FOLK LAUGHTER  

IN ASHUG SHAMSIR’S POETRY 

Summary:  In  the  article  the  signs  folk  laughter  in  the 

poetry  of  the  famous  master  Ashug  Shamshir  are  investigated 

scientifically.  In  different  poetic  examples  the  gentle  laughter 

belonging to the master are drawn and the way of the laughter 

is researched.  

Key  words: Ashug Shamshir, folk laughter, competition 

between  ashugs  (Caucasian  folk  poets  and  singers),  poetry, 

poetical,  saz  (an  Azerbaijani  folk  musical  instrument  like 

guitar).  

 

Адиль Джамиль 

ЗНАКИ НАРОДНЫХ СМЕХ В ПОЭЗИИ  

АШЫГА ШАМШИРА 

Резюме:  В  статье  рассматриваются  образцы 

народного  смеха  в  поэзии  знаменитого  мастером  ашыгом 

Шамширом.  

Ключевые  слова:  Ашыг  Шамшир,  народный  смех, 

конкуренция между ашугов (кавказские народные поэты и 

певцы), поэзия, поэтика, саз.  



 

 

 



 

34 


 Afət HƏŞIMİ 

AMEA Folklor İnstitutu 

Dissertant 

afethashimi@gmail.com

 

 

QARAÇAY-MALKAR EPİK SÖYLƏYİCİLƏRİ: 

JIRÇILAR 

 

Özət: Məqalədə Qaraçay-malkar epik söyləyicilik institu-

tunun  tarixi  araşdırılır.  Qafqaz  xalqlarının  epik  söyləyicilik 

sənəti  ayrı-ayrı  qaracay-malkar  söyləyicilərinin  –  jırçılarının 

şairlik  rakursunda  analiz  olunur.  Tarixi  aspektdən  xalq  jırçı-

larının inqilabdan əvvəlki araşdırma tarixinə nəzər salınmışdır. 

Həmçinin bu mövzu ilə əlaqədar Ostryakovun, Urusbiyevin və 

XIX əsr digər müəlliflərin məqalələri analiz olunmuşdur. 

Acar  sözlər:  Qaraçay,  malkar,  jırçı,  söyləyici,  söylə-

yicilik. 



 

Giriş 

Qafqaz xalqlarının, o cümlədən qaraçay-malkarların epik 

söyləyicilik  institutu  özündə  epik  söyləyiciliyin  (epik  söylə-

yicilik  (эпическое  сказительство)  termini  elmə  rus  alimi 

B.Putilov  tərəfindən  gətirilmişdir)  dünya  mədəniyyətindəki 

hərtərəfliliyini,  regional  tipologiyanı  və  milli  özünəməxsus-

luğunu  əks  etdirməsi  baxımından  böyük  əhəmiyyət  kəsb  edir. 

Söyləyicilik  münasibətlərinin  öyrənilməsi  epik  yaddaş  daşıyı-

cılarının  yaddaşındakı  sinkretizminin,  söyləyiciliyin  fərdi  və 

ümumi cəhətlərinin aşkarlanması baxımından da aktualdır.   

Bütün dünya xalqlarında epik söyləyicilər hər zaman cə-

miyyətdə  xüsusi  statusa  malik  olmuşlar.  Qədim  Yunanıstanda 

belə istedada sahib insanlar aid və rapsodlar, kelt xalqlarında – 



Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə