Ast 1-ci HİSSƏ daxiLİ keyfiYYƏt təMİnati üÇÜn standartlar və TƏLİmatlar



Yüklə 43 Kb.
tarix01.07.2018
ölçüsü43 Kb.
#52522

4.2 saylı Fəaliyyət üzrə Missiyanın Hesabatına Əlavə: Cari Akkreditasiya və Keyfiyyət Təminatı Təcrübəsinin Öyrənilməsi/Avropa Standartları və Təlimatları ilə müqayisədə Çatışmazlıqların Təhlili

AST 1-ci HİSSƏ

DAXİLİ KEYFİYYƏT TƏMİNATI ÜÇÜN STANDARTLAR VƏ TƏLİMATLAR

AZƏRBAYCANDA HAZIRKİ VƏZİYYƏT

MÖVZU ÜZRƏ ÖTƏN MÜŞAHİDƏLƏR VƏ VERİLMİŞ TÖVSİYƏLƏR

QME-in TÖVSİYƏLƏRİ

1.1 Keyfiyyət təminatı siyasəti

Ali Təhsil Müəssisələrində (ATM) daxili keyfiyyət təminatının həyata keçirilməsi başlanğıc mərhələdədir. Bəzi müəssisələrdə KT mərkəzləri və KT meneceri vəzifəsi yaradılıb, İSO standartları qəbul edilib və s.

Müəssisələrdə planlaşdırma və tədbirlərin görülməsinə dair bəzi sübutlar olsa da, tam PDCA (Planlaşdırmaq-Həyata keçirmək-Yoxlamaq-Tədbir görmək) sikli hələ ki tam inkişaf etməyib. KT üzrə strukturlar və proseslər hələ də müzakirə və tətbiq olunmalıdır.






  • Daxili keyfiyyət təminatının nə məna kəsb etdiyini müzakirə etmək və onun barədə aydın, vahid anlayışa malik olmaq zərurəti var.

  • Daxili KT sistemlərinin və proseslərinin qurulması sahəsində digər ölkələrin ali təhsil müəssisələrinin təcrübəsi ilə tanış olmaq və müəssisələrin ölkə daxilində və beynəlxalq səviyyədə necə əməkdaşlıq edə biləcəyini öyrənmək müəssisələr üçün faydalı olar (təcrübə mübadiləsi və s. vasitəsilə).




1.2 Proqramların tərtib və təsdiq olunması

Proqramların tərtibatı dövlət təhsil standartlarına əsasən aparılır. Standartlar fənlər üzrədir. Standartlar TN tərəfindən təyin olunan ekspert komandaları tərəfindən hazırlanır. Komandalar akademik fənn üzrə universitetlərin nümayəndələrindən təşkil olunub. Standartlar müntəzəm olaraq təshih edilir. Hazırki sistemə əsasən, ATM-lər proqramlarının məzmununun tərtibatı və təsdiqi üzrə məhdud səlahiyyətə malikdirlər.

Azərbaycan ATM-lərinin öz proqramlarının tərtibatında müstəqilliyi məhduddur. Tələbə və digər maraqlı tərəflərin proqramların tərtibatına cəlb edilməsi aşağıdır. (Məhsul 7)


  • ATM-lərə kurikulumlarının strukturu və məzmununa dair qərarvermə prosesində daha geniş müstəqillik verilməlidir. Bu, müəssisənin bütün təhsil prosesi üzrə daha çox məsuliyyət və öhdəlik götürməsi üçün önəmlidir. Belə müstəqillik həmçinin müəssisələrdə daxili KT proseslərinin inkişaf etməsinə səbəb olacaq. Qurumlar/dövlət tərəfindən nəzarət ilə təhsil proqramlarına dair məsələlərdə ATM-lərə institusional səviyyədə verilmiş qərarvermə müstəqilliyi arasında məqsədyönlü tarazlığın tapılması zəruridir. Tarazlıq elə qurulmalıdır ki, bu, müəssisələrə Azərbaycanın mədəni kontekstini, dəyərlərini və hazırki vəziyyətini nəzərə alaraq, keyfiyyət təminatı sistemlərini inkişaf etdirmək üçün həm yararlı, həm də faydalı olsun.

  • Xarici maraqlı tərəflər və tələbələr təhsil proqramlarının hazırlanmasına daha fəal şəkildə cəlb olunmalıdır. Bununla belə, proqramlara dair qərarların müəssisədən kənarda verildiyi şəraitdə bu çətindir.

1.3 Tələbəyə əsaslanan təlim, tədris və qiymətləndirmə

Hazırki tədris prosesi tələbəyə əsaslanandan daha çox, müəllimə əsaslanandır. Müəllimlərin yalnız kiçik qismi tədris-təlimdə innovativ, interaktiv və müasir metodlardan və texnologiyalardan istifadə edir, bununla belə, son illərdə bu sahədə vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşdığı bildirilir.

Tələbələrdən alınan məlumata əsasən, akademik heyət tərəfindən əksər hallarda istifadə olunan metodlar 1) mühazirələr 2) seminarlar və 3) hesabatların yazılmasıdır.

Hazırki sistem tələbələrdə tənqidi düşüncə tərzini təşviq etmir. Eləcə də görüşlərdə qeyd olundu ki, indiki tələbələr tədris prosesində, yəni, təhsilləri üzrə öhdəlik götürməyə deyil, yekun nəticədə, yəni, yaxşı qiymət almaqda maraqlıdırlar.

Tələbələr müəllimlərinin fəaliyyətindən narazı olduqda, müəssisədə aparılan anonim tələbə sorğularında müəllimlər barədə rəylərini verə, eləcə də müəssisələrdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatına müraciət edə bilirlər. Bununla belə, bu prosesin bütün ATM-lərdə aparılıb-aparılmamasını müəyyənləşdirmək mümkün olmadı.

Tələbənin qiymətləndirilməsinin nəticəsinə (qiymət, təlim nəticələrinin əldə edilməsi) böyük əhəmiyyət verilir. Tələbənin biliyinin qiymətləndirilməsi akkreditasiya prosedurunun bir hissəsidir.

Vaxt məhdudluğu tələbələrin yoxlanılması və imtahanları üzrə metod və meyarların, eləcə də ATM-lərin qiymətləndirmə və tələbə şikayətləri ilə bağlı rəsmi prosedurlara malik olub-olmamalarının müəyyənləşdirilməsinə imkan vermədi.




Çeşidli tədris/təlim metodları. Əsas vurğu biliyin yoxlanılmasına yönəldildiyindən tələbələrin qiymətləndirilməsinin çeşidliliyi və müvafiqliyi qiymətləndirilməlidir. (Məhsul 7)


  • Təlim-tədris prosesində müasir və interaktiv tədris metodlarından istifadəyə daha böyük diqqət verilməlidir.

  • Tələbələrin təhsil prosesində daha fəal rol oynaması üçün müəllim və tələbələr arasında ünsiyyət daha açıq olmalıdır, müəllimlər öyrənməyə və yenilikləri sınaqdan keçirməyə həvəsli olmalıdırlar, tələbələrə daha çox müstəqil işləməyə imkan verməlidirlər və tələbələrə tədqiqatın necə aparılmasına dair yeni bilik əldə etməyə yardım etməlidirlər.

  • Qazanılan təlim nəticələri (tələbənin qiymətləndirilməsinə) xüsusilə vurğulanır. Təlim prosesi ərzində əldə olunmuş bacarıq və kompetensiyaların qiymətləndirilməsi eyni səviyyədə önəmlidir. Müsahibələrdə tələbələrin təlim prosesində deyil, yaxşı qiymət almaqda maraqlı olmaları qeyd olundu. Bununla belə, hazırki təlim-tədris praktikası və akkreditasiya sistemi tələbələrin bu tip yanaşmasını yalnız gücləndirir.




1.4 Tələbə qəbulu, irəliləyişi, tanınma və attestasiyası

Qəbul ali təhsil müəssisələrinə daxil olmaq istəyənlərin hamısı üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada aparılır. ATM-lərin öz tələbələrini seçmək imkanı yoxdur. Müsahibələrə əsasən, müəllimlər tələbələrin irəliləyişini başlıca olaraq əldə olunmuş kreditlərin və qiymətlərin sayına görə dəyərləndirir. Həmkar tyutorlar (sonuncu kurs tələbələri) digər tələbələr üçün istiqamətləndirmə təklif etməklə müstəsna rol oynayırlar. Attestasiya dövlət səviyyəsində tənzimlənir.

Əvvəlki təhsilin tanınması üzrə qanunvericilik və ya işlək proses barədə məlumat mövcud deyil. (Məhsul 7)


  • Tələbənin irəliləyişi üzrə sistematik olaraq məlumatın toplanılması və istifadəsi adətən ATM-lərin daxili keyfiyyət təminatı sistemlərinin zəruri hissəsi kimi tanınır. İnstitusional keyfiyyət təminatı sistemlərini yaradarkən bu məqamı diqqət mərkəzində saxlamaq tövsiyə olunur.

1.5 Müəllim heyəti

Universitet şəxsi heyətinin (müəllimlərin) işə qəbulu bütün ATM-lər üçün açıq olan müsabiqə vasitəsilə baş tutur. İşə qəbul haqqında qərar müəssisə səviyyəsində verilir.

Hər bir müəssisə akademik şəxsi heyətin inkişafına məsuliyyət daşıyır.

Qanuna əsasən, kafedra müdirləri və fakultə dekanlarının işə qəbul proseduru digər şəxsi heyətin işə qəbulundan fərqlənir: namizədlər xüsusi “axtarış komitəsinə” təqdim olunur; komitə rektora ən azı iki ad/namizəd təklif edir və rektor yekun qərarı verir.

Müsahibələr ərazində həm universitetlər, həm də TN yüksək ixtisaslı şəxsi heyətin önəmini vurğuladılar. Təlim-tədris prosesində yaxşı nəticələrin əldə olunması yüksək ixtisaslı akademik şəxsi heyətdən çox asılı olduğu qənaəti mövcuddur.



AST-nin bu standartı Məhsul 7-də çox müsbət qiymətləndirilib və güclü cəhət kimi tanınıb.





1.6 Təlim resursları və tələbələrə dəstək

Təlim infrastrukturu akkreditasiya prosesinin bir hissəsi kimi qiymətləndirilir. Müəllim heyəti tərəfindən hazırlanmış dərsliklər və digər təlim materialları müəllimlərin iş yerində uğurunun qiymətləndirilməsində əhəmiyyətli rol oynadığı müşahidə olunur.







1.7 Məlumatın idarə olunması

Məhsul 7-ə əsasən, fəaliyyət göstəriciləri geniş istifadə edilir, lakin onların əhatə dairəsi və dəqiqliyi aydın deyil. İnstitusional səviyyədə, adətən yalnız tələbələr üçün əks əlaqə mexanizmləri mövcuddur.

İstifadə olunmuş məlumatla bağlı ətraflı suallar məzunlar və işəgötürənlər üzrə/məzunlardan və işəgötürənlərdən alınan məlumatlarda, bəzi hallarda tələbələrin və şəxsi heyətin rəylərində mümkün boşluqların olduğunu göstərdi. (Məhsul 7)


  • Müəssisələr səviyyəsində toplanılan və istifadə edilən rəylər şəxsi heyəti, tələbələri, məzunları və işəgötürənləri əhatə etməlidir.




1.8 İctimaiyyətə açıq məlumat

Məhsul 7-də bu, Azərbaycan ATM-lərinin ən güclü cəhətlərindən biri kimi qəbul olunur. Universitetlərin fəaliyyətləri üzrə, o cümlədən proqramlar üzrə kifayət qədər məlumat var. Bununla belə, müsahibələrə əsasən onu demək olar ki, özünütəhlilin nəticələrinin dərc olunması ənənəvi hal deyil.

Məhsul 7 sorğusunda ən yüksək bal.




1.9 Proqramların daimi monitorinqi və vaxtaşırı yoxlanılması

ATM əsasən mərkəzi qanunvericilik və sənədlər vasitəsilə tənzimlənən təhsil proqramlarının tərtibi və məzmunu və tədris prosesi üzrə məhdud akademik müstəqilliyə malikdir. Belə məhdudiyyətlər müəssisələrə innovativ tərtibat və məzmunun yaradılması üçün tam öhdəlik və məsuliyyət götürmələrinə, eləcə də ehtiyaclarının əmək bazarına çatdırılmasında daha fəal rol oynamalarına mane olur, belə ki, əksər qərarlar hakimiyyətin yüksək səviyyələrində verilir. Bununla belə, hazırki akkreditasiya xarici keyfiyyət təminatı qismində vaxtaşırı yoxlama funksiyasını yerinə yetirir.


Proqramların innovasiya baxımından müstəqillik məhdudiyyəti. Maraqlı tərəflərlə kifayət qədər ünsiyyətin olmaması.


  • ATM-lərə spesifik missiyalarına uyğun olaraq proqramlar tərtib etmək üçün zəruri müstəqillik verildiyi təqdirdə, kurikulumların müntəzəm yoxlanılmasında xarici maraqlı tərəflərin cəlb edilməsi.

1.10 Dövri xarici keyfiyyət təminatı

Təhsil Nazirliyi hüquqi və təşkilati formasından asılı olmayaraq Azərbaycanda fəaliyyət göstərən bütün ATM-ləri 5 ildən bir (müəssisə xarici və/və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən yaradıldıqda 3 ildən bir) vaxtaşırı xarici qiymətləndirmədən (akkreditasiyadan) keçirir. Akkreditasiya prosesinə həm institusional, həm də proqram akkreditasiyası daxildir.

Universitetlər keyfiyyət təminatı/akkreditasiyanın təmin etdiyi mənzərənin müvafiqliyi və mürəkkəbliyinə tənqidi yanaşırlar.

.


  • Cari akkreditasiya sisteminin bütün institusional qiymətləndirməni, eləcə də müəssisənin bütün təhsil proqramlarının yoxlanılması əhatə etməyə çalışması olduqca iddialıdır və yenidən nəzərdən keçirilməlidir. Akkreditasiya prosesi həm müəssisə, həm də akkreditasiya komissiyası üçün ağırdır və iki fərqli qiymətləndirmə növünün nəticələri bir qiymətləndirmə komitəsi tərəfindən müəyyənləşdirilir.




AST 2-ci HİSSƏ

XARİCİ KEYFİYYƏT TƏMİNATI ÜÇÜN STANDARTLAR VƏ TƏLİMATLAR

AZƏRBAYCANDA HAZIRKİ VƏZİYYƏT

MÖVZU ÜZRƏ ÖTƏN MÜŞAHİDƏLƏR VƏ VERİLMİŞ TÖVSİYƏLƏR

QME-in TÖVSİYƏLƏRİ

2.1 Daxili keyfiyyət təminatının nəzərdən keçirilməsi

Hazırki akkreditasiya meyarları daxili keyfiyyət təminatı ilə bağlı prosesləri birbaşa əhatə etmir və onların səmərəliliyini qiymətləndirmir.

Müəssisə sistemlərinin bütün hissələri akkreditasiya prosesinə cəlb edilməyib və qiymətləndirilməyib (məsələn, strategiya, prosesin xəritələnməsi, rəy, sübut və məlumatdan istifadə, məlumatın idarə edilməsi). (Məhsul 7)

  • Dövlət səviyyəli qanunlarda ATM-lərin daxili keyfiyyət təminatı sisteminə malik olub-olmaması üzrə tələbləri dəqiqləşdirmək tövsiyə olunur.

  • Eləcə də daxili keyfiyyət təminatı sisteminə daxil olan struktur və proseslərin müəyyənləşdirilməsində ATM-lərə müəssisə səviyyəsində müəyyən çeviklik verilməsi tövsiyə olunur.

2.2 Nəzərdə tutulmuş məqsədlərə uyğun olan metodologiyanın hazırlanması

Xarici keyfiyyət təminatı mexanizmi Nazirlər Kabineti tərəfindən 28 sentyabr 2010-cu ildə təsdiqlənmiş “Təhsil müəssisələrinin akkreditasiya qaydalarında” qeyd olunmuş prinsiplərə əsasən aparılan ATM-lərin akkreditasiyasından ibarətdir. Hal-hazırda, təşkilati və hüquqi formasından asılı olmayaraq Azərbaycanda fəaliyyət göstərən bütün ATM-lərin akkreditasiyasına Təhsil Nazirliyinin nəzdindənki Akkreditasiya şöbəsi məsuliyyət daşıyır.

Xarici maraqlı tərəflərin cari akkreditasiya qaydalarının hazırlanmasında iştirakı olduqca aşağı səviyyədə olub və ya demək olar ki, olmayıb.

Təhsil qanununa əsasən, akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin milli təhsil standartlarına uyğun aparıldığını və onun statusunu müəyyənləşdirən və təsdiq edən prosedur kimi tərif edilib.

Hazırki sistem müəssisəni tamamilə bütün kurikulumları ilə birgə qiymətləndirməyə çalışır.



Azərbaycan Respublikasında Təhsilin İnkişaf etdirilməsi üzrə Milli Strategiyanın İcrası üzrə Fəaliyyət Planında (Prezident tərəfindən 2015-ci ildə təsdiqlənib) qeyd olunur ki, müsəssisələrin və təhsil proqramlarının cari akkreditasiyası qaydalarının təshihi üzrə hazırlıqlar aparılır və onlar TN tərəfindən 2016-2017-ci ilədək beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq; onlar 2017-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək; təhsilin bütün mərhələləri və səviyyələri üzrə keyfiyyət standartları və indeksləri hazırlanır.


Akkreditasiyanın məqsədi və hədəflərində qeyri-müəyyənlik mövcuddur. KT mexanizmi çox ciddi, mürəkkəb və tələbkardır. Proqramın tərtibatından keçilməsinədək olan bütün mərhələlərdə əmək bazarı, işəgötürən və maraqlı tərəflərlə, o cümlədən tələbələrlə ünsiyyət qənaətbəxş deyil. Qiymətləndirmə və təkmilləşdirmə strategiyası və ya proseduru yoxdur. (Məhsul 7)


  • Akkreditasıyanın məqsədini aydın şəkildə təyin edin: Yalnız institusional akkreditasiyaya, yoxsa təhsil proqramlarının akkreditasiyasına da ehtiyac var? Hər ikisinə ehtiyac varsa, onlar ən səmərəli surətdə necə həyata keçirilə bilər? Müxtəlif tərəflər arasında (o cümlədən TN, ATM, işəgötürənlər və s.) daha geniş müzakirə başlanılmalıdır.

  • Fəaliyyət Planı kontekstində ATM-lərin akkreditasiya proseduruna və meyarlarına yenidən baxıldığından, əmək bazarının nümayəndələri, tələbələr, sənayenin nümayəndələri kimi xarici maraqlı tərəfləri cəlb etmək və qaydaların qəbulundan öncə onların fikirlərini nəzərə almaq tövsiyə olunur.




2.3 Proseslərin həyata keçirilməsi

Akkreditasiya prosesləri yuxarıda qeyd olunan dövlət səviyyəli sənəddə əks olunub. Həmin sənəd TN və akkreditasiya olunacaq müəssisə tərəfindən aparılacaq hissələri əhatə edir.

Həyata keçirilmə prosesləri AST-də əks olunan mərhələləri əhatə edir.



Növbəti tədbirlər sistemi cari qaydalarda aydın surətdə təsvir edilməyib.

Nəticələrin ifadə olunması, appelyasiya, müəssisənin iştirakı və növbəti tədbir üzrə tənqidi şərhlər. (Məhsul 7)



  • ATM-lərin nümayəndələri ilə birlikdə növbəti tədbir üzrə aydın prosesinin yaradılması və təqdim olunması tövsiyə edilir.

2.4 Müstəqil ekspertlər


Akkreditasiya komissiyası ATM-lərdə tədris olunan sahələrin qiymətlənririlməsi üzrə zəruri təcrübəyə malik üzvlərdən ibarətdir və onlar digər ATM-lərin işçiləri, o cümlədən dekanları və ya prorektorlarıdır. Maraqların toqquşmasının qarşısının alınması akkreditasiya olunan müəssisə ilə müqavilə imzalamış şəxslərin üzv kimi qəbul olunmaması vasitəsilə təmin olunur. Akkreditasiya yalnız yerli ekspertlərlə azərbaycan dilində aparılıb. Akkreditasiya komissiyaları işəgötürənləri bu prosesə nadir hallarda cəlb edib; komissiyalarda tələbə üzvlər olmayıb. Komissiya üzvlərinin sayı müəssisədə tədris olunan sahələr/təhsil proqramlarının sayından asılıdır.

Xarici ekspertlər səriştəlidirlər və düzgün seçilirlər; onların təlimlənməsi və təlimatlanması barədə məlumat yoxdur; işəgötürənlər, maraqlı tərəflər və tələbələr cəlb olunmur. (Məhsul 7)


  • İşəgötürən/peşəkar işçilərin və tələbələrin akkreditasiya komissiyalarının işinə sistematik olaraq cəlb olunması tövsiyə olunur.

  • Komissiya üzvlərinin beynəlxalq təcrübəsini artırmaq məqsədi ilə xarici ekspertlərin komissiyaya cəlb olunması imkanlarını nəzərdən keçirin və beləliklə, Azərbaycanın ATM-lərini belə təcrübə ilə tanış edin – səfər olunan müəssisələrin ifadə etdiyi arzulardan biri də beynəlxalq təcrübə ilə tanış olmaq idi.

2.5 Nəticələr üzrə meyarlar

Akkreditasiya üçün təyin olunmuş sahə göstəriciləri və meyarlar “Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” sənədində əks olunub.

Meyarlar təyin olunub və dərc edilib. (Məhsul 7)


  • Akkreditasiya üzrə meyar və göstəriciləri əks etdirən sənəddə də müəyyən düzəlişlər edilə bilər. Bəzi sahə göstəriciləri müəyyən dərəcədə üst-üstə düşür, məs., “müəllimlər üçün ixtisasartırma kurslarının təşkili” (“Müəssisənin şəxsi heyəti” bölməsinin bir hissəsi) ilə “elmi-pedaqoji şəxsi heyətin xarici ölkələrdə ixtisasartırma kurslarına cəlb olunması”nın (“Beynəlxalq əməkdaşlıq” bölməsi altında) birləşdirilməsini nəzərdən keçirmək olar. Təhsil materiallarının inkişaf etdirilməsinə sənəddə üç müxtəlif yerdə toxunulub.



  • Eləcə də qeyd oluna bilər ki, hazırki meyarlar keyfiyyətyönümlülükdən daha çox kəmiyyətyönümlüdür, keyfiyyət və məzmunu nəzərə almır. Məsələn, hazırki göstəricilərə əsasən, müəssisədən il ərzində hər 100 nəfər şəxsi heyət üzrə müəyyən sayda monoqrafiyanın nəşr edilməsi (o cümlədən incəsənət və ya idman sahəsində ixtisaslaşmış müəssisələrdən yaradıcı işlər) tələb olunur; lakin onların məzmununun müvafiqliyi və keyfiyyəti nəzərə alınmır.

2.6 Hesabat

Akkreditasiya Şurasının akkreditasiya üzrə qərarından sonra akkreditasiyanın nəticələri (ekspert komissiyasının hesabatı və akkreditasiya qərarı) TN-nin veb səhifəsində yerləşdirilir. Akkreditasiya qərarı eləcə də mətbuatda elan edilir.

QME-lərin görüşdüyü işçilər akkreditasiya sistemi və ya ATM-lərin akkreditasiya nəticələri ilə tanış deyildilər.



ATM-lərə ekspertlərin hesabatında yanlışlıqların olub-olmamasını nəzərdən keçirmək və bir həftə ərzində şərhlərini təqdim etmək imkanı verilir.


Hesabata şərhlərin verilməsində müəssisənin iştirakı aydın deyil. (Məhsul 7)


  • Şərhvermənin məqsədinin tam yerinə yetirilməsi üçün ATM-lərə ilkin ekspert hesabatı ilə tanış olmağa və hesabat üzrə şərh verməyə daha çox vaxt verilməlidir: bu formal prosedur deyil, keyfiyyətli hesabatın hazırlanmasına fayda verən proses olmalıdır.

  • Azərbaycanda akkreditasiya sistemi, onun məqsədi və nəticələri barədə xarici maraqlı tərəf qruplarının (işəgötürənlərin) məlumatlılığını artırın. Buna nail olmağın bir üsulu işəgötürənlərin akkreditasiya komissiyalarına cəlb olunmasıdır. İşəgötürənlərin kurikulumların məzmun və keyfiyyətinə göstərə biləcəyi təsir barədə anlayış formalaşdıqca, akkreditasiya prosesində iştiraka maraq da tədricən artacaq. Bu, öz növbəsində, müəssisələr və sənaye arasında əməkdaşlığı artıracaq.

2.7 Şikayətlər və appelyasiya

Akkreditasiya qaydaları appelyasiya üçün prosedur nəzərdə tutur. Qeyd olunub ki, təhsil müəssisəsi mənfi akkreditasiya qərarına qarşı appelyasiya verə bilər. Appelyasiya Akkreditasiya Komissiyasına qarşı verilir.


Qayda və qanunlarda sübut yoxdur. (Məhsul 7)


  • Qeyd olunmalıdır ki, ekspertlərin hüquq məhkəməsinə verilməsi qeyri-adi/qeyri-ənənəvi praktikadır və bu prosedurun təshih edilməsi tövsiyə olunur. Bunun əvəzində, yekun akkreditasiya qərarını verən agentlik və ya quruma (bu halda, Akkreditasiya Şurası) qarşı appelyasiya verilməlidir. Ekspertlər Təhsil Nazirliyinin müraciəti əsasında yalnız müstəqil ekspert xidməti təmin edirlər və akkreditasiya qərarları üçün verdikləri mənfi təkliflərə görə məsuliyyətə cəlb olunmamalıdırlar.

Yüklə 43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə