Aşuranin mübarək mehi


Aşuranın sayəsində 15 Xordad (5 İyun) hərəkatı



Yüklə 336,15 Kb.
səhifə20/20
tarix04.02.2018
ölçüsü336,15 Kb.
#23915
1   ...   12   13   14   15   16   17   18   19   20

Aşuranın sayəsində 15 Xordad (5 İyun) hərəkatı


Bizim dövrümüzdə baş verən bunların hamısından üstün idi. Yəni zülmün, küfrün və dinsizliyin bütün dünyaya hakim olduğu dövrdə, ədalətin qanunun ziddi, zülmün isə beynəlxalq qanun olduğu bir əsrdə haqq hakimiyyət başına gəldi. İndi siz görürsünüz ki, böyük güclər hegemonluq edir və dünyaya yeni bir sistemi hakim etmək istəyirlər. Əlbəttə, qabaqkı quruluş da böyük güclərin hakimiyyəti quruluşu idi. Bu, sözügedən zülm hökmranlığıdır. Dünyada baş verən zülmlərə, haqsızlıqlara və ayrıseçkiliklərə insan hüquqları, insan dəyərlərini müdafiə və digər bu tip qanuni adlar qoyurlar. Zülm hökmranlığının ən pis növü onun dünyaya ədalət və haqq adı ilə hakim olmasıdır. Belə bir zamanda qəfildən Aşura sayəsində zülmət pərdəsi açıldı, həqiqət günəşi aşkara çıxdı, haqq hakimiyyətə yiyələndi, bütün əllərin təcrid etməyə çalışdığı İslam dini meydanın ortasında özünü göstərdi, dünya əsl və həqiqi İslamı İslam Respublikası formasında qəbul etməyə məcbur oldu. 15 Xordad (5 İyun) hərəkatının başlanması da Aşura sayəsində oldu. Bu il bu hadisədən 32 il ötdükdən sonra o zaman olduğu kimi, həmin günlər yenə də məhərrəmlə bir zamana təsadüf etmişdir.

İmamın Aşura hadisəsindən yararlanması


1963-cü ildə məhərrəmin on ikisinə təsadüf edən 15 xordadda (5 iyunda) bizim Böyük İmamımız Aşura səhnəsindən, Aşura və məhərrəm macərasından ən yaxşı formada yararlanmaqla qəlbindən gələn haqq və ədalət sözünü xalqa çatdıra və onları dəyişdirə bildi. Bizim ilk şəhidlərimiz də 15 Xordad hadisəsində Tehranda, Vəramində və digər yerlərdə olan hüseynçi əzadarlar idilər. Onlar gəlib Aşura düşməninin hücumuna məruz qaldılar. 1978-ci ildə də qanın xəncərə qalib gəldiyi günü və ayı müşahidə etdiniz. Bu adı Böyük İmam məhərrəmin bütün hadisələrindən xülasə kimi bəyan etdi; elə də oldu. Yəni İran xalqı Hüseyn ibn Əlinin (ə) ardıcılı kimi Aşura dərsini öyrəndi və nəticədə qan xəncərə qalib oldu. İmam Hüseyn (ə) hadisəsindəki bu məsələ möhtəşəm bir şeydir.

İmam Xomeyninin (ə) dözümü


İmam da elə dözdü. Hərəkat dövründə imama o qədər deyirdilər ki, ağa, bu gənclər məhv olurlar, öldürülürlər, məmləkət dağılır, amma o dözürdü. Bu naşı xeyirxahlıqlar qarşısında dözmək çox böyük işdir. Buna dözmək üçün çox qüvvə lazımdır. Dözüm həmişə fiziki təzyiq və müsibətlər qarşısında olmur. Məsləhət istəmək və məsləhət axtarmaq təzyiqləri qarşısında və aydın yolu buraxmamaqda da dözmək lazımdır.

"Biz Hüseyn (ə) hərəkatının qədrini öz sələflərimizdən daha artıq bilirik!"


Bizim hərəkatımızı istiqamətləndirən və bu gün də istiqamətləndirməli olan amil məhz Hüseyn ibn Əlinin (ə) qiyam etdiyi yoldur. Biz bu gün bu quruluşun və onun müdafiəsi yolunda müxtəlif cəbhələrdə şəhidliyə qovuşan şəhidlərimizə agah şəkildə əza saxlayırıq.

Bizim xalqımızın heç bir şübhəsi yoxdur ki, məcburi müharibədə, yaxud düşmənlərlə, münafiqlərlə və kafirlərlə hər hansı bir qarşıdurmada şəhidliyə qovuşan bu şəhid və bu gənc həmin quruluşun yolunun şəhididir, həmin quruluşun və inqilabın müdafiəsi və sütunlarının möhkəmləndirilməsi uğrunda şəhidliyə qovuşmuşdur. Bizim bugünkü şəhidlərimiz çox qərib və tənha qiyam edən, heç kəsin həvəsləndirmədiyi və əksinə, hamının və İslamın görkəmli şəxslərinin çəkindirdiyi Kərbəla şəhidləri ilə fərqlənir. Amma eyni zamanda iman və eşqləri o qədər çox idi ki, gedib qəribcəsinə, məzlumcasına və yalqız şəkildə şəhidliyə qovuşdular.

Kərbəla şəhidləri bütün təbliğat vasitələrinin və cəmiyyətin həvəsləndirdiyi şəhidlərlə fərqlənir. Sözsüz ki, bu şəhid də uca məqamlı şəhiddir, amma o tam fərqlidir.

İmam Hüseynə (ə) eşqin təsiri


Əgər bizim cəmiyyətimizdə İmam Hüseynə (ə) eşq, onun yad olunması, Aşura müsibətlərinin deyilməsi geniş yayılmış olmasaydı, hərəkatın bu zamanda və bu keyfiyyətdə qələbə çalması bəlkə də mümkün olmazdı. Bu, hərəkatın qələbəsində möhtəşəm təsirə malik idi. Bizim Böyük İmamımız Hüseyn ibn Əlinin (ə) qiyam etdiyi məqsəd yolunda bu amildən maksimum istifadə etdi.

İnqilabın məqsədlərinə çatmaq üçün İmam Hüseynin (ə) yolu ilə getmək


Biz yarıyoldayıq. Əgər İmam Hüseynin (ə) sözünü yaşadırıqsa, əgər İmam Hüseynin (ə) adını uca tuturuqsa, əgər bu hərəkatı tarixdə əzəmətli insani hadisə adlandırır və dəyərləndiririksə, bu ondan ötrüdür ki, bu hadisə bizə hərəkət edib irəliləməkdə, İmam Hüseynin (ə) yolu ilə getməkdə və Allahın lütfü ilə o məqsədlərə çatmaqda kömək edəcək. İran xalqı inşallah buna nail olacaq. İmam Hüseynin (ə) adını Allah uca tutmuş və tarixdə Kərbəla hadisəsini saxlamışdır. "Biz uca tuturuq" deməyin mənası bu deyil ki, biz bu işi görürük. Xeyr, bu hadisə dünyanın müxtəlif amillərinin zəiflədib məhv edə bilməyəcəyi qədər çox əzəmətlidir.

Aşura və Bəsic


Cənab təbliğatçılar, vaizlər, din natiqləri və məddahlar unutmasınlar ki, bizim dövrümüzdə Aşura hadisələrinin kamil nümunəsi bu Bəsic üzvləridir, Bəsicin bu uşaqları və gəncləridir. Bu yadınızdan çıxmasın. Onların bəziləri şəhid oldular, bəziləri sağdırlar. Sağ qalanların şəhid olmaması şəhadətdən qaçdıqlarına görə deyil. Onlar şəhadətə sarı getdilər, amma şəhadət onlara nəsib olmadı.

Yaddan çıxmasın ki, Aşura və məhərrəm hadisəsi bizim şəhidlərimizlə və bu gün Allahın lütfü ilə bizim cəmiyyətimizdə qoca və gənc şəklində çox olan digər Bəsic üzvlərilə bağlıdır.

Bu təbliğat ayı bizim və sizin qarşımızdadır. Çalışın bu aydan din yolunda və Allah üçün maksimum bəhrələnin.

Zalımların Aşura hadisəsindən qorxması


Bu əzəmətli nemət qəlbləri İslam inancının zəngin mənbəyinə birləşdirir; tarix boyu gördüyü, hakim zalımları Aşuradan qorxutduğu və İmam Hüseynin (ə) nurlu qəbrindən vahiməyə saldığı işi görür. Aşura hadisəsindən və onun şəhidlərindən qorxu Bəni-Üməyyə xəlifələri dövründən başlanmış, bizim dövrümüzə qədər davam etmişdir. Siz onun bir nümunəsini öz inqilabımız zamanı gördünüz. Məhərrəm çatdıqda mürtəce, kafir, əxlaqsız və fəsadlı Pəhləvi quruluşu əlinin bağlandığını və mübariz aşuraçı xalqın əleyhinə bir iş görə bilmədiyini duyurdu. O quruluşun məmurları məhərrəm gələn kimi əslində öz acizliklərinin başlandığını bilirdilər. O mənfur rejimdən qalmış sənədlərdə məhərrəm ayı gələrkən onların ciddi şəkildə əl-ayaqlarını itirdiklərini göstərən işarə və hətta açıq qeydlər var. Bizim Böyük İmamımız - o hikmətli, uzaqgörən, dinşünas, dünyaşünas və insanşünas kişi İmam Hüseynin (ə) məqsədlərinə nail olmaq üçün bu hadisədən necə istifadə etməyin yolunu anladı və istifadə etdi.

Bizim Böyük İmamımız məhərrəmi qanın xəncərə qələbə çaldığı bir ay kimi izah etdi, həmin təhlil və məntiqlə məhərrəmin sayəsində qanı xəncərə qalib etdi. Bu, məhərrəm ayı və İmam Hüseyn (ə) xatirəsi məclislərindən ibarət olan nemətin gözəlliklərinin sizin gördüyünüz bir nümunəsidir. Odur ki, həm xalq və həm ruhanilər bu nemətdən istifadə etməlidirlər. Xalqın istifadə etməsi budur ki, Seyyidüş-şühədanın (ə) əzadarlıq məclislərinə könül versinlər, müxtəlif səviyyələrdə bu məclisləri bacardıqları qədər artırsınlar. Xalq ixlasla və bəhrələnmək məqsədilə Hüseyn (ə) əzadarlığı məclislərində iştirak etsinlər, vaxt keçirmək üçün, yaxud avam formada yalnız axirət savabı əldə etmək və bu axirət savabının haradan gəldiyini bilmədən yox.

Şübhəsiz, sözügedən məclislərdə iştirak etməyin axirət savabı var. Lakin əza məclislərinin axirət savabı hansı cəhətinə görədir? Şübhəsiz, bir cəhətə görədir və əgər həmin cəhət olmasa, savab da yoxdur. Bəzi insanlar buna diqqət yetirmirlər.

Hamı bu məclislərdə iştirak etsin, əza məclislərinin qədrini bilsin, bu məclislərdən istifadə etsin, bu məclisləri ruhən və ürəkdən özləri ilə Hüseyn ibn Əli (ə), Peyğəmbər (s) ailəsi, İslamın və Quranın ruhu ilə əlaqələrini daha da möhkəmlətmək və rabitə yaratmaq üçün vasitə etsinlər. Bu, xalqa aid olan vəzifələrdəndir.


"Düşmənin məkri və hiyləsi qurtaran deyil!"


Bu məclislərdə bu məqamı da xatırlatmaq lazımdır: Biz bu gün Allahın lütfü ilə siyasi baxımdan güc mövqeyində, düşmən - yəni hegemonluq isə zəif mövqedə olsa da, bu, düşmənin məkr və hiyləsinin bitməsi demək deyil.

“(Ey Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqlar“. Sözsüz ki, “De: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!“ fikrinə əsasən, haqq cinahı düşmənin istəyinə təslim olmayacaq. Lakin hər halda düşmənin xislətini tanımaq lazımdır. Biz düşmənin məkrini bir an da unutmamalıyıq. Bu məqamı xalqa demək lazımdır. Biz bu gün qüvvəliyik, düşmən və beynəlxalq hegemonluq isə zəifdir.


Səkkizinci fəsil: Məhərrəm və İslam dünyasının oyanışı

Bütün müsəlmanlar arasında İmam Hüseynin (ə) məqamı


İmam Hüseynin (ə) və Əmirəl-mömininin (ə) yalnız Şiəyə məxsus olmadığına, bütün müsəlmanların onlara və bu pak məqbərələrə hörmət göstərdiyinə və dəyər tanıdığına görə mömin müsəlman üçün dözüləsi və qəbulediləsi deyil ki, gəlib Kərbəla xeyməgahına tank, top və silahlı qüvvə yeritsinlər, yaxud Əmirəl-mömininin (ə) pak günbəzinə hörmətsizlik edib, güllə vursunlar. Bunlar çox əhəmiyyətli məsələlərdir.

Dünya - Hüseyn ibn Əli (ə) məktəbinin təşnəsi


Bu gün dünya həqiqət təşnəsidir. Bu bir ruhaninin, yaxud İslam təəssübkeşinin sözü deyil, illərlə Qərb mədəniyyəti ilə rabitədə olan, get-gəl edən və hətta ona qarşı xoş niyyətdə olan şəxslərin sözüdür. Onlar deyirlər ki, bu gün Qərb dünyası yuxarı səviyyələrdə İslamın təşnəsidir. Yuxarı səviyyələr nə deməkdir? Filan avam və məlumatsız camaat, yaxud fərz edin maraqları ciddi şəkildə irəli sürülən qruplar, misal üçün, hakimlər, dövlət adamları, biznesmenlər, milyarderlər, hegemonlar, Qərb mədəniyyətinin və Qərb cəmiyyətlərinin key və gec duyan hissələridir? Alimlər, mütəfəkkirlər, vicdanlı insanlar, ziyalılar və gənclər Qərb cəmiyyətlərinin yuxarı səviyyələridir. Bu yuxarı səviyyələr bu gün onları həyatın minlərlə real problemindən xilas edə bilən məktəbin və həyat dərsinin təşnəsidirlər. Həyatın bu problemlərinin çoxu real problemlər deyil. Real problem psixoloji dincliyin və ruhi sabitliyin olmaması, tənhalıq, depressiya və ruhi sarsıntıdır. Bunlar bəşərin real problemləridir. Bunlar sərvətin və şöhrətin zirvəsində duran bir adamı intihara vadar edir. Gənc, pullu və maddi imkanlıdır, lakin intihar edir. Nə üçün? Dərdi nədir? Pulsuzluqdan, fiziki və cinsi ləzzət imkanlarının olmamasından daha çətin dərd nədir? Bu gün dünyanın maddi cəmiyyətlərinin və Qərb sivilizasiyasının yaxasını tutan dərd hüzursuzluq, aramlığın olmaması, ruhi dayağın olmaması, insanlar arasında ünsiyyətin və bağlılığın olmaması, qürbət və qırıqlıq hissidir.

Zəngin Aşura mənbəyi dünya xalqının gözü qarşısında


Cəmiyyətlərin bu dərdləri daha artıq duyan yuxarı səviyyələri gözlərini bir qurtuluş əlinin gəlib onları bu haldan xilas edəcəyinə dikmişlər.

Məlumatın olduğu yerlərdə gözlər İslama dikilmişdir. Düzdür, bəzilərinin məlumatı yoxdur və İslamı tanımırlar. Lakin İslama təmayül şəraiti mövcuddur. İslamı tanıyanlar məhz onun üzərində təkidlə dayanırlar. Bizim özümüzün iranlı mütəfəkkirlərimizin biri demişdi - mən eşitdim o şəxs Allahın rəhmətinə getmişdir - ki, bu gün Qərb Şeyx Ənsari və Molla Sədra kimi şəxsiyyətlərin axtarışındadır, onların həyatı, mənəviyyatı və dəyərləri bu gün Qərb şəxsiyyətlərinin və qərbli mütəfəkkirlərin diqqətini cəlb edir. Bu həqiqətlərin və dəyərlərin zəngin mənbəyi İslam inancları və ən başda Aşura məsələsidir. Bunların qədrini bilmək lazımdır. Biz indi bu bilgiləri dünya xalqına təqdim etmək istəyirik. Mən burada ötən il bizim dəvətimizi qəbul edib Aşura əzadarlığından təhrifli bir hərəkəti çıxaran bütün şəxslərə təşəkkür etmək və yenə də həmin məsələ üzərində dayanmaq istəyirəm. Mənim əzizlərim! Hüseyn ibn Əliyə (ə) inananlar! Bu gün Hüseyn ibn Əli (ə) dünyanı xilas edə bilər; bu şərtlə ki, təhriflə onun simasını korlamasınlar. Təhrifli və yanlış məfhum və işlərin gözləri və ürəkləri Şəhidlər ağasının mübarək və nurlu simasından yayındırmasına qoymayın, təhriflə mübarizə aparın.


Hüseyn ibn Əlinin (ə) şəhidliyi - İslam hərəkətinin mühərriki


Hüseyn ibn Əlinin (ə) şəhidliyi əsrlər boyu düzgün İslam təfəkkürü istiqamətində hərəkətin həqiqətən mühərriki olmuşdur. Hər bir azadlıq carçısı, Allah yolunun hər bir mücahidi və təhlükə meydanına atılmaq istəyən hər bir şəxs bu hadisədən ilham almış, onu özünün ruhi və mənəvi dayağına çevirmişdir. Bizim inqilabımızda bu açıq-aydın görünürdü. Bəlli deyil ki, bizdə bu hadisə olmasaydı, bu mərəkədə nə edə bilərdik. Aşura macərasına və Seyyidüş-şühədanın (ə) mücahidliyinə əsaslanmağın bizim inqilabımızın vəziyyətində hansı təsirə malik olmasının özü geniş və dərin araşdırmaya ehtiyaclı bir mövzudur. İnsan bu məsələyə diqqət yetirdikdə o hadisənin təsirinin əzəmətindən dəhşətə düşür və fikirləşir ki, ondan məhrum olan insanlar bu boşluğu necə doldura bilərlər.

Mütəfəkkirlərin İmam Hüseyn (ə) qarşısında kiçilməsi


Bu gün beş əsrdən, on əsrdən artıqdır ki, İslamın və sizin Hüseyn ibn Əliniz (ə) dünyada tanınmışdır. Bu gün vəziyyət elədir ki, mütəfəkkirlər, ziyalılar və qərəzsiz insanlar İslam tarixini mütaliə edərkən İmam Hüseynin (ə) hadisəsini gördükdə ona təzim edirlər. İslamdan baş açmayanlar, lakin azadlıq, ədalət, izzət, ucalıq məfhumlarını və uca insani dəyərləri anlayanlar bu baxışla baxırlar. İmam Hüseyn (ə) azadlıq istəyində, ədalət istəyində, pisliklərlə və çirkinliklərlə mübarizədə, cəhalətlə və insan xarlığı ilə mübarizədə onların imamıdır.

Hüseyn (ə) məktəbinin dərsləri


Bu gün Fələstin məsələsində həlledici amil Hüseyn (ə) dərsidir. İndi Fələstin torpaqları daxilində bu xalqı xilas edəcək yeganə amil qarşıda tutduqları yol, yəni İntifazə (qiyam və mübarizə) yoludur. İntifazə sionizm rejimini çıxılmaz vəziyyətə sala bilər; necə ki, indi müəyyən həddə buna nail olmuşdur. Əgər bu davam etdirilsə, yeganə yoldur və başqa heç bir yol yoxdur. Məhərrəm günlərində Fələstinin adını, xatirəsini, Fələstin mücahidliklərini və sionizm rejiminin son günlərdəki qəribə cinayətlərini canlandırın. Bu iş İmam Hüseyn (ə) hərəkəti istiqamətində olan bir işdir. Bu gün təəssüf ki, İslam dünyası öz vəzifəsinə ümumiyyətlə əməl etmir. Bu gün İslam dünyasının başçıları elə şəxslərdir ki, tarix onların hər birini pis sözlərlə yad edəcək. Əgər onlar öz xalqlarını azad buraxıb, Fələstinə qarşı hisslərini bildirməyə imkan versələr, İslam dünyası təlatümə gələr. Xalqların ürəyi Fələstin məsələsinə görə qanla dolmuşdur. Lakin dünya başçıları qoymurlar, onları saxlamışlar. Allah yanında və tarixdə bu rəhbərlərdən hesab sorulacaqdır.

Məhərrəm və Fələstin xatirəsi


Siz əziz dostlar və məhərrəmlə işləyən, məhərrəmdən əslində bir maarifləndirmə tribunası kimi istifadə edən bütün şəxslər xalqı məlumatlandırmalı və bu mühüm fürsətdə fələstinli qardaşlarının hüququnun tapdanmasına imkan verməməlidirlər. Bu cinayətləri xalqa deyin. Dünyada bəziləri Fələstinin unudulmasını və fələstinlilərin bugünkü rəftarının şübhə altına düşməsini istəyirlər. Mən bilmirəm ki, bu işin nə faydası var və nə iş görürlər. Bütün faydalar buradadır. Əgər Fələstin xalqının həqiqətən öz azadlığını əldə etməsi lazımdırsa, bundan başqa yol yoxdur. Mən dünən televizorda oğlu ilə vidalaşan ananı gördüm, ürəyim çox kədərləndi; həm çox kədərləndi, həm də ümidlə doldu. Kədər ona görədir ki, insan İslam dünyasının necə dəyərli gövhərlərinin olduğunu və onları tanımadığını görür. O ana deyirdi ki, əgər bunun kimi yüz oğlum olsaydı, hamısını bu yolda verərdim. İslam dünyası bunları tanımır və bu dəyərli gövhərlərin qədrinin bilmir. Bu böyük qüssədir. Ümid isə ona görədir ki, xalqın bu ruhiyyəsi və şücaəti var. O ana və oğul televiziya qarşısına çıxırlar, bir-biri ilə vidalaşırlar və bu ana bilir ki, övladı gedib iki saatdan sonra ölməlidir; yəni bu rəna gənci döyüş meydanına göndərir. Bu xalq yaşamağa və qələbə çalmağa layiqdir. Bunları xalqa deyin, izah edin, dəlil göstərin; özü də güclü dəlillər. Elə güclü və möhkəm şəkildə izah etməlisiniz ki, bəzi şeytansifətlər dövrümüzün ən aydın məsələsini - yəni Fələstin xalqını müdafiə etmənin və sionizm rejimi ilə mübarizə aparmağın vacibliyini şübhə altına sala bilməsinlər.

Mündəricat




Birinci fəsil: Məhərrəm mehi 3

Aşuranın mübarək mehi 3

Məhərrəm ayının əhəmiyyəti 3

Böyük qəhrəmanlıq 4

Böyük və üzücü faciə 4

Məhərrəm ayına diqqət 5

Məhərrəm - Allah yolunda mücahidliyin öyrədildiyi ay 6

Məhərrəm - fədakarlıq və şəhadət ayı 7

“Biz məhərrəmin nəticələrini öz həyatımızda görürük!” 7

Məhərrəmi anmaq 8

Məhərrəmin və novruz bayramının yanaşı olması 9

İslamın yaşaması və məhərrəm 10

İkinci fəsil: Məhərrəm və təbliğat 11

Təbliğat peşəsinin şərəfliliyi 11

İki növ təbliğ 12

Sözün təsirinin və məna genişliyinin dərki 13

Təbliğatda yaradıcılıqlar və yeniliklər 14

Təbliğatda dinləyicini tanımaq 15

Din təbliğində ruhani və natiqlərin elm səviyyəsinin əhəmiyyəti 16

Növhə oxumaq - yüksəliş yolunda bir addım 17

“Biz öz haqq sözümüzü köhnə üsulla deyə bilmərik!” 17

Haqqın xəncəri və Əlinin (ə) zülfüqarı təbliğatçıların əlində 18

"Moizənin birinci şərti bizim öz nəfsimizin nəsihət almasıdır!" 19

Təbliğatçının məlumat genişliyi 19

Təbliğat işinin böyük şəxsiyyətlərinin təcrübələrindən istifadə etmək 19

Allahın şiə dəvətçilərinə rəhməti 20

“Bu gün bir çox sahələrdə qayda-qanun yoxdur!” 21

İslam həqiqətlərinin bəyanı 21

Təbliğat və məhərrəm 22

Təbliğatçının öz canı ilə hərəkəti 23

İmam Hüseynin (ə) pak qanı və faydalı təbliğatın davamı 24

Minbərin üç sahəsi 24

Minbərin araşdırılmamış təsiri 24

“Bu gün minbər qarşısında yeni bir vəzifəmiz var!” 25

Üçüncü fəsil: Qiyamın zəminləri, fəlsəfəsi və məqsədləri 27

İmamət ərməğanı 27

Daxili azğınlıq 27

Düşmənin planı 28

Geriyə qayıdış 28

Yezidin vasitəsi ilə şahlığın bərpası 29

İmamətlə şahlığın ziddiyyəti 30

Yezidin axmaq gözləntisi 31

Vəzifəni tanımaq 32

Düzgün, əhəmiyyətli və daha əhəmiyyətli olanı tanımaq 34

Haqq iddiaçılarının zülm qarşısında sükutu 34

Hüseyn (ə) hərəkatına iki baxış 35

Hüseyn (ə) qiyamının fəlsəfəsi 35

İmam Hüseynin (ə) birinci məqsədi 37

İslahat İmam Hüseynin (ə) şüarı kimi 38

Din bayraqlarını ucaltmaq 38

Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək 39

Tağut güclərə zərbə vurmaq 39

Haqq və ədalətin bərpası 40

İlahi atributlara hörmət 40

Cəhalət və azğınlıqdan qurtuluş 41

Həqiqətin bəyanı 42

Haqqın batildən ayrılması 43

Ağıl və məntiqi dirçəldən 43

Dördüncü fəsil: Aşura səhabələri 45

İmam Hüseynin (ə) həyatının mərhələləri 45

Aşura - ağıl və cəhalət qoşunlarının qarşılaşdığı səhnə 48

Hərəkətin əvvəlindən şəhadətə qədər mütləq təslimçilik və bəndəlik 48

İmam Hüseynin (ə) dostlarının mənəvi mübarizəsi 49

Hüseyn (ə) hərəkatında aparıcı şəxslərin rolu 50

İmam Hüseynin (ə) gözəl dözümü 51

Hüseyn (ə) dözümü 51

Aşura və insanların duyğuları 52

Həzrət Əbülfəzl Abbasın agahlığı və vəfadarlığı 53

Kərbəla qəhrəmanlığı və gənc 54

Oğulun inamının və atanın əzəmətinin gözəl cilvəsi 55

Aşurada bəla dalğaları 56

Aşura sözünün və bayrağının ucalması 57

Həzrət Zeynəb və İslamın ümumi ruhuna tibbi yardım 58

İmam Hüseynin (ə) qərib mübarizəsi 58

Qərib mübarizənin ən çətin mübarizə olması 59

Vəzifəni yerinə yetirmək 60

Beşinci fəsil: Aşuranın təsir və faydaları 61

Təbliğat fürsəti 61

Şəhidlər ağasının qanının dəyəri 62

Allahın qan sahibi olması 62

Hüseyn (ə) izzəti 62

İzzət yaratmaq 63

Dərsdən üstün ibrətlər 64

Məğlubedilməz xalq 64

Altıncı fəsil: Əzadarlığın fəlsəfəsi 65

Aşura və məhərrəm müsibətini söyləməyin fəziləti 65

Aşuranın cəhətləri 65

İmam Hüseyn (ə) əzadarlığında üç xüsusiyyətə diqqət 67

Əhli-beytə (ə) məhəbbətin artması 67

Hadisə barədə daha aydın məlumat 68

İmanın artması 69

Aşura - Əhli-beytə (ə) sevginin zirvəsi 69

Ənənəvi əzadarlığın əhəmiyyəti 70

Hadisəni söyləməkdən ibarət olan ənənəvi rövzəxanlıq 70

İmama ilk dəfə növhə oxuyan şəxs 71

İmam Hüseynin (ə) xatirəsi neməti 71

Məddahlıqda bilgilər 72

Məddahlıqda şeirdən istifadə məharəti 72

Bəni-Abbasın Seyyidüş-şühədanın (ə) qanından bəhrələnməsi 73

Namaz və Aşura 74

İmam Hüseyn (ə) əzadarlığının təhdidləri 74

Gənclərin beynindəki şübhələri çıxarmaq 75

Əza məclislərinin üç xüsusiyyəti 75

“Aşura hadisəsini zərərli qatqılardan təmizləməliyik!” 76

Aşura hadisəsini şəffaflaşdırmaq 77

Aşura sayəsində düşmən təbliğata qarşı mübarizə 78

Əzadarlıqda bidət 78

Şiənin haqq olduğunu isbat etməkdə məntiqi dəlil 79

Qəribə və səhv bidətlər 80

Qondarma ənənə 81

Məddahlıqda münasib olmayan ahənglər 82

Yeddinci fəsil: Məhərrəm və İslam inqilabı 83

İslam inqilabının kökü 83

İslam inqilabı və Hüseyn (ə) hərəkatı 83

Hüseyn (ə) ruhu sayəsində xalqımızın qiyamı 84

Aşura bizim hərəkatımızın ruhu kimi 84

"İran hərəkatı iki dəfə Aşura məsələsinə düyünləndi!" 85

Siyasət və emosiyanın bağlılığı 85

İki inqilabın müştərək cəhətləri 86

Aşuranın sayəsində 15 Xordad (5 İyun) hərəkatı 86

İmamın Aşura hadisəsindən yararlanması 87

İmam Xomeyninin (ə) dözümü 87

"Biz Hüseyn (ə) hərəkatının qədrini öz sələflərimizdən daha artıq bilirik!" 88

İmam Hüseynə (ə) eşqin təsiri 88

İnqilabın məqsədlərinə çatmaq üçün İmam Hüseynin (ə) yolu ilə getmək 89

Aşura və Bəsic 89

Zalımların Aşura hadisəsindən qorxması 90

"Düşmənin məkri və hiyləsi qurtaran deyil!" 91

Səkkizinci fəsil: Məhərrəm və İslam dünyasının oyanışı 93

Bütün müsəlmanlar arasında İmam Hüseynin (ə) məqamı 93

Dünya - Hüseyn ibn Əli (ə) məktəbinin təşnəsi 93

Zəngin Aşura mənbəyi dünya xalqının gözü qarşısında 94

Hüseyn ibn Əlinin (ə) şəhidliyi - İslam hərəkətinin mühərriki 95

Mütəfəkkirlərin İmam Hüseyn (ə) qarşısında kiçilməsi 95

Hüseyn (ə) məktəbinin dərsləri 96

Məhərrəm və Fələstin xatirəsi 96









Yüklə 336,15 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə