Aşuranin mübarək mehi


Təbliğat işinin böyük şəxsiyyətlərinin təcrübələrindən istifadə etmək



Yüklə 336,15 Kb.
səhifə5/20
tarix04.02.2018
ölçüsü336,15 Kb.
#23915
1   2   3   4   5   6   7   8   9   ...   20

Təbliğat işinin böyük şəxsiyyətlərinin təcrübələrindən istifadə etmək


Allaha şükür olsun ki, möhtərəm cənabların, böyük alimlərin, xüsusən də gənc, həvəskar, mömin və əxlaqlı tələbələrin vücudunda bütün yaxşılıqlar mövcuddur. Həmin təbəqənin bu hərəkatı genişləndirdiyi və o şərafətli hədisdən istifadə edərək səhabələrini bal arısına bənzətdiyi ilk gündə də bu ayə insanın gözü qarşısında canlanırdı: "Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda özünə evlər tik, sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get!". Həqiqətləri sorub xalis balı həqiqət təşnələrinə verirdilər: “İnsanların şəfası ondadır”.

Bu gün də elədir. Bu gün də tələbələr, gənc alimlər və təbliğatçılar bu sənətin müəllimlərinin və böyük şəxsiyyətlərinin təcrübələrindən istifadə edərək öz xurcunlarını möhkəmlətsinlər, Allaha ümidlə, Allah üçün, Allah yolunda və qürbət qəsdi ilə gedib bu həqiqətləri ölkənin hər bir tərəfində, bu ölkənin və dünyanın hər bir yerində münasib dillə bəyan etsinlər.


Allahın şiə dəvətçilərinə rəhməti


Şiəliyi bizim ölkəmizə gətirən və bizi bu həqiqətlərlə tanış edən şəxslərə Allah rəhmət eləsin! Əgər olmasaydı, çox çətin olardı. Allah o dil xəncərlərinə, qələm xəncərlərinə və müxtəlif meydanların xəncərlərinə rəhmət eləsin! Onlar bu həqiqətləri aydınlaşdırıb bizi bu yola çıxara bildilər ki, görək və anlayaq. Çünki bu aydın dəlillər çoxlarının qarşısında var, amma anlamırlar, dərk etmirlər, təəssübkeşlik imkan vermir. Bu baxımdan bizim bəxtimiz gətirib. Biz gözəl nemət olan Əhli-beyt (ə) vilayəti ilə tanış olduğumuza görə gecə-gündüz Allaha şükür etməliyik.

“Bu gün bir çox sahələrdə qayda-qanun yoxdur!”


Təxminən yüz il öncə mərhum Hacı Mirzə Hüseyn Nuri "Rövzəxanların minbərinin birinci və ikinci pilləsinin şərtləri barədə mirvari və mərcan" adlı bir kitab yazdı. O zaman qayğıkeş, aydın və agah olan bir hədisşünas bu fikrə düşdü ki, minbərin birinci və ikinci pilləsinin hər birinin şərtləri var. Bu meydana şərtsiz daxil olmaq olmaz. Bəlkə həmin gün rövzəxanlar və mərsiyəçilər birinci pillədə, vaizlər isə ikinci pillədə otururdular.

O zaman o böyük insan həmin dövrün baxış dairəsini görürdü. Amma bu gün siz daha geniş bir dairəni görürsünüz və ona əməl edə bilərsiniz. Kim icazəli formada minbərə getsin və bu işə nəzarət edən cəmiyyət tərəfindən qəbul olunsun? Nə desin? Harada və nə zaman desin? Bu, mətləb yazıb onun-bunun əlinə vermək deyil. Digər müsəlman ölkələrində belədir; dövlət məmurları bir şeyi yazıb cümə imamına verir və deyirlər ki, bunu oxu. Xeyr, təfəkkür, mütaliə, araşdırma, sənətin müəllimlərindən və bu sahənin korifeylərindən istifadə etmək lazımdır. Bəzi meyarlara əsasən, münasib danışmaq, düzgün oxumaq, islah etmək məqsədi ilə oxumaq və demək işi də baş tutmalıdır.


İslam həqiqətlərinin bəyanı


Hüseyn ibn Əlinin (ə) öz cihadı ilə İslamı diriltdiyi kimi - İslam həqiqətən Hüseyn ibn Əlinin (ə) qanı və qiyamı ilə dirilib azad olmuşdur - bu gün də siz o həzrətin xatirəsi, adı və minbəri ilə İslam həqiqətlərini bəyan edin, Quranı və Hüseyni (ə) tanıtdırın, Nəhcül-bəlağəni xalqa oxuyun, İslam həqiqətləri, o cümlədən bu gün haqq hökumətində, yəni İslam Respublikasının Əli (ə), vilayət və Peyğəmbər (s) quruluşunda təcəssüm olunan bu mübarək həqiqəti xalqa bəyan edin. Bu ən üstün İslam təlimlərindəndir. Elə bilməsinlər ki, bu gün bu məmləkətdə yaranmış İslam hakimiyyətindən üz çevirib ona etinasızlıq göstərməklə İslamı izah etmək olar. Bizim siz əzizlərə tövsiyəmiz budur.

Təbliğat və məhərrəm


İkinci mövzu məhərrəm və təbliğat mövzusudur. Dinin əsası Aşura ilə bağlanmış və Aşuranın sayəsində qalmışdır. Əgər Hüseyn ibn Əlinin (ə) böyük fədakarlığı olmasaydı - bu fədakarlıq bütün tarixin vicdanını oyatmışdır - elə hicrətin birinci əsrində, yaxud ikinci əsrin ortasında İslamın kitabı bütünlüklə bağlanmışdı. Şübhəsiz belədir. Tarixə müraciət edən və tarixi həqiqətləri nəzərdən keçirən hər bir şəxs bunu təsdiqləyər. O zaman İslam cəmiyyətinin vicdanını oyadan və sonrakılar üçün nümunə və örnək olan məsələ o günə qədər İslamda analoqu olmayan həmin qəribə hadisə idi. Düzdür, ondan sonra çoxlu nümunələr peyda oldu, lakin, onların heç biri orijinala uyğun deyildi. İslam ümməti çoxlu şəhidlər verdi, kütləvi şəhidlər verdi, amma heç biri Aşura hadisəsinə çatmadı. Aşura hadisəsi fədakarlığın zirvəsində qaldı və qiyamətə qədər də qalacaq: “Sənin müsibətli günün kimi bir gün yoxdur, ey Əbu Abdullah!” Biz şiələr bu hadisədən çox bəhrələnmişik. Əlbəttə, şiə olmayanlar da istifadə etmişlər. Bu gün Misirdə "Rəs əl-Hüseyn" məscidi (o həzrətin müqəddəs başının dəfn olunduğu güman edilən yer) Misirin əhlibeytsevər xalqının hisslərinin cəm olduğu yerdir. Misir xalqı yaxşı bir xalqdır. O ölkənin rejimi və hökuməti ilə işimiz yoxdur, xalq Əhli-beyti (ə) sevir. Dünyanın hər yerində bu hadisədən təsirlənirlər, lakin Şiə bu hadisədən möhtəşəm şəkildə istifadə etmişdir. Biz dini bu hadisənin vasitəsi ilə qorumuşuq, hökmləri xalqa bəyan etmişik, xalqın hisslərini dinin və imanın xidmətinə yönəltmişik. "Biz" dedikdə ötən bir neçə əsrin ruhani və təbliğatçılarını nəzərdə tuturuq. Kərbəla hadisəsinin son əzəmətli faydası bizim möhtəşəm inqilabımızdır. Əgər Kərbəla hadisəsi və ondan örnək götürmək olmasaydı, bu inqilab qələbə çalmazdı. Bunu “qanın qılınca qələbə çaldığı ay” adlandıran Böyük İmamımız məhərrəmdən istifadə edib bu xətti və bu dərsi təlim etdi. Müharibəyə də getsəniz, budur.

Təbliğatçının öz canı ilə hərəkəti


Təbliğatçı öz dili, qəlbi, canı, ruhu, iradəsi və aydın baxışı ilə hərəkət edir.

İndi cənab Buşəhrinin çox gözəl formada dediyi çərçivə bizim tərəfimizdən məqbuldur. Təbliğatçılar bu üsulla, bu tərzlə, bu ruhiyyə ilə, bu məqsədlə öz ilahi hərəkətlərini davam etdirməlidirlər. İnqilab da belə qələbə çaldı. Siz gənclərin çoxu o günləri görməmisiniz. O zaman da din təbliğatçıları – həmin namsız-nişansız, iddiasız tələbələr gedib İslam dünyasını, ölkəni, kəndləri, şəhərləri, məscidləri, məhəllələri, evlərin daxilini işıqlandırdılar. Haraya getdilərsə, bütün bu şüaların mərkəzi olan Böyük İmamımızın - onun özü də İmam Hüseynin (ə) işıqlı günəşinin bir şöləsi idi - işıqlı şöləsindən bir çıraq yandırıb hər yeri nura boyadılar. Ürəklər işıqlandıqda, canlar oyandıqda bədənlər və dillər hərəkətə başlayır və iradələr işləyir. Bu gün də belədir, sabah da belə olacaq. Lakin hər bir dövrdə din təbliğatçısının hünəri budur ki, tərəf-müqabilini onun ehtiyacı olan məsələ ilə tanış etsin. Odur ki, dövrün ehtiyacını bilmək lazımdır.



Yüklə 336,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə