Atalar deyir



Yüklə 227,1 Kb.
səhifə1/3
tarix25.06.2018
ölçüsü227,1 Kb.
#51897
  1   2   3

Işləyən-Bey Hadi Atalar Deyir-Atalarsözü Turuz-Tebriz-2012

ATALAR DEYIR

Atalarsözü

Işləyən:Bey Hadi

Turuz-Tebriz-2012

Atalarsözü

Atasözləri-Deyimlər Toplusu

ac aca gün verməz, gönü gönüyə nə verməz.(könükmək. könmək: sevmək). (gönü: məhbub)

ac acı dalayar, tox toxu yalayar.

ac it, ocaq sökər. (ac it fırın yıxar).

ac toxdan nə gözləməz, tox toxdan nə söyləməz. (söyləməz: tə'rifləməz).

acatıq cocuq hırsız, döğülən cocuq, arsız olur. (acatıq : ac saxlanılan).

acın yuxusu, çörək xurcunu.

acından qarnı gurlar, başında nələr oylar. (oylar: düşunər).

acla ac dalaşar, ortada dilənçi doğar, toxla tox yalaşar, ortada yalançı doğar. (yalançı: yaltaq).

acla ac dalaşar, toxla tox yalaşar.

acla ac poxlu, toxla tox toxlu.

acun eldən dosd olmaz, öcü qalsa, dinc almaz (acun: yağun. düşman) (öcü: kini)

açıq göz, ışıqsız, açıq ağız, paysız qalmaz. (kişi öz gücünə, biliyinə, biləyinə inanmalıdı).

açıq gözlü, kor olmaz, aslaq qulaq kar olmaz.

açıq yarıya, qurd düşməz.

açılan əllərə, nisgilli ürəklərə, yol çəkən gözlərə, quru qalan göllərə, yağıt yağış, yağdır yağış (yağış: yağmur. rəhmət).

adam var pulu tapır, pulda var adamı tapır.

adı tutulmayır meşədə, küsmüş ayı meşədən

ağacsız, orman olmaz.

ağasız yeri, domuz sürər.

ağbirçəksiz ev, karvansız yol olmasın.

ağır sular , lam axar.

ağızda yerləşən dildir, acı süycünü bildirir. (süycünü: dadlını. şirini)

ağlamam, toplayaram yaşlarımı, toxlataram damarıma, qan edərəm. (toxlataram: doldoraram).

ağrıq yamanın sağ bilməz, aclıq yamanın tox bilməz.

ağsa qızıl bayraq, doğar qara topraq.(qızıl bayraq: günəş).

ağzı yoxdu dişi var, başımızda işi var. (tapmaca) (daraq).

ağzun açmadan, gözün aç.

axan suda, kir qalmaz.

axar su, yerin tapar.

axsağsız sürü, tapılmaz. (sürü axsaqsız olmaz)

alçaq görüb daşlanma, yüksək görüb, alçalma.

aldadan , almadan inanmaz. (toğlayan, torbalamadan, inanmaz). (bu söz, kişini rialisligə çağırır). kişi aldıya (nəğdə) inanmalıdır, yox aldana (nisyiyə).{aldı: (alınmış). enik (< enmək). movcud.nəğd. (-enik olsa para, əl atıb tutmağa nə var)}. {aldan: (alınan nərsənin alda, qabaqda, irəldə verilən parası). nisyə}.

alışan, aşılarda, aşınarda.

altı dolu, gumbuldar (altı dolu, uca danışar)

altı dolu, uca danışar. (altı dolu, gumbuldar)

altın qılıc, dəmir qapı açar.

altını odda sına, kişini işdə.

altmışında əkən, yetmişində yemiş (alma).

amaca çatmaq üçün, yamac keçməli.

ana dilin danan ''öksüz'' olar. (ata anasın itirən soysuz).

anası çıxan ağacı, qızı budaq-budaq gəzər!

anası çıxar yamacdan, qızı dırmaşar ağacdan

anası tökəni, balası yığar (qız anasından öyrənər).

anası tökər, balası yığar. (bu söz ana ilə balanın tzm əməkdaşlığın bildirir.) (bu söz iki kişini birbirinə uymağı bəlgitir). (ananın qılığın, ülgüsün, qızı yiyələnər).

anası tökər, balası yığar. 6anası tökər, balası yığar

arağın necə olduğun içən bilər, nə olduğun çəkən.

arayan çatar, ölülər yatar!. (çalışmaq, dirilik bəlgəsidir, yatmaq, ölülük imgəsidir).

arxalaşan, yov qaytar. (arxalaşan, yov qaytarar). (yov: yoğ. yağu. düşman). (arxalaşmaq: müttəfiq olmaq. (birağız olan düşman dəf edər).

arı görməmiş, bal olmaz, nazdan əksik, yar olmaz.

arif olan işarədən söz qanar (ərgin olan qaşdan anlar (bilər) işini)

arpa əkən, buğda güdməz.

arslanıda alçov bilə yeydilər (yendilər: məğlub etdilər). (alçov: aldağ. kələk).

arvada toy, kişiyə tor.

asda danış, usda ged.

asılan qulaq, baş asdırmaz. (qulaq asanın, başı sağ qalar). (qulaq asmaq: söz eşitmək.). {eşidən qulağ (eşitdiyin doğruca açıqlamış, qavramış kişi), başın dardan qurtarar, başın dara verməz.}. (qulaq asmaz, asıtdı baş) (asmaz qulaq , asıdar baş)

aşa aşa aşınar, daşa daşa daşınar.

aşa aşa aşındıq, daşa daşa daşındıq. (bizdə yaşı belə sürdük).

aşı yox oruc tutur, işi yox, namaz oxur.

aşıq sevdiyinə, göz gördüyünə inanar.

aşıq toyda, xoca gorda.

aşıqın ''hayı'', xocanın ''vayı''.

at gözündən yaşqanı, girdir başın oldağlara, görgilən keçmişləri gəlcək günə yordav qıl. . (yaşqa: tutu. pərdə) (oldağlara: olanlara. veqeiyyətlərə). (yordav: yoldav. çara . olçat. çıxış (yolu). tədbir.)

ata ana qayqusudur, ev eşik, uşaqların qayquşudur oy deşik(qayquşudur: fikr zikridir .məşquliyyətidir).

ata düşmanı, dosd olmaz.

ata yaxşı bax, öküzüdə unutma.

ataların söziylə, Türkün tatlı diliylə, yol yürüyən yorulmaz!

Ataların sözüdür, deyərlər: “Yük əyiləndə daşı da yerindən-yurdundan eylər”. Anlamını bilməyənlər üçün deyim, bilsinlər: hansısa daşqaçı* heyvanın belinə çatılan yükün dəngəsi(tarazlığı) pozulanda, yükün əyilən yüngül tayına bir daş qoyub dəngəni düzəldərlər, gəlib uğrağa(mənzilbaşına) çatdıqları yerdə isə daşı götürüb atarlar qırağa, daş da beləcə yerindən-yurdundan ayrı düşər.

atalarsözü, dosları, dosda eşir, düşmanın bağrın deşir.

atası kəsir, bala baltalır (birbirindən kopoyğludurlar).

atı, arıyanda gör!, eydi, qarıyanda gör!. . (arıyanda: yorulanda). (gör: Gözətlə. bax. baxmaçılıq ed.). (eydi: eyidi. iyidi. iğidi. igidi.).

atıb gedincə, əkib ged.

atlı olan, altda qalmaz. (yaraqlı ol, işi apar).

avçı bilər alları, ayı bilər yolları!.



avçı bilir alları, ayı bilir yolları. (avçı bilir alların, ayıda bilir yolların).

avçı bilir alların, ayıda bilir yolların.

ayaq, qorxaqa, qaçqu yaraq, alqara durqu yaraq. (ayaq, qorxaq üçün, qaçmağa yarar, qormaza durmaq üçün yarar).

ayran! ayran! ayran! ayrandan için, somusuz, çörəksiz doyuran.

ayrılan, yolda, bölünən, dalda qalmış.

ayrılıqlardan, canım, söz edmiyək, titrədir köksüm, üzür candan ürək.

ayrılmasın parayla güc,inamdan!.(yoğuş: munacat)

azι yetik, çoxu itik, yeyənlər! (yetik: fayda). (itik: zərər)(azι karar, çoxu zarar, yeyənlər!).

bağlı ağız, ac qalar.

baxcalar barı, heyvası narı, hamı dinsədə, dinmə sən barı.

baxma adam oğlunun uyruğuna, tanıyanmazsın, basmadıqca quyruğuna. (-uyruğuna: uyqalığına. mədəniliyinə)

baxma eloğlunun uyruğuna, bilinməz, basmadan quyruğuna. (uyruğna: üzü yolalığına. uyqarlığına. mədəniliyinə).

baxtın taxdı satılmaz.

bala görənin qılar, ata bilənin.

balalı evdə sır yatmaz, oğurluq yerdə, mal qalmaz. (oğurluq yerdə: oğurluq olan yerdə yerdə).

balasın gördün, atasın sorma (balanı tanıdınsa, atasın tanımışsın)(bu söz, kişini, oğul, uşaq eğitiminə çağırır).

baldan dadlı, duzdan çor (iti).

balıq başdan şişər, yox quyruğundan, yaluğ başdan qoxar, yox qursağundan. (yaluğ: kişi) (kişi başdan azar, yeməyindən, qarnından yox). (kişilik ölümü başdan olur).

balşı düşününcə, əlli bitirmiş işi.

barın qalı, bir qalıta qapqarma. (barın: tamam). (qalı: malı). (qalıta: çuvala).( qapqarma: doldurma). (yumurtanıı bir səbətə, yığmazlar).

basmadan yuxu, yerivi sal.

baş çanağı boş qalmasın beyindən, qaraş olsa, güldə bitər peyindən. (qaraş: baxım. muvazibət. muraqibət). (peyin: pisgil).

baş düşünər, könül inanar!. (kişini iki yol ayratır. (ayrıdır, ayrı, aralı salır, fərqləndirir). düşünüb inanma, inanıb düşünmə.(1. düşünürsən, inanma, inandınsa, düşünmə). (1.düşünüb inanma, inanıb düşünmə). (düşünürsə inanmır, inanırsa, düşünmür). (düşüncənin sonu, inancdır!. (sonu: ölümü). (inancdır: inanmaqdır). (düşünəndə inanc qalmaz, inanmışsa, düşünc almaz. .(düşünc almaz: oylanmaz. fikirləşməz). düşünən inanc almaz. (inanc almaz: inanmaz). düşünən kişi, inanmamış, inanclar, düşüncəyə qalmamış. (inanmağa (inanmaq üçün) düşünməyə gərək deyir.).

baş var düşür dara, başda var çəkilir dara.

başa donduran, başa gəlməsin!.(başa donduran: başı tanğıdan, heyran qoyan. ağlı mat qoyan).

başa gəlməz, başa gəlməsin!.(başa gəlməz: ağla gəlməz).

başdan keçməz, başa gəlməsin!.(başdan keçməz: xiyala gəlməz. ağla sığmaz).

başın başı, başın da başı vardır

başın geçməz yerə, burnuvu soxma.

başın olsa, alarsan, içdən içə dalarsan, evdə yalnız duranda,.

başqalarına sayqı öğrətməkdənsə, kəndi kəndimizə sayqı duyalım!.

başla ürək birləşir, sevincdən, güvən yaradır. (başla ürək: ağıl ilə könül). sevincsiz güvənc, uymallıqdır, uymalıqdır (koruna, qanmazın uymaq, təqlid edməkdir).

başlayan almış, başlamıyan qalmış (tutunan gedmiş, tutunmayan batmış). (başlanan almış, daşlanan qalmış) (başlanan: uslanan. ağla gələn. ağıllanan. ). (daşlanan: daşa dönən).

başlı ara, söz dinlə, dibsiz bulsan, söy dinlə! (söy: söyüş).

başsız gövdə boş qalar.

baturun gücü biləyindən, elçinin gücü biliyindən, sözçünü gücü elindəndir.

bayram aşınan, savaş daşınan.

bayram günü aşa ne, savaş günü daşa nə.

bazardan qalan, bir gün qalar, əkişdən qalan, bir il.

bel külük bizdən, tər töküb işləmək sizdən.

beyin boşluğu, könül xoşluğu. (beyni boş, könlü xoş).

beyni boş, könlü xoş. (beyin boşluğu, könül xoşluğu).

beyni qapayan tiryakdur, gözləri açan tiraktur

bəğənmişsən?, bəğəndir!

bəyin çantasındaki, yoxsulun ürəyindədir.

bildiyin edmək, ərginlik (özgürlük) deməkdir.

biləkdə var, ürəkdə var, pulaqda var.

bilən bildiyin dandı, bilməyən, bilməzin yandı. (bilməzin: qəfilcə).



'bilən' bildiyin qılar, 'bilməyən' özgəyə uyar. ('bilən' (başarığı olan), bildiklərin qanıtlar, uyqarıdar (müntəbəq edər, göstərər). ('bilməyən' (kəndi anlamıyan), öğrəşdiklərini (özgələrin öğrətilərini, teorilərini, dediklərini) yansıtar, təkrarlar.)

bilən danışmadı!, bilməyən alışmadı!.

bilən sözüvü ayt (söylə), bilməz sözdən qayt (qayıd).

bilgəli baş, yük olmamış ayağa. (bilgəli :ağıllı.).

bilgəsiz baş, ağır yükmüş ayağa

bilgin yanar, bilməzlərin odunda. (bilməz: qanmaz. cahil).

bilik odu sönürsə, bilməzlərin bayramı!. (bilməz: qanmaz. cahil).

bilik tükənməyən bayluqdur, sınanmasa bayqurur . (bayluq: mə'dən) (tükənməyən: bitməyən) (bayqurmaq: bayağılaşmaq).

biliklərin başilə, igitlərin gücüylə, cocuqların könlüylə, yol yürüyən yorulmaz. (bilənlərin ağlı ilə, igitlərdə olan güc ilə, uşaqlarda olan həvəs, istəklə. yol gedyeriyən armaz).

bilikli baş, biləksiz qalmaz. (bilik: bilim. ilim). (bilək: güc). (işləyirsə baş, gərəyin tapar, bildiyin yapar).

bilikliklə, ululuqluğa dəğirsin!. (bilib, qanmaqla böyüklüyə yetişirsin).

bilməz biri od yaxır, söndürənmir min bilən. (bilməz: qanmaz. cahil).

bilməz dosdan yar olmaz, gəngəşli don dar olmaz. (qanmazdan, dos çıxmaz). (bilməz: qanmaz. cahil).

bilməzin soran, bildiyin edən,apardı. kişi bilmədiklərin sormasac, gaydan gicə dönür, bildiklərin edməsə, gordan gora girir.

bilməzlərin on daşı, bilənlərin bir daşı. (yüz bilməzlə, çox demə, bir bilənlə, bir danış.).(yüz bilməzin yüzdaşı, bir bilənin bir daşı). (yüz bilməzlə, yüz danışmaqdansa, bir bilənlə, bir danış. )

bilməzligə yox çara, seçilməsə ağ qara. (bilməzlik: qanmazlıq. cahillik. cəhalət).

bilməzligin odunu, bilənlərlə daşınar. (bir elin cahilliyi, aydın düşmanları əli ilə artınar).

bilməzliyə tutulmuş, hər gələnə utulmuş. (bilməzlik: qanmazlıq. cahillik. cəhalət).

bincik durar sap üsdə, kişi qalar söz üsdə. (bincik: ardarda sapa mindirilmiş (bindirilmiş. düzülmüş) mıncıq (bıncıq). təsbeh). bu söz, dil savı, kişiliyə təməl (kök) sayır. dilin gücü, kişi onatı (kişinin bərkliyi, tovu, sözündən asılıdır). (onatı: təsdigi. doğruluğu, gücü. )

bir anlıq hirsin basan, yüz il dincin yatar.

bir baş əlində qalmasın iki əl.

bir gözlü elgə barırsan, bir gözüvü qısıb yür.

bir gün dəğər işizə, dadı gələr dişizə.

bir gün gələr,güller gülər, ərkin bilməz, ərkin bilər! (ərk: ixtiyar. güc. qiymət. qədir).

bir qaşıq aşım, qayqısız başım.

bir qığılcım, odunluq yaxar!.

bir orman, tək ağacla simgənir (bəlgənir)

bir orman, tək ağacla simgənir (bəlgənir).

bir sözü!, deyənməsən, hər yanda, deməginən, heç yanda!.

bir tüpürsə nə olar, el tüpürsə göl bolar.

biri görənin qılar, biri bilənin.

biri tülkü, biri quyruğu.

birikən qırxlar, biriklər yıxar.

birlik qazan, bəylik apar.

bitirən otu, gurlatın deyil, yağmasa yağış, ot bitən deyil. (gurlatın: guruldama). (bitirən otu, yağan yağmur, göy gurlayar özü başına).(qulaq doldurmaqla, ağz açıb bağırmaqla, iş yeriməz, peşə bitməz, qarın doymaz. işi işləmək, çörəyi dişləmək gərək).

bitli paxla, kor alıcı gözləyər.

bizimki qaltada, sinzinki ortada. (qalta: ambar).

bizlər ötünlü buta, təki, butun dursun!.(ötünlü: köçəri, keçəri, ölümlü, müvəqqəti duran) (buta: qol. dal. bir bütünə bağlı). (butun : bodun: el. millət)

boşboğazla, pisboğaz, çorqadadan qurtulmaz. (çorqadadan: dərdi bəla).

boşluğ olsun, yoşluq ( xoşluğ) tapılar.

boylanmadan, oylan. (oylan: düşün).

boyluğa toxunar arqaş, arqaşa toxunmazıq boyluq. (toxunmazıq: toxunmaz ki) .

boynu üzük, beyni pük, belin əğdə, yükün yük. (yük: yüklə. çək). (yük yükmək: yük yükləmək. yük çəkmək.).

bozağu danasın, cocuq anasın bulur. (bulur: arayıb tapır). (bu söz,kişini, kəndində olan ilkin, doğru, güclü istəkləri, başqa istəklərdən tanıyıb, önsərməyə çağırır. ).

börü boran güdər, çovğuna təpər. (boran: yelli küləkli, qarışıq alıq, hava). (çovğun: yelli küləkli, qarlı qalıq, hava) (qurd qar yağışı keşinlər, avılqar)

börü sevmiş boranı. (boran: dumanlı hava).

böylə dar tutma, boğursan sözüvü, açılıq, söz yaradır, hər gözələ söz yaraşır.

bu yaşamın, doğal savsalıdır, kişini, üç soruya, qarşaladır. -ölmək, öldürmək, ölümə, özün vermək. (savsalıdır: fəlsəfəsidir).

bulağa varsa, sular dinər, düğünə varsa, yırlar.(kütayaq.pisayaq. ayağı yümlü olmayan. qutsuz. baxsız.). (yırlar: çalçağır).

bulanmayan, durulmaz, çalışmayan, yanılmaz!. (bulanmayan, durulmaz: axdarmayan, açınmaz).(arayışmaq, axdarışmaq, aydınmağın yoludur, yıxılmaqda, yanılmaqda, çalışmanın donudur!.).

buyanın işlərini gördə bitir, oyana qoyma qala görcəyin iş. (buyanın : bu dünyanın.) (oyana: o dünyaya ). (bu dünyada görməli işlərivi çalış gör qutar, öləndən son, görməli işin yox artıq.).

buyruqdursa quluna, dartıb qoyar yoluna. (buyruqdursa: qismətdirsə).

buz olub, suyu danmaq.

can qeydinə qalanın, işi bitməz ağanın.

cansız, yara bilməz, ölüm, çara bilməz

cumaz qutlu, eliz utlu. (ut: şərəf).

çapqır at, ötgür pıçaq.

çaşqın çay, dənizdən qay. (çay:su). (qay: qayar. cayar. çaşar.uzaq düşər. ). (çaşqın çaylar, dənizdən geyin qalar). (geyin qalmaq: dalı qalmaq. umacına, məqsədinə çatmamaq). (azıq su, dənizə varmaz). (sapıq yol, doğru amaca varmaz). (sapıq yol, doğru amac qazanmaz).



çaşma hər dən!, nəyi gördün. oxşadıb da deyəsən ''can'', budur ol, hər nəyin, öz adı var, uz adı var, doğrusun, öz adını söyləgilən.

çatın hara, çatağ ora: məqsəd hara, mənzil ora.

çəkələn kişi seşmiyə düşər. (çəkələn: çox axdaran). çox axdaran, küllüyə düşər. (qurdcalıyan, küllüyə düşər).

çəkin bilən, könüldə durar. (davranışda ortalığı tutan, könüllərdə yer tutar). (bu söz, kimsəni alçaqkönüllüyə, yavaş olmağa çağrıda deyilir).

çiğin unudan, dərin yatar. (çiğin: dərdin).

çin söylə, çin dinlə. (doğur söylə, doğur dinlə). (çin: təmiz. doğur).

çivi itdi, taka getdi, taka getdi, at getdi, at getdi, atlı getdi, atlı getdi, dil getdi, dil getdi, el getdi. (dil: düşman casut).

çoban nədir, təsbeh nə.

çobansız qoy, börüyə yem.

çocuq anadan yetim qalar! (yetim: pişmiş. yetik. ( < yetmək). yetli. yetil. kamil. olqun. varqın. dəymiş. ) (yetim qalar: yetim durar. yetik olar. kamilləşər). (öğrəşdiyimiz toplum durumuna görə, cocuğun əkdisi (tərbiyəti), eğitimi, ilkin anasından asılıdır).

çox danışan, az eşidər.



çox deyən yanılar, adın bilənçi qoyar.

çox, çoxa axar. (toxlu toxu toxdadar).

çolağ ulağ, uzun gedməz. (yol daşlağ, ulağ çolağ). (ulağ: yetmə, gedmə, çatma üçün hər çeşit arac).

dadlı dada dadanma, acısı olmaz, inanma!. (bu söz, yaşamın öytgəliyin (dəğişgəliyin) bildirir. yaşamın acı dadlısına, qolay çoruna, eni yoxuna, olar olmazına oyaq qalmasın tavçalır (vurqulur, tovsiyə edir, tapşırır.)

dadlı su, daşdan çıxar, yaxşı söz başdan.

dağlara çıxmayan, uzaqları görənməz.

damda gəzən keçidən, çamda gəzən oğlaği. (elə babadan, belə atadan, belə bala, böylə bəla).

damı saxlayan dirəkdir, eli saxlayan tıraktur.

dan yeməyin yükünlət, şam yeməyin yüngüllət. (yükünlət. ağırlat. yüklət).

danışan, dağı aşdı, danışmayan, yolu çaşdı. (danışan: savlaşan. məşvərət edən).

danqalıq dingəlik . (təklik dinclik). (təhlik dişlik). (azacıq aşım, ağrımaz başım).

dara çıxmaq, yol açmaz. dar yıxılsa, asılmaz.

darı (darıq) göz çıxarar (kiçikliynə, azlığınaqarşın, etgili, güclü olan).

darıxmadan baxınca, tünlükdə, ay görünər.( tünlükdə: damda olan tüstülük, baca)

dartğın könül buldunsa, dartın onu alasın. (dartın: çalış). (dartğın: tutqun). (dartğın könül buldunsa, dartın onu açasan). (tutqun könüllü kimsəyə ucradın, rasladınsa, çalış onu kövrəsən, boşaldasan, yoğşadasan).

dartıq olsa sağa, sola, təlbələnər, düşməz yola. (dartıq: əğim. . çəkiş. kişiş). (təlbələnər: səndələnər. dəngəsin əldən verər).

daş bilən vurduğuvu, aş bilən vur.

daş qazanda, aş pişər. (dışı daş, içi yaş). (yol yorağı bilsə kişi, daş durumda, görər işi.). (yol yorağın tapa bilsən, bərk çətin, güc ortamdada, qolaylıq yarada bilirsin).

daş qızar, aş pişər, hər nə, yoluna düşər. (hər nəyin yolu var, geniş otaq, yolu dar). (birdə bu deyim, kişini, iş içində dözümə, tələsməməyə çağırır).

daş olursun, qırıq könül yapırsın, olda topraq , qızıl güllər saçırsın!.

daş yəşərməz, keçirsədə yaz, olda topraq qoxur güllər saç!.

daşa söykən, başla öğrən. (öğrən: örgən). (hər işdə bilik, yaraq gərəkir).

daşçılıqla, başçılıq olmaz, çomaqilə, çobanlıq . (daşçılıqla: hər gələnə daş atmaqla).

daşla könül yaşamış, daşdan könül patlamış.

dayağdan qurtulub, toxmağa tutulma.

demişlər ki ormandan gələr odun, götürməzlər ki ormanə odun.

dəli dəli görüncə, sobasın saxlar. (saxlar: işlətməz. gizlədər) (soba: dəğənək) (əş netəlikdə olan iki kişi, birbirinə qarşı durmaqdan çəkinər).

dəlinin gücünə bax, başına yox.

dəmir islanmaz, dəli uslanmaz. (uslanmaz: ağıllanmaz).

dəmir tavında, iş çağında.

dəmiri, dəmir yumşatar.

dəmiri, tavında bas.

dərin sular , dinc axar.

dərviş dərvişi təggədə, hacı hacını məggədə bulur.

dəvənin dizi, yağının gözü.(yağı: düşman) (dəvəni dizindən, yağını gözündən vur).

dil getdi, el getdi.

dil ölkənin dirəyi, dil qafanın biləyi, dil ürəgin diləyi, dil yelkənin yeləyi. (dil qafanın biləyi: söz başın gücü). (yeləyi: qanatı).

dil var, ütər qılıcı.

dil!, dilə düşmədən, ələ gəlməz, ələ gəldisə, dildən düşməz.

dil, bilim qolu, dil, bilim qulu. (qulu: qulluqçusu).

dil, din. birin elim qoymaz, birində beyin. (qoymaz: tərk edməz).

dil, düşürsə dildən, dil, yadırqay yiyəsin.

dil, küsürsə dildən, dil, qarğayar yiyəsin.

dil, küsürsə dildən, dil, tanımaz yiyəsin.

dil, utdurar (yem), dil, uçdurar (söz).

dildir, sırlar haçarı, sözdür, könül yaparı.

dilənçi torbası dolmaz, min qapıdan uman doymaz.

dilin gücü, kişi onatı (kişinin bərkliyi, tovu, sözündən asılıdır). (onatı: təsdigi. doğruluğu, gücü.)

dilin yurdsu, könül orun, dillə sözü, könüllə yorun. (yurdsu: yurdu. sevimli yurdu). (orun: yer. könül orun: könüldü yeri).(dillə: dil ilə. -dillə sözü: dil ilə sözü). (yorun: yozun. açıqla).

dillənirsə səs,səslənər dilim.

dilsiz, uluslar solur.

dinlcəlmək qabağdadır, işlədikcə, yaşam dadılır (dad alınır.dadlanır)

dişə aş, işə baş gərək.

dişi kişi, qadın altın, altın alov birbiriylə sınanar. .

doğru aşıvı, əğri başıvı yer (yeyər).

doğru duvar, ucaq çıxar.

doğru əğilər, əğri sınar.

doğru uzar, əğri azar.

doğruyu danan! oğruyu qapan, yalanı danan! doğruya yaman. (qapan: qoruyan).(yaman: dönük. pis. iblis. düşman)

dos alçatmaz, yağu ucatmaz. (yağu: düşman).

dos gözə, yağun (düşman) yerə qaray.

dos xarlamaz, yağu yarqamaz. (yağu: düşman).

dos korğamaz, yağu yarqamaz. (yağu: düşman).

dosdun olursa qarğa, izitdirsə koralqa.{götürdüyü yer daldurum (qozabad ıssız, ucqar yer). (na koca abad)}

doslğun dilin bil, düşmanın dilin öğrən.



dostcanlı olan, dostuna qıymaz. (dostcanlı: dossevər).

döğülən varsa, döğən var, yıxılan varsa!, yıxan var!. (nədənsiz heç nə olmaz, su gəlib nola dolmaz).

dönmə dünə, geridə qaldı, irə yarına, gedən aldı.

döyülürsə qapılar, işi işləyən tapılar!.

dözümün sonu ölümdür.

dul varki dəyər min qιza

durar olsan tanertən, bitər işin, tüşə qalmaz. (tanertən: səhər tezdən). (tüşə: ikindi, gün batana yaxın

duyur, buyur!. (heç yana, öndən bildirmədən, gedmə).( gedilən yerə sayqı duyursansa, yekəxanalıq, özbaşdalıq edmək, qınanır, pis (mənfur) sayılır).

duz kimi acı, bal kimi dadlı.

dügüylə ovlanan quş olur, pulla ovlanan öküz. (dügüylə : dənlə).

dünə dönmə, yarınlara irəli!.

dünə yapılma, indiyə qapılma, yarına satılma. {dündə qalma, indiyə tutulma (indiki durum, olum, biləvi kor etməsin), gəlməmiş, olmamış, olası gələcək ötrə, indivi itirmə. (dünə yapılma: dündə, keçmişdə qurulub, quylanma)}.

dünəni boş ver, bu günü xoş ver, ertin günə pay saxla (ertin: yarın).

dünü boşla, günü xoşla!.

dünü günə bağlamar!, günü tünə, tün ertinlə yarınar!. (bağlamar!: bağlama!. bağlac qılma!)

dünyaya gələn, söz, qalan, söz, aparan söz. (ərdəm başı dil.)

düşünmədən söz demə, hər qızıla köz demə, hər gələnə xoş demə, hər duyanı düz demə, hər söyəni yov demə, hər dadlıya bal demə,

düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız.

düzlük, düz kişinin görküdür. (görküdür: gözəlliyidir).

düzlük, düz kişiyə yaraşır.

düzün toru, hörülü olar.(axmağın işi torsuz, qadasız olmaz).

düzün toruna düşmək.(axmağın (sadə kişinin) toruna düşmək).

el gəldi gəlin görməyə, gəlin getdi təzək dərməyə.

el qaldırar ağır daş, yel qaldırar yenni daş. (yenni: yengi. yüngül). (yenni daşı yel qaldırar, ağır daşı el qaldırar).

el oğrusuz, dağ börüsüz olmaz.

elçi dililən, düğün əlinən, xarman yelinən, topraq belinən (hər nəyin öz gərəci var). (gərəc: uyqun arac).

eldən uman, gorunda bulur. (el: yad.özgə)

elə verir dalqımı, kendi yutar salxımı. (dalqım: üzüm püsgülü).

eli gəzən, el tanır, yolu gəzən, yol tanır.

elin atan, başı, daşdı, dilin satan, qırdıqaçdı!.(qırdıqaç: satqın. saltasız).

elin danmış, 'yolun azmış' demişlər.

elinə gümən, malına qıyar.(elinə gümən: elinə güvənən, elindən görən, güdən. elindən gümanı olan). (qıyar: imsak edməz).

ertələmə gün işin, işi bitirdə şişin. (ertələmə: yarına qoyma) (bağlaqılan gün yeşin, ertələmə gün işin). (yeşin: yeşigin. yükün).

eşidən qulağ, baş ağrıtmaz!(bu kişini, qulağı işə tutmağı, qulaqdan iş çəkməyi öğrədir.)

eşitmək, öğrətir, görmək, biltirir!. (öğrətmək: tansıtmaq. öğrəti, teori olaraq bildirmək.). (görmək: 1. gözlə tanımaq. 2. qılmaq. çalışmaq. ). (bildirmək: qandırıb iç eləmək.) .

ev oğrusu tutulmaz.

evdə odabaşı, çöldə obabaşı.(hər yanda sözü keçən kişiyə söylənir). (hər yanda başına buyruq kimsə).

evdəki sayap, çarşıya çıxmaz, bazar sayabı, evlərə sığmaz. (sayap:sayab: hesab). (çarşı: bazar ). (ev könül yuvasıdır, bazar, alıv satıv).

evi pozuq onqalır, oyu pozuq onqalmaz. (oyu: düşüncәsi).

eyilik dadlı oli, onu yeyən dadanmasa, axmaq oli.

eytinməz at, yügənməsə.

əğilib qoyun oldun, hər nəyə boyun oldun. (qoyun: tabe'. müti').

əğri sınınca, doğru üzülər.

əğri yol, düz gedilməz. (yol əğrisi, düz gedilməz). (əğrisə yol, düz gedilməz). (əğri yolu, düz gedmək olmaz).

əkən arar, qılan tapar.

əki, yağında, işi, çağında . (əkişə yağış, nəmiş gərəkir, işi uyuqun çağında qılmaq görəkir. (görəkir: uyğun görülür, məsləhət görülür).

əklənən qara, yergə çalar!. (əklənən: yapışdırılan). (yergə: yerə). (çalışmalıyıq, qara ləkə yaxışlara, paylaşlara tuş düşmüyək. yalan yüklü, qalıcı olmasada, oldağa, doğruya axsaqlıq gətirər). (yüklü: payalı.müstənəd). (oldağa: vaqeiyyətə). (doğruya: həqiqətə).

əl aşlı, göz yaşlı.

əl götürmə götürəllikdən,ağızlar dadıdır, kişiyə bircə qalan , yaxşılığın soy adıdır.

əl hən deyər, göz yox.

əl işləyib, baş çalışar, ülkər, ülək daşıyar. (ülkər. şans eniştəsi (mələyi)). (ülək. tanrıdan düşən pay. nəsib. qismət. pay. şans).

əl qısarsa, göz qırar (əl yumar, göz tikər). (əlin yumulduğu yerdə, göz sevincindən, yumuğu tikməyə başlar, ta açılmasın, gizli qalsın).

əl salanı, göz talar (salmaq: yıxmaq).

əl toxlar, göz yoxlar (güdər).

əl verər, göz qorxar.

əl verməsə, göz dəğməz ( əl görsətməsə, göz vurulmaz). {(əl: barmaq) barmaq göstərməsə, göz dəğməz)}

əl yığanı, göz görər.

əl yumar, göz tikər. (əl qısarsa, göz qırar).

əl zeyrək oli, göz ürkək. (zeyrək: zirək. çevik. ) (ürkək: qorxaq. )

əlizə barlıq (bərəkət), elizə varlıq.

əllə ayaq tez doyar, gözlə damağ, heç doymaz (doyar: toxlanar. yorular) ( damağ: boğaz)

əndi başın tutmayan, öz yağında qavrular!. (tutmayan: qormayan). (kişi, özlüyün, özgürlüyün düşünməlidir.)(qonşu dadına uman, dadlar içrə, yad qalar).

ərgin olan qaşdan anlar (bilər) işini (arif olan işarədən söz qanar)

əroğlunu qurtaran gözəllik yox, söz olacaq. (söz, savsal. fəlsəfə analamındadır. örnək-sözlü sözlər. birdə söz: dil anlamındadır. divandan. -erdem başı dil. söz hər nəyin eşidilməz, duyulan, qavranan içidir).

əsməyincə yel, urlamaz orman.

ətin olsun, çölmək tapılar. (bu söz kişini, ilkin, hər nəyin içi, özəyi, amacı üzrə düşünməyə çağrır).

gec ertiyə sığmayır, öğrəşməklə yaxcılıq. (öğrənməklə yaxşılıq, ertini yox, gecini yox. (öğrənişlə yaxşılıq, ertə gecin sayılmaz).

gec yakşı, gələn yakşı. (gec olduda, yeğ olsun!). (umarım iyi olacaq). (bu söz, ürək qırmayıb, sağlamaq (təşviq edmək) üçün, gecikən iş konuda söylənir). (kişi olub itənə yox, olur bitənə baxmalıdır). (olub itənə: keçmişə. keçib gedənə). (olur bitənə: baş tutb, üz verənə).

gedəndə, çörək götür, gələndə, ayaq götür. (yola çıxdın, yol gərəclərin unutma, gəlirsənsə, gəlişivi yubatma (gəl qutar). (işlərivi uslu, qeyim yap). (yola çıxdın, yaraqlı , iş başladın, ayaqlı). (ayaqlı: yeyin. iti. əzmli).

gedənlərlə köçməgir, diriklərlə oturqıl!. (köçməgir: köç edmə!). (ölülərə qovuşma, dirilərlə bir qonuş). {ölülərlə, ölmə, dirilərlə, dirik bul (diril!)}.

gerçəklə barış, yalandan küsmə!!.

geriti bırax, eritə yürün. ( geriti bırax, irəli yürü). (geridəkin bırax, yarına yürün).

gələli ağlarıdun, hammı gülər, ele gedki, gedeli ağlayalar.

gəzəgən dura bilməz, gəzməsə, dözə bilməz. (aşıt danılır, sonucu qalır.).(aşıt: adət). (aşıtların, adətlərin, qaçınılmaz, iyili-kötülü sonucları bəklənməlidi). (aşıtların tanımaq, yaşamın tanımaq deməkdir).

gəzəyən,köçə bilməz, gəzməsə dözə bilməz

gəzirsə göydə başın, üzmə yerdən ayağın.

girəli qalma, irəli!. (girəli : girifdar)

görməz olur, başı gora titrəyən, sönməz ışıq, dönməz ilqar istəyən. (bu söz, əroğlunu, kəndi durumun oranlamağa çağrır. (oranlamağa: ölçüb biçməyə).

göy üzünə atan daşın, qaytıb gələr, yarar başın.

göz görəni, baş sezsə, könül çırpar, ayağ çapar, qol çalar!.

göz görəni, baş sezsin!.

göz görər, ürək əsər, baş tələsər!.

gözdən uzağ, içdən azağ

gözdəsiz könül olmasın, başsız ölkə.

gözəldən yar, çirkinden çor əksilməz.

gözü ac, qarnısa tox, xan belə yoxsulluq edər.

gözü bağlı, düşdən (xiyal) ayrılmaz.

gözü gözdən doyanın, sözdən könlü doyar.

güc yaratmaq, kişinin, butuq ərdəmidir. (butuq: ən böyük. ən uca)

gücə sığınan , kölüyə dönür

gülgün qonşuva gəlsün başuva


Yüklə 227,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə