Atalar deyir


güllük nə tez çönər küllüyə



Yüklə 227,1 Kb.
səhifə2/3
tarix25.06.2018
ölçüsü227,1 Kb.
#51897
1   2   3

güllük nə tez çönər küllüyə, çətin küllük dönmüş güllüyə.

gülü güldən ucuz tutma qıl. (uluları birbiri Ilə ölçməzlər). (ölçməzlər: muqayisə edməzlər)!.

gülün yoxdur, dilivə nə gəlib.

gün keçdi, kölgələndik kölgəmizdə, gün batdı, ayda yatdı, ölülər ölkəmizdə.



gün kimi ışıyan, tün kimi yaşuran, su kimi duru, topraq kimi Yasağun, ölü kimi dincək. nə olursun ol, oldunğn kimi görkən (görsən), görkəzin (görsətin) kimi ol. (ışıyan: ışıq saçan) (yaşuran: payan. örtən) (yasağun: Mütəvaze') (dincək:aram.) (görkən: görsən) (görkəzin: görsətdiyin) (görsətin: görsətdiyin).

güvənci qorumaq üçün, yalan demə, yalana batmamaq üçün, güvən.

güvəndiyin kişi, ölür, dayandığın ağac, çürür.

hamı öz işinin 'qaçanın' qovar. (qaçanın: qaçarağın. fovri, fovt olunanın.) (kimsə öz gərəkli işin bıraxıb, özgənin buyruğuna baxmaz, özgə gərəyin görməz).(başqası özünün qaçaraq işini qoyub sənin gərəkli işini görməyə girişməyəcək).

hamı yatmış, çalpanqulağ yatmamış. (el yatmışda, çalpanqulağ yatmamış). (tapmaca) (it).

harda ağlar ana var, öcü, boynumun borcu!

hər dadlıya bal demə.

hər duyanı düz demə

hər gələnə xoş demə .

hər işin eşi var. (: püf. yol. fənn). (xoruz banı, atdırmaz danı).

hər qızıla köz demə .

hər nə üzülməsə, düzələr.

hər nəyin butu var!.(hər nəyi dolu, güclü yeri var).

hər söyəni, yov demə.

xoruz banı, atdırmaz danı..

igid ərən, doğma dilin yeğginər. (yeğginər: yeğ tutar. tərcih edər).

ikki qaşa ikki dos, yanma yan duruşadı, ağlasa, birgə ağlarş, birgəlikdə gülüşədi. (tapmaca)(göz).

ilan don dəğişər, qılığ yox.

ilə bilmədin, ilənmə!. (bacaranmadın, qarğanma, küfr demə).

ilik, bilik yartısı, dilək, ilik yartısı. (ilik: başarıq).(bilik : ilim. tanışlıq). (yartısı: yarısı). (dilək: istəş).(başarıqsız, başarma, iqdam gücü olmadan, bilik yartıcan olur, dilək gücü olmayınca, başarmaq, qılmaq uğru (şansı), yarı kəsir). (bilik dolmayına, ilik olmayınca, dilək gəlməyincə, nə yapayız, yapabiləriz).

ilqarsızı yüz sınamış, yüzdə sınmışlar. (ilqarsızı: bəfasızı) (yüz kərədə olmamışlar, şikəs yemişlər)

illər dönər, ay aylanar, gün keçər.

inam gücə dayanır, güc inandırmağa.(gücsüz, inam duramaz, uyqulanamaz).

inam, sığınsa gücə, könlə sığamaz (könüldən qaçar).

inamın gücə sığınmasın, inamın güclü olsun.

inanc üçün ölmə, inancla yaşa

inaş olsa, yenəş olar (inanc olsa, yenənc olar ) (inaş: inanc) (yenəş: yenənc: imkan)

incə cığır yol durur, həp ayrılıq dik durur, könül ilə baş ara, könül hara, baş ora!. (dik durur: diçəlir, canlanır).

Istədiyin söyləyən,istənməzi eşidər!, papağ altda baş yoxsa, eşitdiyin keşidər (uzadar).

istəyində durmayan, diləyinə çatanmaz!.

isti aş, soyuq daş. (içi sıcaq olub, davranışı quru, soyuğ olan). yürt qılığında (əməl rəfdarında, adab maaşirətində) çəkici olmayan.

iş bilənin, qılıc tutanın.

iş bitər çağ ötər.

iş buyurma kiminə, oda artıq -iş- olar!

iş çıxanda çıxmaza, balta, kəndin baltalar!!.

iş çıxanda çıxmaza, balta, kəsər baltanı!!.

iş çıxanda çıxmaza, balta, kəsər baltanı!!.

iş görməyə, diləkdə gərək, biləkdə, ilikdə gərək, bilikdə. (işi qılmağa, istək, güc, başarıq, bilim olmalıdır. )

iş, aş!: işlə, ye!.

ışığa tutar, göz verir, kişiyə tutar, söz verir. (tutar: dəğər).

ışıq doğurkən, kölgə yarandı. ışıq doğru, kölgə yalandı

ışıq sayqarmamış kölgəsin. (ışıq hesaba salmamış kögəsin).

işin dəğəri altun, kişi dəğəri yartun. (yartun: aydınlıq)

işin dəğəri altun, kişi dəğəri yartun. (yartun: aydınlıq)

işin eşin bilgilən! (bilgilən: öğrən).



işində çin, sonra din (işivi doğru gör, sonra dinlən, istən, müddəi ol).

işlək beyin, dəğər vermiş başada.

işləməyən yanılmaz.

işləməyib gözləyən: -qaşlı qaşıq yadqını, daşlı aşın yergini. (yadqını: tamarzı, həsrətdə olan). (yergini: ağına bozuna baxmıyan düşgünü olan)

işləməz, boşuna yatmış, işləyən işin tapmış.

işləmiyən çaşmamış, eşinmiyən, aşmamış.

işləyən işin tapar.

işləyənə yaşda bitsə, iş bitməz.- işçil kişiyə, ömür yetməz.( dünya durunca dursa, işin bitirməz köçər). (dünya durunca dursa, işləyənə iş bitməz). (qarınpıya, yemək bitsə, yen bitməz) (yen: iştah)

işsiz gərinməyə (gərnəşməyə) ərtinür, iş işləyən günü gündən artunur.

işsiz gərinməyə (gərnəşməyə) ərtinür, iş işləyən günü gündən artunur.

iştə kitosların işi bu, tikən kimi gülü batmaq gülə batmaq, yılan kimi dosdu soxmaq. (iştə:: elə. sonda) (kitosların: namərdlərin. nakəslərin).
iştə kitosların işi bu, tikən kimi gülü saşmaq, yılan kimi dosdu soxmaq.

it ağzından, sümük bütün çıxmaz.

it itə buyurur, itdə quruğuna.

it yürüsə, çanağın tapar.

it yürüyər, çanağın, çölmək dığranar, duvağın tapar.

itgəməsən açılmaz, güc verməsən, dartılmaz.

itirmədən yox, itmədən qorx!.

itmədən qorx, itirmədən yox.

iz qoyan, izçisin apar.

izdə olandan, ovda ol. (artda olmaqdansa, öndə ol).

izingə qoymasın başda olan kişi, əlindən gəlirsə, kəndi qılsın işi.. (mirasa qoymasın, ağlı başında olan kişi, ..). (izingi yeyər izingəni, qoymaz qala izingiyə: varis mirası yeyərdə, öz varisinə, nərsə qoymaz).

izləyən, tapmış.

kal kişi bildiyin bağırar. (yava it gündüzün hürər)..

kavşaqları qoruyun, yavşaqlardan qorunun!. (kavşaq : düşmüş. yenşik. aciz). (yavşaq: yovuz. yava. kötü).

keçəni keçdi xoşa, qalanı keçməsin boşa.(doğum günü qutlaması).

keçi izlədin, dağa bardın, yadı izlədin, gora bardın, dili izlədın, elə bardın.

keçi ovsar bilməz. (keçi ovsar götürməz).

keçidən sürü olmaz, qoyundan yürü (yürü : yürüş) (qoyun nədir, yorun nədir).

keçmişi anma, gəlcəyi sanma, olduğu danma. (keçmişləri xatırlama, gəlcəkləri düşünmə belə, ama, oldaqları (vaqeiyyətləri) danma, bulara göz yumma. (yaşam ürəklə duyulur, başla sezilir, ayaqla sürülür. (oldaqla, olan kimi yerir).

keçmişi bırax, hər nədən irəli yaşa!.

keçmişin yadı, acının dadı yaman.

kəndivə güvən!.güvənc bir quş durur, içində yatır. (birinə güvənən, kəndin aldatır, güvəndirən, dosdun).

kəndivə inamın qalıncaya dək, yoxdurur qorxu. (özüvə olan güvəncini itirməyincə, qorxu yoxdur). (kişi üçün ən qorxuncusu, özünə güvəncin itirməkdir. (ən qorxuncusu: ən qorxunc olanı)

kəndivə inan, güvənli barqal!. (güvənli barqal: .güvənli ol, hər qaçan, həmişə).

kəndivə inan, tanrıvı bul. (tanrı güvəncdir, hər kimin içində yatır).

kəndivə qıymazı, özgəyə qıyma. (qıymazı:xoş görmədiyivi). (qıyma: xoş görmə).

kiçkilərlə ötünqıl, yavzuqları, ötürqıl, uluğlarla oturqıl. (ötünqıl: keçin). (yavzuqları: yavuzları. yavaları). (ötürqıl: tərk ed). (uluğlarla . böyüklərlə). (oturqıl: maaşirət ed).

kimi əkə, kimi biçə. (yaşamda durmuşda, heç nə yazılı deyir).


evrən, oyun evridir, duran yeri çevridir, duran ona əğməyir, evrən onu devridir. (evridir: çevridir: pozur).
bu evrəndə yazı yox, qazı yox.
kişi durmuş atın, yolun bitinə, atın qınına dək qoğmalıdır. (bitinə: sonuna) (qınına dək: qınqına dək < qınqıtılasına, ölməsinə dək).
durmuşda durmaq oturmaq, ölmək deməkdir.
iki başdan dolar boşalar, yaşamı tutan xoş olar.
əkənə baxma, ək bitir, biçənə qarma, biç itir, tutduğun yolu, ged kitir!. (qarma: baxma) (kitir: gerçəkləşdir. doğrut. uyqula).
evrən sənin sonuna çatınca, sən evrənivin sonuna çat. (dünya sənə son qoyunca, sən, dünyalıq işlərivə son qoy, işlərivi yerinə yetir)

kişi günü elinən, balığın günü gölünən (keçər).

kişi heç yanılmaz, bilir isə, deyən sözün, bulur isə, duyan sözü. (insan heç zaman yahalmaz, məğbun çıxmaz, danışdığı sözü başa düşürsə, (dediyi sözü, ağzından çıxan sözü başa düşürsə), eşitdiyi sözü anlayır isə.) (bulur isə: anlamın tapır isə).

kişi kəndi kökün danırsa, topraq onu yadırqar, kişi kəndi kökün tanırsa, topraq ona yağırdar (onu yağırdar) . (yadırqar: qərib sayar).(yaxırqar: əziz tutar). (yağırdar: kökəldər. yağa doldurar. bəslər. yağ tökər. yağ tökər.yağdırar).

kişi kəndin yeniləməli, yenidən doğulmalı!. {kişi kəndi uçun həvəslərin kəndirin tutmalı (qılavutmalı, cilovutmalı, ovsatmalı), yeni evreklər qurmalıdır}

kişi qolasa, tarı bolasar!. (qolasa: əlləşsə.çalışsa!.).(bolasar: bərəkət verər).

kişi qolasun, tarı bolasun. (qolasun: əlləşsin.çalışsın). (bolasun: bərəkət versin).

kişi ölür bütü qalır. (büt : gövdə. bədən. don).

kişi ölür, izək qalır. (izək. əsər).

kişi sözündən tanınar, üzündən yox. (üzündən: bəzəgindən)

kişi var doydurar, kişidə var doldurar.

kişi yapdığından tutulur, dəli sözündən, axmaq duyduğundan. (kişi işindən tutulur, dəli sözündən, axmaq duyğusundan).

kişi yaşdan, od odundan doymamış. (bu söz, kişini, yaş sürəsinə, günvənlə yanaşmasına çağırır).

kişi, kəşür değil, bitdiyi yerdə dura. (bu söz, kişini, gəzib dolanmağı unutmasından qorçalır (qorunmasın istir).

kişi, yaşamaqla dəğişir, baş, çəkə çəkə ərişir. {yaşamaq, durmuş, öz etgisin, istər istəməz kişi üzərinə bıraxır, baş gördükləri, taşrıvalar, təcrübələr ilə yetişir.(durmuş : həyat) (baş: ağıl) (ərişir: yetimləşir. pişir)}. .

kişini dəm yeridər, qəm çürüdər.

kitos olan dos sandığın, pambıq içrə, od sandığın. (kitoz: iki üzlü). (dos sandığın: dosd hesabladığın). (od sandığın: od ambarın).

kor, dəğəngi bəllər kimi, kor tutduğun buraxmaz. (korun gücü, tək umarı (ümüdü) dəğəgidir (dəğənəyindədir). kor beyinli kişinin yalnız gücü, bəllədiyi (öğrəşdiyi) öğrətilər, inanclarıdır. bildiyin kimə verməz, verilən bilgini almaz).

korağun kəndi, günəş görməz!.(korağun kəndi: korların kəndi).

korun istədiği bir göz, iki olursa nə söz.

köçdən qalan, azmışlar!.

köçlə gedən, yol azmaz. (çağına uyqun olan).

köksümdə yatan qınanc, üzümdə görnən qıvanc. (qınanc: qəm) (qıvanc. sevinc).

kökü qara ağarmaz.

kökü pozuq düzəlməz.

kölgə ışığa, eşq olsun (arın olub, qaranlığı olmayan nərsə.).

kölgə ışığı, danamaz, ışıq, kölgəsin tanımaz.

kölgəni bıraq ışığı tut, gözdəkin ötür, əldəkin.

kölügə, ışığ tanığsız, kölgə, asıq ışıqdan. (tanığsız: minətsiz. qədir verməz) (ışığın kölgəyə minnəti yox, kölgə asılıdır ışıqdan). (asıq: asılı. bağlı) (kölügə: kölgüyə)

könlə yatan, başa çatar (ürək tapanı, baş köklər) (ürək xoşlasa, ağıl köklər (dəlil tapar, müstədəll edər.) (könül sevən göyçək oli).

könül çəkər, baş ölçər. (könül istər, baş hesab verər).

könül çəksə, baş durmaz!, könül çəksin, baş duysun! (durmaz: dayanamaz. muqavimət edəməz).

könül daşı ısıtar, daşdan könül , ısınmaz!. (könül sevgi, daşı yumşatır, daşdan olan könül, ısınmaz, yumşanmaz.)

könül hara, baş ora, könül qara, baş qara. baş haradır, ayaqda!, göz haradır, qulaqda!.

könül istəyincə, baş dönməməli, duyub, düşünməlidir.

könül qanıt bilməz. könül ya dinər, ya sevər, ya söyər. (könül dəlil, məntiq bilməz, könül ya susar, ya istər, ya nifrət edər). .

könül saysana (hesab kitab) bilməz, başda tutduğun verməz.

könül tovğac, baş duyğac (olmalı). (tovğac.batur. cəsarətli). (duyğac. ehtiyatlı. düşüncəli). bu söz kişini könül sevər xoş olurluğa çağırıb, ardındanda, başı untmamağa yönəldir. könül saysana (hesab kitab) bilməz, başda tutduğun verməz

könül, sevgi vergilən, ağ qaravı seçənə!

küçə iti, qapı bəkləməz (güdməz). (küçə iti: çarşı iti- sokaq iti)

kül olmasan sonunda, qul olmağın nəyidir.

külü çox, odu yox ellər.

küsmə!. küsən, paysız qalar, şamsız yatar.

küt piçaq, ələ yavuz, kötü avrad dilə yavuz. (kor pıçaq ələ yavuz, kötü qadın yavuz).

qadın ilqarı, deyir kişidən asılı, kişi ilqarı deyir, vardan basılı.

qalımın sözü yoxdur, ölümün sonu yoxdur

qalının tozu, kötünün sözü bitmez.

qamış sudan doymaz, qadın toydan.

qanığan aldı yolun, vurdu daşa, çıxdı başa, qanımaz boynu yoğun, başı qoyun, çatdı aşa. (qanığan: düşünən, dərk edən). (qanımaz: düşünməyən. dərk edməyən).

qanmaz yoldaş, sıy bilməz (nadan yoldaş , qədir bilməz!).

qanmaz, qanana, qanmazlığın nə olduğun görsətir.

qanmaza, qın yox.

qanmazları, qanandaki, tov bassın! (tov: güc).

qara (kor) gözden yaş, yoxsul evden aş bekleme!

qaranlıqda, hər nə qara görünür.

qarıvmasa bağ olmaz, sağılmasa yağ olmaz. (qarıvmas: baxılmasa)

qarpuz kəsmeklə, yürək soğumaz.

qarpuz qabuğu ilə böyüyən eşeğin, ölümü sudan olur.

qaya kimi yerin olsa, ərən kimi ərin olsun.

qayra uyan, qaya qalar.

qazmanı başlasan qızıldanda, gedib gəvən dibi eşər. (başlamaq: (qazma, kərki) saplamaq). (qızıl saplı olsada, qazma işi eşmədi).

qəhbəlik dəğər bulsa, xanımlıq düşər (itər) gözdən.

qılıc kimdə olursa, qələmi alır, qələm qarşı çıxsa, qılıncı salır.

qınanc, onu çəkənə gəlir, qıvanc, onu gəzənə . (qınanc: dərd) (gəzənə: qovana: axdarana). (qıvanc: şadlıq.-sevinc).

qınçıların əlləri, yerə döğər belləri. qara topraq gül açar, uğur bular elləri. (qınçıların: zəhmətkeşlərin).

qını çox, dadı yox.(qını çox: zəhmət çox)

qınıc, yıxmış ev dirək, çalış,yapna bir ürək. (qınıc: nifrət). (çalış: çalça. başar. qeyrət ed). (yapna: yapın. yapunc. yoğar. ələ al. düzəlt. onar).

qırxında, çalmaq öğrənən, gorunda çalar. genclikdə, qız seçənmiyən, dulunu alar! (qrx yaşında, çalmaq öğrənən, gorunda çalar. genclikdə, qız seçənmiyən, dulunu alar!) (qrx yaşında, çalmaq öğrənən, gorunda çalar. genclikdə, qız seçənmiyən, duluna qalar!).

qırılırsa dönəklər, türk erinə yağu qalmaz. (xainlər qırılırsa, türk erinin düşmanı olmaz).



qıs kişi savı ( adı. şöhrəti) , yörüklü olmaz: qıs kişi say yoruqlu olmaz (pəxil, qıtmır, adlı keçəli ( nifuzlu, e'tibarlı) olmaz. bunu pəxil kişiyə əlaçıqlığı öğüt vermə üçün söylənir).

qısır bulut, boş boşqatay, gurlayar!. (belədirki, gənc olaraq, bilgisinə güvənərək bağımaq yaraşıqlı deyil). (qısır bulut: barsız bulut. yağmaz bulut)

qışdan qorxma, artdan yaz gəlir, güzdən qorxma, artdan qış gəlir.

qıyşıq oturda, doğru gəpir (əğri otur, düz danış).

qız olmadan gəlin yox, toxunmadan bezin yox.

qız olmadan gəlin yox, toxunmadan bezin yox. (hər nəyə ortam (mihit), iş gərəkir).

qıza, qız, gəlin anlasın.

qızıl saplı olsada, qazma işi eşmədi.

qızım sən qulaq ver, gəlin eşitsin.(qızım sənə deyirəm, gəlin eşitsin).

qızım sənə deyirəm, gəlin eşitsin.(qızım sən qulaq ver, gəlin eşitsin).

qızınla yurt qurasın, oğlunla ordu olasın (qızı ilə yurd qurmaq: iç güvey (kürəkən) gətirmək.-örnəyin, qızı erməni dığasına verirsənsə, öz balavı, dinivə, dilivə, yurduva qənim çıxarırsın).

qızıvı vermə erməni sikə, yurduva, dilivə qənimin tökə.

qoağ umduğundan yox, olduğundan yeyər. .

qoca öküzü öldürmək, öğrətməkdən qolaydır.

qocanın qıçına, cocuğun sözünə güvənc olmaz. (qocanın gücü yox, cocuğun güvəni yox).

qonaqçı kimi evini, öləcək kimi, içini arıt.

qonşuda qadın, qonşu gözünə, qız görünər.

qonşuda pişer, bize pay düşer (qonşuya baxıb, yerin al). qonşuya baxıb, yerin al. qonşuya baxıb, aldığına, yer seç.vardan, itik (zərər) yoxdur.pul ağırlıq eləməz.qada qudanın (qohum aqrabanın) varlı olduğundan, çalba (ziyan) gəlməz).

qorxmaz iyid, yaş almaz, ağrıyan baş, qocalmaz . (dəli qanlı qaya (bəliya) düşər, qada quda axdaran baş tez ölər). . (yaş almaz: çox yaşamaz). (bu söz, kişini, işdən qaçınmağa, qorxmağa değil, iki kəz düşünməyə çağırır.)

qorsun olub, od qorunca, kül olub, köz qora. (qorsun: qocaq. qoğcaq. qorcaq: qor, od, atəş qoyulan yer, qab. manqal).

qoy, keçisiz çətin otlar.

qoyun oldun basıldın, birin sevdin, asıldın, birlik qurdun, yasıldın. (yasıldın: ağ günə çıxdın. rəhmətə, bolluğa uğradın).

qoyuna (qoyunuva) baxsan quzular, malıva baxsan, bizovlar.

qoyunluq suçu, qoyunçuda yox, boyunçudadır. (qoyunluq: tabe'lik. müti'lik).

qul var sonu gül, qul var sonu kül.

qulağ duyanı göz görsə….quru pambıq köz görsə.

qulluq var sonu güllük, qulluq var sonu küllük.

quru ağac əğilməz.

quru ağac əğrilməz, qoca öküz öğrəşməz.

qurulmağa min bir güc, yıxılmağa, birin güc. (birin: təkcə bir).

quş dilini bilənim, səkir səkə yürənim, alda başın qıl çara .

quyu gördün ip salda keç, bəlkə düşən oldun!.

mala, mal kimi baxma!. (mal: var dövlət) (mal: qanmaz ) heyvan). (kişioğlu, pula, mala, vara nə qapılsın, nə önsərməsin. parasız, varasız, yer üzündə dirçəlib gəlişmək olamaz.) (qapılsın: çox önəm vermək). ( önsərməsin: önəm verməsin). (varasız: imkansız. imkanatsız).

mən sazı, sən qavalı,qoymayaq caya havanı. (bu söz, iki kişini, iməcliyə, əmhdaşlığa, yardaşlığa çağranda söylənir)

min bilənə tor olur, bilməz biri yaxan od. (bilməz: qanmaz. cahil).

min dosdu olan qaldı, min öküzü olan aldı.

min qapıda gəzən, bir qapıda durmaz, min qapıdan uman, bir qapıdan doymaz

minlərin çatlar götürər , sınmaz ərənlər.

nacaqsız, yaqıc qurulmaz.

''o'' desən açılar, ''bı'' desən qapılar (tapmaca)(dodaq).



o dosluq ki, bir sözlə qırıla, yoxluğu yeğ ki, ta qurula

o nədir olmasa, kimsə kimi tanımaz. (tapmaca) (ad).

od bürüsə, yaş qurur, yalan qalxsa, düz durur. (od yaşı, otu enir, üstəlir.).(qalxsa: ayaq tutsa). (durur: qalxır. gedir). {(yalan gircək qapıdan, doğru qaçmış, yapıdan. ( yapıdan: gizlicə. dal qapıdan)}

od yandırıb tüstüsünə tutulmaq. (kəndi yapdığı işin toruna düşmək).

oda qorsun olunca, köz üstünə, kül ol. (qorsun: qocaq. qoğcaq. qorcaq: qor, od, atəş qoyulan yer, qab. manqal).

odla su pambığa gedər, kişi oğlu aşa.

odunsuz qazan qaynamaz, qadınsız ev, yayramaz.

oğru dam deşər, qaraqçı yol kesər.

oğru oğurlab, yola düşər, axırı bir gün tora düşər.

oğru tün aşınca, börü (qurd) don (aşınca).

olmasaydı sarsaqlar, ac qalardı, yaltaqlar!

omuz omuza, qoluz qoluza , birgə qalın.

ordunu talan saxlar, dövləti yalan saxlar (talan: qənimət).

ormana odun götürməzlər.

orta yoxsa dəngəşməz. (arxac (davər) yoxsa, işlər düzəlməz.).(birlə üçü, iki barışdırar, yanaşdırar, danışdırar).

orta yolda atını qoru, orta yaşda, xatını.



ortaq, ərdən artuq olmaz.( yartıq ( şərik), ərdən artıq olmaz). (''həd çəkivi saxla'' kimi insaflı olmağa çağırma sözü).

ortalamdan düşəri pay yaşımız, qolla, başla, içimizlə yaşırız. (ortalamdan : aralıqdan. yazılmamış yerdən) (yaşamımız, aralıqdan düşmüşmüş paydır. işləyib, düşünüb, iç duyğularımızla yaşırıq).

ovçu pişik gündə yatar, tündə gəzər.

oylağan, oyundan, yuxlağan, düşündən söz edər.

oynaşa güvənən, ərsiz qalar.

oytaq olsa su alar, qoytaq olsa, su dalar. (dalar: dal itər. yırtar). (bu söz kişini oldağa, ortama uyğun davranmağa çağırır).

ödü varsa düşmanın, alan açıq yasığız, bu topraqda doğulduq, biz yaşarız, biz varız. (ödü: cür'əti.cəsarəti). (yasığız: yasanmışıq. hazırız).

öğrəşməyə, dün keçdi, yarın gecdir, bu gün yarıdır. (yarıdır: düz uyqun çağudur)

ölüm, yoxluğa varlıq verir.

ölümdə güc yox ansın anlasın, yerə çırp başın,kökü patlasın.(kökü: götü)

ötənlərlə ötməgör, diriklərlə oturqıl. .(ötməgör: qoşulub köçmə, keçmə).(diriklərlə: dirilərlə. yaşayanlarla..).(oturqıl: otur dur).(ötüb köçənlərlə, keçənlərlə sarğışma, ülfət tutma, yaşamda, dirilərlə ötüş, otur).

öz dilin bilsin, elgünüm gülsün.

öz dilində yaşayırsa, yurd elim şən qalacaq.

öz əlin, öz daşın, ağrımaz başın.

özgədən kəndiri qırıv, kəndivə quşan.(qırıv: qırıb: qırı ver. qırı verib). (bu söz, kişini kəndisinə güvəncə çağırır. güvəncə: güvənməyə).

özün bilməsəndə, adını bil.

özünü bil (tanı), özgəni qoy (bırax).

paxil uçmağada gedə bilsə, başqasın yanında götürməz. (uçmağada: cənnətədə).

parasız, ilim çuvalda qalır, paralı ilim, dünyaya saçır.

pay olmamış topraqdan, dadlı nə varmış yurtdan.

paydaya tikilirsə iki göz, yurtdan ocaq köçər, ocaqdan köz. ( oğuntulara, artıqlara bağlı olan kişi batar, ölkə dağılar).

payız olcaq, rəngi qaçar yarpızın, dadı olmaz, qışa qalan qarpızın. (hər nəyin öz çağı var, bostanıvar, bağı var}.

pisik qanmaz, üz utanmaz. (pisik: qəbih).

pişmişlərə ver könül, pişnaqlardan, al könül. (pişmişlərə: olqunlara). (pişnaqlardan: pişməmişlərdən). (pişmiklərə ver könül, pişnaqların pönlün al!).

pozanda var, düzəndə var.

sağlıq dilə, çox yemə, saylıq dilə, çox demə. (saylıq: hörmət).

saman sənin olmasada samanlıq ki sənindir.

saman sənindir samanlıq ki yox!

sapıq yol, doğru amaca varmaz. (sapıq yol, doğru amac qazanmaz). çaşqın çay, dənizdən qay. (çay:su). (qay: qayar. cayar. çaşar.uzaq düşər. ).

sarpdığın yoldan, doğru yola dönü ver, ötənləri ötmüş, gələnləri görü ver. (sarpdıq: münhərif).

sarsıdarmış, yoğrasız söz, can evin.

say sanaq, kişini yapar, kişiyə yarar. (say sana bilmək, hesab kitabIı davranma, kişiliyi doğruldar, kişiyə yarqar, yarar yetirər, yaxışar).

say sanaq, kişini yapar, kişiyə yarar. (say sana bilmək, hesab kitabIı davranma, kişiliyi doğruldar, kişiyə yarqar, yarar yetirər, yaxışar).

sevdiğim çiçek, adı gerçek.(gerçek: gerçək. doğtur. . həqiqət.). (çoxlarına, tikanlıqda bitən, qoxusuz boyasız gülün adıdır).

sevdiğim çiçek, adı gerçək.

sevdiyin var, gedməz demə!, gedənin var, dönər demə!.(dünü boşla, günü xoşla!. ).
(yaşam, sevməz keçmişdə qalanları, ötünə yananları.(ötünə: keçmişə)).
(dünü günə bağlamar!, günü tünə, tün ertinlə yarınar!. (bağlamar!: bağlama!. bağlac qılma!)).
(tün ertinlə yarınar (gecə sabahla ışıqlar.)).

sevən könül, kəndi özü savçılar . (savçılar: elçilər. elçilik edər). (bu söz, amaclı kişini, kəndi özünü çalıçığa, carçılığa, sözçülügə çağırır, özgələrdən yalvarıclığı pəsgitir, mən' edir). (yaşamda, istək, armanların üçün, kimsədən dilənmə. kəndivə güvən).

sevəndə, cibin, gözlərin qapat, qulaqların aç!.

sevgi, içdə durmalı, sevən, onu sarmalı.

sevirəm demək, and içməklə yarışmaz. (yarışmaz : tutmaz. doğrulmaz.)

sevişlə söğüş, soxuşlu döğüş. (soxuşlu: birbirinə keçmiş, ayrılmaz. əşdoğarlı. doğaşıq. toxuşlu.ekizli).

sevişlə sövüş birgə doğmuş.

sevişlə söyüş birgə doğur, dirgə yaşır. (dirgə: digər. ayrı).

sevməğənə söykənmə, untun gedər, min qızıllıq başın bir pul edər. (untun: unatın. bahan. qiymətin. (bir pul: bir qəpik).

sevmək sevilmədən, düdüklərin işidir!.

səfeyin kiçi böyüyü olmaz.

səfeyin yolunu aç, uruşa qaç.

səfeyin yolunu aç, uruşa qaç.

sığırlı el, ac qalmaz.

sıpdırmadan izini, qoğdu yağını, oydu gözün qarasın, yırtdı ağını. (sıpdırmadan. sapdırmadan: itirmədən). (amansız duşmana, aman vermədən, qoğdu, düşmanın yolatasın qırıb, tılısin dağıtdı).

sıpdırmadan izini, qoğdu yağını, oydu gözün qarasın, yırtdı ağını. (sıpdırmadan.sapdırmadan: itirmədən).

sıraz olursa işin, sapıq sapan aşar olur.(sıraz: mürəttəb). (sapıq sapan: toğan boğan. dağ dərə. əğri üğrü. dağ daş)

soxma başın kolluğa, sanma görən yox səni. {kola soxmuş tülkü başın, gizləndiyin sanmış. (tülkü başını kola (tikanlıqa) soxanda, elə bilir onu heç kim görmür}.

sonsuz olan yol batsın, başsız duran el batsın. (sonsuz olan yol batsın, başsız olan el batsın).

soraş, sözün yarısı, yanaş, sözün barısı. (düz sorqu (sual), cəvabın yarısıdır, düz cəvab, sözün hamısıdır).

sorqu yoxkən, sorağ yoxdurur. (sorağ:cavab).

söğüddən maşa, se.... paşa çıxmaz.

söyləyən dərdin, dərman bular, söyləməz dursa, it kimi ular. (it kimi ulamaq: pis günə qalmaq).

söyləyənə yox, söylətinə bax.

söyləyiş gümüşdürsə, dinləyiş qızıl sayılmışdır.

söz aytanda, oylab ayt, irtəsini boylab ayt. (düşünmədən söz demə).

söz bilməyən elbaşı, el başına, yov çəkir. (yov çəkir: yamanlıq, bəla, düşman gətirir.)

söz gəlsə deyər, aş gəlsə yeyər.

söz gümüş olsa, iş altın.

sözdür kişinin gərəki görkü, tutmasa sözün, yaramaz börkü. (görkü: yaraşığı).

sözə qulaq as, oylab yola bas.


Yüklə 227,1 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə