Atalar deyir


sözlü iş görmə, işli söz tutma



Yüklə 227,1 Kb.
səhifə3/3
tarix25.06.2018
ölçüsü227,1 Kb.
#51897
1   2   3

sözlü iş görmə, işli söz tutma. (sözlü iş : çatışmıyan iş). (işli söz: başavur söz. baş ağrıdan söz) (elə iş görmə, sözə qalsan, elə söz demə, işə qalasan). (sözə qalmaq: üzünə söz gəlmək). (işə qalmaq: işə (soruya) düşmək). .

sözü sözə oxşamaz, ağzı sözdən boşalmaz.

sözün doğrusu, doğru söz, bütün dillərdə, yazıleydi kaş!.

sözün qısası, ipin uzunu.

sözün ulusu, qoyar ulusu, qorar ulusu (ulusu: böyükü) (ulusu:milləti)

sözündə açıq düşman, yeğ durur, kitoz dosdan. (kitoz: iki üzlü). (düşmanın olan yerdə, dosduvun doğru, bir üzlü, düzgün olduğun dənə, sına). (evində dos tutduğun, iki üzlü kimsə, səni açıda görünən düşmanıva pay edər).


su axar yolun tapar, külbaş gəzər çulun tapar. {külbaş: alçaq. alşaq (eşşək)}.

su daşı oyar, su daşı utar. (su yumşaqlıq, itilik......simgəsidir.). (gücün çatmazsa nərsiyə, su kimi çəpərlik, yumuşaqlıq göstər. (dağlar boyda qayalar, suya sığar).

suyu səp sinər yergə, sözü qoy sığar elgə.

suyu səp, içən toprağa , sözü de, alan qulağa. (bu kişiyə söyləir ki, heç işi başlayıbda, başıvı sallayıb gedmək. ilkin dənə). (bir işi dənə, doğrulursa, ardın tut, doğrulmasa, qılan işivə, qılınan ortama). (mihitə) quşqu (şəgg) ilə bax!).

suyun işi aparmaq, odun işi yakarmaq.

sürüdən ayrılan quzunu qurd yemiş, elindən yan düşəni yad yemiş.

şaf şaf deyincə, şafdalı de.

şağıda, yuxarıdan deyən sözləri, yuxarıda , aşağıdan demək gərək.

şakşakalar nalçalar, iş bitirər akçalar. (şaq şaq eden nalçadır, iş bitirən akçadır)

taxarmış bəlliyin çatan yerə, paysız qoymamış, yaşanı ölüm. (bəlliyin: izin. simgəsin). (yaşanı: yaşayanı. dirini).

tamrıq duran kişidə, damızlarda, güc alır, başlı olan kişidə damızlardan, tüv alır. (tüv: tov: tap. tab. güc. qudrət). (tamrıq: bağtur. qeyrətli). (tamır : bağut. qeyrət). (damızlarda: kiçik olan damcılarda) . (tamır (qeyrət), damcılara tov verər. huşu başında olan kişi, damcılardan güc alır). sayı sığa ( kəmmiyyəti keyfiyyətə) çevirmək üçün, kişidə istək, çaba, tamır qeyrət olmalıdır. böyük işlərə, yekə arac bəklənilməz. özüvə güvən, gücün al, elivə güvən yolun al!.
tamır artallı (zəminəli) kişidə, damıc (kiçik) damcılar güclənər. (damıc damcılar: kiçik olan damcılar)

tanrı dağına görə qar, ağac kökünə görə bar verər.

tanrı qapısı gülənə açıq. (tarı qapısı gülənə açıq).

tanrıdan su diləndik əkinə, yağış yağdı sel endi yerinə (işlərin uğramazın göstərir)

tanrım sana bir dilək, toprağımı yaşlı qıl, yaşlılarım başlı qıl. (rəbbim səndən bir istəyim var.- toprağımın suyun bol elə, elimin yaşlılarına ağıl ver). (soğur: munacat).

tap tap ayaq, şap şap ağız (işlə, dişlə).

tarım qorusun, elim yarusun (kömək olsun).

tarım qorusun, elim yorusun. (yorusun: dəğərləsin. qiymət versin). (yarqış sözü).

tavınmasa qına, qına ha qına!. (tavınmasa: dözməsə). (qına ha qına: danla ha danla). (biri ağrıya, zəhmətə dözməsə, dözmək istəməsə, qınamaq, danlamaq, pisləməklə doğrulmaz).

tez yol alan, gec yorular. (bu söz, kişiyə, hər nərsəni, erkindən (tez, gənclikdən) başlayıb, işləməyə qalxışmağı sürüclür (sezdirir).

tək kişi yerisə, iz açar, iki olsa yol.

tən yükün ayaq , tin yükün, ürək. (daşır). (tən: gövdə).(tin: ruh).

təpər təpər, sal düşmana təprəmi!

tox dursun! . gerçək gülü qızarmaz, tikanlıqdan qutarmaz, yaşıl doğub, yaş qalar!. (tox dursun!: hak yaşasın).(yaş: gülən. gözəl. gənc. sulu. ölməz).

toxduğa, toxlu əti dad verməz (doyandan sonra , toxlunun əti toprax dadır ) (toxduğ: boğazına dək tıxmış.).

toxlu toxu toxdadar. (çox, çoxa axar).

toxu toxusan, bez olar, cəhrələsən, ip olar.

toprağın aldıran (itirən) ac qalar.



topraq belinən, kişi bilinən. (topraq belnən, kişi bilnən). (topraq belinən işlənir, kişi bilinən). (toprağa bel gərək, kişiyə bil gərək). (toprağa bel gərəkir, kişiyə bil).

topraq, içindəkin gücədir ( becədir).

topraqların dadlısıda, yurd olmuş!

tuxumu yazdan, balanı yaşdan əkit. (əkit: becərt. tərbiyət ed). (yaşdan: yaşkən. uşaqkən. uşaqkən)

tülkü qolay avlanar, tazı çıxsa yutdaşı. (oğru dosduyla, tanışıyla qolay tutulur).

tülkü salar xolları, dovşan alar kollari.

tülkünün türküsü, xoruz banı.

tün yoğar, gün doğar.

tünlü tünün tininə düşdük: çox pisin pisinə düşdük.

tünlüyüzdən ay göründü, könlümüzə, car göründü.(car : ışıq).

tüpürdün utanmadan üzünə, utanmazın, tüpür üzünə!.(ana dilin danan)

uca dağ, dərin dərə. (ucalırsa dağ, çökür dərələr).

ucalırsa dağ, çökür dərələr. (çökür: batır. dərinləşir). (uca dağ, dərin dərə. (uca dağların, dərin dərələri olur.

ucalmaq üçün, alçaqlardan uzaq dur!.

uçqundan qorxan, dəmirçi olmaz.

uğarlı don, dar gəlməz.{uğarlı (< uy). məsləhətli }.

uğur işi ertələsən yeğ durur. ( xeyir işi yubatmasan yaxcıdır). (ertələsən: yubatmasan).

uluğ buldun, qulluğunda bulunqıl!.(böyük kişiyə rasladın, qulluğ qıl). (bu söz kişini, böyüklərə qarşı, böyüklərin qatında, yuturqanlığa, qulluğa tapşırır)

usda olub, usdasını unutmaq.

utan, utanmazdan!.

utanmasan, kefə nə. fut o fənnin öğrənmək

utanmayan, baxıcı olur, ərinməyən, qapıcı.

utanmazdan, utan!.

utlu, utun qorar, utsuz sanar, ondan qorxar! (ut: həya).

uyalla dolursa yaşın, könlün əzik, başın boş qalır! (uyalla:xəyalla) .

uysuz çıxsa dağa, uylu qaçar bağa (uysuz: həyasız) (uylu: həyalı).



uyuyan qalmış, unutan çaşmış.

uyuyan, yuxusun görər. uyuyan, düşünü görər, uyuyan, düşündə görər

uzaq olsun yol olsun, yava olsun, el olsun. (yava el: çağdaş olmayan el). yolun uzaqlığı, yolsuzluqdan yeğ gəlir, elsizlikdən, millətsizlikdən, qara bir kütlə yeğ gəlir. (bu söz kişini, öz elin xorlamaqdan çəkindirir, gücdə olsa, hər kimsə doğulduğu elin becərik, gəlişməsində uzun yardımda bulunması görgətilir (tovsiyə edilir).

uzun hörgən, gen duzaq.

ürək durur, baş unudur. (ürək durur: könül saxlır). (baş: ağıl). (ürək, könül: anılar ambarı). (acıq dadıq, könüldə yer salır, başda yox) (acıq dadıq: acılar dadlılar). (başa gələnləri baş unudurda, könül arar, unutmaz).

ürək küflə paslansa, sırt düşmana yaslansa, yurtda korlar çoxlansa, doğan günəş puslanar. (paslanmaq: dumanlanmaq).

üzü qırmızı, utanmaz.

var, bağırar, yox, çağırar.

varlığa darlıq yok. (Varlıqda Darlıq Yox. Bu Sözün Elara Gəzən Anlamı. - Vardan, Sıxıntı, Bəla, Zərər Gəlməz. Kişiyə Pul Ağırlıq Edməz)). (Bu Sözün, Için Bilik (Mə'nəvi), Savsal (Fəlsəfi) Anlamı.- (Var Olmağa, Hər Çeşit Ortam\Imkan\Şərayit Var). Yalnız Bilən Bilik (Mə'rifətli Şuur), Görən Göz Gərəkir.) (Bu Söz, Kişini, Göz Açıqlığa Çağrır. ) (Bu Söz, Deyir Ki: -Əroğlu!, Gözün Açıq Tutarsın, ''Olduğun (Varlığını) Görürsən, Sandığın Edgərirsin'' (Edgərirsin: Oldurarsın, Qılqılarsan. Qıla Bilirsin)) . (Tüm Darlıqlar, Kişinin Öz Açısından Doğur). (Doğa\Təbiət, Hər Kişiyə, Hər Kişinin, Görüşünə, Göz Açısına Görə Verir. ) (Kişi Oğlu, Özün Görmək, Anlamaq Üçün, (Hər Dən), Dışardan, Kəndinə Baxmalıdır).

vuruşqan xoruz, səmirməz.

yad əliylə paşa yox, öz əlində maşa ol. )paşa yox: paşa olunca(.

yad yanaşdı doslaşdı, dos yolaşdı, yadlaşdı. (yolaşdı: uzaqlaşdı).

yağışdan qurtulub, doluya düşmək. (dayağdan qurtulub, toxmağa tutulma).

yağqutmadı çağında, sağnağutdi yağında. (yağdırmadı gərəyində, sel kimi axıtdı yağışlıqda ). (davranışda ölçünü, qılınışda, öğünü (zamanı) güdməli, gözləməli).

yağmur bilən, yer gögər, alqış bilən, ər gögər. (gögər: göğərər). (alqış bilən: dəğərləməklə, ərgişləməklə).

yağmurdan qaçıb, doluya tutulmaq. (dayağdan qurtulub, toxmağa tutulma).

yaxan pişmiş, qazan düşmüş. (yaxma pişərsin, qazma düşərsin).

yalan gircək qapıdan, doğru qaçmış, yapıdan. ( yapıdan: gizlicə. dal qapıdan).

yalançı tez yorular, yalanı dünyalar uzar.

yalğız kişi, ev olmaz.

yalqız dəvə, bağıraq olur, yalqız bala, ağlaq.

yalqız evdə qazan qanamış, kimsə duymuş inanmamış.

yaltaq hürməsədə, ağzı açıqdır, dolar.

yaman asılar, yavaş basılar.

yaman ilan aylanar, dəğirmanın başında.(yaman: xain).(yaman: xain).

yaman yaman bilən, yaxşı zaman bilən.

yamanın dilindən, ilanın dişindən ağı damar.

yamanla oturan, yalana batar.

yanğalıq, yaşam yandırar.(yanğarlıq, tamahkarlıq, dincliyi pozar).

yanılıb, yanmaq, yanıb yenilmək yaşam donu. (yenilmək: . yenidən doğmaq).

yar yarına yad olsa, yar yarını yad alar. (yar yarından yadalsa, yar yarını yad alar).

yaş öğrəşər, qarı durqaşar (muqavimət edər).

yaşam bir yuxudur, ölüncə bitir, çalış ölmədən ön, yuxunu bitir. (yaşam bir uykudur, ölüncə bitir, çalış ölmədən ön, uykunu bitir. )


yaşam bir yuxudur, ölüncə bitir, çalış ölmədən ön, yuxunu bitir.

yaşam güdə, saylmaz kaçı, günlərivə, qatma acı!. (kaçı: neçəsi).

yaşam inanc üsdə yox, inancla qurulur.

yaşam öz sözün boğaza soxur, utmaq bacarmıyanı, yerində boğur. (yaşamın özgül qaydaları, gərəkləri var, əroğlu, onları saymasa (işə tutmasa), o yasalar altda əzilir).

yaşam, sevməz keçmişdə qalanları, ötünə yananları.(ötünə: keçmişə)

yaşama küsük, üzük yaşar. (üzük: narahat. huzursz). (kəndindən küsən (kənidini bəğənməyən, özünü gönməz, özündən razı olmayan), yaşam gülməz).

yaşamla yuxu, ölümlə bitir.

yaşırqa gedsin yana, sırlar olsun aşikar, kimi uma, kim qana? göz, gördüğün inanar

yatan, düş alar. (yatan yuxu görər). (bu söz kişini, göz açıqlığına çağırır).

yatan, qaldı, çapan, aldı.

yatanın üstünə, gəzən gəlir.

yatıb yeyənə dağ dözməz (yatıb yeyəni dağ çəkməz).

yava it gündüzün hürər. (kal kişi bildiyin bağırar).

yavuzlardan qorunqıl, yaruqlara yoğuqqıl. (pislərdən uzaq dur, yaxcılara yaxın dur)

yavuzluğu qoygilən, yaruqluğa qoyunqıl. (kötü kişilərə söylənir: -oğruq, əğri işlərdən əl çək, doğruq, yaxcı işlərə, xeyrxahlığa. yönəl).

yay yağmuru gahdan yağar, qatdan yağar. (qatdan: bərkdən).

yaz odunu, qış qazanı qaynadar.

yazda beyin, qışda qazan qaynasın.

yazıda böri ulasa, evdə bağrı atın titrişər ( datrışar, dartışar).

yazılı baş, yazıq baş. (yazılı baş, daşlı baş). (baş yazısına güvənən baş, üzük , əzik, kiçik qafalı baş olur. )(bu söz kişiyə oyarı verir. öz əlindir yaradır səni, öz ayağın götürür səni. öz gözün, görkəzir səni.


kişi durarkən, kəndi yazısın, kəndiyi qazıq yazır. (durarkən:yaşırkən). (kəndiyi qazıq: özünə öz qələmi) .
el ara bir söz gəzər. (-mənimki də belə gətiribdi). buna qarşı atalar deyir: - gətirməyib səninki belə, ''beləni'' bırax, bildiyin elə!. '

yazın işi, qışın qarın əridər (yaşın qurudar).

yel becərən, boran biçər. (yel ösdürən, boran osdurar (dərər). (ösdürən: becərən). (hər nə əksən əkinə, ondan çıxar tikənə).

yel əsməsin, söz dəğməsin: (ərköyül). .

yel, ələklə tutulmaz, söz, çomaqla yutulmaz. (sözü utmaq (sindirməyə, qanmağa, həzm edməyə) su gərəkdeyir, baş gərək).

yellə gələn bitdi, yerdən gedən itdi. (kişi kəndi toprağında köklənib kök salmasa (köklənməsə), yad ellilər gəlib yiyə çıxar). (kişi kəndi kökün dansa, toprağ onu yadırqar, qərib sayar).

yellə gələn bitdi, yerdən keçən itdi.

yellə gələn yələ qalmaz, tutulmasa, enər başa. (yələ qalmaz: göydə qalmaz). (olaylara təpgi göstərilməsə, başa qaxınc olur, bəla olur). (təpgi göstərilməsə: tədbir qılınmsa)

yelli gedən, tez köçər . yelli qalxan, tez çökər. (köçər: keçər. gedər) (çökər: batar. düşər). (hızlı yanan, tez sönər). (yelli durma, yel alır).

yendikə uyan, yenidən qorxar. (yendikə: adətə).

yendikin qoymaq, ağrıtın törər (kəsəlin törər): bir alışqanlığın tərki, ruhi kəsəllənməyə nədən olur.

yerə düşən gül olar, oda düşən kül.

yerimək bilək, qaçmaq borcumuz.

yersiz əkin olmaz, dilsiz, elin.

yesinə baxar, at kişnər. (yesinə: yiyəsinə).

yeter artıq olma maşa, maşa isən, əğik yaşa, türksən qoyun olamazsın, türküm diyən olur paşa. (əğik: (tabe'. müti').kölə. qul.

yetənə, bir baş, yetməzə, bir daş. (baş: kəllə).

yetimə baxsan, betinə durar. (betinə: üzünə).

yetimə baxsan, betinə durar. (betinə:üz).

yələ dursa, yelə gedər. (yaşamda, seçilən amaca çatamaq üçün, yol salmalıdır).

yigid görkü, bilik yaraq. (görkü: yaraşığı. gözəlliyi ).

yığmaq olmaz əl ayağın, söz düşərsə dillərə.

yoğrulu söz, duzlağı gülşən edər, yontusuz söz, gülşəni duzlağ edib!

yoxluğunda varlığını düşünmə, dirligində, kəndi sində eşinmə. (kəndisində: kəndi gorunda.). (o ki dirilikdə, ad qoymaq üçün çalışı, yaşlı ömrün, çürüklərə tapşırır. (yaşlı: yeni. taza, gənc. pöhrəli. verimli)…

yol yarağı yemik, el dayağı bilik. (yaraq: ləvazimat). (yemik: yemək. çörək) (dayaq: hami. püştiban). (bilik: ilim).

yol, birdir gedənə, yol, mindir itənə (yol birdir : doğru yol birdir . onğ, düz yol birdir). (yol, mindir: sapıq, çaşıq, münhərif yol mindir). (bu söz kişini, seçdiyi yolda, onal, doğru, sadiq durmağa, amacını güdüb, itirməməyə çağırır. yaşamda qaz vurub, qazan doldurmaq olmaz, düşünmək gərəkdir.).

yola çıxdın, yaraqlı , iş başladın, ayaqlı. (ayaqlı: yeyin. iti. əzmli). (gedəndə, çörək götür, gələndə, ayaq götür). (yola çıxdın, yol gərəclərin unutma, gəlirsənsə, gəlişivi yubatma (gəl qutar). (işlərivi uslu, qeyim yap).

yolağ mən pişiyə, özü tutar, özü yiyər!. (yolağ: qurban).

yolatası keçi olanın, dərə dırnaq yeri olar.



yoldaş var, yol üsdə daş, yoldaşda var, yola aş.

yoldaşı ölmüş türk, dəvəsi ölmüş ərəb. (yoldaşı ölmüş türk, dəvəsi ölmüş ərəb deyilsinki, əlin üzündən çək!. (əlin üzən qoyma). (arvadı ölmüş türk, dəvəsi ölmüş ərəb).

yolsuz azar, elsiz batar

yolun tutan, bardınqar, ağız güdən, aldınqar. (bardınqar: əlbəttə ki (hətmən) barqınar: amaca, mənzilə çatar). (aldınqar: əlbəttə ki (hətmən) mə'təl, avara qalar).

yolun tutan, barınqar, ağız güdən, aldınqar. (barınqar: əlbəttə ki (hətmən) barqınar: amaca, mənzilə çatar). (aldınqar: əlbəttə ki (hətmən) mə'təl, avara qalar).

yolun tutan, barqınar, ağız güdən, aldınar. (barqınar: amaca, mənzilə çatar). (aldınar: mə'təl, avara qalar).

yolun tutan, çatın almış, ağız güdən, yolda qalmış. (çat: məqsəd. mənzil.)

yolun tutan, çata çatdı, ağız güdən, yolat qaldı. (çat: məqsəd. mənzil.) (yolat: yol üsdə).

yolun tutan, çata yetdi, ağız güdən, yola getdi. (yola getdi: heçə (götə) getdi).

yüklü yürür, yüksüz, uyur. (yüklü: qurulu). (tapmaca) (saat).

yükü çəkəndən sor, atı minəndən, oxu atandan, düşü yatandan, aşı qazandan.

yürən, yetir, izər, ərir!. (yeriyən, çatır, izləyən, yetir).



zinə sular, çay olar.
Yüklə 227,1 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə