“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti


QEYRI-MADDI AKTIVLƏR VƏ AMORTIZASIYA



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix19.04.2022
ölçüsü1,17 Mb.
#85663
1   ...   13   14   15   16   17   18   19   20   ...   28
AtaSigorta 29.03.2021

QEYRI-MADDI AKTIVLƏR VƏ AMORTIZASIYA  

Qeyri-maddi aktiv aşağıdakı meyarlara cavab verdikdə tanınır:  

 

Bu aktiv fiziki formaya malik olmayan qeyri-monetar aktiv olmalıdır; 



 

Ayrıca tanına bilinməlidir; 



 

Müəssisə aktiv üzərində nəzarət imkanına malik olmalıdır; 



 

Gələcəkdə iqtisadi səmərələr yaratmalıdır; 



 

Gələcəkdə iqtisadi səmərələrin müəssisəyə daxilolacağı ehtimalı olmalıdır; 



 

Aktivin dəyəri etibarlı qiymətləndirilməlidir. 



Bu meyarlardan hər-hansı yerinə yetirilmədikdə xərclər qeyri-maddi aktiv kimi deyil, onların yarandığı dövrün 

xərcləri  kimi  tanınır.  Qeyri-maddi  aktivlərin  tanınması  onların  ilkin  dəyəri  əsasında  aparılır.  Cəmiyyət  ilkin 

tanınmadan sonra  qeyri-maddi aktivi amortizasiya  çıxılmaqla  ilkin dəyər ilə  uçota  alır (“ilkin dəyər  modeli”).  

Qeyd  etmək  lazımdır  ki,  faydalı  istifadə  müddətinə  malik  qeyri-maddi  aktivlər  amortizasiya  oluna  bilərlər, 

faydalı istifadə müddətləri qeyri-müəyyən olan qeyri-maddi aktivlər isə amortizasiya oluna bilməzlər.  Cəmiyyət 

faydalı istifadə müddətinə malik qeyri-maddi aktivlərə amortizasiyanı “düz xətt metodu” ilə hesablayır. Bundan 

əlavə,  balans  dəyəri  təyin  edilmiş  ədalətli  dəyərlə  müqayisə  edilməli  və  ədalətli  dəyər  balans  dəyərindən 

əhəmiyyətli dərəcədə aşağı olduqda, balans dəyərindən qiymətdən düşmə zərəri çıxılmalıdır. Aktiv qiymətdən 

düşmüş olduqda, ona amortizasiyanın standart qaydalarının tətbiq edilməsi davam etdirilməlidir. 


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə