“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti


Təxirə  salınmış  mənfəət  vergisi



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix19.04.2022
ölçüsü1,17 Mb.
#85663
1   ...   15   16   17   18   19   20   21   22   ...   28
AtaSigorta 29.03.2021

Təxirə  salınmış  mənfəət  vergisi 

–  cari  və  keçmiş  dövrlərin  maliyyə  hesabatlarında  tanınan  əməliyyat  və 

hadisələrin  qiymətlədirilmiş  gələcək  vergi  nəticələridir.  Təxirə  salınmış  vergi  elə  mühasibat  qeydidir  ki, 

müvəqqəti fərqlər üzrə nəticələnə biləcək uçot mənfəəti və vergi mənfəəti arasında mövcud olan əlaqə ilə bağlı 

istənilən  təhrifin  aradan  qaldırılmasını  təsvir  edir.  Təxirə  salınmış  vergi  öhdəlikləri  –  vergi  tutulan  müvəqqəti 

fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan mənfəət vergisinin məbləğidir. Vergi tutulan müvəqqəti fərqlərin 

mövcud  olduğu  yerlərdə  vergi  xərci  nəzərdə  tutulan  gələcək  vergi  xərci  vasitəsilə  artırılır  və  öhdəlik  kimi 



 

12 


 

mühasibat balansında tanınır. Təxirə salınmış vergi aktivləri – çıxılan müvəqqəti fərqlərin nəticəsi kimi yaranan 

və gələcək dövrlərdə əvəzi alınmalı olan mənfəət vergisi məbləğləridir. 

Təxirə  salınmış  vergi  aktivləri  və  öhdəliklərinin  qiymətləndirilməsi  –  aktivin  realizasiya  olunacağı  və  ya 

öhdəliyin  yerinə  yetiriləcəyi  dövrə  tətbiq  edilməsi  gözlənilən  balans  hesabatı  tarixinə  qüvvədə  olan  vergi 

dərəcələri  əsasında  qiymətləndirilməlidir.  Lakin  balans  hesabatı  tarixinə  hökumət  gələcək  illərdə  vergi 

dərəcəsini dəyişəcək qanunvericilik aktlarını qəbul edərsə, bu zaman gələcəkdə qüvvədə olacaq dərəcə istifadə 

olunmalıdır. 

Birbaşa  səhmdar  kapitalına  təsir  edən  əməliyyatlar  istisna  olmaqla,  təxirə  salınmış  vergi  xərci  və  ya  gəliri 

birbaşa  mənfəət  və  ya  zərər  hesabında  əks  etdirilir.  Səhmdar  kapitalına  təsir  edən  əməliyyatlarla  bağlı  təxirə 

salınmış vergilər səhmdar kapitalında öz əksini tapır. 

İNVESTISIYALAR 

Digər müəssisələrin qiymətli kağızlarına və aktivlərinə qısamüddətli və uzunmüddətli investisiyalar ilkin dəyər 

və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə tanınır. 

Ödəniş tarixinədək saxlanılan investisiyalar 

Adətən  aşağıdakı  beş  meyara  uyğun  olduğu  zaman  investisiyalar  “ödəniş  müddətinə  qədər  saxlanılan 

investisiyalar” kimi təsnifləşdirilir: 

 



 

qeyri-törəmə aktivlərdir; 

 

sabit və ya müəyyənləşdirilə bilən ödənişlərdir; 



 

sabit ödəmə müddətinə malik olmalıdırlar; 



 

müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üzrə kəskin niyyəti vardır; 



 

müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üçün maliyyə imkanına malikdir. 




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə