“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti


MALİYYƏ  HESABATLARININ  HAZIRLANMASI  VƏ  TƏSDİQ  EDİLMƏSİ  ÜZRƏ



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix19.04.2022
ölçüsü1,17 Mb.
#85663
1   2   3   4   5   6   7   8   9   ...   28
AtaSigorta 29.03.2021

MALİYYƏ  HESABATLARININ  HAZIRLANMASI  VƏ  TƏSDİQ  EDİLMƏSİ  ÜZRƏ 

RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI 

31 DEKABR 2020-Cİ  İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ  

Müstəqil  auditor  hesabatının  2-ci  səhifədə  təqdim  olunmuş  müstəqil  auditor  rəyində  şərh  edilən  müstəqil 

auditorların məsuliyyətinə uyğun oxunmalı olan bu hesabat "AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinin (bundan 

sonra  "Cəmiyyət")  maliyyə  hesabatları  ilə  bağlı  rəhbərliyin  müvafiq  məsuliyyətini  müstəqil  auditorların 

məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır. 

Rəhbərlik  Cəmiyyətin  31  dekabr  2020-ci  il  tarixinə  maliyyə  vəziyyətini,  əməliyyatlarının  nəticələrini  və  həmin 

tarixdə  başa  çatmış  il  üzrə  pul  vəsaitlərinin  hərəkətini,  kapitalda  dəyişikliklər  hesabatını  düzgün  və  Maliyyə 

Hesabatlarının  Beynəlxalq  Standartlarına  ("MHBS")  müvafiq  qaydada  əks  etdirən  maliyyə  hesabatlarının 

hazırlanmasına görə məsuliyyət daşıyır. 

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır: 

 

Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi



 

Məntiqli və məqsədəuyğun təxminlərin və qərarların qəbul edilməsi



 

BMHS-na  uyğunluğun  bəyan  edilməsi  və  əgər  bu  standartlardan  əhəmiyyətli  kənarlaşmalar  varsa,  bu 



halların maliyyə hesabatlarında açıqlanması və izah edilməsi; və 

 



Əgər  yaxın  gələcəkdə  Cəmiyyət  işini  normal  şərtlər  altında  davam  etdirəcəksə,  hesabat  tarixinə  maliyyə 

hesabatlarını daimilik prinsipi əsasında hazırlanması. 

Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır; 

 



Cəmiyyətin  daxilində  səmərəli  və  keyfiyyətli  daxili  nəzarət  sisteminin  işlənib  hazırlanması,  qurulması  və 

möhkəmləndirilməsi; 

 

Cəmiyyətin  maliyyə  hesabatlarının  MHBS-na  uyğun  olaraq  düzgün  hazırlanması  və  Cəmiyyətin 



maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi; 

 



Yerli  mühasibat  sisteminin  qanunvericilik  və  Azərbaycan  Respublikasının  mühasibat  standartlarına  uyğun 

olaraq təşkil edilməsi; 

 

Mümkün imkanlardan istifadə edərək Şirkətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması; 



 

Saxtakarlıq, yanlışlıq  və digər qanunauyğunsuzluq  hallarının  müəyyən ediiməsi  və qarşısının alınması. 



31  dekabr  2020-ci  il  tarixində  başa  çatmış  il  üzrə  maliyyə  hesabatlarının  bəyan  olunması  29  mart  2021-ci  il 

tarixində İdarə Heyəti tərəfindən təsdiq olunmuşdur. 

 


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə