“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix19.04.2022
ölçüsü1,17 Mb.
#85663
1   ...   18   19   20   21   22   23   24   25   ...   28
AtaSigorta 29.03.2021

SIĞORTA EHTIYATLARI 

Qazanılmamış  sığorta  haqları  ehtiyatı

  -  Sığorta  mükafatının  qazanılmayan  hissəsi  üçün  ehtiyat  balans 

hesabatı  tarixinə  qüvvədə  olan  və  müddəti  bitməyən  qaydaların  şərtləri  ilə  əlaqəli  dövrdə  qəbul  olunmuş  və 

vaxtaşırı hesablanan sığorta mükafatlarının bir hissəsini ifadə edir. 



Zərərlər  ehtiyatı 

-  yekun  zərərlər  üçün  hesablamaları  əks  etdirir.  Zərərlər  ehtiyatına  bildirilmiş,  lakin 

tənzimlənməmiş zərərlər ehtiyatı (BTZE) və baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı (BVBZE) daxildir. 

İddialarla  bağlı  xərclərin  tənzimlənməsi  üzrə  hesablamalar  hər  iki  ehtiyata  (BTZE)  və  (BVBZE)  daxil  edilir. 

BTZE  sığortaçıya  bildirilmiş,  lakin  heasabat  tarixinə  qədər  tənzimlənməmiş  hər  bir  tələb  üzrə  hesablanır. 

BVBZE verilmiş sığorta ödənişlərinə əsasən hesabat tarixinə üçbucaq metodu ilə hesablanmış BVBZE, hesabat 

tarixinə  hesablanmış  BTZE-nin  25%-i  və  hesabat  tarixindən  əvvəlki  4  rüb  ərzində  qazanılmış  məcmu  sığorta 

haqlarının 2.5%-nin böyük olanı əsasında hesablanır. Yekun düzəlişlər yarandıqları dövr üzrə mənfəət və zərər 

haqqında hesabatda əks olunur. 

TƏKRARSIĞORTA 

Təkrarsığorta  sığortaçının  sığorta  müqaviləsi  üzrə  sığortaladığı  və  ya  təkrarsığortaladığı  risklərin  bütövlükdə, 

yaxud bir hissəsinin sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada təkrarsığortaçı ilə bölüşdürülməsi və 

ya təkrarsığortaçıya ötürülməsidir. Cəmiyyət biznesin normal gedişində təkrarsığorta üzrə riskləri digər şirkətə 

verir.  Lakin  risk  və  təkrarsığortanın  digər  tərəfə  verildiyi  təkrarsığorta  müqavilələri  Cəmiyyəti  sığortalanan 

şəxslər  qarşısındakı  öhdəliklərindən  azad  etmir.  Aktivlərin  təkrarsığortasına  ödənilmiş  iddialar  üçün 

təkrarsığorta  şirkətlərindən  debitor  borcları,  o  cümlədən,  zərərləri  tənzimləyən  iddialar  və  Cəmiyyətə  verilən 

sığorta  mükafatları  daxildir.  Təkrarsığorta  üzrə  kreditor  borclar  təkrarsığortaçıya  təkrarsığorta  ödənişlərinin 

köçürülməsi  üzrə  Cəmiyyətin  öhdəliyidir  və  Cəmiyyətin  təkrarsığorta  halları  ilə  bağlı  iddialarındakı  payıdır. 

Təkrarsığortalar tərəfındən ödəniləcək vəsaitlər təkrarsığorta siyasəti ilə bağlı iddia öhdəliyinə münasib şəkildə 

hesablanır. Sığorta riskini digər tərəfə verməyən təkrarsığorta müqavilələri birbaşa balansda əks edilir və digər 

alınacaq vəsaitləri və ya ödəniləcək vəsaitləri maddəsinə daxil edilir. Depozit aktivlər və ya öhdəliklər ödənilmiş 

və  ya  alınmış  məbləğdən  dəqiq  müəyyənləşdirilmiş  sığorta  haqları  və  ya  təkrarsığortalanan  şəxs  tərəfındən 

tutulmalı haqlar çıxılmaqla tanınır. 




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə