Atdd tüm Hakları Saklıdır Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması



Yüklə 481,24 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix11.06.2022
ölçüsü481,24 Kb.
#89353
növüXülasə
  1   2   3   4   5   6   7   8   9   ...   16
imali Az rbaycan n ar Rusiyas t r find n i al n n ba lanmas T rkiy tarix nal nda[#689868]-970775



© ATDD Tüm Hakları Saklıdır


 
Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması 
Türkiyə tarixşünalığında 
Vidadi Umudlu

 
ORCID: 0000 0002 4766 2798 
Xülasə 
XIX əsrin əvvəllərində çar I Aleksandrın Şərqi Gürcüstanın ilhaqına dair qərarı, 
Cənubi Qafqaz tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu hərəkət Azərbaycan 
torpaqlarının işğalına səbəb oldu. Azərbaycanda güclü bir dövlətin olmaması və ölkənin 
kiçik xanlıqlara bölünməsi bu işğalı daha da sürətləndirdi. Məqalədə XVIII əsrin sonu - 
XIX əsrin əvvəllərində Türkiyə tarixşünaslığında Şimali Azərbaycanın siyasi 
vəziyyətinin öyrənilməsi, Azərbaycan xanlıqlarının Osmanlı, İran və Rusiya dövlətləri 
ilə siyasi əlaqələri, habelə Şimal Azərbaycanın çar Rusiyası tərəfindən işğalının 
başlanması məsələsi araşdırılmışdır.Azərbaycan xalqının müstəmləkə rejiminə qarşı 
mübarizəsi, Rusiya ordusu tərəfindən mülki şəxslərin vəhşicəsinə məhv edilməsi və 
Cavad xanın rəhbərliyi altında Gəncə xanlığının qəhrəman müdafiəsi Türkiyə 
tarixşünaslığında mühüm yer tutur. Məqalədə türk tarixçilərinin Qarabağ, Şəki, Şirvan, 
Dərbənd xanlıqlarının çar Rusiyası tərəfindən işğalına münasibətləri də əks 
olunmuşdur.Məqalə, Mehmet Saray, Sadiq Mufit Bilge, Nedim İpek, Cemal Gökce
Naki Keykurun (Şeyxzamanlı), Abdullah Saydam, Anıl Çeçen, Mustafa Budak və digər 
türk tarixçilərinin əsərləri əsasında tədqiq olunmuşdur. Problemin mənbə bazası da çox 
zəngindir. Başbakanlıq Osmanlı Arxivi (BOA) sənədləri və arxiv sənədlərinə əsaslanan 
kitablar problemlərin araşdırılmasında mühüm rol oynayır.
 
Açar sözlər: 
Çar Rusiyası, Şimali Azərbaycan, işğal, türk tarixçiləri 
Gönderme Tarihi: 30/11/2019 Kabul Tarihi:26/12/2019 
*
 Dosent, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu, aparıcı elmi işçi, 
tarix üzrə fəlsəfə doktoru, E-mail: v.umudlu@yahoo.co.uk 



Yüklə 481,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə