AtəT-in Budapeşt sammiti (4-6 dekabr 1994-cü IL)



Yüklə 80,1 Kb.
Pdf görüntüsü
tarix14.02.2018
ölçüsü80,1 Kb.
#26908


ATƏT-in Budapeşt sammiti 

(4-6 dekabr 1994-cü il) 

 

1994-cü ilin dekabrında Macarıstanın paytaxtı Budapeştdə Avropa Təhlükəsizlik və  Əməkdaşlıq 

Müşavirəsinin (ATƏM) zirvə  görüşü keçirilib. Bu, ATƏM yarandıqdan sonra dövlət rəhbərlərinin dördüncü 

görüşü idi. Bu görüş ATƏM-in Heydər Əliyevin iştirakı ilə keçirilən ilk görüşü idi.  

Budapeşt Zirvə  görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə  əlaqədar ATƏM-in 

fəaliyyətinin intensivləşdirilməsi barədə  qərar qəbul olundu. ATƏM dövlətlərinin başçıları nizamlamanın 

mərhələli xarakterini müəyyən edərək və  ATƏM-in Minsk Konfransının həmsədrlərinə  silahlı münaqişənin 

dayandırılması barədə  saziş hazırlamağı tapşırdı. Saziş bütün tərəflər üçün münaqişənin  əsas nəticələrinin 

aradan qaldırılmasını özündə  əks etdirməli və  Minsk Konfransının çağırılması üçün əsas olmalı idi. Görüşdə 

münaqişə  zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində 

bir qərar qəbul olundu.  



Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar  

ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi 

(Budapeşt, 5 dekabr 1994-cü il) 

 

1. İştirakçı dövlətlər münaqişə və onun nəticəsi kimi insan faciəsinin davam etməsini pisləyərək münaqişədə 



iştirak edən tərəflərin 1994-cü il may ayının 12-də  ATƏM-in Minsk qrupu ilə birgə  əməkdaşlıqda Rusiya 

Federasiyasının vasitəçiliyi ilə  razılaşdırılmış atəşkəsi təsdiq etmələrini alqışladılar.  İştirakçı dövlətlər BMT 

Təhlükəsizlik  Şurasının  əlaqədar qətnamələrinə  dair öhdəliklərini təsdiq etdilər və  Təhlükəsizlik  Şurasının 

münaqişənin sülh yolu ilə  həll edilməsinə  yönəlmiş ATƏM-in səylərinə verdiyi siyasi dəstəyi alqışladılar. 

Bununla  əlaqədar onlar münaqişədə  iştirak edən tərəfləri birbaşa  əlaqələr də daxil olmaqla, intensiv daimi 

danışıqlara çağırdılar. Bundan çıxış edərək onlar ATƏM-in səylərini və  yardımını gücləndirəcəklərinə  əmin 

etdilər. Onlar ATƏM-in Minsk qrupunun vasitəçilik səylərini tamamilə  müdafiə etdilər və Rusiya 

Federasiyasının çox mühüm yardımını  və Minsk qrupunun digər ayrılıqda götürülmüş üzvlərinin səylərini 

yüksək qiymətləndirdilər. Onlar bütün bunları ATƏM çərçivəsi daxilində  vahid, uzlaşdırılmış  səylər  şəklində 

uyğunlaşdırmağa razılaşdılar. 

2. Bununla əlaqədar onlar fəaliyyətdə olan sədrə iştirakçı dövlətlərlə məsləhətləşərək və mümkün qədər tez 

bir zamanda fəaliyyət göstərərək danışıqlar üçün ümumi və  razılaşdırılmış  əsasın təmin olunması  və  bütün 

vasitəçilik və  danışıqlara dair fəaliyyətlərin  tam uyğunlaşdırılmasının həyata keçirilməsindən ötrü Minsk 

Konfransının həmsədrlərini təyin etməyi tapşırdılar. ATƏM prinsiplərini və razılaşdırılmış mandatı əldə rəhbər 

tutan həmsədrlər Minsk qrupunun iclaslarında birgə  sədrlik edəcək və  fəaliyyətdə olan sədrə birgə hesabat 

verəcəklər. Onlar mütəmadi olaraq Daimi Şuraya öz işlərindəki irəliləyişlər barədə ətraflı məlumat verəcəklər.  

3. Bu səylərdə  birinci addım kimi onlar Minsk Konfransının həmsədrlərinə  Rusiya Federasiyasının və 

Minsk qrupunun digər ayrı-ayrı dövlətlərinin köməyi və onlarla əməkdaşlıq edərək mövcud atəşkəsin davam 

etdirilməsinə  kömək etmək üçün dərhal addımlar atmağı  və  ötən vasitəçilik fəaliyyətində  artıq  əldə  edilmiş 

irəliləyişlərə  əsaslanaraq silahlı münaqişə bitdikdən sonra siyasi sazişin imzalanması üçün intensiv danışıqlar 

keçirməyi tapşırdılar. Bu sazişin həyata keçirilməsi bütün tərəflər üçün münaqişənin  əsas nəticələrini aradan 

qaldıracaq və  Minsk Konfransının çağırılmasına imkan verəcəkdir. Bundan başqa, onlar Minsk Konfransının 

həmsədrlərindən inam yaradılması sahəsində, xüsusən humanitar sahədə  tədbirlərin gələcəkdə  də  həyata 

keçirilməsi yolunda tərəflərlə birgə  işi davam etdirməyi xahiş etdilər. Onlar iştirakçı dövlətlərin həm ayrı-

ayrılıqda, həm də  əlaqədar beynəlxalq təşkilatlar çərçivəsində  qaçqınların vəziyyətinin yüngülləşdirilməsinə 

xüsusi diqqət yetirərək regiondakı  əhaliyə  humanitar yardımın təmin olunması sahəsində  fəaliyyət 

göstərmələrinin vacibliyini qeyd etdilər. 

4. Onlar belə razılaşdılar ki, münaqişədə iştirak edən tərəflərin nöqteyi-nəzərinə əsasən yuxarıda göstərilən 

sazişin imzalanması sazişin özünün həyata keçirilməsi üçün mühüm element olan çoxmillətli sülhməramlı 

qüvvələrin yerləşdirilməsinə imkan verəcəkdir. Onlar BMT Təhlükəsizlik Şurasının uyğun qətnaməsi ilə, silahlı 

münaqişə bitərkən tərəflər arasında bağlanacaq sazişdən sonra ATƏM-in çoxmillətli sülhməramlı qüvvələrini 

göndərmək barədə siyasi iradələrini bəyan etdilər. Onlar fəaliyyətdə olan sədrdən xahiş etdilər ki, o, mümkün 

qədər tez bir zamanda, 1992-ci il Helsinki sənədinin üçüncü bəndinə  əsasən və BMT Nizamnaməsinə tam 

uyğun  şəkildə  təşkil olunacaq belə  qüvvələrin yaradılması, tərkibi və  əməliyyatlarına dair plan hazırlasın. 

Bununla əlaqədar fəaliyyətdə olan sədrə Minsk Konfransının həmsədrləri və Minsk qrupu, Baş katib tərəfindən 

köməklik və  yardım göstəriləcək, o, həmçinin müvafiq  məsləhətləşmələrdən sonra sülhməramlı qüvvələri 

yaradan dövlətlərə bu qüvvələrin xarakteristikası və həcmi, onlara rəhbərlik və nəzarət, arxa təminat hissələri və 

ehtiyatların paylanması, davranış  və  sazişlərin qaydalarına dair tövsiyələr vermək üçün Vyanada yüksək 

səviyyəli planlaşdırma qrupu yaradacaq. 0. BMT-nin texniki məsləhət və ekspertiza təminatına hazır olduğu 

barədə  bəyanatına  əsasən BMT-dən yardım almağa çalışacaqdır. O, həmçinin BMT TŞ-dən ATƏM-in 

sülhməramlı qüvvələrinin mümkün yerləşdirilməsi barədə davamedici siyasi dəstəyə çalışacaqdır. 

5. 1992-ci il Helsinki sənədinin üçüncü bəndinin müvafiq maddələrinə və hazırlıq işlərinə, sonrakı saziş və 

tərəflərin Minsk Konfransının həmsədrləri vasitəsilə  fəaliyyətdə olan sədrə  rəsmi müraciətinə  əsasən Daimi 

Şura ATƏM-in sülhməramlı əməliyyatlarının təşkilinə dair qərar qəbul edəcəkdir.  




Avropada təhlükəsizlik və əməkdaşlıq müşavirəsi Zirvə görüşü  

(Budapeşt, 6 dekabr 1994-cü il) 

Regional məsələlər. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 

ATƏM fəaliyyətinin fəallaşması 

 

1. Münaqişənin davam etməsi və bunun nəticəsində baş verən insan faciəsindən təəssüfləndiklərini ifadə 

edərək, iştirakçı dövlətlər ATƏM-in Minsk qrupu ilə  əməkdaşlıqda Rusiya Federasiyasının vasitəçilik səyləri 

nəticəsində 1994-cü il mayın 12-də  razılaşdırılmış atəşkəsi münaqişə  tərəflərinin təsdiqlədiklərini alqışladılar. 

Onlar Birləşmiş Millətlər Təşkilatı  Təhlükəsizlik  Şurasının müvafiq qətnamələrinə sadiq qaldıqlarını 

təsdiqlədilər və  ATƏM-in münaqişənin sülh yolu ilə  nizamlanmasına yönəlmiş  səylərinə  Təhlükəsizlik 

Şurasının göstərdiyi siyasi dəstəyi alqışladılar. Bu məqsədlə  onlar münaqişə  tərəflərini birbaşa  əlaqələr daxil 

olmaqla məsələnin mətləbinə dair daha intensiv danışıqlara çağırdılar. Bu mənada onlar ATƏM-in səyləri və 

köməyini ikiqat gücləndirəcəklərinə  söz verdilər. Onlar ATƏM-in Minsk qrupunun vasitəçilik səylərini qəti 

şəkildə  bəyəndilər və  Rusiya Federasiyasının həlledici yardımını  və Minsk qrupunun digər fərdi üzvlərinin 

səylərini yüksək qiymətləndirdilər. Onlar bu səyləri ATƏM çərçivəsində  əlaqələndirərək bir araya gətirmək 

qərarına gəldilər.  

2. Bu məqsədlə onlar danışıqlar üçün vahid və razılaşdırılmış baza yaratmaq, həmçinin bütün vasitəçilik 

və  danışıqlar fəaliyyətinin tam şəkildə  əlaqələndirilməsini təmin etmək məqsədilə, Fəaliyyətdə olan Sədrə, 

iştirakçı dövlətlərlə  məsləhətləşmələr  əsasında və  mümkün qədər tez hərəkət etməklə, Minsk qrupunun 

həmsədrlərini təyin etməyi tapşırdılar. Həmsədrlər bütün danışıqlar səylərində  ATƏM prinsiplərini və 

razılaşdırılmış mandatı  əsas tutaraq, Minsk qrupunun görüşlərində birlikdə  həmsədrlik və  Fəaliyyətdə olan 

Sədrə birlikdə  məruzə edəcəklər. Onlar işlərinin gedişi barəsində  Daimi  Şuraya müntəzəm olaraq məlumat 

verəcəklər.  

3. Bu səylər çərçivəsində  ilk addım kimi, onlar mövcud atəşkəsin davam etdirilməsinə  kömək etmək 

məqsədilə  Rusiya Federasiyasının və Minsk qrupunun digər fərdi üzvlərinin dəstəyilə  və onlarla əməkdaşlıq 

şəraitində  təcili tədbirlərin  görülməsini, və  əvvəllər vasitəçilik fəaliyyəti zamanı  əldə  olunmuş irəliləyişə 

əsaslanaraq, həyata keçirilməsi bütün tərəflər üçün münaqişənin əsas nəticələrini aradan qaldırmağa və Minsk 

konfransını çağırmağa imkan verəcək silahlı münaqişənin dayandırılması haqqında siyasi sazişin imzalanması 

məqsədilə tezliklə  danışıqlar aparmağı Minsk qrupunun həmsədrlərinə  tapşırdılar. Daha sonra onlar Minsk 

konfransının həmsədrlərindən, xüsusilə humanitar sahədə, inamın möhkəmləndirilməsi tədbirlərinin həyata 

keçirilməsi istiqamətində münaqişə tərəfləri ilə birgə işi davam etdirməyi xahiş etdilər. Onlar iştirakçı dövlətlər 

tərəfindən həm fərdi  əsasda, həm də  müvafiq beynəlxalq təşkilatlar çərçivəsində  qaçqınların acınacaqlı 

vəziyyətini yüngülləşdirməyə  xüsusi diqqət yetirmək  şərti ilə regionun əhalisinə  humanitar yardımın 

göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi vacibliyini qeyd etdilər.  

4. Onlar razılaşdılar ki, münaqişə tərəflərinin fikirlərinə uyğun olaraq yuxarıda qeyd olunan sazişin əldə 

edilməsi həmin sazişin həyata keçirilməsinin vacib elementi kimi çoxmillətli sülhməramlı qüvvələrin 

yerləşdirilməsinə imkan verə bilərdi. Onlar silahlı münaqişənin dayandırılması haqqında tərəflər arasında 

sazişin əldə edilməsindən sonra, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin qəbul edilməsi şərti ilə, 

ATƏM-i çoxmillətli sülhməramlı qüvvələrlə  təmin etmək üçün siyasi hazırlıqlarını  bəyan etdilər. Onlar 

Fəaliyyətdə olan Sədrdən 1992-ci il Helsinki Sənədinin III fəsli  əsasında və Birləşmiş Millətlər Təşkilatı 

Nizamnaməsinə  tam uyğun olaraq təşkil ediləcək belə  qüvvələrin yaradılması, tərkibi və  fəaliyyəti barəsində 

qısa zaman ərzində plan işləyib hazırlamağı xahiş etdilər. Bu məqsədlə Fəaliyyətdə olan Sədrə Minsk konfransı 

həmsədrləri və Minsk qrupu, həmçinin Baş Katib tərəfindən kömək ediləcək; müvafiq məsləhətləşmələrdən 

sonra o, həmçinin bu qüvvələrin, başqa məsələlərlə  yanaşı, ölçüsü və xarakteri, onlara rəhbərliyi və  onların 

idarəsi, maddi-texniki təchizatı, müvafiq altbölümlərin və  resursların bölünməsi, güc tətbiq etmək qaydası  və 

qüvvə verən dövlətlərlə  razılaşmalar haqqında tövsiyələrin hazırlanması üçün Vyanada yüksək səviyyəli 

planlaşdırma qrupu yaradacaq. O, Birləşmiş Millətlər Təşkilatının texniki məsləhət və  ekspertiza yardımının 

göstərilməsinə hazır olması haqqında etdiyi bəyanatına əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatına kömək üçün 

müraciət edəcək. O, həmçinin, ATƏM-in sülhməramlı qüvvələrinin mümkün yerləşdirilməsi üçün BMT 

Təhlükəsizlik Şurasının uzunmüddətli siyasi dəstəyini əldə etməyə çalışacaq.  

5. Belə hazırlıq işini və 1992-ci il Helsinki Sənədinin III fəslinin müvafiq müddəalarına əsasən və tərəflər 

arasında razılığın  əldə  olunmasından və  onların Minsk konfransının həmsədrləri vasitəsilə  Fəaliyyətdə olan 

Sədrə  rəsmi xahişindən sonra Daimi Şura ATƏM-in sülhməramlı  əməliyyatının keçirilməsi barəsində  qərar 

qəbul edəcək.  



 


ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeşt görüşündə  

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı  

(6 dekabr 1994-cü il) 

 

- Hörmətli cənab sədr! 



Hörmətli dövlət başçıları! 

Xanımlar və cənablar! 

Göstərilən qonaqpərvərliyə, Budapeşt şəhərində işləməyimiz üçün yaradılan gözəl şəraitə görə Macarıstan 

Respublikasının prezidenti cənab Arpad Göntsə, Macarıstan hökumətinə  səmimi minnətdarlığımı bildirmək 

istəyirəm. 

Azərbaycan xalqı Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Müşavirəyə böyük əhəmiyyət verir, indiki 

görüşdən çox şey gözləyir. 1975-ci ildə Helsinkidə ATƏM-in Yekun Aktının imzalanması dünya proseslərinin 

gedişinə  uzunmüddətli müsbət təsir göstərmiş, son illərdə  dünyada baş verən  əsaslı  dəyişikliklərin ilk 

əlamətlərindən biri olmuşdur. Dünyanın siyasi xəritəsi dəyişmiş, ATƏM-in üzvü olan yeni suveren dövlətlər 

meydana gəlmişdir ki, onlardan biri də mənim ölkəm - müstəqil Azərbaycandır.  

Müasir şəraitdə ATƏM-in rolu və əhəmiyyəti getdikcə daha da artır. Yeni Avropaya, sərhədlərin və nüfuz 

dairələrinin olmayacağı Avropaya təkmilləşmiş ATƏM gərəkdir. ATƏM-in fəaliyyətini gücləndirmək, onu 

demokratikləşdirmə  və  insan hüquqlarının qorunması proseslərinə  təsirli kömək göstərməyə, hələ 

möhkəmlənməmiş  gənc dövlətlərin azadlığına və istiqlaliyyətinə  xələl gətirə biləcək təcavüzkarlıq 

hərəkətlərinin və  ya planlarının qarşısını qətiyyətlə  almağa, qitəmizin qaynar nöqtələrində sabitliyin bərpasına 

kömək etməyə  qadir olan, "soyuq müharibə" qurtardıqdan sonra Avropa təhlükəsizliyinin yeni binasının 

dayaqlarından birini təşkil edə bilən səmərəli vasitəyə çevirmək son dərəcə zəruridir. 

Azərbaycan Respublikası öz istiqlaliyyətini elan etmişdir və bazar iqtisadiyyatına, çoxpartiyalı sistemə, 

insan hüquqlarını və şəxsiyyətin azadlığını təmin edən qanunlara malik demokratik dövlət yaradılması yolunda 

inamla irəliləyir. Keçid dövrünün obyektiv çətinliklərinə, zorla cəlb edildiyimiz altı illik müharibənin 

nəticələrinə baxmayaraq, biz bu yolun xeyli hissəsini keçmişik və əminik ki, qarşıya qoyduğumuz məqsədlərə 

çatacağıq. 

Azərbaycan NATO-nun "Sülh naminə  tərəfdaşlıq" proqramına qoşulmuşdur, tərksilah və silahlanma 

üzərində nəzarət sahəsində beynəlxalq hüquqi öhdəliklərin, o cümlədən Avropada adi silahlı qüvvələr haqqında 

müqaviləyə aid öhdəliklərin yerinə yetirilməsi xəttinə ciddi əməl edir. 

Biz bərabərhüquqlu tərəfdaş kimi iqtisadi cəhətdən dünya birliyinə qoşulmağımızı sürətləndirmək üçün də 

əlimizdən gələni edir, istər öz qonşularımızla, istərsə  də  dünyanın bütün ölkələri ilə  sıx  əməkdaşlığı inkişaf 

etdiririk.  

Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə  işlədilməsinə  dair bu il sentyabrın 20-də 

dünyanın bir sıra iri şirkətləri ilə  müqavilə  imzalanması dediklərimə  parlaq nümunədir. Xüsusi qeyd etmək 

istəyirəm ki, bu çox iri investisiya layihəsinin bir sıra iştirakçıları ATƏM-ə  daxil olan ölkələri - ABŞ-ı, 

Rusiyanı, İngiltərəni, Türkiyəni, Norveçi təmsil edirlər. Ümidvaram ki, həmin müqavilə bu konsorsiumda iştirak 

edən ölkələrin və  xalqların bir-birinə  yaxınlaşmasına, bütövlükdə isə Avropada sabitliyin və  əməkdaşlığın 

möhkəmlənməsinə kömək edəcəkdir. 

Hörmətli xanımlar və cənablar! 

Müşavirənin iştirakçılarına məlumdur ki, altı il bundan əvvəl  respublikamızın bir hissəsini - Dağlıq 

Qarabağı onun əlindən qoparıb almaq məqsədi ilə bizə  qarşı  təcavüz edilmişdir. Ermənistan Respublikası, 

Dağlıq Qarabağdakı erməni separatçıları dövlətimizin  ərazi bütövlüyünə  qarşı geniş  hərbi  əməliyyatlara  əl 

atmışlar. Azərbaycanın  Şuşa  şəhəri və  Laçın rayonu zəbt olunduqdan sonra əslində  Dağlıq Qarabağ ilhaq 

edilmişdir. Dağlıq Qarabağın 50 mindən çox azərbaycanlı yaşamış onlarca yaşayış  məntəqəsi dağıdılmış  və 

yandırılmışdır. Dağlıq Qarabağ  əməliyyat meydanından istifadə etməklə erməni silahlı birləşmələri 

Azərbaycanın altı başqa rayonunu -  Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən və sahəsi onun 

sahəsindən dörd dəfə böyük olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarını da işğal 

etmişlər. 

Təcavüz nəticəsində Azərbaycanın iyirmi faizindən çoxu işğal olunmuşdur. Mənim həmvətənlərimin 20 

mindən çoxu həlak olmuş, təqribən 100 min nəfəri yaralanmış və şikəst qalmış, 6 min nəfəri əsir düşmüşdür, bir 

milyondan çox azərbaycanlı, yəni respublikanın  əhalisinin təqribən on beş faizi doğma yurd-yuvasından 

qovulmuşdur və  hazırda çadır  şəhərciklərində  yaşayır,  ən zəruri ehtiyaclarını ödəyə  bilmir.  İşğal edilmiş 

Azərbaycan ərazilərində 700 şəhər və kənd dağıdılmış, yandırılmış, bütün evlər, məktəblər, xəstəxanalar talan 

olunmuş, ən qədim mədəniyyət abidələri məhv edilmişdir. 




Münaqişəni aradan qaldırmaq üçün Minsk qrupunun yaradılması haqqında ATƏM-in 1992-ci ilin yazında 

qəbul etdiyi qərarı Azərbaycan xalqı böyük ümidlə qarşılamışdır. Qrupun tərkibinə münaqişənin iştirakçısı olan 

Ermənistan və Azərbaycan ilə  yanaşı, dünyanın doqquz nüfuzlu ölkəsi daxildir. Ötən dövr ərzində  xeyli iş 

görmüş bu qrupun fəaliyyətini biz böyük minnətdarlıqla qiymətləndiririk.  

Rusiya Federasiyasının vasitəçilik fəaliyyətini qeyd etməyi zəruri sayıram. Onun səyləri və  ATƏM-in 

köməyi ilə yeddi aya yaxındır ki, atəşkəsə əməl edilir və qan tökülmür. Lakin atəşin hər hansı şəkildə kəsilməsi 

hələ  sülh demək deyildir. Tərəflərin mənafeyini və beynəlxalq hüquq normalarını  nəzərə alan siyasi saziş 

imzalanmadan möhkəm və  ədalətli sülh ola bilməz. Atəşkəsdən istifadə etməklə biz bu sənədin razılaşdırılıb 

qəbul edilməsinə intensiv çalışırıq.  

Əmin etmək istəyirəm ki, Azərbaycan Respublikası bu prosesdə son dərəcə sülhsevər və əməli mövqe tutur. 

Təcavüzün ağır nəticələrinə baxmayaraq, biz Ermənistan tərəfinə  ədalət və humanizmin əsasında, ATƏM-in 

prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında sülh təklif edirik. Biz Dağlıq Qarabağın erməni 

əhalisinin təhlükəsizliyinə təminat verməyə hazırıq, münaqişə zonasında ATƏM-in sülhü qoruyan qüvvələrinin 

yerləşdirilməsinə razıyıq. Biz milli azlıq təşkil edən ermənilərin hüquqlarının həyata keçməsi üçün Azərbaycan 

dövlətinin tərkibində Dağlıq Qarabağın statusunu müzakirə etməyə və Azərbaycanın Dağlıq Qarabağ regionu ilə 

Ermənistan Respublikası arasında nəqliyyat kommunikasiyalarının normal işləməsini təmin etməyə də hazırıq. 

Amma bizim üçün sarsılmaz olan normalar və prinsiplər vardır ki, bunlar da sərhədlərin pozulmazlığı, 

Azərbaycanın  ərazi  bütövlüyü, işğal edilmiş bütün ərazilərdən erməni silahlı birləşmələrinin çıxarılması, 

qaçqınların doğma ocaqlarına qaytarılmasıdır. 

Bu gün məhz təcavüzkarın BMT Təhlükəsizlik  Şurasının qətnamələrini yerinə yetirməkdən və  işğal 

olunmuş bütün Azərbaycan ərazilərindən öz silahlı birləşmələrini mərhələ-mərhələ çıxarmağa razılıq verməkdən 

boyun qaçırması siyasi saziş əldə edilməsinə mane olur.  

Minsk qrupunun üzvləri arasında fikir ayrılıqlarının aradan qaldırılmasından, onların səylərinin Azərbaycan 

ilə Ermənistan arasında sülhün və sabitliyin bərqərar edilməsi üçün birləşdirilməsindən də çox şey asılıdır. 

Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün sülhü qoruyan beynəlxalq qüvvələr təşkil 

etmək sahəsində  ATƏM-in sədrinin səylərini biz alqışlayırıq. Mən sədrin çağırışına səs vermiş bütün ölkələrə 

təşəkkür edir və hamını bu nəcib işdə ona kömək göstərməyə çağırıram. 

Xram çayı üzərində olan, Ermənistanı Gürcüstanla birləşdirən körpünün partladılması ilə  əlaqədar 

Ermənistan Respublikasının prezidenti cənab Levon Ter-Petrosyanın bəyanatı məni son dərəcə təəccübləndirdi. 

Mən baş verən hadisədə Azərbaycan Respublikasının əli olması barədə ittihamları qətiyyətlə rədd edirəm və bu 

bəyanatı tamamilə  sübutsuz, heç bir əsası olmayan bəyanat sayıram. Üçüncü  dövlətin  ərazisində, döyüş 

əməliyyatı zonasından yüz kilometrlərlə uzaqda baş vermiş bu hadisəyə atəşkəs rejiminin Azərbaycan tərəfindən 

kobud şəkildə pozulması kimi düşünülməmiş qiymət verilməsi də xüsusi narahatlıq doğurur. 

Belə  təəssürat yaranır ki, Azərbaycana heç bir dəxli olmayan bu hadisədən vəziyyəti kəskinləşdirmək, 

gərginliyi artırmaq üçün xüsusi olaraq istifadə edilir. Bununla əlaqədar mən cənab Levon Ter-Petrosyanı 

başlanmış sülh prosesinə, burada, Budapeştdə, bizim məclisimizdə  hökm sürən  əlverişli  şəraitə ziyan vura 

biləcək hər hansı düşünülməmiş hərəkətlərdən çəkindirirəm. 

Mən öz tərəfimdən bir daha bildirirəm ki, dövlətimiz  əldə  olunmuş atəşkəsə sadiqdir və Ermənistan-

Azərbaycan münaqişəsini sülh yolu ilə  aradan qaldırmaq üçün səylərini  əsirgəməməyə  hazırdır. Mən cənab 

Levon Ter-Petrosyanı sülh axtarışı yolunda fəal əməkdaşlığa dəvət edirəm.  

Münaqişənin aradan qaldırılması işində əsaslı irəliləyişə nail olmaq üçün Budapeşt görüşünün nadir imkanı 

vardır. Mən ATƏM-in üzvü olan dövlətlərin hörmətli başçılarına müraciətlə xahiş edirəm ki, bu işdə fəal iştirak 

etsinlər, mənim xalqımı, milyonlarla adamı ağrı-acıya, iztirablara məruz qoyan altı illik müharibənin alovunu 

söndürməyə  kömək etsinlər, bununla da Avropada Təhlükəsizliyə  və  Əməkdaşlığa dair Müşavirənin Yekun 

aktının ümdə prinsiplərinin həyata keçməsinə imkan açsınlar. Bu sənədi biz hamımız təntənə ilə imzalamışıq.  

Diqqətinizə görə təşəkkür edirəm. 

 



Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı Nazirlər Şurasının 5-ci görüşü 

(Budapeşt, 8 dekabr 1995-ci il) 

ATƏT-in Minsk prosesi üzrə qərarı Nazirlər Şurası 

 

-  ATƏT-in Minsk prosesinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeganə  forum olmasını 



təsdiqləyir; 

- münaqişə tərəflərinin 1994-cü ilin mayın 12-də bərqərar edilən atəşkəsə riayət etməyi davam etdirmək 

əzmlərini alqışlayır; 

- tərəfləri bütün hərbi  əsirləri və  münaqişə ilə  bağlı saxlanılan bütün şəxsləri dərhal azad etməyə, və 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin şəxslərin saxlanıldığı bütün yerlərə və bütün saxlanılanlara maneəsiz baş 

çəkməsini təmin etməyə çağırır;  

- Fəaliyyətdə olan Sədrlə koordinasiyada təxirə salınmadan silahlı münaqişənin dayandırılması haqqında 

siyasi sazişin  əldə edilməsi yolunda Minsk konfransının Həmsədrlərinin səylərini dəstəkləyir. Belə  sazişin 

yerinə yetirilməsi bütün tərəflər üçün münaqişənin  əsas nəticələrini aradan qaldıracaq və  qısa vaxt ərzində 

Minsk konfransını çağırmağa imkan yaradacaq. Sazişin imzalanması Daimi Şuraya fəaliyyətinin davam 

etdirilməsi lazım olan Yüksək Səviyyəli Planlaşdırma Qrupunun dəyərli tövsiyələrinə  əsaslanaraq, ATƏT-in 

sülhməramlı əməliyyatının keçirilməsi haqqında qərar qəbul etməyə imkan yaradacaq; 

-  münaqişənin nizamlanması prinsipləri üzrə  razılaşmanın  əldə edilməsi məqsədilə, Həmsədrlərlə 

koordinasiyada, birbaşa  əlaqələrin qurulmasına dair ifadə  olunmuş öhdəlikləri alqışlayır və bunu tez bir 

zamanda gerçəkləşdirməyə təkidlə çağırır; və  

- kompromisin tezliklə  əldə edilməsi məqsədilə  tərəflərin  ən vacib məsələləri nəzərdən keçirməyə ifadə 

olunmuş hazırlıqlarını nəzərə alır.  

 



ATƏT-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş sənədlər 

 

ATƏM-in üzvü olan ölkələrin dövlət başçılarının Budapeşt Sammitinin qərarı (5-6 dekabr 1994-cü il) 

  

II. Regional məsələlər 

 Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏM-in fəaliyyətinin aktivləşdirilməsi 

  Münaqişənin davam etməsi və onun insanlar üçün faciəli nəticəsini qeyd edərək, ATƏM-in Minsk Qrupuna 

kömək məqsədilə Rusiya Federasiyasının vasitəçilik səyləri ilə 12 may 1994-cü il tarixində  əldə olunmuş 

atəşkəs haqqında razılaşmanın münaqişə  tərəflərinin təsdiq etməsini iştirakçı dövlətlər alqışladılar. Onlar 

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının uyğun qətnamələrinə öz tərəfdarlıqlarını təsdiq etdilər 

və ATƏM-in münaqişənin dinc vasitələrlə nizama salınmasına istiqamətlənmiş  səylərinə  Təhlükəsizlik 

Şurasının verdiyi siyasi dəstəyi alqışladılar. Bu məqsədlə onlar münaqişənin tərəflərini birbaşa əlaqələr də daxil 

olmaqla mövcud məsələyə dair daha intensiv danışıqlara başlamağa çağırdılar. Bu kontekstdə onlar ATƏM 

tərəfindən başlanmış  səylərin artırılması  və bu səylərə kömək göstərilməsi haqqında öz qəti fikirlərini 

bildirdilər. Onlar ATƏM-in Minsk Qrupunun vasitəçilik fəaliyyətini qəti olaraq dəstəklədilər, həmçinin, Rusiya 

Federasiyasının həlledici  əməyinə  və Minsk Qrupunun digər üzvlərinin fərdi səylərinə minnətdarlıqlarını 

bildirdilər. Onlar bütün bu səyləri ATƏM çərçivəsində birləşdirmək və koordinasiya etmək razılığına gəldilər. 

      2. Bu məqsədlə onlar danışıqlar üçün vahid və razılaşdırılmış bazanın yaradılması, həmçinin, bütün 

vasitəçilik və danışıqlar fəaliyyətinin tam koordinasiyasını  təmin etmək məqsədilə üzv dövlətlərlə 

məsləhətləşmələr əsasında və bacardıqca tez olaraq Minsk konfransının həmsədrlərini təyin etməyi fəaliyyətdə 

olan sədrə  həvalə etdilər. ATƏM-in  prinsipləri və razılaşdırılmış mandat əsasında danışıqlara özlərinin bütün 

səyləri ilə  rəhbərlik edəcək bu həmsədrlər, Minsk Qrupunun toplantılarında birgə  həmsədrlik edəcəklər və 

fəaliyyətdə olan sədrə birgə  məruzə edəcəklər. Onlar öz işləri barəsində Daimi Şuraya vaxtaşırı  məlumatlar 

verəcəklər. 

   3. Bu səylər çərçivəsində ilk addım olaraq, onlar Minsk konfransının həmsədrlərinə Rusiya Federasiyasının 

və Minsk Qrupunun digər üzvlərinin dəstəyilə, atəşkəs haqqında mövcud olan razılaşmaya kömək məqsədilə 

onlarla birgə  əməkdaşlıq etməklə və vasitəçilik fəaliyyəti ilə  əldə olunmuş inkişafa söykənərək, bütün tərəflər 

üçün münaqişənin  əsas nəticələrinin aradan qaldırılmasını  təmin edən və Minsk konfransının çağırılmasına 

imkan verən hərbi münaqişənin dayandırılması haqqında siyasi sazişin imzalanması  məqsədilə intensiv 

danışıqların aparılmasına başlanmasını  həvalə etdilər. Sonra onlar inamın möhkəmləndirilməsi tədbirlərinin, 

xüsusilə də, humanitar sahədə, həyata keçirilməsi istiqamətində münaqişənin tərəfləri ilə birgə işin aparılmasını 

davam etdirməyi Minsk konfransının həmsədrlərindən xahiş etdilər. Onlar qaçqınların ağır vəziyyətinin 

yüngülləşdirilməsinə xüsusi diqqət yetirməklə qeyd olunan rayonun əhalisinə  həm fərdi  əsasda, həm də 

beynəlxalq təşkilatlar çərçivəsində humanitar yardım göstərilməsi haqqında üzv dövlətlər tərəfindən tədbirlər 

görülməsinin zəruriliyini qeyd etdilər. 

    4. Onlar razılaşdılar ki, münaqişənin tərəflərinin fikirlərinə uyğun olaraq, yuxarıda qeyd olunan razılığın 

əldə olunması bu razılığın həyata keçirilməsinin mühüm elementi kimi sülhü qoruyacaq çoxmillətli qüvvələrin 

göndərilməsinə də imkan verərdi. Onlar hərbi münaqişənin dayandırılması haqqında tərəflər arasında razılaşma 

əldə olunduqdan sonra BMT Təhlükəsizlik  Şurasının uyğun qətnamələri nəzərə alınmaqla ATƏM-in sülhü 

qoruyacaq çoxmillətli qüvvələrinin təqdim olunmasına hazır olduqlarını bildirdilər. Onlar Birləşmiş Millətlər 

Təşkilatının Nizamnaməsinə tamamilə uyğun olaraq, 1992-ci il Helsinki sənədlərinin III bölməsinin 

müddəalarına əsaslanaraq təşkil olunacaq bu qüvvələrin yaradılması, tərkibi və fəaliyyətini əks etdirəcək planın 

qısa bir miiddətdə hazırlanmasını fəaliyyətdə olan sədrə təklif etdilər. Bu məsələdə fəaliyyətdə olan sədr Minsk 

konfransının həmsədrlərinin və Minsk Qrupunun köməyinə, həmçinin, Baş katibin dəstəyinə söykənəcəkdir; 

Uyğun məsləhətləşmələr apardıqdan sonra o, Vyanada belə qüvvələrin sayı, xarakteristikası, komandanlığı 

və idarə olunması, onların maddi-texniki təminatı, uyğun hərbi hissələrin yerləşdirilməsi, hərbi qüvvələrin 

istifadə qaydası və s. təkliflərin işlənməsi üçün yüksək səviyyəli planlaşdırma qrupunu yaradacaqdır. O, texniki 

ekspert məsləhətləşmələri yardımı göstərməyə hazır olduğunu bildirən Birləşmiş Millətlər Təşkilatının 

dəstəyinə müraciət edəcəkdir. O, həmçinin, ATƏM-in sülhü müdafiə qüvvələrinin yerləşdirilməsinə 

münasibətdə BMT-nin Təhlükəsizlik Şurasının uzunmüddətli siyasi dəstəyinin əldə edilməsinə çalışacaqdır. 

    5. Belə hazırlıq işlərinin və 1992-ci il Helsinki sənədinin III bəndinin uyğun müddəaları  əsasında və 

tərəflər arasında razılıq  əldə olunandan və onlar tərəfindən Minsk konfransının həmsədrləri vasitəsilə 

fəaliyyətdə olan sədrə rəsmi müraciət olunduqdan sonra, Daimi Şura ATƏM-in sülhü qoruma əməliyyatlarının 

keçirilməsi haqqında qərar qəbul edir. 

ATƏT-in fəaliyyətdə olan sədrinin ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Lissabon 

Sammitində qəbul olunmuş sənədlərə əlavə olunan 

BƏYANATI 



(3-4 dekabr 1996-cı il) 

    Sizin hamınıza məlum olduğu kimi, son iki il ərzində Dağlıq Qarabağ münaqişəsinin həllində  və 

Azərbaycan Respublikasının  ərazi bütövlüyü məsələsində  uğurlar  əldə etmək mümkün olmamışdır. Mən 

təəssüflə bildirirəm ki, Minsk konfransının həmsədrlərinin münaqişənin tənzimlənməsi ilə bağlı  tərəflərin 

mövqelərinin yaxınlaşdırılmasına yönəlmiş səyləri müvəffəqiyyətlə nəticələnməmişdir. 

   Minsk Qrupunun həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üç prinsip 

irəli sürülmüşdür. Bu prinsiplər Minsk Qrupunun bütün üzv dövlətləri tərəfindən dəstəklənir. Bu prinsiplər 

aşağıdakılardır: 

   - Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi   bütövlüyü; 

    -  Dağlıq Qarabağın razılaşma yolu ilə müəyyən olunan, öz müqəddəratını müəyyən etməyə  əsaslanan 

hüquqi statusu (Azərbaycanın tərkibində Dağlıq Qarabağın ən yüksək özünüidarəetmə statusu). 

    -  Nizama salmanın müddəalarına bütün tərəflər tərəfindən riayət olunmasının təmin edilməsində qarşılıqlı 

öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisi üçün təminatlı təhlükəsizlik. 

    Mən təəssüf hissi ilə qeyd edirəm ki, üzv dövlətlərdən biri bununla razılaşmadı. Bu prinsiplər üzv 

dövlətlərin qalan hamısı tərəfindən dəstəkləndi. 

   Bu bəyanat yüksək səviyyəli Lissabon Sammitinin sənədlərinə əlavə olunacaqdır. 

 ATƏT-in yüksək səviyyəli İstanbul görüşünün Bəyannaməsi (noyabr, 1999-cu il) 

 20. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyət və son hadisələr haqqında ATƏT-in Minsk 

Qrupunun həmsədrlərinin məruzəsini aldıq və onların səylərini müsbət qiymətləndiririk. Mütəmadi görüşlərinin 

problemin  şəffaf və  hərtərəfli həllinin axtarılması prosesinə dinamiklik verilməsi üçün şərait yaradan 

Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan birbaşa danışıqlar bizi xüsusilə sevindirir. 

Danışıqların ATƏT-in Minsk Qrupunun çərçivəsində  bərpasına ümid edərək, prezidentlər arasında aparılan 

dialoqu qəti olaraq dəstəkləyirik və onun davam etdirilməsinə çağırırıq. Eyni zamanda, biz təsdiq edirik ki

ATƏT və onun Minsk Qrupu nizamlanma üçün ən münasib olan format olaraq qalır, sülh prosesinin bundan 

sonrakı inkişafına və onun gələcəkdə reallaşmasına kömək etməyə, o cümlədən, tərəflərə bütün zəruri olan 

köməyin göstərilməsi yolu ilə hazırdır. 

Ulu Öndər Heydər  Əliyev ATƏT-in Lissabon Zirvə görüşündə demişdir: "Dağlıq Qarabağın müstəqilliyi 

barədə qanunsuz iddialar beynəlxalq   hüququn hamı tərəfindən bəyənilmiş normaları ilə bir araya sığmır. Biz 

həmin iddialarla heç vaxt razılaşmayacaq, biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına 

yol verə bilmərik. 

Avropa qitəsində xalqlar və ölkələr arasında qarşılıqlı münasibətlərin hüquqi və humanitar prinsiplərinin 

yüksək standartlarını müəyyən etmiş Helsinki Yekun aktının imzalanmasından iyirmi ildən çox vaxt keçmişdir. 

Bu dövr ərzində dünyada əsaslı müsbət dəyişikliklər baş vermiş, yeni müstəqil dövlətlər meydana gəlmiş, 

azadlıq və demokratiya ideyaları bütün Avropa qitəsində, onun hüdudlarından çox-çox uzaqlarda hakim 

prinsiplərə çevrilmişdir. 

Beynəlxalq təhlükəsizliyi təmin etmək, dövlətlərin suverenliyini, ərazi  bütövlüyünü və  sərhədlərinin 

pozulmazlığını  dəstəkləmək, münaqişələri sülh yolu ilə aradan qaldırmaq, insanın hüquqlarını  və  əsas 

azadlıqlarını qorumaq sahəsində ATƏT-in fəaliyyəti bu dəyişikliklərin gedişinə  və xarakterinə böyük təsir 

göstərmişdir.  

Zaman ATƏT-in yaşarı, səmərəli təşkilat olduğunu sübut etmişdir və biz təşkilatımızın keçdiyi yolu, onun 

Ümumavropa və dünya proseslərinə verdiyi sanballı töhfəni yüksək qiymətləndiririk. Öz müstəqilliyini bərpa 

etmiş, demokratik hüquqi dövlət qurmaq, bazar iqtisadiyyatı formalaşdırmaq yolunu tutmuş Azərbaycan xalqı 

ATƏT-in əməli köməyini daim hiss edir." 

  

VAHİD ÖMƏROV, 



fəlsəfə üzrə fəlsəfə doktoru 

 

“Səs”.-2013.-26 iyul.-№136.-S.15.

 

Yüklə 80,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə