«Atlantbank» Səhmdar Kommersiya Bankı



Yüklə 71,11 Kb.

tarix20.09.2018
ölçüsü71,11 Kb.


“Əmrahbank” Açıq Səhmdar Cəmiyyəti 

 



Layihə 

 

 



 

 

 

 



 

 

 



Açıq Səhmdar Cəmiyyəti “Əmrahbank”ın idarəetmə orqanlarının 

ƏSASNAMƏLƏRİ 

 

 

Bankın Səhmdarlarının Ümumi Yığıncağında  

 

 

təsdiq olunmuşdur 

 

(Protokol №__ «__» __________ 2009-cu il) 

 

 

 

 

 

 

 

 

 

 


“Əmrahbank” Açıq Səhmdar Cəmiyyəti 

 

12 



Audit Komitəsinin Əsasnaməsi 

1.

 

Ümumi müddəalar 

1.1.


 

Audit  Komitəsi  (bundan  sonra  “Komitə”  adlanacaqdır)  ''Banklar  haqqında'' 

Azərbaycan  Respublikası  Qanunu,  «Əmrahbank»  ASC-nin  (bundan  sonra  “Bank”  adlanacaqdır) 

Nizamnaməsi və bu Əsasnamə əsasında fəaliyyət göstərir.  

1.2.


 

Komitə  Bankın  fəaliyyətinə  nəzarəti  və  monitorinqi  həyata  keçirən  orqandır  və 

Səhmdarların Ümumi Yığıncağı qarşısında hesabat verir. 

2.

 

 Komitənin səlahiyyətləri və vəzifələri 

2.1.


 

Komitə aşağıdakı səlahiyyətlərə malikdir: 

a.

 

Bankın audit strategiyasını müəyyən etmək; 



b.

 

daxili  audit  planlarını  təsdiq  etmək  və  audit  bölməsinin  fəaliyyətinə  nəzarəti  həyata 



keçirmək; 

c.

 



kənar auditin təyin edilməsi ilə əlaqədar Müşahidə Şurasına təkliflər vermək; 

d.

 



kənar  auditlə  birgə  işi  təşkil  etmək,  auditin  nəticə  və  tövsiyələrinin  həyata  keçirilməsinə 

yardım etmək; 

e.

 

Bankın idarəetmə orqanları, kənar auditorlar, habelə nəzarət orqanları ilə əlaqələr yaratmaq; 



f.

 

daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair Səhmdarların Ümumi Yığıncağına və 



Müşahidə Şurasına təkliflər vermək; 

g.

 



Səhmdarların  Ümumi  Yığıncağının,  Müşahidə  Şurasının  və  İdarə  Heyətinin  qəbul  etdiyi 

bankın fəaliyyəti ilə bağlı bütün qərarlarla tanış olmaq; 

h.

 

Bankın bütün daxili qaydaları və strategiyası ilə tanış olmaq; 



i.

 

İdarə  heyətindən  Komitənin  öz  funksiyalarını  həyata  keçirmək  üçün  bütün  məlumatları 



almaq; 

j.

 



bank qanunvericiliyinə, Bankın nizamnaməsinə və Azərbaycan Respublikası Milli Bankının 

normativ sənədləri tələblərinin yerinə yetirilməsini İdarə Heyətindən tələb etmək; 

k.

 

Bankın  daxili  auditinin  təyin  olunması  zamanı  öz  münasibətini  bildirmək  və  onun  işinə 



qiymət vermək; 

l.

 



daxili  audit  strukturunun  rəhbərinin  və  işçilərinin  işdən  azad  olması  və  ya  dəyişdirilməsi 

barədə Müşahidə Şurası qarşısında məsələ qaldırmaq; 

m.

 

Bankın illik hesabatına rəy vermək;  



n.

 

kənar və daxili auditorların nümayəndələri ilə görüşlər keçirmək



o.

 

Bankın  struktur  bölmələri  üzrə  xüsusi  audit  yoxlamaları  və  təftişlər  keçirilməsini  sifariş 



vermək; 

p.

 



Bankın fəaliyyətinə və əməkdaşlara aid olan hər hansı məlumatlar üzrə sorğu vermək; 

q.

 



fəaliyyət məqsədləri üçün ehtiyac olduqda müstəqil ekspertləri cəlb etmək; 

r.

 



ehtiyac  olduqda  öz  iclaslarına  Bankın  əməkdaşlarını,  kənar  auditorları  və  müstəqil 

ekspertləri dəvət etmək; 

s.

 

İdarə Heyətinin iclaslarında səs hüququna malik olmadan iştirak etmək; 



t.

 

Müşahidə Şurasının iclaslarında səs hüququna malik olmadan iştirak etmək; 



u.

 

Müşahidə Şurasının növbədənkənar iclasının keçirilməsini tələb etmək;  



v.

 

Səhmdarların növbədənkənar Ümumi Yığıncağının çağırılmasını tələb etmək; 



w.

 

Bu  Əsasnamə  və  Azərbaycan  Respublikası  Milli  Bankının  normativ  aktları  ilə  nəzərdə 



tutulmuş digər səlahiyyətləri həyata keçirmək. 


“Əmrahbank” Açıq Səhmdar Cəmiyyəti 

 

13 



2.2.

 

Komitə Bankda aşağıdakı hallarda bank qanunvericiliyi, bankın Nizamnaməsi və Azərbaycan 



Respublikası  Milli  Bankının  normativ  sənədlərinin  tələblərinin  yerinə  yetirilməsi,  habelə  bankda 

mühasibat işinin vəziyyətinin yoxlanılmasını Daxili Audit Departamentindən tələb edə bilər: 

a.

 

özünün tərtib etdiyi plan əsasında; 



b.

 

Səhmdarların Ümumi Yığıncağının tələbi əsasında; 



c.

 

5%-dən çox paya malik olan səhmdarların tələbi əsasında; 



d.

 

Müşahidə Şurasının tələbi əsasında; 



e.

 

Azərbaycan Respublikası Milli Bankının tələbi əsasında; 



f.

 

Kənar auditin tələbi əsasında. 



2.3.

 

 Komitə  Bankın  fəaliyyətinə  nəzarət  və  monitorinqi  həyata  keçirən  zaman  aşağıdakı 



prinsiplərə riayət edir: 

a.

 



Bankın cari iş fəaliyyətinə maneçilik törədilməməsi; 

b.

 



təkrar yoxlamaların aparılmaması; 

c.

 



lazımsız məlumatların hazırlatdırılmaması və tələb edilməməsi. 

2.4.


 

 Komitə öz  fəaliyyəti  barədə  ildə  bir  dəfədən  az  olmayaraq,  Səhmdarların  Ümumi  Yığıncağı 

qarşısında hesabat verir. 

 



“Əmrahbank” Açıq Səhmdar Cəmiyyəti 

 

14 



3.

 

Komitənin seçkisi, iclasları və səlahiyyət müddəti 

3.1.


 

Komitə,  Sədr  də  daxil  olmaqla,  3  nəfərdən  ibarət  olub,  səhmdarların  ən  azı  60%-nin 

iştirak etdiyi ümumi yığıncaq tərəfindən, yığıncaq iştirakçılarının 75% səs çoxluğu ilə təyin edilir.  

3.2.


 

Komitənin üzvləri bir qayda olaraq səhmdarların illik ümumi yığıncağı keçirilən zaman, 

yığıncaq  iştirakçılarının  qərarlarından  asılı  olaraq  gizli  və  ya  açıq  səsvermə  yolu  ilə  4  il  müddətinə 

seçilirlər. Komitənin üzvləri təkrar seçilə bilərlər. 

3.3.

 

Müşahidə  Şurası  və  İdarə  heyəti  üzvlərinin  Komitəyə  seçilməsinə  və  onun  işində 



iştirakına icazə verilmir. 

3.4.


 

Komitənin Sədri və üzvləri seçilərkən aşağıdakı kriteriyalar götürülür: 

a.

 

iqtisadi, biznes və ya hüquqi təhsilin olması; 



b.

 

vətəndaş qüsursuzluğuna malik olmaq. 



3.5.

 

Aşağıdakı şəxslər Komitənin üzvləri ola bilməzlər: 



a.

 

maliyyə  vəziyyətinin  pisləşməsi  və  prudensial  tələbləri  pozmaqla  əlaqədar  məcburi  ləğv 



olunmuş,  yaxud  müflis  elan  olunmuş  bankda  ləğvetmə  və  ya  iflas  haqqında  qərarın  qəbul  edildiyi 

tarixdən bir il əvvəl bankın inzibatçısı işləmiş şəxslər (belə şəxslər üç il ərzində başqa bankın inzibatçısı 

ola bilməzlər); 

b.

 



üç ildən az olmayan müddət ərzində başqası ilə əvəz edilməsi barədə Milli Bankın tələbi ilə 

hər hansı bankın, filialın və ya şöbənin inzibatçısı vəzifəsindən azad edilmiş şəxs (işə bərpa olunması 

haqqında barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər istisna olmaqla);  

c.

 



Məhkumluğu  olan,  keçmişdə  mülkiyyət  əleyhinə  və  iqtisadi  fəaliyyət  sahəsində  ağır  və 

xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər, habelə barələrində mülkiyyət 

əleyhinə  və  iqtisadi  fəaliyyət  sahəsində  ağır  və  xüsusilə  ağır  cinayətlərin  istintaqına  müddətin 

keçməsinə və ya amnistiyaya əsasən xitam verilməsi, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə 

məşğul  olması,  üzərində  məhkəmə  qərarı  ilə  qadağa  qoyulması,  məhkəmə  qaydasında  müflis  elan 

edilməsi faktları olan şəxslər;  

d.

 

Bankın inzibatçısı hüququndan qanunla məhrum edilmiş şəxslər;  



e.

 

Bankın digər idarəetmə orqanının üzvü olan şəxslər



f.

 

Bankda digər vəzifə tutan şəxslər. 



3.6.

 

Komitənin üzvlərinin hamısının iştirak etdiyi iclas yetərsay hesab olunur və qərarlar açıq 



səsvermə ilə adi səs çoxluğu prinsipi ilə qəbul edilir.  İclasa Komitənin Sədri sədrlik edir. Səsvermə 

zamanı bitərəf qalmağa icazə verilmir. İclaslarında səsvermə 1 üzv = 1 səs prinsipi ilə həyata keçirilir. 

İclasın nəticələri protokolla rəsmiləşdirilir.  

3.7.


 

Komitənin  plan  üzrə  iclasları  rübdə  bir  dəfədən  gec  olmayaraq  keçirilir.  Komitənin 

növbədənkənar  iclasları  onun  üzvlərindən  birinin  təşəbbüsü,  Səhmdarların  Ümumi  Yığıncağının, 

mühüm iştirak payına malik səhmdarların, Müşahidə Şurasının və İdarə heyətinin müraciəti ilə çağırıla 

bilər. 

3.8.


 

Komitənin Sədri və üzvləri aşağıdakı hallarda səhmdarların ümumi yığıncağı tərəfindən 

vaxtından əvvəl geri çağırılırlar: 

a.

 



bu  və  ya  digər  səbəbdən  üzv  səhmdar  və  onun  vəkalətli  nümayəndəsi  hüququnu 

itirdikdə; 

b.

 

rəqib kredit institutunun sərəncamverici və icraedici orqanlarına seçildikdə; 



c.

 

bank fəaliyyətini tənzimləyən orqana işə keçdikdə; 



d.

 

onlara həvalə olunmuş işlərin öhdəsindən gəlmədikdə; 



e.

 

öz xahişləri ilə; 



f.

 

qanunvericiliyin tələb etdiyi digər hallarda.  




“Əmrahbank” Açıq Səhmdar Cəmiyyəti 

 

15 



3.9.

 

 Komitənin  üzvlərinin  Bankın  fəaliyyəti  ilə  məxfi  saxlanılması  nəzərdə  tutulan 



məlumatları yaymasına icazə verilmir. 

3.10.


 

Komitənin,  Bankın  cari  fəaliyyəti  ilə  bağlı  qərar  qəbul  edib  onun  yerinə  yetirilməsini 

İdarə  heyətindən  tələb  etməsinə  yol  verilmir.  Komitənin  səlahiyyətləri  daxilində  həyata  keçirdiyi 

nəzarət zamanı, həyata keçirilməli olan tədbirlər üzrə qərarlar Müşahidə Şurası tərəfindən qəbul edilir. 

3.11.

 

 Komitənin vəzifələri aşağıdakılardan ibarətdir: 



a.

 

nəzarət  sistemlərinin  yaradılması  və  tətbiq  edilməsi,  daxili  nəzarətin  əhəmiyyətliyinə, 



risklərin  idarə  edilməsinə,  əməliyyat  riskləri  daxil  olmaqla  onların  minimallaşdırılmasına  önəm 

verməklə, nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması;  

b.

 

kompüter  sisteminin  mühafizəsi  üçün  və  məlumat  sistemində  yarana  biləcək  nasazlıqlar 



zamanı maliyyə məlumatlarının təhlilini təmin edəcək fövqəladə tədbirlər planlarının hazırlanması və 

qiymətləndirilməsi; 

c.

 

daxili və Kənar auditorlar tərəfindən irəli sürülmüş daxili nəzarət üzrə tövsiyələrin İdarə 



Heyəti tərəfindən icra olunub olunmamasına nəzarət; 

d.

 



Mühüm maliyyə risklərinin cari sahələrinə və icra strukturları tərəfindən onların səmərəli 

idarə edilməsinə nəzarət

e.

 

maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir edə biləcək hər hansı hüquqi məsələləri 



nəzərdən keçirmək; 

f.

 



Bankın illik və cari maliyyə hesabatlarının hazırlanma prosesinə və nəticələrinə nəzarət; 

g.

 



Daxili Audit Departamentinin fəaliyyətini tənzimləmək və onun fəaliyyətinə nəzarət; 

h.

 



Daxili Audit Departamentinin müdiri və əməkdaşlarının vəzifə təlimatlarını, şöbənin illik 

iş  planı  və  proqramlarını,  daxili  audit  hesabatlarını,  nəzarət  sisteminin  təkmilləşdirilməsi  üzrə 

tövsiyələr vermək; 

i.

 



Daxili Audit Departamentinin əməkdaşlarının səmərəliliyini və peşə yararlığını nəzərdən 

keçirmək;  

j.

 

Daxili Auditorlar tərəfindən təqdim edilmiş mühüm nəticələrin və tövsiyələrin müntəzəm 



əsasda müzakirəsini təmin etmək

k.

 



kənar auditorların fəaliyyətini nəzərdən keçirmək, onların müstəqilliyini təmin etmək; 

l.

 



kənar  auditorlar  tərəfindən  təqdim  olunmuş  mühüm  nəticələrin  və  tövsiyələrin 

müzakirəsini təşkil etmək; 

m.

 

Bank tərəfindən qanun və normativ sənədlərə riayət olunmasına nəzarət etmək; 



n.

 

Maliyyə hesabatlarının hazırlanması prosesində bütün qanunvericilik və Azərbaycan Milli 



Bankının normativ aktlarının tələblərinə riayət olunmasına nəzarət etmək; 

o.

 



Tənzimləyici  orqanlar  tərəfindən  aparılmış  yoxlamaların  nəticələrini  nəzərdən keçirir  və 

onların audit xidmətinin təkmilləşdirilməsi üzrə tövsiyələrini icra etmək; 

p.

 

Müntəzəm olaraq Komitənin fəaliyyəti haqqında (azı ildə bir dəfə)Səhmdarların Ümumi 



Yığıncağına hesabat verir və müvafiq tövsiyələri təqdim etmək; 

q.

 



Daxili Audit, kənar auditorlar və Müşahidə Şurası arasında münasibətləri tənzimləmək

r.

 



Bankın ümumi fəaliyyətində mövcud olan və yarana biləcək risklər üzrə daima Müşahidə 

Şurasını məlumatlandırmaq; 

s.

 

 Səhmdarların  Ümumi  Yığıncağı  müəyyən  etdiyi  tezlikdə  Yığıncağa  aşağıdakı  məlumat 



və hesabatları təqdim etmək: 

 

bankda qanunvericiliyə riayət olunması barədə hesabat; 



 

bankdan maliyyə uçotu və hesabatlar barədə hesabat; 

 

audit fəaliyyəti barədə hesabat; 




“Əmrahbank” Açıq Səhmdar Cəmiyyəti 

 

16 



 

bankda risklərin idarə edilməsi və nəzarət sistemlərinin vəziyyəti barədə hesabat; 

 

bankın  xarici  auditor tərəfindən  təsdiq  olunmuş  balans,  mənfəət  və  zərərlər  hesabatı,  habelə 



maliyyə əmsalları barədə hesabat; 

 

bankda  risklərin  və  nəzarət  sistemlərinin,  uçot  və  qanunvericiliyin  təkmilləşdirilməsi  barədə 



təkliflər; 

 

bu Əsasnamə üzrə Komitənin vəzifələrinə aid olan digər məsələlər üzrə hesabat.  



3.12.

 

Komitə  Müşahidə  Şurasının  müəyyən  etdiyi  tezlikdə  Şuraya    aşağıdakı  hesabatları 



məlumatları təqdim edir: 

a.

 



qanunvericiliyin  tələblərinə  əməl  edilməsi,  aşkar  olunmuş  qanun  pozuntuları  haqqında 

məlumat və onların aradan qaldırılması üçün fəaliyyət planı; 

b.

 

daxili  nəzarətin  vəziyyətinin  yoxlanması  barədə  məlumat  və  onun  səmərəliliyinin 



artırılması barədə tövsiyələr, habelə kənar audit hesabatı və rəhbərliyə verilən təkliflər daxil olmaqla, 

kənar audit ilə əlaqədar bütün yazışmalar barədə məlumat; 

c.

 

banka, onunla əlaqədar şəxslərə təsir edə biləcək gözlənilən məhkəmə işi və ya cəlb edilmiş 



məhkəmə icraatı haqqında məlumat; 

d.

 



banka aid ola bilən hər hansı bir qanunvericilik aktı haqqında məlumat.  

4.

 

Komitə və onun Sədrinin qərar qəbuletmə səlahiyyətləri 

4.1.


 

Komitənin aşağıdakı məsələlər üzrə qərarqəbuletmə səlahiyyətləri vardır: 

a.

 

Daxili Audit Departamentinin audit planını təsdiq etmək; 



b.

 

növbədənkənar audit aparılması barədə qərarlar qəbul etmək



c.

 

Daxili  Audit  Departamentinin  və  onun  işçilərinin  işdən  kənarlaşdırılması  üzrə  Müşahidə 



Şurası qarşısında vəsatət qaldırmaq; 

d.

 



Daxili Audit Departamentinin Əsasnaməsini təsdiq etmək; 

e.

 



Səhmdarların  Ümumi  Yığıncağının  ona  vermiş  olduğu  səlahiyyət  çərçivəsində  digər 

qərarlar qəbul etmək. 

4.2.

 

Komitənin  qərarları  onun  iclaslarında  bu  Əsasnamənin  3.6-cı  maddəsində  göstərilən 



qaydada səsvermə yolu ilə qəbul edilir. 

4.3.


 

Komitə  Sədrinin  və  ya  onun  ayrı-ayrı  üzvlərinin  Komitə  adından  təkbaşına  qərarlar 

qəbul etməsinə və onun icra edilməsini İdarə Heyətindən və ya Bankın digər icra strukturlarından tələb 

etməyə yol verilmir. 

4.4.

 

Komitənin qərarları Daxili Audit Departamenti üçün məcburidir və bu qərarlar mütləq 



yerinə  yetirilməlidir.  Daxili  Audit  Departamenti  Komitənin  qərarlarının  yerinə  yetirilməsi  üçün 

məsuliyyət daşıyır.  

4.5.

 

Komitənin Sədri aşağıdakı səlahiyyətlərə malikdir: 



a.

 

Komitənin iclaslarında qəbul olunmuş sənədləri təsdiq etmək; 



b.

 

Komitənin iclasını çağırmaq və iclasları idarə etmək; 



c.

 

Daxili  Audit  Departamentinin  Direktoru  və  onun  işçilərinin  vəzifə  təlimatlarını  təsdiq 



etmək; 

d.

 



Ehtiyac olduqda Komitənin icra aparatını formalaşdırmaq, işçiləri işə qəbul etmək, onlarla 

müqavilə bağlamaq və vəzifə təlimatlarını təsdiq etmək; 

e.

 

Komitə  üzvlərinə  bonus,  mükafat  verilməsi  üzrə  Səhmdarların  Ümumi  Yığıncağına 



təkliflər vermək; 


“Əmrahbank” Açıq Səhmdar Cəmiyyəti 

 

17 



f.

 

Komitənin iclaslararası  dövrdə  Daxili  Audit  Departamentinin fəaliyyətinə  nəzarət  etmək 



tənzimləmək;  

g.

 



Səhmdarların Ümumi Yığıncağının ona vermiş olduğu digər səlahiyyət çərçivəsində digər 

qərarlar qəbul etmək. 

4.6.

 

Komitə  Sədirinin  4.4.-cü  bənddə  göstərilənlərdən  əlavə  səlahiyyətləri  yalnız  bu 



Əsasnaməyə  Səhmdarların  Ümumi  Yığıncağı  tərəfindən  müvafiq  dəyişiklik  və  əlavələr  edildikdən 

sonra  verilə  bilər.  Bu  isə  o  deməkdir  ki,  bu  Əsasnamənin  4.4.-cü  bəndində  göstərilənlər  istisna 

olmaqla, Komitə adından Komitə Səd

r

inin təkbaşına qərarlar qəbuletmə səlahiyyəti yoxdur.  



4.7.

 

Komitə Sədrinin riskli və nəzarət sistemlərinin adekvatlığına nəzarətə mənfi təsir edə 



biləcək sahələr üzrə təkbaşına qərar qəbuletməsinə yol verilmir. 

  



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə