Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir



Yüklə 242,5 Kb.
Pdf görüntüsü
tarix15.11.2018
ölçüsü242,5 Kb.
#79752
növüQaydalar


"Atmosfer havasına atılan zərərli maddələrin, ona fiziki təsir 

mənbələrinin inventarlaşdırılması Qaydaları", "Atmosfer havasının 

mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası", 

"Atmosfer havasına zərərli kimyəvi, bioloji və fiziki təsir göstərən 

mənbələri olan hüquqi şəxslərin atmosfer havasının mühafizəsini həyata 

keçirmə Qaydası" və "Atılmanın texniki normativlərinin və atılmanın yol 

verilən həddinin tətbiq edildiyi obyektlərin Siyahısı"nın təsdiq edilməsi 

haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

  

"Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 



tətbiq  edilməsi  barədə"  Azərbaycan  Respublikası  Prezidentinin  2001-ci  il  11  iyun 

tarixli,  501  nömrəli  Fərmanının  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan 

Respublikası Nazirlər Kabineti qərara alır:

 

1.  "Atmosfer  havasına  atılan  zərərli  maddələrin,  ona  fiziki  təsir  mənbələrinin 



inventarlaşdırılması  Qaydaları",  "Atmosfer  havasının  mühafizəsi  sahəsində  dövlət 

nəzarətinin həyata keçirilməsi Qaydası", "Atmosfer havasına zərərli kimyəvi, bioloji 

və  fiziki  təsir  göstərən  mənbələri  olan  hüquqi  şəxslərin  atmosfer  havasının 

mühafizəsini  həyata  keçirmə  Qaydası"  və  "Atılmanın  texniki  normativlərinin  və 

atılmanın  yol  verilən  həddinin  tətbiq  edildiyi  obyektlərinin  Siyahısı"  təsdiq  edilsin 

(əlavə olunur). 

 

2. "Atmosfer havasının mühafizəsinə dövlət nəzarətinə dair Əsasnamənin təsdiq 



edilməsi  haqqında"  SSRİ  Nazirlər  Sovetinin  19  avqust  1982-ci  il  tarixli,  764  nömrəli 

qərarı barəsində" Azərbaycan SSR Nazirlər Sovetinin 3 sentyabr 1982-ci il tarixli, 411 

nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



 

  

Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ 

 

 

 

Bakı şəhəri, 15 aprel 2002-ci il 

 

   № 63


 

 

 



 

 

  



Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin

 

2002-ci il 15 aprel tarixli 63 nömrəli qərarı ilə 



 

TƏSDİQ EDİLMİŞDİR

 

  

 Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi 



obyektlərin 

  



SİYAHISI 

  

Bu  Siyahı  "Atmosfer  havasının  mühafizəsi  haqqında"  Azərbaycan  Respublikası 



Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 

11 iyun tarixli 501 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və atmosfer 

havasının  mühafizəsi  sahəsində  atılmanın  texniki  normativlərinin  və  atılmanın  yol 

verilən həddinin tətbiq edildiyi obyektləri müəyyən edir.

 

1.  Atılmanın  texniki  normativlərinin  və  atılmanın  yol  verilən  həddinin  tətbiq 



edildiyi  obyektlərin  Siyahısı,  həmin  obyektlərin  təhlükəlilik  kateqoriyasına  görə 

müəyyən edilir.

 

2.  Atılmanın  texniki  normativlərinin  və  atılmanın  yol  verilən  həddinin  tətbiq 



edildiyi obyektlər atmosfer havasına atılan zərərli maddələrin miqdarına, sayına və 

qatılıq hədlərinə əsasən 4 təhlükəlilik kateqoriyasına bölünür:

 

I təhlükəlilik kateqoriyasına neftqazçıxarma, neft və qaz emalı, tikinti materialları 



istehsalı,  metallurgiya,  filizçıxarma,  energetika,  neftkimya  sənayelərinin  iri 

müəssisələri aiddir; 

 

II  təhlükəlilik  kateqoriyasına  neftqazçıxarma,  neft  və  qaz  emalı,  tikinti 



materialları istehsalı, metallurgiya, filizçıxarma, energetika, neftkimya sənayelərinin 

bəzi  müəssisələri,  iri  maşınqayırma,  avtomobil  istehsalı,  gəmiqayırma,  gəmi  təmiri, 

pambıqtəmizləmə və nəqliyyat müəssisələri aiddir

 

III  təhlükəlilik  kateqoriyasına  bəzi  maşınqayırma,  avtomobil  istehsalı, 



gəmiqayırma, gəmi təmiri və nəqliyyat müəssisələri, həmçinin iri yüngül və yeyinti 

sənayesi müəssisələri aiddir;

 

IV  təhlükəlilik  kateqoriyasına  bəzi  yüngül  və  yeyinti  sənayesi  və  nəqliyyat 



müəssisələri, həmçinin xidmət sahəsi müəssisələri aiddir.

 

  



 

Yüklə 242,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə