Atom möCÜZƏSİ



Yüklə 3,7 Mb.
səhifə1/10
tarix14.12.2017
ölçüsü3,7 Mb.
  1   2   3   4   5   6   7   8   9   10






Bu kitabda istifadə edilən ayələr Vasim Məmmədəliyevin və Ziya Bünyadovun birgə hazırladıqları Qurani-Kərimin Azərbaycan dilindəki tərcüməsindən götürülmüşdür.

OXUCUYA
Bu kitabda və digər çalışmalarımızda təkamül nəzəriyyəsinin özü­nü doğrultmamasına və puç olmasına aid fikirlərə geniş yer ayırma­ğı­mı­zın əsas səbəbi adıçəkilən nəzəriyyənin əslində din əleyhinə düşüncə və təlimlərdən ibarət olmasıdır. Yaradılışı və bilavasitə Allahın varlığını in­­kar edən darvinizm 140 ildir ki, bir çox insanların öz imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olur. Buna görə də bu nəzəriyyənin alda­dıcı oldu­ğu­nu sübuta yetirmək və diqqətə çatdırmaq çox mühüm imani və­zifədir. Bunu insanlara çatdırmaq isə daha vacibdir.

Bəzi oxucularımızın bəlkə də təkcə bir kitabımızı oxu­mağa für­səti olacaq. Buna görə də hər bir kitabımızda bu mövzu­ya qısa da olsa yer ayırmağı məqsədəuyğun bilirik.

Nəzərə çatdırılması lazım olan digər bir məsələ də bu ki­tab­la­rın içindəkilərlə əlaqədardır. Yazıçının bütün kitabların­da imani mövzular Qu­ran ayələri işığında izah olunur, insanlar Allahın ayələrini öyrənməyə və onlara uyğun yaşamağa dəvət edi­lir­lər. Allahın ayələri ilə bağlı bütün mə­sələlər isə oxucunun şü­urunda heç bir şübhə və ya sual yaratmayacaq şə­kildə açıqlanır.

Bu izahatda istifadə edilən səmimi, sadə və axıcı üslub ki­tab­la­rın 7 yaşdan 70 yaşa qədər hər kəs tərəfindən rahat başa dü­şülməsini tə­min edir. Belə təsirli və dəlil-sübutlu izahat sayəsində kitablar birnəfəsə oxu­nur. Hətta dini rədd etmək fikrində qəti olanlar da bu kitablarda gös­tə­rilən həqiqətlərdən təsirlənir və deyilənlərin doğruluğunu inkar edə bil­mir. Bu kitabı və müəllifin digər əsərlərini həm təklikdə, həm də qarşılıq­lı söhbət, po­lemika şəraitində rahat oxumaq mümkündür. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun onları birlikdə oxuması möv­zu ilə bağlı fikir və təcrübəsini də bir-biri ilə bölüşməsi səbəbindən ya­rarlı olacaq.

Bununla belə sadəcə olaraq Allah rizası üçün yazılan bu ki­tab­la­rın tanınmasına və oxunmasına kömək etmək də böyük xidmət­dir. Çün­ki müəllifin bütün kitablarında oxucuya müsbət təsir ba­ğışlayan məsələləri sübut etmək üsulu çox güclüdür. Həmçinin dini izah etmək istəyənlərin əlin­dəki ən təsirli üsullardan biri də bu kitabları hamının oxumasını təşviq etmək, buna çalışmaq­dır.

Müəllifin digər əsərlərinin üz qabığının şəkillərinin kitabların son hissəsinə əlavə edilməsinin də mühüm səbəblə­ri var. Kitabı əlinə alan hər bir adam yuxarıda qeyd etdiyimiz xü­su­siyyətləri özündə toplayan və oxumaqdan xoşlandığını ümid etdi­yi­miz bu kitabla eyni xüsusiyyətlərə ma­lik olan çoxlu əsərlərin ol­du­ğunu görəcək. Eyni zamanda həm dini, həm də siyasi mövzularda is­ti­fadə edəcəyi mənbələrin mövcudluğuna şa­hid olacaq.

Başqa kitablarda rast gəldiyimiz şəxsi fikirlərə, müəllif qənaətlə­rinə, şübhəli mənbələrə əsaslanan izahlara, müqəddəslərə qarşı lazım olan ədəb və hörmətə diqqət yetirməyən üslublara, ümidsizliyə aparan şüb­həli yazılara və digər çatışmazlıqlara bu əsərlərdə rast gələ bilməzsiniz.




ATOM MÖCÜZƏSİ
Göy­lə­ri və ye­ri yox­dan ya­ra­dan Odur. Bir işin ol­ma­sı­nı is­tə­di­yi za­man ona yal­nız «Ol!» - de­yər, o da olar.

(«Bə­qə­rə» su­rə­si, 117)

Tər­cü­mə­çi: Vü­sal Məm­mə­dov




HARUN YƏHYA

MÜƏLLİF VƏ ONUN

ƏSƏRLƏRİ HAQQINDA
Harun Yəhya imzasından istifadə edən müəllif 1956-cı il­də Ankarada anadan olub. Orta məktəbi Ankarada oxuyub. Sonra İstanbulda Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində və İstanbul Universitetinin fəlsəfə bölümündə təhsil alıb. 80-ci illərdən bu günə qədər imani, elmi və siyasi mövzularda xeyli əsər yazıb. Bununla yanaşı müəllifin təkamülçülərin (darvinistlərin) saxtakarlığını, onların iddialarının heç bir elmi həqiqətə əsaslanma­dığını göstərən, habelə darvinizmin qanlı ideologiyalarla şüb­hə­li əlaqələrini üzə çıxaran bir çox mühüm əsərləri var.

Müəllifin bu imzası inkarçı düşüncəyə qarşı mü­ba­rizə aparan iki peyğəmbərin xatirəsinə hörmət əlaməti ola­raq seçilib: onları yad etmək məqsədilə Harun və Yəhya ad­la­rından istifadə edilib. Rəsulullahın möhürünün müəllif tə­rəfindən kitabların üz qabığına vurulmasının simvolik mənası isə onların içindəkilərlə bağlıdır. Bu möhür Qurani-Kərimin Allahın sonuncu Kitabı və sonun­cu sözü, Pey­ğəmbərimizin isə peyğəmbərlərin sonuncusu olmasının rəm­­zidir. Müəllif bütün yazılarında Quranı və Rəsululla­hın sünnəsini rəhbər tutur. Bununla da inkarçı düşüncə sis­temləri­nin bütün əsas iddialarını bir-bir puça çıxarma­ğı və dinə qarşı yönə­lən etirazları tamamilə susduracaq sonun­cu sözü söyləməyi hədəf seçir. Çox böyük hikmət və kamal sa­hibi olan Rəsulullahın möhürü bu sonuncu sözü söyləmək niy­yətinə bir dua kimi istifadə edilib.

Müəllifin əsərlərindəki əsas məqsəd Quranı bütün dün­yada təbliğ etmək, bununla insanları Allahın varlığı, bir­liyi və axirət kimi əsas iman məsələləri barədə dərindən düşünməyə sövq etmək, inkarçı sistemlərin çürük əsasları­nı və batil tətbiqatlarını hər kəsə göstərməkdir.

Harun Yəhyanın əsərləri Hindistandan ABŞ-a, Böyük Bri­taniyadan İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya, İs­paniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bol­qarıs­tana və MDB ölkələrinə qədər dünyanın əksər ölkələ­rində ma­raqla qarşılanır və birnəfəsə oxunur. İngilis, fran­sız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnak, uyğur, İndoneziya, malay, benqal, bolqar, yapon, Çin, Azərbaycan kimi dillərə tərcü­mə edilən bu əsərlər geniş oxucu kütləsi tərəfindən maraqla izlə­nir.

Dünyanın dörd bir tərəfində böyük rezonans doğuran bu diqqətəlayiq əsərlər insanların çoxunun iman gətirməsinə, əksər adamların da öz imanını kamilləşdirməsinə səbəb olur. Bu kitabları oxuyan və incələyən hər kəs onlardakı hik­məti, habelə yığcam, dolğun, asan başa düşülən səmimi üs­lu­bu, həyati həqiqətlərin elmi-məntiqi izahını dərhal gö­rür. Bu əsərlər hər bir kəsə tez bir zamanda təsir etmək, tam nə­ticə vermək, etirazlara yer qoymamaq və dəlillərin elmiliyi kimi xüsusiyyətlərə malikdir. Bu əsərləri oxuyan və onların üzərində ciddi düşünən adamların materialist fəlsəfəni, ateizmi, başqa batil fikir və fəlsəfələri müdafiə et­məsi daha əsla mümkün deyil. Bəziləri müdafiə etsələr be­lə bunu yalnız inadkarlıq üzündən edəcəklər, çünki onların fi­kirlərinin əsasları çürükdür.

Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhyanın külliyyatında elmi düşüncə nöqteyi-nəzərindən məğlub edi­liblər. Şübhə yoxdur ki, bu xüsusiyyətlər Quranın hikmətindən və onun ifadə etdiyi fikirlərin gözəlliklərindən qaynaqlanır.

Müəllifin özü isə bu əsərlərinə görə lovğalanmır, ək­sinə, Allahın hidayətinə vasitəçi olmağa niyyət edir. Bundan başqa bu əsərlər nəşr edilərkən heç bir maddi qazanc gü­dülmür.

Bu həqiqətlər nəzərə alınmalıdır. O zaman məlum olar ki, insanları onlara görmədiyini görməkdə kömək edən, on­ların hi­da­yətə gəlməsinə səbəb olan belə əsərlərin oxunma­sına həvəsləndirməyin özü də çox mühüm xidmətdir. Bu də­yər­li əsər­ləri tanıtmaq əvəzinə insanların zehnini qarışdı­ran, fikirlərinin qa­rışmasına səbəb olan, şübhə və tərəd­düdləri aradan qaldırmağa, imanı xilas etməyə bir təsiri ol­madığı təcrübədən keçirilən kitab­ları yaymaq yalnız və yal­nız əmək və vaxt itkisi demək olacaq. İmanı xilas etməkdən daha çox müəllifin ədəbi gücünü göstər­məyə yönəlmiş ki­tablarda bu təsirin olmayacağı aydındır. Bu mövzu ilə bağ­lı şübhəsi olanlar varsa, onlar Harun Yəhyanın əsərlərinin ye­ganə məqsədinin dinsizliyi aradan qaldırmaqdan və Quran əx­laqını yaymaqdan ibarət olduğunu, bu xidmətdəki təsir gü­cü­nün, müvəffəqiyyət və səmimiyyətin aydın göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilər. Bunu qəti şəkildə yə­qin­ləşdirmək və anlamaq lazımdır ki, dünyadakı zülm və iğ­ti­şaşla­rın, müsəlmanların çəkdiyi əziyyətlərin əsas səbəbi din­sizliyin ideya hakimiyyətidir.

Bunlardan qurtulmağın yolu isə dinsizliyin ideya cə­hət­dən məğlub edilməsi, imani həqiqətlərin ortaya çıxarılma­sı və Quran əxlaqının insanların dərk edib mənimsəyə bi­ləcəyi şəkildə çatdırılmasıdır. Dünyanı hər gün daha çox zülmə, iğtişaş və fə­sadlara məruz qoymaq istəyənlərin niy­yətini nəzərə alsaq bəlli olar ki, bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə yerinə yetirilməsi çox va­cib­dir. Əks təqdirdə çox gec ola bilər. Bu əhə­miyyətli xidmət­də çox böyük bir vəzifəni öz üzərinə götürmüş Harun Yəh­ya­nın külliyyatı Allahın icazəsi ilə XXI əsrdə insanları Qur­anda bildirilən əmin-amanlığa və barışa, doğruluq və əda­lətə, gözəllik və xoşbəxtliyə aparmaqda bir vasitə ola­caq.

İÇİN­DƏ­Kİ­LƏR


Gİ­RİŞ

1-ci BÖ­LÜM

Ato­mun ya­ran­ma ma­cə­ra­sı

2-ci BÖ­LÜM

Ato­mun qu­ru­lu­şu

3-cü BÖ­LÜM

Mad­də­yə doğ­ru ikin­ci pil­lə: Mo­le­kul­lar

4-cü BÖ­LÜM

Can­la­nan atom­lar

5-ci BÖ­LÜM

Ato­mun gü­cü

NƏ­Tİ­CƏ


6-cı BÖ­LÜM

Tə­ka­mül səh­vi

İQTİBASLAR


Gİ­RİŞ
«Ni­yə?»

Bu su­al, ca­va­bı­nı ta­pan­da in­sa­nı bam­baş­qa bir dün­ya­ya apa­ra­caq qa­pı­nın aça­rı­dır. Ey­ni za­man­da, bi­lən­lə­ri bil­mə­yən­lər­dən ayı­ran in­cə bir ciz­gi­dir...

İn­san ya­şa­dı­ğı dün­ya­da da­im «nə», «ni­yə» və «ne­cə» ki­mi su­al­la­ra ca­vab ara­sa da, on­la­rın ar­dın­ca dü­şən­də ol­duq­ca qı­sa bir yol qət edə bi­lir. İn­san ya­şa­dı­ğı dün­ya­nın föv­qə­la­də dü­zən və ta­raz­lı­ğı ba­rə­də su­al­la­ra ca­vab ara­maz­sa, ger­çə­yə doğ­ru ge­dən yol­da irə­li­lə­mə­si müm­kün de­yil.

Bu ki­tab­da can­lı-can­sız hər şe­yin tə­mə­li olan atom möv­zu­su­nu in­cə­lə­yə­cə­yik. Atom­la bağ­lı nə­lə­rin ne­cə ger­çək­ləş­di­yi­ni bi­lən­dən son­ra «ni­yə» sua­lı­na ca­vab ara­ya­ca­ğıq. Elə bu sua­lın son ca­va­bı da bi­zi ar­xa­sın­ca düş­dü­yü­müz müt­ləq hə­qi­qə­tə qo­vuş­du­ra­caq. Hə­min ca­va­bı isə İla­hi bir rəh­bər olan və hər şe­yə açıq­la­ma ve­rən Qu­ran­da ta­pa­ca­ğıq.

XIX əs­rin bi­rin­ci ya­rı­sın­dan bu ya­na yüz­lər­lə elm ada­mı ato­mun sir­lə­ri­ni aç­maq üçün ge­cə-gün­düz ça­lı­şıb­lar. Ato­mun şək­li, hə­rə­kə­ti, qu­ru­lu­şu və di­gər özəl­lik­lə­ri­ni üzə çı­xa­ran bu ça­lış­ma­lar mad­də­ni əzə­li və əbə­di bir var­lıq ola­raq qə­bul edən klas­sik fi­zi­ka­nı kö­kün­dən sar­sıt­dı və mo­dern fi­zi­ka­nın tə­mə­li­ni qoy­du. Ey­ni za­man­da, bu ça­lış­ma­lar öz­lə­ri­lə bir çox ye­ni su­al­lar da or­ta­ya çı­xar­dı­lar. Bu su­al­la­ra ca­vab ara­yan xey­li fi­zik son­da bü­tün kai­nat­da ol­du­ğu ki­mi, atom­da da qü­sur­suz bir dü­zən, po­zul­maz ta­raz­lıq ol­du­ğu haq­da or­taq məx­rə­cə gəl­di­lər. Bu ger­çək hə­lə 14 əsr ön­cə Al­lah qa­tın­dan en­di­ri­lən Qu­ran­da açıq­lan­mış­dı. Qu­ran ayə­lə­rin­də açıq-aş­kar bil­di­ri­lir ki, bü­tün kai­nat mü­kəm­məl bir dü­zən (sis­tem) için­də iş­lə­yir. Çün­ki Yer, göy və bu iki­si­nin ara­sın­da­kı hər şey son­suz güc və ağıl sa­hi­bi olan Al­lah tə­rə­fin­dən ya­ra­dı­lıb. Al­la­hın ya­rat­dı­ğı hər şe­yin föv­qə­la­də də­rə­cə­də mü­kəm­məl ol­ma­sı və qü­sur­suz dü­zən için­də iş­lə­mə­si isə əl­bət­tə ki, çox tə­bii­dir. Qə­ri­bə odur ki, in­san öz vü­cu­du da da­xil ol­maq­la, gör­dü­yü, duy­du­ğu və bil­di­yi hər yer­də qar­şı­sı­na çı­xan son­suz mö­cü­zə­lər­dən tə­sir­lən­mir və bü­tün bun­la­rın nə­yə gö­rə ona gös­tə­ril­mə­si­ni dü­şün­mək is­tə­mir.

Oxu­maq­da ol­du­ğu­nuz «Atom­da­kı Mö­cü­zə» ad­lı bu ça­lış­ma el­mi bir möv­zu­nu in­cə­lə­mək­lə ya­na­şı, bu gü­nə qə­dər adət et­di­yi­niz el­mi ki­tab­lar­dan fərq­lə­nir. Bu əsər həm can­lı­la­rın, həm də can­sız­la­rın «in­şa­at ma­te­ria­lı» ol­maq ki­mi son də­rə­cə əvəz­siz bir özəl­li­yə sa­hib olan ato­mu «nə» və «ne­cə» su­al­la­rı priz­ma­sın­dan in­cə­lə­yə­rək, «ni­yə» sua­lı­nın ca­va­bı­na qa­pı açır. Bu qa­pı­dan ke­çən­də isə Ala­hın ağ­lı­nın, bil­gi­si­nin üs­tün­lü­yü və bü­tün var­lıq­la­rı içi­nə al­ma­sı açıq­ca göz­lər önü­nə sə­ri­lə­cək.



«Al­lah­dan baş­qa heç bir tan­rı yox­dur. Əbə­di və əzə­li var­lıq Odur. O nə mür­gü, nə də yu­xu bi­lər. Göy­lər­də və yer­də nə var­sa, ha­mı­sı Onun­dur. Al­la­hın iz­ni ol­ma­dan Onun ya­nın­da kim şə­fa­ət edə bi­lər? O, bü­tün ya­ran­mış­la­rın keç­mi­şi­ni və gə­lə­cə­yi­ni bi­lir. On­lar Al­la­hın el­min­dən Onun özü­nün is­tə­di­yin­dən baş­qa heç bir şey qav­ra­ya bil­məz­lər. Onun kür­sü­sü göy­lə­ri və ye­ri əha­tə edir. Bun­la­rı mü­ha­fi­zə et­mək Onun üçün heç də çə­tin de­yil. Ən uca və ən bö­yük var­lıq da Odur! («Bə­qə­rə» su­rə­si, 255).


I BÖ­LÜM
ATO­MUN YA­RAN­MA MA­CƏ­RA­SI
Az­man hü­dud­la­rıy­la in­san ağ­lı­nın qav­ra­ma sər­həd­lə­ri­ni məh­dud­laş­dı­ran kai­nat ya­ran­dı­ğı ilk an­dan­ca həs­sas ta­raz­lıq və dü­zən için­də qü­sur­suz iş­lə­mək­də­dir. Bu nə­həng kai­na­tın ne­cə ya­ran­dı­ğı, ha­ra get­di­yi, ne­cə iş­lə­di­yi bü­tün dövr­lər­də in­san­la­rı ma­raq­lan­dı­rıb, dü­şün­dü­rüb və elə in­di də be­lə­dir. Elm adam­la­rı bu­nun­la bağ­lı say­sız araş­dır­ma­lar apa­rıb, xey­li te­zis və nə­zə­riy­yə­lər irə­li sü­rüb­lər. Kai­nat­da­kı dü­zə­ni, sis­te­mi ağıl və vic­dan­la­rıy­la də­yər­lən­di­rən elm adam­la­rı üçün onun ya­ran­ma­sıy­la bağ­lı su­al­la­rı ca­vab­lan­dır­maq çə­tin ol­ma­yıb. Çün­ki dü­şü­nən və dərk edən in­san üçün bu qü­sur­suz la­yi­hə­nin bü­tün kai­na­ta ha­kim olan Al­lah tə­rə­fin­dən ya­ra­dıl­dı­ğı göz­lər önü­nə sə­ril­miş aş­kar bir hə­qi­qət­dir. Al­lah bu ger­çək­li­yi Qu­ran­da be­lə bil­di­rib:

«Hə­qi­qə­tən, göy­lə­rin və ye­rin ya­ra­dıl­ma­sı, ge­cəy­lə gün­dü­zün bir-bi­ri­ni əvəz et­mə­si ağıl sa­hib­lə­ri üçün də­lil­lər­dir» («Ali-İm­ran» su­rə­si, 190).

Fə­qət ya­ra­dı­lış də­lil­lə­ri­nə göz yum­ma­ğa ça­lı­şan elm adam­la­rı il­lər­dir ki, ar­dı-ara­sı kə­sil­mə­yən bu su­al­la­ra ca­vab ver­mək­də çə­tin­lik çə­kir­lər. El­mi ger­çək­lik­lə­rə da­ban-da­ba­na zidd olan boş nə­zə­riy­yə­lə­ri­ni qo­ru­maq üçün on­lar hət­ta de­ma­qo­gi­ya­ya, sax­ta də­lil­lə­rə əl at­maq­dan da çə­kin­mir­lər. Am­ma 21-ci əsr­də el­min in­ki­şa­fı bir ger­çə­yə işa­rə edir: Kai­nat üs­tün bir güc və son­suz elm sa­hi­bi olan Al­lah tə­rə­fin­dən yox­dan var edi­lib.


Kai­na­tın ya­ra­dı­lı­şı
İn­san­lar yü­zil­lər­dir ki, «kai­nat ne­cə ya­ran­dı?» sua­lı­na ca­vab ax­ta­rır­lar. Ta­rix bo­yun­ca bu­nun­la bağ­lı min­lər­lə mo­del ya­ra­dı­lıb. La­kin bu nə­zə­riy­yə­lər in­cə­lə­nən­də bəl­li olur ki, ha­mı­sı tə­məl­də iki mo­del­dən bi­ri­nin üzə­rin­də qu­ru­lub. Bun­lar­dan bi­ri ar­tıq heç bir el­mi da­ya­ğı və əsa­sı qal­ma­yan «son­suz kai­nat», ikin­ci­si isə ha­zır­da bü­tün el­mi çev­rə­lər­də qə­bul olu­nan «bö­yük part­la­ma» mo­de­li­dir. Bi­rin­ci mo­del kai­na­tı­nın nə baş­lan­ğı­cı, nə so­nu ol­ma­dı­ğı­nı, ikin­ci­si isə ək­si­nə, bö­yük bir part­la­ma nə­ti­cə­sin­də ya­ran­dı­ğı­nı və dur­ma­dan ge­niş­lən­di­yi­ni nə­zər­də tu­tur. Ar­tıq ke­çər­li­yi­ni iti­ri­miş bi­rin­ci mo­del kai­na­tın hü­dud­suz, əzə­li və əbə­di ol­du­ğu­nu, hə­mi­şə də in­di­ki ki­mi qa­la­ca­ğı­nı nə­zər­də tu­tur. Bu nə­zə­riy­yə əs­ki Yu­na­nıs­tan­da ya­ran­mış, da­ha son­ra Av­ro­pa in­ti­ba­hı dö­nə­min­də ye­ni­dən gün­də­mə gəl­miş, ma­te­ria­list fəl­sə­fə­nin əsa­sın­da dur­muş­du. Əs­lin­də, in­ti­bah elə əs­ki yu­nan fi­lo­sof­la­rı­nı in­cə­lə­mək üzə­rin­də qu­rul­muş­du. Be­lə­cə, ma­te­ria­list fəl­sə­fə və onun dəs­tək­lə­di­yi son­suz kai­nat an­la­yı­şı fəl­sə­fə və ideo­lo­gi­ya­nın toz­lu rəf­lə­rin­dən çı­xa­rı­la­raq, el­mi ger­çək ki­mi in­san­la­ra təq­dim olun­du. Karl Marks, Frid­rix En­gels ki­mi ma­te­ria­list fi­lo­sof­lar öz fi­kir­lə­ri­ni məhz bu zə­min­də for­ma­laş­dı­rıb, gə­liş­dir­miş­di­lər. Həm də bu sə­bəb­dən «son­suz kai­nat» ide­ya­sı XX əs­rə gə­lib çıx­mış­dı. Ötən əs­rin ilk ya­rı­sı­na qə­dər gün­dəm­də olan bu mo­de­lə gö­rə, kai­nat yox­dan var edil­mə­yib və heç vaxt da yox ol­ma­ya­caq. Gu­ya kai­na­tın dur­ğun (sta­tik) bir qu­ru­lu­şu var. Hal­bu­ki, el­min in­ki­şa­fı nə­ti­cə­sin­də əl­də olu­nan bil­gi­lər bu nə­zə­riy­yə­nin heç da­şı­nı daş üs­tün­də də qoy­ma­dı. Bəl­li ol­du ki, kai­nıt son­suz de­yil - əv­və­li ol­du­ğu ki­mi, so­nu da ola­caq.

Kai­na­tın son­suz­lu­ğu fik­ri hə­mi­şə din­siz­li­yin və Al­la­hı in­kar edən ideo­lo­gi­ya­la­rın da­yaq nöq­tə­si olub. Çün­ki kai­na­tın baş­lan­ğı­cı və so­nu ol­ma­ma­sı haq­da müd­dəa­lar ey­ni za­man­da, onu ya­ra­da­nın da ol­ma­ma­sı fik­ri­nə gə­ti­rib çı­xa­rır­dı. Am­ma el­min in­ki­şa­fı ma­te­ria­list­lə­rin bu id­dia­la­rın ke­çər­siz­li­yi­ni sü­but edə­rək, kai­na­tın «Bö­yük part­la­ma» ad­lan­dı­rı­lan pro­ses nə­ti­cə­sin­də yox­dan var edil­di­yi­ni tu­tar­lı ar­qu­ment­lər­lə or­ta­ya qoy­du. Yox­dan var edil­mə­nin isə tək bir adı var­dı: Ya­ra­dı­lış! Yə­ni bü­tün kai­nat son­suz qüd­rət sa­hi­bi olan Al­lah tə­rə­fin­dən ya­ra­dı­lıb.

Ün­lü in­gi­lis as­tro­no­mu Fred Hoyl (Sir Fred Noyle) da bu nə­zə­riy­yə­dən ra­hat­sız olan­la­rın bi­riy­di. Hoyl «steady-state» (sa­bit du­rum) ad­lı nə­zə­riy­yəy­lə kai­na­tın ge­niş­lən­di­yi­ni qə­bul et­mək­lə ya­na­şı, onun mə­kan və za­man ba­xı­mın­dan son­suz ol­du­ğu­nu id­dia edir­di. Bu mo­de­lə gö­rə, kai­nat ge­niş­lən­dik­cə gə­rək­li miq­dar­da mad­də bir­dən-bi­rə, özü-özü­nə var ol­ma­ğa baş­la­yır. «Son­suz kai­nat» fik­ri­ni dəs­tək­lə­mək üçün son də­rə­cə qə­liz və ağ­la­sığ­maz açıq­la­ma­lar­la or­ta­ya atı­lan bu nə­zə­riy­yə el­mi ola­raq sü­bu­ta ye­ti­ri­lən «Big Bang» (Bö­yük part­la­yış) mo­de­liy­lə da­ban-da­ba­na zid­dir. On­lar bu ger­çə­yə qar­şı di­rən­mə­yə da­vam et­di­lər, am­ma el­mi kəşf­lər get­dik­cə gec-tez ha­mı­ya qa­lib gə­lir­di.
Kai­na­tın ge­niş­lən­mə­si və Big Bang ger­çə­yi
XX əsr­də As­tro­no­mi­ya el­mi xey­li in­ki­şaf et­di. Ön­cə 1922-ci il­də rus fi­zi­ki Alek­sandr Frid­man kai­na­tın dur­ğun (sta­tis­tik) qu­ru­lu­şa sa­hib ol­ma­dı­ğı­nı aş­kar­la­dı. Eyn­ştey­nin nə­zə­riy­yə­lə­ri­nə əsas­la­nan Frid­man he­sab­la­dı ki, kai­nat hə­rə­kət­də­dir və bu hə­rə­kət ge­niş­lən­mə, ya­xud yı­ğıl­ma ola bi­lər. Frid­ma­nın he­sab­la­ma­la­rı­nın önə­mi­ni dərk edən ilk adam isə Bel­çi­ka­nın ən ün­lü sə­ma bi­li­ci­si Corc Le­metr (Georges Lemaitre) ol­du. Le­metr də­qiq­ləş­dir­di ki, kai­na­tın bir baş­lan­ğı­cı olub və hə­min baş­lan­ğıc­dan üzü­bə­ri sü­rək­li şə­kil­də ge­niş­lə­nir. Bel­çi­ka­lı ali­min fi­kir­lə­rin­də­ki da­ha bir önəm­li mə­qam isə o idi ki, hə­min baş­lan­ğıc anın­da­kı part­la­ma­dan «ar­tıq» qa­lan bir ra­dia­si­ya ol­ma­lıy­dı və bu, he­sab­la­na bi­lər­di. Le­metr əv­vəl­cə el­mi dai­rə­lər­də cid­di qar­şı­lan­ma­yan və dəs­tək al­ma­yan bu fi­kir­lə­rin doğ­ru­lu­ğu­na əmin idi. Çün­ki kai­na­tın ge­niş­lən­mək­də ol­ma­sı­na da­ir baş­qa ar­qu­ment­lər də bir-bir or­ta­ya çı­xır­dı.

Bu ara­da Ed­vin Habbl (Edwin Nubble) ad­lı bir ame­ri­ka­lı as­tro­nom dü­zəlt­di­yi nə­həng te­les­kop­la sə­ma­nı in­cə­lə­yər­kən ul­duz­la­rın uzaq­laş­ma­la­rıy­la bağ­lı ola­raq qır­mı­zım­tıl işıq yay­dıq­la­rı­nı üzə çı­xar­dı. O, Ka­li­for­ni­ya­da­kı Mo­unt Vil­son (Mount Wilson) rə­səd­xa­na­sın­da­kı bu kəş­fi­lə sa­bit kai­nat nə­zə­riy­yə­si­ni or­ta­ya atan və il­lər­cə dəs­tək­lə­yən bü­tün elm adam­la­rı­na mey­dan oxu­ya­raq, hə­min tə­səv­vür­lə­ri kö­kün­dən sar­sıt­dı. Habb­lın kəş­fi gös­tə­rir­di ki, mü­şə­hi­də­nin apa­rıl­dı­ğı nöq­tə­yə ya­xın­la­şan ul­du­zun işı­ğı spek­trin bə­növ­şə­yi, uzaq­la­şan ul­du­zun işı­ğı isə qır­mı­zı rən­gi­nə doğ­ru də­yi­şir. Yə­ni Ka­li­for­ni­ya­da­kı Mount Wilson rə­səd­xa­na­sın­dan iz­lə­nən ul­duz­lar dün­ya­mız­dan uzaq­laş­maq­day­dı­lar. Mən­ti­qi ola­raq ba­şa düş­mək çə­tin de­yil ki, ul­duz­lar tək­cə biz­dən yox, həm də bir-bir­lə­rin­dən uzaq­la­şır­lar. Bu isə elə... kai­na­tın ge­niş­lən­mə­si de­mək­dir!

De­vid Fil­ki­nin (David Filkin) «Sterhen Nawking’s Universe» ad­lı ki­ta­bın­da hə­min mə­sə­lə be­lə şərh edi­lib:

- Heç iki il keç­mə­di ki, Le­metr göz­lə­mə­di­yi bir xə­bər al­dı. Habbl qa­lak­ti­ka­lar­dan gə­lən işı­ğın spek­tri­nin qır­mı­zı­ya doğ­ru də­yiş­di­yi­ni aş­kar­la­mış­dı, bu isə Dopp­ler ef­fek­ti­nə gö­rə, elə kai­na­tın ge­niş­lən­mə­si de­mək­dir. Ar­tıq hər şey sa­də­cə, za­ma­na bağ­lıy­dı. Eyn­şteyn Habb­lın ça­lış­ma­la­rıy­la il­gi­lə­nir­di və Mount Wilson rə­səd­xa­na­sın­da onun­la gö­rüş­mək fik­ri­nə düş­müş­dü. Ey­ni vaxt­da Le­metr də Ka­li­for­ni­ya Tex­no­lo­ji İns­ti­tu­tun­da kon­frans ke­çir­mək qə­ra­rı­na gəl­di və Eyn­şteyn­lə Habb­lı gö­rüş­dür­mə­yi ba­car­dı. Özü­nün «ilk atom» ide­ya­sı­nı an­la­da­raq, kai­na­tın «dü­nə­ni ol­ma­yan bir gün­də» ya­ra­dıl­dı­ğı­nı söy­lə­di. Bü­tün la­zım­lı ri­ya­zi he­sab­la­ma­la­rı ar­tıq apar­mış­dı. Le­metr sö­zü­nü bi­ti­rən­də qu­la­qa­la­rı­na ina­na bil­mə­di. Çün­ki Eyn­şteyn aya­ğa qal­xıb, bu fi­kir­lə­rin in­di­yə qə­dər eşit­di­yi «ən gö­zəl və qa­nee­di­ci şərh» ol­du­ğu­nu eti­raf edə­rək, kai­na­tı sa­bit və da­ya­nıq­lı tə­səv­vür et­mə­yin bə­şə­riy­yə­tin ən bö­yük xə­ta­sı ol­du­ğu­nu bil­dir­di.1

Bə­li, dün­ya­nın ən da­hi alim­lə­rin­dən olan Eyn­ştey­ni aya­ğa qal­dı­ran ger­çək kai­na­tın bir baş­lan­ğı­cı ol­ma­sı fik­riy­di...

Kai­na­tın ge­niş­lən­mə­si­lə bağ­lı fakt­lar art­dıq­ca, ye­ni id­dia­la­rın da ar­dı-ara­sı kə­sil­mir­di. Bu ger­çə­yi əsas tu­ta­raq yo­la çı­xan elm adam­la­rı, Le­met­rin de­di­yi ki­mi, «za­ma­nı ge­ri­yə fır­la­dan­da» get­dik­cə ki­çi­lən, so­nun­da nöq­tə boy­da qa­lan kai­nat mo­de­liy­lə qar­şı­laş­dı­lar. Ri­ya­zi he­sab­la­ma­lar bü­tün kai­nat­da­kı mad­də­nin qay­na­ğı olan bu nöq­tə­nin dəh­şət­li ca­zi­bə qüv­və­si sə­bə­bin­dən «sı­fır həc­mə» sa­hib ola­ca­ğı­nı gös­tər­di. De­mək, kai­nat sı­fır həc­mə ma­lik bir nöq­tə­nin part­la­ma­sıy­la or­ta­ya çıx­mış­dı. Bu part­la­yı­şa «Big Bang» (Bö­yük part­la­yış) adı ve­ril­di.

Big Bang-ın gös­tər­di­yi önəm­li bir ger­çək var­dı: «sı­fır həcm» elə yox­luq de­mək ol­du­ğu­na gö­rə, kai­nat yox­dan var olub. Bu isə, kai­na­tın bir baş­lan­ğı­cı ol­du­ğu de­mək­dir! Be­lə­lik­lə, ma­te­ria­liz­min «kai­nat əzə­li və əbə­di­dir» id­dia­sı dar­ma­da­ğın edil­di.
«Bö­yük part­la­yış»ın də­lil­lə­ri
Kai­na­tın bö­yük bir part­la­ma nə­ti­cə­sin­də ya­ran­ma­ğa baş­la­ma­sı ger­çə­yi təs­di­qi­ni ta­pan­dan son­ra as­tro­fi­zik­lər bu yön­də araş­dır­ma­la­rı­nı sü­rət­lən­dir­di­lər. Corc Qa­mo­va (George Gamov)gö­rə, əgər kai­nat bir part­la­ma­dan ya­ra­nıb­sa, de­mək, hə­min part­la­yış­dan son­ra «ar­tıq qa­lan» ra­dia­si­ya fə­za­ya da­ğıl­ma­lı­dır. Bu ver­si­ya­nın ya­yıl­dı­ğı il­lər­də bü­tün el­mi ta­pın­tı­lar Big Bang-ı təs­diq­lə­yə­cək şə­kil­də ard-ar­da sı­ra­la­nır­dı. 1965-ci il­də Ar­no Pen­zi­as (Arno Penzias) və Ro­bert Uil­son (Robert Wilson) ad­lı iki araş­dır­ma­çı tə­sa­düf nə­ti­cə­sin­də hə­min ra­dia­si­ya dal­ğa­la­rı­nı kəşf et­di­lər. «Kos­mik fon ra­dia­si­ya­sı» adı ve­ri­lən bu ra­dia­si­ya fə­za­da­kı bəl­li bir qay­naq­dan ya­yı­lan hər han­sı ra­dia­si­ya­dan fərq­lə­nir­di. Baş­qa söz­lə de­sək, kon­kret mən­bə­yi yox idi, bü­tün kai­na­ta ya­yıl­mış­dı. Be­lə­cə, uzun müd­dət­dir kai­na­tın hər ye­rin­də bə­ra­bər öl­çü­də is­ti­lik dal­ğa­la­rı şək­lin­də təs­bit olu­nan bu ra­dia­si­ya­nın Big Bang-ın ilk dö­nəm­lə­rin­dən qal­dı­ğı or­ta­ya çıx­dı. Üs­tə­lik, bu rə­qəm elm adam­la­rı­nın ön­cə­dən proq­noz­laş­dır­dıq­la­rı rə­qə­mə çox ya­xın idi. Pen­zi­as və Uil­son Big Bang-ı təc­rü­bə yo­luy­la sü­bu­ta ye­ti­rən ilk alim­lər ol­duq­la­rı üçün No­bel mü­ka­fa­tı­na la­yiq gö­rül­dü­lər.

Bir müd­dət son­ra isə Corc Smut (George Smoot) və onun NASA-da­kı ko­man­da­sı kos­mo­sa gön­də­ri­lən COBE sü­ni pey­ki va­si­tə­si­lə cə­mi­si sək­kiz də­qi­qə ər­zin­də Pen­zi­as­la Uil­so­nun ölç­mə­lə­ri­nin doğ­ru ol­du­ğu­nu təs­diq­lə­di­lər. Peyk­də­ki həs­sas ci­haz­la­rın gös­tə­ri­ci­lə­ri Big Bang-ın hə­qi­qət ol­du­ğu­nu bir da­ha qə­ti şə­kil­də təs­diq­lə­di. Hə­min ci­haz­lar Big Bang-ın ilk an­la­rın­da­kı hə­ra­rət və sıx­lı­ğın qa­lıq­la­rı­nı qey­də ala bil­miş­di­lər. Be­lə­cə, COBE Big Bang-ın hə­qi­qət ol­du­ğu­nu aş­kar də­lil­lər­lə or­ta­ya qoy­muş­du və el­mi çev­rə­lər ar­tıq bu açıq ger­çə­yi eti­raf et­mək zo­run­lay­dı­lar.

Bir baş­qa də­lil isə fə­za­da­kı hid­ro­gen və he­li­um qaz­la­rı­nın miq­da­rı­nın he­sab­lan­ma­sı za­ma­nı or­ta­ya çıx­dı. Be­lə ki, kai­nat­da­kı hid­ro­gen və he­li­um qaz­la­rı­nın nis­bə­ti Big Bang-dan «ar­tıq» qa­lan hid­ro­gen-he­li­um nis­bə­ti­nin nə­zə­ri gös­tə­ri­ci­lə­ri­nə son də­rə­cə ya­xın idi. Bu də­lil­lə­rin or­ta­ya çıx­ma­sı Big Bang-ın elm alə­min­də qə­ti qə­bul olun­ma­sıy­la so­nuc­lan­dı. Ün­lü el­mi jur­nal olan «Scientific American» 1994-cü ilin ok­tyab­rın­da Big Bang mo­de­li­nin «əs­ri­mi­zin qə­bul olun­muş ye­ga­nə mo­de­li» ol­du­ğu­nu yaz­mış­dı.

Uzun il­lər bo­yun­ca «hü­dud­suz kai­nat» mo­de­li­ni dəs­tək­lə­miş alim­lər də bir-bi­ri­nin ar­dın­ca eti­raf­lar edir­di­lər. Fred Hoyl ilə bir­lik­də uzun müd­dət sa­bit kai­nat nə­zə­riy­yə­si­ni mü­da­fiə edən Den­nis Şia­ma (Dennis Sciama) Big Bang ger­çə­yi qar­şı­sın­da düş­dü­yü aciz du­ru­mu be­lə an­lat­mış­dı:

- Bir vaxt­lar «sa­bit kai­nat» nə­zə­riy­yə­si­ni mü­da­fiə edən­lər­lə ona qar­şı çı­xan­la­rın ara­sın­da çox sərt çə­kiş­mə var­dı. Çox­la­rı ki­mi mən də inan­dı­ğım üçün de­yil, ger­çək ol­ma­sı­nı is­tə­di­yim üçün bu nə­zə­riy­yə­ni dəs­tək­lə­yir­dim. Mo­de­lin yan­lış­lı­ğı­nı gös­tə­rən də­lil­lər or­ta­ya çıx­dıq­ca həm mən, həm də Fred Hoyl on­la­ra ne­cə ca­vab ve­rə­cə­yi­mi­zi bil­mir­dik. Am­ma də­lil­lər ço­xa­lın­ca ar­tıq oyun bit­di və «sa­bit du­rum» nə­zə­riy­yə­si­ni bir tə­rə­fə at­dıq.2




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə