Atropatena (AZƏrbaycan) DÖVLƏTİ



Yüklə 169,97 Kb.
səhifə2/3
tarix11.03.2018
ölçüsü169,97 Kb.
#31161
1   2   3

Artxşsi

mlkbryi

yritir

bundknxlt

Bütün sami əlifbalarında olduğu kimi, burada da saitlərin böyük əksəriyyəti qeyd edilməmiş, sözlər bir-birinə bitişik yazılmışdır.

Firidun Ağasıoğlunun oxumağa müvəffəq olduğu yazının mənası belədir:

Artxşsi (Artaşes) mlk (məlik) bryi (birəyi-ərazisi) yritir (yeridir). Bund (bunda-burada) knxlt (konxuldu-qonuldu,qoyuldu). Yəni bu sərhəd daşı bura Artaşes məliyin ərazilərinin sərhəddini göstərmək üçün qoyulmuşdur. Sözügedən yazıda “burada” əvəzinə “bunda”, qonuldu, qoyuldu anlamında isə “konxultu” formasının işlənmiş olması yazının dilinin qıpçaq türkcəsi olmasına dəlalət edir. Fikrimizcə, cənab Ağasıoğlu “bireyi” ifadəsini doğru tərcümə etməyib və bu kəlməni “şəxsi”, “özəl”, “fərdi” kimi ərcümə emək doğrudur. Məlumat üçün bildirək ki, “birey” sözü bu gün də Türkiyə türkcəsində həmin mənalarda işlənməkdədir.Yeri gəlmişkən, ola bilsin ki, bu daşlar heç də Ərməniyyə məliyinə yox, Artaxsi adlı hansısa yerli türk-alban və ya Midiya məliyinə aid olub. İndi bunu dəqiqləşdirmək mükün deyil.

Məlumat üçün bildirək ki, dövrümüzədək ulaşan Parfiya sikkələrinin üzərindəki yazılar da eyni əlifba ilə - 22 hərfli (saitlər işarə olunmurdu) arami əlfbası ilə yazılmışdır. Sonralar farslar (Sasanilər) bu əlifbanı parfiyalılardan qəbul edərək, öz dillərinə (orta fars, tat) uyğunlaşdırmışdılar. İrəlidə görəcəyimiz kimi, Parfiya əlifbası və yazı sistemi V əsrə qədər Albaniyada və Xəzər xaqanlığında keçərli olmuşdur.

Çox – çox sonrakı dövrlərdə Ərməniyyə (əski Urartu) ərazisinə köç edərək buranın türk, yəni sak əhalisinin tarixinə sahib çıxan erməni (hay) tarixçiləri Ərməniyyə əhalisinin tarixindən, ilk növbədə də onun türk mənşəli şahlarının şəcərəsindən danışarkən, eynən alban tarixçisi Musa Kağankatlı və Xəzər xaqanı İosif kimi, bu şəcərə ağacını türklərin ulu babası hesab edilən Yafəslə (Olcayla) başlamış, Toqarmanın da adını çəkməyi unutmamışlar. Mövzu ilə bağlı Firidun Ağasıoğlu haqlı olaraq yazır:

Məsələn Ərmən ölkəsinə (Ərməniyyəyə) hayların (bugünkü ermənilərin) ilkin ata yurdu yox, ikinci ata yurdu demək olar... Nuh əfsanəsinin hay versiyasındakı “Yafet (Yafəs, Olcay) → Qamer → Tiras →Torqom (Toqarma) → Hayk” soy şəcərəsinin (Xorenatsi, l. Xll) haylardan əvvəl verilən boyların yerli miflərinə kökləndiyini düşünmək olar, belə ki, Haykın saqa (sak) boyları qamər, tiras və Xəzər xaqanı İosifin məktubundakı xəzər soykökü Toqarma (Torqom) boylarından sonra verilməsi də onu göstərir ki, haylardan qabaq Ərmən ölkəsində həmin türk boyları yaşamışlar”.

Hay (erməni) tarixçisi M. Xorenatsinin tarix kitabında Ərməniyyənin haylaraqədərki tarixi ilə bağlı aşağıdakı sözləri də çox maraqlıdır:

Bizim ilk hökmdarımız, Varbak (Maday - Midiya hökmdarlarından birinin erməni – hay mənbələrindəki adıdır) tərəfindən təyin edilən Skayordinin (Skayordi hay – erməni dilində “sak oğlu” deməkdir) oğlu Paruyr idi”.

M. Xorenatsinin sözlərindn belə məlum olur ki, Ərmniyyənin, yəni əski Urarunun midiya tərəfindən işğalından sonrakı hökmdarlar (məliklər) sülaləsi sak, yəni türk əsilli idilər. Eyni müəllifin Şərq ölkəsinin, Albaniyanın hökmdarı haqqında söylədikləri də diqqətəlayiqdir:

Vağarşak Haykakın nəvəsi Paskamın soyundan qabarq cizgili sifəti, dik burnu, batq gözü, vəhşi baxışı, hündür boyu ilə seçilən, lakin idbar görkminə görə Angeğ – Tun adlanan Torku (Türkü) Şərq ölkəsinin hökmdarı təyin etdi. Əgər istəsən sənə onun haqqında ağlasığmaz hekayələr danışaram. Necə ki, farslar Saqcik Rüstmdə 120 fil gücü olduğunu deyirlər, Onun haqqındakı nəğməlrdə də elə igidlik və qoçaqlıqdan bəhs olunur ki, bunları nə Samson, nə Herkules, nə də Saqcik haqqında demək olmur”.

Maraqlıdır ki, M. Xorenatsi həmin qəhrəmanlıqlardan söhbət açarkən Təpəgöz haqqında məşhur türk – oğuz mifini danışır. Çox güman ki, tarixçi bu halda e.ə Vll əsrdə baş vermiş hadisədən – Quzey Azrbaycanda Alp Ər Tonqanın başçlığı altında işkuzlarn (İç Oğuz) hakimiyyətinin bərqərar olmasından söhbət açmışdır.

Yeri gəlmişkən qeyd edək ki, erməni (hay) tarixçisi, Torkdan (Türkdən) danışarkən, Paskamın, yəni Pəşəngin, eləcə də Saqcik Rüstəmin adını da çəkir ki, bu da söhbətin Alp Ər Tonqanın şəcərəsindən getdiyini təsdiqləyir. Məsələ burasndadır ki, 1259 – cu ildə qələmə alınmış “Təbakəti – Nəsəri” adl əsərdə də bənzər şəcərənamə yer almaqda, orada Əfrasiyab adı altında Alp Ər Tonqadan da söz açılmaqdadır. Həmin kitabda deyilir ki, Əfrasiyab (Alp Ər Tonqa) Bəşəncin (Pəşəng, Paskam), Bəşənc Rüstəmin, Rüstəm isə Türkün oğludur.

M. Xorenatsinin sözügedən əsərində dolayısı ilə Alp Ər Tonqa ilə bağlı olan başqa bir türk mənşəli əfsanə də yer almaqdadır. Söhbət Altay türklərində “Alp Manaş”, özbəklərdə isə “Alpamış” adı ilə məşhur olan dastanın süjeti ilə üst – üstə düşən bir süjetdən gedir. Bu süjetdə əsərin qəhrmanı Majan adlanır. “Kitabi – Dədə Qorqud”un Bamsı Beyrəkdən söz açılan boyu ilə səsləşən həmin süjetin Altay və özbək süjetləri ilə eyniliyi məsələsinə ayrı – ayrı vaxtlarda V. Jimunskiy və M. H. Tantəkin toxunmuşlar. Eyni əfsanənin Firdovsi tərəfindən qeydə alınmış variantında (Bijən və Mənijə) həm Kiaksarın (Keyxosrov), həm də Alp Ər Tonqanın (Əfrasiyab) adına rast gəlinir.

Firdovsinin yazdığına görə, Ərməniyyə elçiləri Keyxosrovun yanına gələrək ölkələrini basmış donuz sürülərindən onları xilas etmələrini xahiş edirlər. Keyxosrov bu məqsədlə Bijəni Ərmniyyəyə göndərir. Gərgini ona bələdçi kimi qoşur. Ərməniyyəni düşdüyü fəlakətdən xilas edən Bijən Gərgidən Turan şahı Əfrasiyabın qızı, gözəllər gözəli Mənijə barədə eşidir və görmədən qıza aşiq olur. Onun ardınca Turana yola düşür. Burada Əfrasiyab onu zindana salır və Rüstəm gəlib onu xilas edənə qədər zindanda qalır. Bu müddətdə Mənijə ona həmişə baş çəkir. Sonda o, Mənijə ilə birlikdə öz ölkəsinə dönür.

Maraqldır ki, həm Musa Kağankatlı, həm Pamfila oğlu Yevseviy, həm Portlu İppolit, həm də hay (erməni) tarixçiləri türklərin ulu babası hesab edilən Yafəsin soyunun hakim olduğu ölkələrdən söz açarkən, Midiya, Atropatena və Albaniya ilə yanaşı Ərməniyyənin də adını çəkmişlər. Eyni fikrə dolayısı ilə Əl -İstəhridə (X əsr) də rast gəlirik:

Azərbaycan, Ərməniyyə və Arranın dili ərəb və əcəm (Azərbaycan türkcəsi) dilləridir. Yalnız Dəbil şəhəri istisnadır. Orada və ətrafda erməni dilində danışırlar...”

Bəzi tədqiqatçılar buradakı “əcəm” (ərəb olmayan) sözünü “fars dili” kimi tərcümə etməklə mövzunu sapdırmağa çalışmışlar. Halbuki, ərəblər həm farslar, həm də azərbaycanlıları “əcəm” adlandırmışlar. Əcəmləri isə “fars əcəmlri” və “azəriyyə (Azərbaycan) əcəmləri” deyə bir – birlərindən fərqləndirmişlər. Bu məlumatdan göründüyü kimi, hətta X əsrdə Ərməniyyədə (Van gölü və ətrafı) türk dili əsas dil olmuş, erməni dilində isə sadəcə Dəbil və ətrafında danışılmışdır. Lakin Əl – İstəhrinin “erməni dili” kəlməsini hansı anlamda işlətdiyi məlum deyil. Çünki bu şəxs əsərinin başqa bir yerində ermənilərdən xəzərlərin bir qolu kimi söz açmaqdadır. Əgər bu halda haylar nəzərdə tutulmuşsa belə, onların sadəcə Dəbildə yaşadıqlarını tam əminliklə söyləmək olar. Fakt isə budur ki, Mahmud Kaşğarlının (Xl) xəritəsində bütün Qafqaz ərazisi “Dərbənd – Xəzəran” (Xəzərlər ölksi) kimi qeyd edilmiş, Azəbaycan isə həmin ərazidən cənubda göstərilmişdir. Bu xəritədə nə “Ərməniyyə”, nə də “Gürcüstan” adlarına rast gəlinmir. Anadolunun şərqində oğuz türklərinin bir boyu olan beçeneqlərin adı yazılmışdır.

Dəbil əski Ərməniyyənin tərkib hissəsi idi. Bütövlükdə Ərməniyyə bir türk dövləti idi. Erməni – haylar da bu ölkədə əhəmiyyətsiz bir azlıq kimi yaşayırdılar və təbii ki, onu öz ölkələri və dövlətləri sayırdılar. Tarix kitablarında da Ərməniyyəni öz ölkələri və dövlətləri adlandırmışlar. Lakin bu heç də o demək deyil ki, həmin dövlət bir hay dövləti idi. Necə ki, bu gün çukçalar vətəndaşı olduqları Rusiyanı öz dövlətləri hesab edirlər və rusiyalı adlanırlar, haylar da erməni, yəni ərməniyyəli adlandırılırdılar. Fakt isə budur ki, ermənilər özlərini “erməni” yox, “hay” adlandırırlar. Ölkələrinə də “Hayastan” deyirlər. Maraqlıdır ki, XX əsrin əvvəllərində Azərbaycan türkcəsində də ermənilərin yaşadıqları ərazilər “Ərmniyyə” və ya “Ermənistan” adı ilə deyil “Hayastan” adı ilə tanınmışdır. Bu baxımdan deyilənlərə ən gözəl sübut A. Abeeğyan adlı bir erməninin “İrşad” qəzetinin 27 fevral 1906 – cı il tarixli nömrəsində dərc edilən və Azərbaycan türkcəsində qələmə alınmış məqaləsidir:

Tarix bizi bir böyük millət ilə birləşdiribdir. O da bizim babalarımızın xahişi ilə Rusiya dövlətindən ibarətdir ki, bizi dirilik zəmininə və siyasətinə və tayfamızın çoxalıb artmaq dərəcəsinə yetiribdir. Nə qədər Qafqaz sərhəddində və bizim Hayastanda (“Hayastanın” Qafqaz səhədlərindən kənarda göstərilməsi diqqətçəkicidir) onun hökuməti qaimdir, biz ümid edə bilərik ki, dirilik edib artaq. Hərgah məzkur hökumət məhv olsa, o vaxt hamımız yüz il bundan qabaqkı qaydaya düşər”.

Görünən budur ki, qədim ərməni xalqının adını (erməni) haylara siyasi məqsədlərlə ruslar şamil etmişlər, yalnız bundan sonra “erməni” etnonimi bizim dildə də rus dilinin təsiri ilə “hay” adının sinoniminə çevrilmişdir.

Ərməniyyə, Azərbaycan və Aranda eyni dildə danışıldığı barədə Əl – İstəhrinin dediklərini tanınmış türkiyəli alim Fuad Köprülünün sözləri də təsdiqləyir. Bu böyük alim tarixi Ərməniyyənin vaxtilə yerləşdiyi Şərqi Anadolunun şivəsi barədə yazmışdır:

... Şərqi Anadolunun ədəbi dili, bu sahələr Osmanlı dövləti tərəfindən fəth edilincəyə qədər, Azəri ləhcəsi idi. Və indiyə qədər də həmin ərazidə Azərbaycan dili şivələri işlənir.”

Xll əsrdə qələmə alınmış müəllifi bilinməyən bir gürcü mənbəsində isə bunlar yazılmışdır:

Qışı türklər...Tiflislə Bərdə arasında keçirirlər... Yazda isə onlar Somxet və Ararat (Ağrı) dağlarına qalxırlar”.

Görkəmli dilçi alimimiz Firidun Ağasıoğlu uzunmüddətli araşdrmalardan sonra belə bir nəticəyə gəlmişdir ki, “ərmən” (armen, ermən) etnonimi indiki ermənilərə, yəni haylara şamil edilməmişdən öncə bu adı Ərməniyyənin əsas əhalisi olan türk mənşəli subarlar daşımışlar. O bu barədə “Azər xalqı” kitabında ətraflı məlumat verməkdədir.

Artaşesin sözügedən sərhəd daşlarının Göyçə yaxınlarından tapılması onu göstərir ki, l Artaşesin dövründə Qərbi Azərbaycanın Araz çayından Göyçə gölünə qədər olan hissəsi işğal edilmiş və həmin dövrdə Ərməniyyənin tərkibində olmuşdur. Hər halda, onun işğalçılıqla məşğul olduğunu Strabon da təsdiqləməkdədir. Artaşesin oğlu Tiqranın dövründə isə işğal edilən ərazilərin sayı özünün maksimum həddinə çatmışdı, fəqət bu, əhəmiyyətsiz dərəcədə qısa dövrü əhatə etmişdi. Artaşesin "məlik" titulu daşımış olması sübut edir ki, o da, oğlu Tiqran da, heç də erməni tarixçilərinin qələmə verdiyi kimi müstəqil çar olmamışlar. Məlik, yəni Parfiyanın vassalı olmuş və hər bir vassal kimi oğullarını parfiyalıların yanında əsir və girov qoymuşlar. Bu, sovet dövründə rus dilində dərc edilmiş "Qədim dünya tarixi” kitabında yazılanlardan da açıq-aydın görünməkdədir:

"Bu cür “çar”ların gerçək hakimiyyəti Parfiyadakı ümumi əhval-ruhiyyədən asılı olurdu. Əsirlikdə olan erməni şahzadəsi Tiqran onu Ermənistan taxtına oturdacağı təqdirdə Atropaten ərazilərindən Parfiyaya "70 dərə" verəcəyini vəd edərək ll Mitridatı razı sala bildi. E.ə. 95-ci ildə Tiqran Armeniya çarı oldu."

Artaşesin yazısının dili sübut edir ki, türk dili, yəni sak dilinin qərb (Parfiya)

şivəsi həm Parfiya imperiyasının, həm də ondan asılı olan dövlətlərin, o cümlədən Ərməniyyənin rəsmi dövlət dili olmuş və bu dilin yazısı üçün arami əlifbasından istifadə edilmişdir. Parfiya sikkələrinin üzərindəki yazılar da məhz eyni əifba ilə yazılmışdır. Sonrakı əsrlərdə fars - Sasanilər həmin əlifbanı parfiyalılardan cüzi fərqlə əxz etmişlər

Məlumat üçün bildirək ki, e.ə lV əsrin sonlarında bugünkü Türkmənistan ərazisində müstəqil Parfiya (Bardıq, Partı) dövləti yaranmışdı. Bu dövləti quranlar vaxtilə Alp Ər Tonqa tərəfindən Azərbaycan ərazisindən köçə zorlanan və uzun müddət sərgərdan həyat keçirdikdən sonra bugünkü Türkmənistandakı soydaşlarının himayəsinə sığınan saklar idilər. Onlara “pard” (türkcə “bardıq”, yəni sərgərdan, avara, qaçqın) deyirdilər. Məskunlaşdıqları ölkə də bu addan yaranmışdı – Bardıq (Partı, Parfiya, qaçqınlar ölkəsi). Yunanlar onu Partiya adlandırsalar da, bu ad rus elmi ədəbiyyatına, eləcə də rus ədəbiyyatı vasitəsi ilə Azərbaycan elmi ədəbiyyatına “Parfiya” kimi düşmüşdür və biz də, yanlış olmasına rəğmn, bu formanı işlətməyi lazım bildik. Sakları ümumiləşdirici adla iskit adlandıran Pompey Troq yazmışdır:

...Belə ki, bütün dünyanı romalılarla öz aralarında ikiyə bölmüş və indi Şərq üzərində hökmranlıq edən partlar (parfiyalılar) iskit qaçqınlarının törəmələridirlər. Bu, onların adından da məlumdur, çünki iskit dilində pardı (bardıq) sözü qaçqınları bildirir.”

Başlarında, Strabonun yazdığına görə, oğuzların baranlu (parn) boyundan olan Arsakın nəsli dururdu və bu şah nəsli elə onun adı ilə də Arsaklar adlanırdı. Arsak ana tərəfdən makedoniyalıların hakimiyyəti dövründə Parfiyaya (Bardıq, Partı) təyin edilən əslən fars – Əhəməni soyundan olan hakimlər sülaləsi ilə qohum idi. Bu üzdən də Arsaklar özlərini siyasi məqsədlərlə Əhəmənilərin varisi kimi qələmə verirdilər. Məqsəd isə keçmiş Əhəməni imperatorluğunun bütün keçmiş ərazisinə hakim olmaq idi. Onlar buna çox qısa bir zamanda nail ola bildilər və Böyük Parfiya imperatorluğu qura bildilər. Arsaklar türk olsalar və türkcə danışsalar da, fars kültürünün güclü təsirinə məruz qalmışdılar və hətta fars adları daşıyırdılar. Saklar tez bir zamanda Parfiya, Midiya və Ərməniyyədə hakim duruma gələn bu sülaləyə çox bağlı və sadiq idilər. Sonralar isə onlar bütün indiki İran, Əfqanıstan, Türkmənistan, Özbəkistan, Tacikistanı, eləcə də İraqın Fəratdan şərqdəki hissəsini əhatə edən böyük imperatorluğa çevrildilər və Həmədanı (Ögbatanı) özlərinə paytaxt etdilər. Çox keçmədi ki, massagetlərin, ardınca albanlarn da başına bu sülalənin nümayəndələri keçdilər. Arsaqların bir qolu da Ərməniyyə məliyi oldu.

Arsaklar sülaləsindən bir şahzadə olan peyğəmbər, filsof, rəssam və şair Maninin (lll əsr) dövrümüzədək gəlib çatmış şerlərinin dili bu qədim sülalənin danışdığı dil və ləhcə barədə tam bir təsəvvür yaradır:

"Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti!

Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti!

Turunqlar, kamağ bəglər, kadaşlar,

Tanq Tenqriq ögəlim!

...............................................................

Körünüqmə Kün Tünqri,siz bizi küzədinq!

Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!..."

Baranluların bir qismi əski Urartu ərazisində yaşayırdılar. Onların yaşadıqları Daru – Baran (Van gölündən cənubdakı torpaqlar) ölkəsi Otena, yəni udinlər ölkəsi (Araz çayının qərb sahili. Udinlər sonrakı əsrlərdə Azərbaycan ərazisinə köçmüşlər və bu günə qədər Oğuz – Qəbələ ərazisində yaşayırlar) ilə birlikdə Urartunun iki əsas əyalətindən biri idi. Fars hakimiyyəti illərində sözügedən ərazinin adı “Harmana” (Armeniya və Ərməniyyə sözləri buradandır) kimi dəyişdirilmişdi. “Urartu” qədim Elam dilində “Dağlıq ölkə” demək idi. Farslar bu adı eyni mənanı verən fars sözü ilə əvəz etdilər və beləcə, Urartu “Harmana” oldu. Yunanlar isə həmin sözü Armeniya kimi tələffüz etdiklərindən ölkənin adı daha çox Armeniya, ərəblərdən sonra isə Ərməniyyə kimi tanınmağa başlamışdı. Söhbət Şərqi Anadolunun Van gölü ətrafındakı ərazilərdən, başqa sözlə, qədim Urartu ərazisindən gedir.

Saklar Azərbaycanın şimalından məhz həmin əraziyə qovulmuşdular. Oralar isə o dövrdə madayların əlində idi. Maday hökmdarı Kööskara (Kiaksar, Keyxosrov) onlardan olan, erməni mənbələrində Skaordi oğlu Paruyr, yəni Sakoğlunun oğlu Paruyr (Börküyaruq?) adlandırılan bir zadəganı həmin ərazilərin hakimi təyin etmişdi. Onun nəsli öncə madaylara, sonra farslara, daha sonra isə makedoniyalılara tabe olmuş və ölkə üzərində hakimiyyətlərini qoruya bilmişdilər.

Adı çəkilən dövlətlərdən Parfiya dövləti tez bir zamanda çox böyük güc və qüdrət sahibinə çevrildi və artıq qeyd etdiyimiz kimi, qısa bir zaman içində genişləyərək, keçmiş fars-Əhəməni ərazilrini əhatə etməyə başladı. Həmədanı özlərinə paytaxt edən Parfiya imperatorluğunun başında baranlu boyuna mənsub Arsaklar soyu durmaqda idi. Roma imperatoruğu ilə yanaşı dünyanın iki supergücündən biri halına gələn türk-Arsaqlar imperatorluğu, rəqibi Roma ilə İraq və Suriya uğrunda qanlı müharibələrə girişdilər. Həm Atropatena, həm Albaniya, həm də Ərməniyyə Arsaqlara tabe olduqlarını elan etməklə bir müddət müstəqilliklərini (söhbət vassallıqdan gedir) qorumağa nail oldular. Armeniya çarları Arsaqlarla qohum olmalarından istifadə edərək dəfələrlə Atropatenaya hücum edir, onun torpaqlarnı işğal edirdi, fəqət bu işğallar uzun sürmür, atropatenalılar bir müddət sonra torpaqlarını geri almağa müvəffəq olurdular.

Bütün bu deyilənlər haqqında sevgidəyər oxucularımızda tam təəssürat yaransın deyə, kitabımızın bu yerində ilk mənbələrdən bəzi fraqmentləri təqdim etməyi vacib sayırıq.

Strabon bildirir:

Bu ölkə (Atropatena) Ərməniyyə və Mantianadan (Türkiyədəki Van gölü və onun ətrafındakı eyni adlı vilayət) şərqdə, Böyük Midiyadan qərbdə və hər ikisindən şimalda yerləşir və cənubda o, Xəzər sahilindəki çökəkliyə qədər uzanır. Bu ölkə hərbi baxımdan kifayət qədər önəmli bir ölkədir. Belə ki, Apollonidin sözlərinə görə, meydana 10 000 atlı və 40 000 piyada çıxara bilir. Midiyada (kiçik Midiya, yəni Atropatenada) duzların bərkiməsinin və kristallaşmasının baş verdiyi Kapavt (Urmiyə) gölü yerləşir.... Doğrudur, atropatenlilərin onların torpaqların talan edən ərmənlər və parfiyalılar (partlar) kimi güclü qonşuları var. Lakin onlar müqavimət göstərir və hər dəfə də işğal edilmiş torpaqlarını geri almağı bacarırlar. Məsələn, Ərməniyyə romalıların hakimiyyəti altına keçdiyi sırada onlardan Simbakanı ala bilmişlər....”

Ərməniyyənin cənubu onu Dəclə və Fərat arasının Messopatamiya adlanan digər ərazilərindən ayıran Tavra söykənir. Şərq hissəsi Böyük Midiya və Atropatena ilə həmsərhəddir. Şimalında isə alban, iber və Qafqaz xalqlarını əhatələyən və Xəzər dənizi üzərində ucalan Paraoxafr dağı yerləşər....



Ərməniyyənin şəhərləri bunlardır: Hannibal tərəfindən Artaksiy (Artaşes) şah üçün tikilmiş Artaksata (onu Artaksisata da adlandırırlar) və Arksata. Onların hər ikisi Araz sahilində, Atropatena ilə sərhədin yaxınlığında yerləşir...

Ərməniyyədə böyük göllər də var. Onlardan biri Mantianadır (Türkiyədəki Van gölü) və göy deməkdir. O, Meotiydən sonra ən böyük duzlu göldür.”

Qısa şərh:

Strabonun dediklərindən belə aydın olur ki, Ərməniyyə indiki Türkiyənin şərqindəki Van gölü hövzəsində, əski Urartunun yerində yerləşirdi. Onun cənubu Kürdüstan dağlarına, şimalı isə Qafqaz dağlarının Türkiyədəki hissəsinə qədər uzanırdı və Qara dənizə qədər çatmırdı. Ərməniyyənin sərhədləri Qara dənizə ll Tiqranın dövründə çatmışdı ki, o da bu ərazini Atropatenadan işğal etmişdi. Tiqran eyni zamanda Azərbaycandan Qordiananı, yəni Kürdüstanı, o cümlədən Arbela (Ərbil) və Ninəviyəni (Mosulu) qopara bilmişdi və bunun sayəsində də bir müddət Böyük Midiya ilə həmsərhəd olmuşdu. (Bu hal sadəcə bir neçə il davam etmiş və Atropatena həmin ərazilərini geri qaytara bilmişdi). Elə bu üzdən də Strabon Atropatenanın Ərməniyyədən qərbdə və şimalda yerləşdiyini söyləyir. Yəni bu o deməkdir ki, Strabonun dövründə də eynən Polibiyin döründə olduğu kimi bugünkü Türkiyənin Qara dəniz sahillərinin Şərq hissəsi Atropatenanın tərkibində idi. Təsadüfi deyil ki, Yaqut Həməvi Azərbaycanın qərb sərhədlərinin Ərzincana qədər uzandğını yazmışdır.

Mənbələr birmnalı şəkildə sübut edir ki, Qara dənizin Gürcüstana aid hissəsi də, ümumiyyətlə, Tiflisin yerləşdiyi ərazi də daxil olmaqla, indiki Gürcüstanın 80 faizi Atropatena dövlətinin tərkibində olmuşdur. Bunu arxeoloji tapıntılar da sübut edir. Məsələ burasındadır ki, Gürcüstan ərazisindən də Qazax ərazisindəki Sarıtəpədən (Atropatenanın paytaxtı Qazakanın yerləşdiyi yerdən) tapılan sütün altlıqlarının eynisi tapılmışdır. Arxeoloqlar hər iki tapıntını eyni dövrə və eyni mədəniyyətə aid etmişlər. Gürcü dövləti hesab edilən İberiyaya gəlincə isə, o, bugünkü Gürcüsanın çox kiçik ərazisini əhatə edirdi. Bundan başqa Atropatena bugünkü Azərbaycan Respublikasının Kürdən cənubdakı ərazilərini, o cümlədən Qərbi Azərbaycanı (bugünkü qondarma Ermənistanı) və Həmədan xaricində bütün Cənubi Azərbaycan ( o cümldən əski Kaspiana, indiki Qəzvin) ərazisini və Gilanı əhatə etmişdir. Həmədan (Ögbatan) isə Böyük Midiyanın tərkibində qalmışdı və onun paytaxt idi. Strabonun dövründə isə o, Parfiya imperatorluğunun tərkib hissəsi idi.

Albaniya ilk dövrlərdə “Azərbaycan” anlayışına daxil deyildi. Atropatena, yəni Azərbaycan yuxarıda deyilən sınırlar daxilində, Qara dənizlə Xəzər dənizi arasında tarix səhnəsinə çıxmşdı. Kürdən şimalda yerləşən torpaqlarımız isə orada eyni etnosun yaşamasına və Azərbaycanın tərkib hissəsi hesab edilməsinə baxmayaraq, Ateopatenaya aid deyildi. Yalnız fars – Sasani və ərəb hakimiyyəti illərində həmin torpaqlar Azərbaycan inzibati ərazisinə daxil edilmişdi. Bunu Dərbənd qalasında Sasanilər dövründə orta farsca yazılmış yazılar da sübut edir ki, bu bardə yuxarıda məlumat vermişik. lX – X əsrlər müəllifi Əbu İshaq ibn Məhəmməd əl – Farisi əl - İstəhri də Azərbaycanın şəhərlərini sayarkən, Quzey Azərbaycan şəhərlərini də bu sırada yad etmişdir: Ərdəbil, Marağa, Urmiya, Miyanic, Xunəc, Ucan, Dəxərrəqan, Xuvey, Səlmas, Mərənd, Təbriz, Bərzənd, Varsan, Muğan, Cobravan, Uşnuh, Bərdə, Kərnə, Ləsub, Yəqtan, Bab əl – Əbvab (Dərbənd), Tiflis, Beyləqan, Bərdic, Şəmaxiyyə (Şamaxı), Şirvan, Abxaz, Şabran, Qəbələ, Şəkki (Şəki), Cənzə (Gəncə), Şəmkur, Xunan, Zəncan, Bakuh (Bakı) və s.

Əl – İstəhrinin adlarını çəkdiyi şəhərlər arasında Tiflis və Abxaz şəhərlərinin (vilayətinin) adları, xüsusən də “Abxaz” adı diqqəti xüsusi çəkməkdədir. Təbii ki, bu halda söhbət bugünkü Gürcüstanın şimal – qərbində, Qara dəniz sahilində yerləşən Abxaziyadan gedir ki, bu da Polibinin söylədikləri ilə tam üst – üstə düşür. Həmin dövrdə Abxaz və Tiflisin yerləşdiyi ərazilər də daxil olmaqla, bütün Qərbi Gürcüstan ərazisini, daha dəqiq desək, onun ərazisinin təqribən 70 - 80 faizi Azərbaycanın Aran (Arran) vilayətinin tərkib hissəsi idi. Maraqlıdır ki, həmin ərazi əski gürcü mənbələrində “Didi Türkoba” (Böyük Türk obası) adlandırılmaqdadır. Bu barədə Voroşil Qukasyan belə deyir:

Təsadüfi deyi ki, o dövrdə (Xl əsrdə) Gürcüstan gürcü tarixçilərinə iki ad altında məlum idi: Kartveloba (hərfi mənada Gürcü obası) və Didi Türkoba (Böyük Türk obası). Bütün Qərbi və Şərqi Gürcüstan Didi Türkobaya daxil idi”.

Mənbələr Didi Türkobanın əhalisinin qıpçaq olduğunu göstərməkdədir. Çağdaş gürcü tarixçiləri bu xalqın guya Gürcüstan ərazisinə gəlmə olduqlarını sübut etməyə çalışırlar. Mənbələr isə sözügedən ərazilrin ən əski çağlardan türklər ölkəsi olduğunu təsdiqləməkdədir. Eyni şeyi arxeoloji qazıntılar zamanı tapılan iskit - sak qəbirləri də ortaya qoymuşdur (Пирцхалава М.С. Памятники скифской архаики (Vlll-Vl вв. до н. э.) на территории древней Грузии. Афтореф. канд. дис.,Тбилиси, 1975.). Eyni ərazinin adı antik və erkən orta əsrlər Avropa müəlliflərinin əsərlərində bəzən Bersiliya və ya Berziliya adlandırılır, xəzərlrin (qıpçaqların) bu ölkədən çıxdıqları qeyd edilir. Həmin ad zamanla bir qədər təhrif edilərək “Borcalı” şəklində dövrümüzədək ulaşmışdır. Bu ad qədim türk soylarından barsillərin (basillərin) adı ilə bağlıdır. Barsillər isə Azərbaycanın 4 – cü əfsanəvi şahı Toqarmanın 10 oğlundan birinin soyu idi. Təsadüfi deyil ki, əski erməni (hay) mənbələri kimi əski gürcü mənbələri də öz tarixlərinin başlanğıcını Həzrət Nuhun (ə) oğlu, türklərin ulu babası hesab edilən Yafəsə və onun övladlarından Toqarmaya, yəni Azərbaycanın 4 – cü şahı və 10 türk soyunun babasına bağlayırlar. Gürcü mənbələrində Toqarma eynən erməni mənbələrindəki kimi “Torqomos” adlandırılır.

Maraqlıdır ki, “gürcü” adı ilk dövrlərdə qıpçaqların bir hissəsinin adı olmuşdur. Təsadüfi deyil ki, bu gün “gürcü” adlandırdığımız xalq özünü “kartvelo” adlandırır və azərbaycanlıların onları nə üçün “gürcü” adlandırdıqlarını anlamırlar. Özünü “gürcü” adlandıran xalq isə Türkiyədə yaşayan, Türkiyə türkcəsində danışan, fəqət dilində qıpçaq türkcəsinin qalıqları açıq – aydın hiss edilən və kartvel (bugünkü anlamda gürcü) dilini anlamayan müsəlman Rizə türkləri və hazırda Ukraynada Staroiqnatovka – Gürcü kəndində yaşayan və qıpçaq türkcəsində danışan xristian qıpçaq – gürcülərdir. Sovet dövründə sonuncuları qıpçaqdilli urumların bir qolu hesab etmək qəbul edilsə də, qıpçaq türkcəsinin yaxın şivələrində danışmalarına baxmayaraq, urumlar onları özlərindən ayırır və “gürcü” adlandırırlar. Qıpçaq - gürcülər də öz növbəsində “urum” adını qəbul etmirlər.

Urum dilinin üç əsas şivəsinin – qıpçaq - oğuz, oğuz - qıpçaq və oğuz şivələrinin olduğunu yazan A. Qarkavets “gürcü dili”ni oğuz – qıpçaq şivəsinə aid edir.

Mənbələr qıpçaq - gürcülərin ilk hökmdarı sayılan qıpçaq qızı Tamaranın (Xll əsr) saraynda qıpçaq dilində danışıldığını, ordunun da qıpçaqlardan ibarət olduğunu göstərməkdədir. Bu faktı A. Krımski də təsdiq etmək məcburiyyətində qalmışdır:

Tamaranın sarayında türk dili heç də istisna deyildi. Amma bu, Xl əsrdə Səlcuqlu istilaları dövründə Orta Asiyadan Qafqaza gələn və Gürcüstanın tam sərhəddində, o cümlədən Gəncə yaxınlğındakı Aranda məskunlaşan, öz köçəri məişətini davam etdirən və hərbi yürüşlərə meyilli olan müsəlman türklərin dili deyildi. Tamara, təbii ki, onları da tanıyırdı və onun hökuməti onların Kür və İori çaylarının qovşaq sahillərinə yürüş etməmsinə çox diqqət edirdi. Tiflis sarayında isə hörmət və sevgi sahibi olanlar isə... başqa türklər – poloveslər, yəni qıpçaqlar

idi. Xll əsirdə bu qıpçaqsevərlik gürcü çarlğında (?!) irsi idi, şəxsi türk qvardiyası çarı təhlükələr vaxtı feodallara hərbi güc üçün müraciət etməməyə imkan verirdi”.

Xatırladaq ki, Mahmud Kaşğarlının Xl əsrdə cızdığı xəritədə bütün Qafqaz ərazisi, o cümlədən bugünkü Gürcüstan ərazisi “Dəbənd – Xəzəran”, yəni “Xəzərlər ölkəsi” kimi göstərilmiş, Azərbaycan isə ondan cənubda qeyd edilmişdir. Yeni türk Ensiklopediyasının Xl cildinin 4371 – ci səhifəsində bildirilir:

...Acarlar əslən kuman – qıpçaq türkü olub, ortodoksluq yolu ilə gürcüləşmişdir”.

Əl – İstəhri Azərbaycanın batı (qərb) və quzey sərhədlərindən söz açarkən, Lan ölkəsinin adını çəkir:

Azərbaycan, Arran və Ərməniyyəni biz bir xəritədə yerləşdirib, vahid iqlim (kimi qəbul) etdik. Şərqdən buranı Cibəl, Deyləm, Xəzər dənizinin qərb (hissəsi), qərbdən Ərmən və Lan sərhədləri, Cəzirə sərhəddinin bir hissəsi, şimaldan Lan və Qabq (Böyük Qafqaz) dağları, cənubdan İraq və Cəzirə sərhədlərinin bir hissəsi var.”

Məlumat üçün bildirək ki, ərəblər Lan deyərkən, qədim yunanların Alaniya (alanlar ölkəsi) adlandırdıqları və bugünkü Rusiyanın Gürcüstanla sərhəd olan Quzey Qafqaz torpaqlarını nəzərdə tuturdular. Lan ölkəsinin Azərbaycanın şimal və qərb sərhədlərini təşkil etməsi indiki Gürcüstanın böyük hissəsinin, eləcə də Dağıstanın, Çeçenistanın və İnquşetiyanın Terek çayına qədər olan hissəsinin “Azərbaycan” anlayışına daxil olduğunu sübut etməkdədir. Təsadüfi deyil ki, Yaqut əl – Həməvi “Möcəm əl – Buldan” əsərində Əbu Təmmamın Əbu Səid Səqəriyə ithaf ediyi şerində rast gəlinən “druz” (durdzuk”, çeçenlərin əski adı) yer adından söz açarkən onun Azərbaycan hüdudları içində olduğunu vurğulamışdır.

Xlll əsrin əvvəllərində qələmə alınmış farsdilli anonim bir mənbədə (Əcaib əd – dünya) “Lan” əvəzinə “Alaniya” yazılmışdır:

Alaniya. Bu şəhər Abxazla Qıpçaq arasında yerləşir. Orada çoxlu müsəlman yaşayır.”

Maraqlıdır ki, Əl – İstəhri, Azrbaycan əhalisindən, daha dəqiq desək, Xəzərin qərbindəki geniş düzənlikdə yaşayan əhalidən danışarkən, onları “ğuz”, yəni “oğuz” adlandırmış və onların türk boylarından biri olduğunu qeyd etmişdir. Bu da Atropatenanın əsas sakinlrinin uksilər (oğuzlar) olduğunu bildirən antik müəlliflərin dedikləri ilə üst – üstə düşür.

Əl – İstəhrinin xahişi ilə onun əsərini genişləndirən və ona şərhlər yazan X əsr müəllifi İbn Hövqəl Azərbaycanın, daha dəqiq desək, Aranın şəhərlərindən danışarkən, Tiflisin də adını bu siyahıda göstərmişdir. X əsrin digər müəllifi Əl – Müqəddəsi də özünün “Kitab əhsən ət – təqasim fi – mərifət əl - əqalim” adlı əsərində Tiflisi Aranın, yəni Azərbaycanın şəhərlərindən biri kimi qeyd etmişdir. O, eyni zamanda yazmışdır:

Azərbaycanın dağları Xarisdən və Xuvayrisdən başlamış Aqara Varzaqan silsiləsinə qədər, sonra şimala tərəf Tiflisə doğru uzanır, orada bu silsilələrlə Kabk (Kazbek) sıra dağları birləşir. Bu dağlar çox böyükdür.”

Mənbəlrdən belə aydın olur ki, Azərbaycanın, daha dəqiq desək, Aranın tarixi şəhərlərindən olan Tiflis artıq Xl əsrdə xəzər (qıpçaq) - gürcülərin əlinə keçmiş və bir müddət Gürcüstanın (Kartvelobanın) paytaxtı olmuşdur. Şəhərin əhalisi isə bütünlüklə müsəlman türklərdən ibarət idi. Qıpçaq - gürcülər buna müsəlman oğuzlarla ədavət aparan digər xristian qıpçaqların (Didi Türkoba əhalisinin) yardımı sayəsində nail olmuşdular. Tiflisin o dövrki vəziyyəti barədə fars dilində (Xlll əsrin əvvəllərində, Əbubəkr İldəgizin hakimiyyəti dövründə) qələmə alınmış, müəllifi məlum olmayan “Əcaib əd – Dünya” adlı kitabda bunlar yazılmışdır:

Bu, böyük və müdafiəsi yaxşı təşkil edilmiş, əlçatmaz bir dərədə yerləşən şəhərdir. Şəhərin tam ortasından keçən çayın üzərində böyük bir körpü inşa ediblər, körpünü ətrafında çoxlu sayda ticarət yerləri hazırlayıblar. Şəhərlə üzbəüz yaxşı inşa edilmiş qəsr var, qəsrdə hökmdarların saraylar tikilib, çoxlu nəzarət qüllələri var. Çay qəsrin önündən keçir, odur ki, kiçik darvazadan nə atılarsa, çaya tökülür.

Tiflis Arana aid edilir, (ona) əvvəl müsəlmanlar hakim idi, indi isə artıq 110 ilə yaxındr ki, ora gürcülər hakimdirlər (söhbət kartvellərdən yox, xristian qıpçaq - gürcülərdən gedir). Oranın əhalisi müsəlmanlardır, dində qatı təkallahlı və qəriblərə dostdurlar, çoxlu məscidləri var və namaza da yaxşı səsləyirlər.”

Məlumat üçün bildirək ki, bu hal uzun sürməmiş və şəhər tezliklə Azərbaycanın tərkibinə qayıtmışdı. Onu da xatırladaq ki, Abxaziya, eləcə də bugünkü Gürcüstan (keçmiş Tiflis xanlığı) Azərbaycanın digər şimal əraziləri ilə birlikdə 1813 – cü ildə Gülüstan müqaviləsi əsasında Azərbaycan səltənətinin tərkibindən qoparılaraq Rusiyanın yurisdiksiyasına keçmişdi. Bu fakt sözügedən müqavilənin 3 –cü bəndində öz əksini tapmışdır:

Orada deyilir:

Şah Əlahəzrətləri Əlahəzrət Bütün Rusiya imperatoruna səmimi dostluq hisslərinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də taxtının ali vəliəhdləri adından Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya İmperiyasının hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla bərabər Dağıstan, Gürcüstan (Şuragölü əyaləti ilə birlikdə) İmeretiya, Quriya, Minqreliya və Abxaziya eyni dərəcədə, hazırda bərqərar edilmiş sərhəd Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya İmperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir. “

Bu maddədən göründüyü kimi, Azərbaycanın Qacarlar hökuməti Gürcüstanın (Tiflis xanlığının) və bu gün Gürcüstanın tərkibində olan İmeretiya, Quriya, Minqreliya və Abxaziyanın, eləcə də Dağıstanın, yəni Qazi Qumuq xanlığının da digər Azərbaycan əyalətləri kimi Azərbaycandan Rusiyaya keçməsinə məcbur və boyun olmuşdur. Bu isə o deməkdir ki, həmin torpaqlar rus işğalına qədər Azərbaycana aid idi. Azərbaycan tarixşünaslığı bu barədə susur. Türkməncay müqaviləsinin 3-cü maddəsində isə Azərbaycanın başqa bir xanlığının – İrəvan xanlığının adı çəkilir.

Tiflisin aid edildiyi Azərbaycanın Aran vilayətinə gəlincə, bu vilayət haqqında eyni mənbədə (Əcaib əd – dünya) bunlar yazılmışdır:

Arran. Münbit yerdir, naz - nemətlə zəngindir, şahların qışlaq yeri olub. Dünyanın heç bir yerində Arranda olduğu qədər imarət yoxdur. Heç bir yerdə buradakı qədər çoxlu sayda türk yoxdur. Deyirlər ki, orada yüz min türk atlısı var. Arranın eni və uzunu 30 X 40 fərsəngdir.”

Təqribən eyni dövrdə Şihabəddin Nəsəvi isə yazmışdır:

Arranda türkmənləri bir yerə toplasaydılar, qarışqa və çəyirtgə yığnağını xatırladardı”.


Yüklə 169,97 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə