Atu-da “Düzgün kliniki Praktika” seminarı keçirilib



Yüklə 319,53 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix02.01.2018
ölçüsü319,53 Kb.
#19074
1   2   3   4   5   6   7

30 noyabr   2016-cı il

http://www.amu.edu.az

5

Qonaqları qəbul edən Klinikanın direk-



toru,  professor  Hüseyn  Qabulov  onları  bu 

tibb  ocağında  görməkdən  məmnun  oldu-

ğunu bildirib.

Tibb  sahəsində  daha  böyük  uğur-

lar əldə etmək, bu kompaniya ilə əlaqələri 

genişləndirməkdə 

maraqlı 

olduqlarını 

söyləyən Hüseyn Qabulov qeyd edib ki, Cli-

nical Keydən pulsuz istifadə imkanı həkim 

və  rezidentlərin  tibbi  biliklərinin  tək­

milləşdirilməsində çox faydalı olacaq.

Görüşdə  iştirak  edən  Tibb  Universi-

tetinin  Beynəlxalq  Əlaqələr  şöbəsinin  mü-

diri,  dosent  Rəhimə  Qabulova  şirkətin 

təmsilçilərinə Tibb Universitetinin həkim və 

rezidentlərinə yaratdıqları belə şəraitə görə 

minnətdarlığını ifadə edib.

İsrailin  ölkəmizdəki  səfirliyinin 

dəstəyi  ilə  Azərbaycan  Tibb 

Universite tinin  Tədris  Cərrahiyyə 

Klini kasında  bu  öl kənin  Ben­

Qurion  Uni versitetinin  əmək­

daşlarının  keçirdiyi  “Düzgün 

kli niki  Praktika”  (Good  Clinical 

Practice) seminarı baş tutub.

Tədbiri açan klinikanın direktoru, 

professor  Surxay  Hadıyev  tədbir 

iştirakçılarına  seminar  barədə  mə­

lumat  verib.  O  bildirib  ki,  bu  cür 

beynəlxalq  tədbirlərin  keçirilməsi 

klinik tədqiqatlar sahəsində çalışan 

alimlərin  elmi  fəaliyyətlərinin  inki­

şafında böyük rol oynayacaq.

  ATU­nun  beynəlxalq  əlaqələr 

üzrə  prorektoru,  dosent  Rəhimə 

Qabulova  qonaqları  auditoriyaya 

təqdim  edib.  O,  İsrailin  ali  təhsil 

ocaqları ilə elm və təhsil sahəsində 

əməkdaşlığın vacibliyini vurğulayıb.

Seminarın  keçirilməsinə  dəstək 

olan İsrailin ölkəmizdəki səfirliyinin 

nümayəndəsi, səfirin müavini cənab 

Amir  Rom  da  əlavə  edib  ki,  Azər­

baycan­İsrail  əməkdaşlığı  tək 

bu  istiqamətdə  deyil,  həmçinin 

gələcəkdə  universitetlər  arasında 

həkim­tələbə mübadiləsi sahəsində 

də  inkişaf  etdirilməlidir.  Cənab 

Romun  sözlərinə  görə,  Ben  Qurion 

Universiteti  və  ATU  arasındakı 

əməkdaşlıq  Azərbaycanda  anadan 

olmuş  və  hazırda  həmin  uni­

versitetdə çalışan Dr.Aleks Geftlerin 

təşəbbüsü ilə başlayıb.

  Seminar  İsrailin  Ber­Şeva 

şəhərində  yerləşən  Moşe  Soroka 

adına  Universitet  Tibb  Mərkəzinin 

Elmi  Araşdırmalar  Mərkəzinin 

koordinatoru  Aviva  Qrosbard  və 

Tibb Mərkəzinin Adminstrasiyasının 

əməkdaşı  Naomi  Amixayın  müha­

zirələri ilə davam edib. Onlar qeyd 

ediblər ki, bu tibb ocağı ölkədə ən 

böyük elmi və klinik mərkəzlərdən 

biridir  və  hazırda  burada  tibbin 

müxtəlif istiqamətlərini əhatə edən 

1000­dən  artıq  klinik  tədqiqat  işi 

aparılacaq.

Üç  gün  davam  edən  “Düzgün 

kliniki  Praktika”  (Good  Clinical 

Practice)  seminarın  yekununa 

həsr  olunan  mərasimdə,  İsrai-

lin ölkəmizə yeni təyin olunmuş 

fövqəladə  və  səlahiyyətli  səfiri 

Dan Stav iştirak edib. 

Tədbirdə  ATU­nun  elmi  işlər 

üzrə prorektoru Rauf Bəylərov, 

beynəlxalq  əlaqələr  üzrə  pro-

rektoru  Rəhimə  Qabulova, 

beynəlxalq  əlaqələr  şöbəsinin 

müdiri  Nadir  Zeynalov,  Tədris 

Cərrahiyyə Klinikasının direkto-

ru Surxay Hadı yev və başqaları 

çıxış  edib lər.  Qeyd  olunub  ki, 

ATU ilə Ben Qurion Universiteti-

nin birgə təşəbbüsü ilə keçirilən 

bu  seminar  klinik  tədqiqatlar 

sahəsində çalışan alimlərin elmi 

fəaliyyətlərinin  inkişafında  bö-

yük  rol  oynayacaq.  Həmçinin, 

İsrail  və  Azərbaycan  arasında 

münasibətlərin  genişlənmə sinə 

də öz töhfəsini vermiş olacaq.

  Mərasimin  sonunda  seminar 

iştirakçılarına  müvafiq  sertifi-

katlar təqdim olunub.

  Təlimlərə  həmçinin  Səhiyyə 

Nazirliyi,  Respublika  Diaqnos-

tika Mərkəzi və Psixi Sağlamlıq 

Mərkəzinin də əməkdaşları qa-

tılıb.


Qabil ABDULLAYEV

Öncə  Clinical  Key  elekt-

ron  kitabxanasının  təqdimat 

mərasimi keçirilib.

Mərasimi  açıq  elan  edən 

ATU-nun beynəlxalq əlaqələr 

üzrə  prorektoru,  dosent 

Rəhimə  Qabulova  Elsevier 

Clinical  Solutions  Kompani-

yası ilə əməkdaşlığın artıq iki 

ildir ki, davam etdiyini bildi-

rib.


 Bu əməkdaşlıq çərçivəsində 

qeyd  edilən  mənbənin  satış 

meneceri Atilla İkinci və Ge-

mini  Şirkətinin  ölkəmizdəki 

rəsmi  təmsilçisi  Eda  Özde-

miroğlu  universitetimizdə 

qonaq olublar.

  Rəhimə  Qabulova  şirkət 

tərəfindən  həkimlərə  və 

rezidentlərə çox gözəl şərait 

yaradıldığını  da  diqqətə 

çatdırıb: 

“Biz 

Elsevier 



şirkətinin  bazasına  daxil 

olaraq  ödənişsiz  istifadə 

imkanı  əldə  etmişik.  Eyni 

zamanda  tədris  və  elmi 

tədqiqatlar üçün vacib olan, 

sübuta  əsaslanmış  ən  son 

məlumatlar burada yer alıb”.

  Rəhimə  Qabulova  onu  da 

qeyd  edib  ki,  bu  kompani-

ya  ilə  əlaqələrimiz  gələcəkdə 

daha da genişlənəcək və daha 

böyük işlərə imza atılacaq.

 Daha sonra çıxış edən Else-

vier Şirkətinin satış meneceri 

Atilla İkinci yaradılan şəraitə 

görə ATU-nun elmi işlər üzrə 

prorektoru Rauf Bəylərova və 

beynəlxalq əlaqələr şöbəsinin 

müdiri  Nadir  Zeynalova 

minnətdarlığını bildirib.

 Atilla İkinci Elsevier Kom-

paniyası  olaraq  gördükləri 

işlərin  əsas  mahiyyətindən, 

burada daha keyfiyyətli tibbi 

məlumatların yer almasından, 

həkimlərin dünyanı dəyişdirə 

biləcək yeni kəşflərlə tanış ola 

biləcəklərindən də danışıb.

  Satış  meneceri  Elsevierin 

bütün  dünyada  məşhur  olan 

bir  kompaniya  olduğunu  da 

diqqətə  çatdırıb  və  bildirib 

ki,  kompaniyanin  təmsilçisi 

Gökhan  Baykal  bir  həftə 

ərzində  universitetin  klini-

kalarında  olacaq,  həkimləri 

maraqlandıran suallara cavab 

verəcək.


  Daha  sonra  ATU-nun  elmi 

işlər  üzrə  prorektoru  Rauf 

Bəylərov çıxış edib.

Rauf  Bəylərov  bu  işbirliyi-

nin  qurulmasında  Rəhimə 

Qabulovanın  xüsusi  rolunun 

olduğunu  bildirib  və  qeyd 

edib  ki,  layihə  gələcəkdə  öz 

töhfəsini  verəcəkdir:  “Mən 

inanıram  ki,  Elsevier  şirkəti 

ilə  əməkdaşlığımız  uzun 

müddətli  olacaq.  Çünki,  biz 

onlara  şərtlərinə  və  Clinical 

Key  çıxışlarına  görə  üstün-

lük  verdik.  Həkimlərin  və 

rezidentlərin  işinin  asan-

laşdırılması  baxımından  bu 

layihə çox faydalı olacaq”.

  Sonda  Elsevier  tərəfindən 

Clinical  Keydən  pulsuz 

istifadə etmək imkanı ilə bağlı 

Azərbaycan Tibb Universiteti 

ilə Elsevier Clinical Solutions 

arasında Anlaşma Memoran-

diumu da imzalanıb.

ATU-da “Düzgün kliniki 

Praktika” seminarı keçirilib

E

lsevier Clinical Solutions 

kompaniyasının satış meneceri Atilla 

İkinci və Gemini şirkətinin Azərbaycandakı 

rəsmi təmsilçisi Eda Özdemiroğlu Tədris 

Terapevtik Klinikada qonaq olublar.

ATU ilə Elsevier Clinical Solutions Kompaniyası 

arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Tibb Universite-



tinin Tədris Terapevtik Klinikasın-

da ATU ilə Elsevier Clinical Soluti-

ons Kompaniyası arasında ikitərəfli 

əməkdaşlıq haqda saziş imzalanıb.

ATU-nun mətbuat xidməti

Klinikanın direktoru Elsevier 

Clinical Solutions və Gemini 

şirkətinin təmsilçiləri ilə görüşüb 




Yüklə 319,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə