Atu-da “Düzgün kliniki Praktika” seminarı keçirilib



Yüklə 319,53 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix02.01.2018
ölçüsü319,53 Kb.
#19074
1   2   3   4   5   6   7

30 noyabr   2016-cı il

http://www.amu.edu.az

7

X a t ı r l a n a n l a r

G

özəl ziyalı, tanınmış 

həkim, həqiqi dost

etibarlı qohum, nurlu insan 

professor Teymur Babayevi 

unutmaq olarmı? Bu cür ziya-

lılar dünyaya tək-tək gəlirlər. 

O bizə nəsib olmuşdur ki, 

onunla bir zamanda  yaşamı-

şıq, onun nurundan bir az da  

bizlərin payına düşmüşdür. 

Teymur müəllim məğrur, de-

mokratik ruhlu, insanlığı və 

gözəlliyi sevən, elmlə nəfəs 

alan nadir şəxsiyyətlərdən 

idi.  Onun ölümündən artıq 

bir neçə ay  keçsə də,  bizlər 

onun sıramızın önündə olma-

dığına inanmırıq.  Elə bir an 

olmur ki,  biz onun elmi  və ya 

həyati  sözlərini, misallarını  

yada salmayaq.

Teymur  Əsəd  oğlu  Babayev 

11  sentyabr  1938­ci  ildə  Bakı 

şəhərində, ziyalı ailəsində  ana-

dan olmuşdur. O, 1956­ cı ildə 

Bakıdakı  2  saylı  orta  məktəbi  

bitirdi. 

Həkim  olmaq  qərarına  hələ 

orta  məktəbdə  oxuduğu  za-

man gələn T.Babayev attestatını 

aldıqdan sonra sənədlərini ata­

anasının  peşəsinə  yiyələnmək 

üçün  Azərbaycan  Dövlət  Tibb 

İnstitutunun 

stomatologiya 

fakültəsinə verdi və qəbul oldu.

Təhsil aldığı illərdə gənc Tey-

mur  dərslərini  yaxşı  oxumaq-

la  bərabər,  həm  də  institu-

tun  Tələbə  Elmi  Cəmiyyətinin 

tədbirlərində  tez­tez  iştirak 

edir,  ictimai  işlərdə  fəallığnı 

artırırdı. Çünki həmin vaxt onu 

düşündürən yalnız  bir məsələ 

vardı,  harada  olur­olsun,  təki 

sevimli  stomatoloq  peşəsində 

işləsin.  Odur  ki,  1961­ci 

ildə  institutu  bitirən  zaman 

təyinatını Sabirabad rayonunun 

Quruzma  kəndinə  alanda    heç 

bir  narahathq  hissi  keçirmədi. 

Az  keçməmiş  bu  gənc  həkim 

adıçəkilən ünvana yola düşdü.

3 il həmin kənddə diş həkimi 

kimi  fəaliyyət  göstərəndən 

sonra Teymur Babayev  Səhiyyə 

Nazirliyinin əmri ilə Bakıya ça-

ğırırdı.  1  saylı  Şəhər  Klinika-

sının  üz­çənə  şöbəsində  işə 

qəbul olundu. Burada çalışdığı 

müddətdə  özünün  çox  iste-

dadlı və bacarqlı bir gənc oldu-

ğunu  biruzə  verdi.  Buna  görə 

də  onun  gələcəyinə  klinikanın 

nəzdində  fəaliyyət  göstərən 

ADTİ­nin  üz­çənə  kafedrası-

nın  professoru,  əməkdar  elm 

xadimi  Gülbala    Qurbanovda 

qəti qənaət yarandı.

 

O, bu gənc 



həkimin elmi potensialının ge-

niş  olduğunu  görüb,  təkidlə 

ona  elmi  biliyini  artırmağı 

məsləhət görürdü. Bunu nəzərə 

alan T.Babayev sənədlərini as-

piranturaya təqdim etdi.

1968­ci  ildə  aspirantura-

da  təhsilini  bitirən  gənc  Tey-

mur  professor  G.Qurbanovun 

rəhbərliyi  altında  elmi  işini  də 

tamamlamağa  müvəffəq  oldu. 

Beləliklə, 1969­cu ildə Moskva 

şəhərində  namizədlik  disser-

tasiyasını uğurla müdafiə edib 

tibb  elmləri  namizədi  alimlik 

dərəcəsi aldı.

O,  Bakıya  qayıtdıqdan  son-

ra  4  saylı  Bakı  şəhər  stoma-

toloji  poliklinikasında  cərrah 

vəzifəsində  çalışma-

ğa  başlayır.  Bir  qədər 

sonra  isə,  yəni  1971­

ci  ildə  müsabiqə  yolu 

ilə  ADTİ­nin  cərrahi 

stomatologiya 

ka-


fedrasının  assistenti 

vəzifəsinə seçilir.

Bu müddətdə o, say-

sız­hesabsız  və tən­

daşların 

sağlam lığı 

qeydinə  də  qalmışdı. 

Onun  bu  çalışqanlığı 

əvəzsiz  ötüşmədi  və 

1975­ci ildə T.Babayev 

həmin  kafedranın  do-

senti  vəzifəsinə  seçil-

di.

1981­ci  ildə  Səhiyyə 



Nazirliyi  tərəfindən  Moskva 

şəhərinə,  M.F.Vladimrski  adına 

Elmi­Tədqiqat  Klinik  İnstitutu-

na  doktoranturaya  göndərildi. 

Burada  o,  anadangəlmə  və 

qazanılmış  defektlərin  aradan 

qaldırilması ilə məşğul oldu. 5 

il bu şəhərdə işləyən T.Babayev 

Moskva alimlərinə özünün yeni 

cərrahiyyə  metodlarını  nüma-

yiş  etdirdi.  Həmin  metodlara 

görə “SSRİ­nin əməkdar ixtira-

çısı”  adına  və  diplomuna  layiq 

görüldü.


1986­cı  ildə  doktorantura-

da  təhsilini  bitirən  alim  Ba-

kıya  dönərək  öz  əvvəlki  iş 

yerində çalışmağa davam etdi. 

1987­ci  ildə  dosent  T.Babayev 

müsabiqə  yolu  ilə  kafedra 

müdiri  vəzifəsinə  seçilməyə 

müvəffəq oldu. Həmin ərəfədə, 

yəni 1988­ci ildə Teymur Baba-

yev  doktorluq  dissertasiyasını 

Moskva  Tibbi  Stomatologiya 

İnstitutunda  uğurla  müdafıə 

edib,  tibb  elmləri  doktoru 

alimlik dərəcəsi alır.

SSRİ­nin  süqutundan  son-

ra  erməni  hərbi  birləşmələri 

ölkəmizə  qarşı  elan  olun-

mamış  müharibəyə  başla-

dılar.  Düşmənlə  ölüm­di-

rim  müharibəsinə  qoşulan 

Azərbaycan Silahlı Qüvvələrinin 

hərbi  birləşmələrinin  üz­çənə 

nahiyəsindən  yara  alan  əsgər 

və  zabitləri    Hərbi  Hospitalda 

üz­çənə  cərrahiyyəsi  şöbəsi 

olmadığına  görə  1  saylı  Şəhər 

Klinik  Xəstəxanasının  üz­

çənə  cərrahiyyəsi  şöbəsinə 

yerləşdirilirdilər.  Odur  ki, 

həmin  əsgərlərin  müalicəsi  və 

reabilitasiyası da həmin şöbədə 

yerinə yetirilirdi. Təkcə bu fak-

tı  qeyd  edək  ki,  1991­1994­

cü  illərdə  həmin  xəstəxananın 

üz­çənə  cərrahiyyə  şöbəsində 

300­ə  qədər  yaralı  müalicə 

olunmuşdu. 

Teymur  Babayev  bir  cox 

ölkələrdə­Rusiya,  Türkiyə,  Al-

maniya,  Finlandiya  və  başqa 

ölkələrdə  keçirilən  elmi  konf-

ranslara da qatılmışdı. 

Beləliklə,  o,  20  il  kafed-

ra  müdiri  işləyərək,  müstəqil 

Azərbaycanın  tibb  elminin  in-

kişafı üçün bir sıra mühüm işlər 

görüb, öz töhfəsini vermişdi.

 Belə ki, o, indiyədək 10 nəfər 

tibb  elmləri  namizədi  və  1 

nəfər  elmlər  doktoru  hazırla-

mışdır.  O,  2000­ci  ildə  ATU­

nun  yaradılmasının  70  illiyi 

münasibətilə mükafatlandırılan 

alimlərin  sırasında    “Tərəqqi” 

medalı ilə təltif olunmuşdur.

Qadir  insan  əlləri  bəşər 

tarixində neçə­neçə möcüzənin 

müəllifi  olmuşdur.  Nadir  me-

marlıq  üslubunda  ucaldılmış 

binalar, canlı boyalarla çəkilmiş 

tablolar,  məharətlə  yonulmuş 

heykəltaraşlıq  nümunələri  ta-

maşaçıları  ovsunlayır,  onlara  

yüksək  estetik  zövq  aşılayır. 

Lakin  insanın  insan  üzərində  

cərrahlıq  əməliyyatı  aparmaq-

la yaratdıqları  möcüzələr daha 

diqqətə  layiqdir.  Azərbaycan 

Tibb  Universitetinin    ağız  və 

üz­çənə  cərrahiyyəsi  kafed-

rasının  professoru    Teymur 

Babayev  də  bu  möcüzələrin  

müəlliflərindən ən layiqli olan-

lardandır. 

Hipokrat  demişdir:  “Həkim 

filosofdur,  ona  görə  ki, 

müdriklərlə  təbabət  arasın-

da      elə  böyük  fərq  yoxdur”.  

Teymur  müəllim  özü  ən  bö-

yük  müdrik  və  ürəyiaçıq  bir 

insan  olduğuna  görə  həkimlik 

məktəbində həmişə  müdriklik 

dərslərinə  yer  ayrırdı.  O,  daim 

xeyirxahlığı  ilə    kimsəsizlərin 

əlacı,  kasıbların  köməyi  olur-

du.  Başqa  ölkələrdən  gələn 

tələbələr  valideyin qayğısını o 

insandan görürdü.  Haqsızlıqla 

barışmayan  insanın  ürəyi  de-

mokratik  ruh  üzərində  döyü-

nürdü.

İş  yoldaşları  ilə  oturub­du-



randa    öz    maraqlı  söhbətləri  

ilə    hamını  valeh  edər,    diq­

qət 

mərkəzində 



qalardı. 

Təbiət  mənzərələrinin  ecaskar  

gözəlliklərini  heç  kim  gör­

mədiyi  gözlərlə  görərdi.  Səhər 

tezdən Tovuzda  Mamırtı dağı-

nın  ətəyində   günəşin çıxdığını, 

Qusarda  Sah dağının  arxasında 

günəşin  gizləndiyini  necə seyr 

edib  dəyərləndirməyi  mənə o 

böyük insan öyrətmişdir. 

Əzizimiz  Teymur  müəllim! 

Rahat uyuya bilərsiniz. Sizi ta-

nıyan  insanların,  tələbələrin 

qəlbində həmişə xoş xatirələrlə 

yaşayacaqsınız.

  Sevənləriniz  sizi  heç  zaman  

unutmayacaqlar!

 

 Fərman HƏSƏNOV,



Ağız və üz-çənə  cərrahiyyəsi   

kafedrasının   assistenti, tibb üzrə 

fəlsəfə doktoru

Sevənləriniz heç zaman  

sizi  unutmayacaq

u

 



    

XXI əsrin informasi-

ya 

texnologiyalarının  

inkişaf istiqamətləri 

içərisində müxtəlif növlü, tipli 

məzmunlu sənədləri mühafizə 

edən elektron informasiya daşı-

yıcılarının hazırlanması, sistem-

ləşdirilməsi, mühafizəsi və şəbə-

kə rejimində uzaq məsafədən 

istifadəsi vacib yer tutur. Bütün 

bu istiqamətlər kompleks şəkildə 

elektron kitabxanaların yara-

dılmasında və elektron kitabxa-

na-informasiya təminatının təş-

kilində öz əksini tapır.  Elektron 

kitabxanalar  tarixən mövcud 

olan şəbəkə kitabxana-informasi-

ya xidmətinin yeni metod, vasitə 

və texnologiyalar baxımından 

məntiqi davamıdır. Elektron ki-

tabxanalar superaçıq informasiya 

sistemləridir.

Əsaslı 


kitabxanamız 

universitet  rəhbərliyinin 

diqqət  və  qayğısını  daim 

hiss  edir.    Kitabxana 

müasir  informasiya  tex-

nologiyaları  ilə  təchiz 

edilmiş,    müasir  tələblərə 

cavab  verən  İRBİS-64 

avtomatlaşdırılmış  kitab-

xana-informasiya  sistemi 

(AKİS) ilə təmin edilmiş-

dir.  İRBİS-64  AKİS-nin 

kitabxanamızda  tətbiqinə 

2010-cu ilin aprel ayından  

başlanılmışdır.  Bu  sistem 

kitabxanamızın beynəlxalq informasi-

ya məkanına daxil olmasınının, dünya 

standartlarına uyğun elektron kitabxa-

nanın və elektron kataloqunun yaradıl-

masınının,  təhsil  və  elmi  tədqiqatlar 

üçün  əsas  amil  olan  və  bütövlükdə 

cəmiyyətin  inkişafına  birbaşa  təsir 

edən  elektron  mənbələrindən  sərbəst 

istifadə  olunmasının  təminatçısıdır. 

Bu  sistem  imkan  verir  ki,  biz  öz 

zəngin  kitab  fondumuzu,  həmçinin 

alimlərimizin  elmi  fəaliyyətlərinin 

nəticəsi  olan  kitab  və  jurnalları, 

məqalələri  dünya  istifadəçilərinə 

təqdim  edək  və  eyni  zamanda  dünya 

kitabxanalarının  zəngin  kitab  fon-

dundan  müəllim  və  tələbələrimizin 

istifadə etməsinə də şərait yaradaq.

Hazırda  kitabxanamızda  IRBİS-64 

sisteminin  “Komplek ləş dirmə”,  “Ka-

taloqlaşdırma”,  “Oxucu”,  “Kitab  ve-

rilişi”  və  “Administrator”  modulları 

üzrə fəal iş gedir. “Elektron Kataloq” 

modulu  kitabxana  fondunun  elektron 

versiyasının,  yəni  elektron  kataloqu-

nun  yaradılmasını  həyata  keçirir.  Bu 

modul  üzrə  elmi  kitabxanamızda  çox 

ciddi iş gedir. Artıq tibbi ədəbiyyatın 

çox  böyük  bir  hissəsi:  20  000  adda 

azərbaycan, türk, rus, ingilis dillərində 

olan  kitablar elektron kataloquna da-

xil edilmışdır. Həmçinin 10. 100 qəzet 

məqaləsi və 17. 000 jurnal məqaləsi də 

elektron kataloqunda öz əksini tapmış-

dır. Qeyd edə bilərik ki, latın qrafikalı 

və  kiril  qrafikalı  Azərbaycan  dilində 

olan    bütün  ədəbiyyat,  həmçinin 

Heydər Əliyev fondu tərəfindən kitab-

xanamıza hədiyyə edilmiş çoxlu sayda 

yeni  tibbi  ədəbiyyat,  ulu  öndərimiz 

Heydər  Əliyevə  və  Prezident  İlham 

Əliyevə  həsr  edilmiş  kitablar  artıq 

elektron  kataloqunda  öz  əksini  tap-

mışdır.  Bu kataloqda ən qədim kitab 

XIX  əsrin  əvvəllərində  çap  olunmuş 

kitabdır.  

Elektron  kataloq  kitabxana  fondu-

nun “güzgüsüdür” desək səhv etmərik.  

Bu  kataloq  vasitəsilə  istifadəçilərə 

uzaq  məsafədən  operativ  informasiya 

xidməti  göstərmək,  həmçinin  fondun 

idarə  olunmasını  həyata  keçirmək 

mümkündür.  Elektron  kataloq  bibli-

oqrafik  informasiya  bazasının  daha 

etibarlı  qorunmasına  şərait  yaradır 

və istifadəçinin ona zərər yetirməsini 

praktiki olaraq qeyri mümkün edir. 

Kitabxananın 

İnternetdə 

yerləşdirilmiş 

elektron 

katalo-

qu  dünyanın  istənilən  nöqtəsindən 



istifadəçiyə  kitabxanamızın  fondu  ilə 

tanış  olmağa,  lazımi  ədəbiyyat  axta-

rışını aparmağa və tapılmış ədəbiyyatı 

sifariş etməyə, ədəbiyyatın elektron va-

riantı olduqda isə, onu əldə etməyə im-

kan verir.  Universitet əməkdaşlarının 

elmi  əsərlərinin,  dərsliklərin,  dərs 

vəsaitlərinin  tammətnli  elektron  ver-

siyalarını  yaradaraq  daha  səmərəli 

elektron  xidməti  həyata  keçirmək, 

kitabxanamızı  ən  qabaqcıl  elmi  in-

formasiya  mərkəzinə  çevirmək    qar-

şımızda  duran  vacib  işlərdəndir.  Biz 

bütün fəaliyyətimizi və gücümüzü bu 

istiqamətə  yönəldərək  mühüm  işlər 

görməyə çalışırıq.

Elektron  kataloq  kitabxanalararası 

biblioqrafik informasiya mübadiləsini 

təmin etməklə yanaşı, həm də hər bir 

kitabxananın “imicini” formalaşdırır.

Kitabxananın  yüksək  nüfuza  və 

reytinqə  malik  olması  üçün  elektron 

kataloq  zəngin,  dolğun    məlumat  ba-

zasına və mükəmməl axtarış aparatına 

malik olmalıdır. Məhz bununla kitab-

xana  coğrafi  uzaqlıqdan,  yerləşdiyi 

məkandan  asılı olmayaraq özünə dün-

yanın istənilən yerindən istifadəçi cəlb 

edərək xidmət göstərə bilər.

Bu xidmət istifadəçi sifarişini uzaq 

məsafədən yerinə yetirməklə kitabxa-

nalararası elektron sənəd mübadiləsini 

də təmin edir. 

Elektron kitabxanalar müasir dövrün 

əsas tələbi olub, cəmiyyətin informasi-

yalaşdırılmasında,  elmi-ədəbiyyatın 

təbliğində  və  əldə  edilməsində  mü-

hüm rol oynayırlar. O, uzaq məsafədən 

oxuculara  daha  dolğun  informasiya 

xidməti  göstərərək,  bu  xidmətin  za-

man  və  məkandan  asılılığına  son  qo-

yur. Elektron kitabxanalar informasiya 

mübadiləsi sistemlərinin, virtual infor-

masiya  mühitinin  yaradılmasına,  dis-

tan təhsilin inkişafına, cəmiyyətin peşə 

və  ümumi  mədəniyyət  səviyyəsinin 

artmasına  xidmət  göstərirlər.  Onun 

vasitəsilə oxucular dünyanın istənilən 

nöqtəsindən  24  saat  müddətində  ki-

tabxananın  informasiya  bazasından 

istifadə edə bilirlər.

Müasir  dövrdə  ən  operativ  infor-

masiyanı əldə etmək üçün internetdən 

istifadə əvəzsiz sayılır. Elmi informasi-

ya təminatını isə  elektron kitabxanalar 

daha çox təmin edirlər. Müəllim, tələbə 

və ya elmi işçi, əlavə vaxt itkisinə yol 

vermədən,  istədiyi  kitabı,  məqaləni, 

informasiyanı,  olduğu  məkandan  ası-

lı  olmayaraq,  internetə  yerləşdirilmiş 

Elektron  Kitabxanaya  daxil  olmaqla 

əldə  edə  biləcəkdir.  Elektron  Kitab-

xana həm də kitabxana fondunun qo-

runub  saxlanılmasına  xidmət  edir. 

Xüsusilə nadir və bir nüsxədən ibarət 

olan kitablar, internetdə öz əksini tapa-

raq, ələ verilmədən, çox sayda tələbatçı 

tərəfindən  eyni  zamanda  istifadəsinə 

şərait yaradılır.

Hazırda 


kitabxanamızda 

bu 


istiqamətdə  çox fəal işlər gedir.

Ziyafət Eminova,

Əsaslı kitabxananın direktoru, tarix 

elmləri üzrə fəlsəfə doktoru

Gülarə Qarayeva,

Elmi kitabişləmə və kataloqlaşdır-

ma şöbəsinin müdiri 

ELEKTON KİTABXANA 

MÜASİR DÖVRÜN TƏLƏBİDİR


Yüklə 319,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə