Atu-nun Tələbə Gənclər Təşkilatının sədri Fəxri Fərmanla təltif edilib



Yüklə 296,81 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix30.12.2017
ölçüsü296,81 Kb.
#18491
1   2   3   4   5   6   7

15 noyabr   2016-cı il

http://www.amu.edu.az

3

A

zərbaycanda ilk dəfə tətbiq



olunan trans-telefon EKQ sis-

teminin əməli fəaliyyəti Azərbaycan 

Tibb Universitetinin Tədris Terapev-

tik Klinikasında həyata keçirilib. Bu 

haqda Tədris Terapevtik Klinikanın 

kardioloqu Fərid Əliyev məlumat 

verib. 

Fərid  Əliyev  sistemin  əsas 



xüsusiyyətləri  barədə  danışıb  və 

bildirib  ki,  bu,  normal  EKQ  sis-

temi  olmaqla,  onun  xəstənin 

üzərində  daşına  bilinən  funksi-

yası  vardır:  “Sistem  mobil  telefon 

vasitəsilə  idarə  olunur.  Xəstənin 

harada olmasından asılı olmayaraq 

GSM xətti üzərindən işləyir. Həkim 

istədiyi  zaman  xəstəylə  bağlantı 

quraraq (əsasən internetin və tele-

fonların işlədiyi yerdə) xəstədə olan 

şikayətləri izləyə bilir. Xəstənin hər 

hansı  şikayəti  olduğu  halda  bir 

düyməyə  basmaqla  kardioqrama 

qeydlərini aparır. Bu sistem əsasən 

nadir şikayətləri olan (3-4 ayda bir) 

və riskli xəstələr üçün istifadə olu-

nur”.


Cihazın  əsas  özəlliklərini  vur-

ğulayan  həkim,  bu  cihazın  mo-

bil  şəbəkənin  olmadığı  yerlərdə 

xəstəylə  bağlı  şikayətləri  qeyd 

etdiyini  və  mobil  şəbəkəyə  ke-

çildiyi  andan  etibarən  lazım  olan 

məlumatları birbaşa mərkəzə ötü-

rüldüyünü də bildirib.

Fərid Əliyev onu da qeyd edib 

ki,  bu  sistem  sayəsində  xəstədəki 

ürək  ritminin  24  saatlıq  nəzarəti 

uzun müddətli (aylıq) aparılır.



ATU-nun mətbuat xidməti

O

ktyabrın 31-də 

Bakıda AMEA-

nın təşəbbüsü ilə təşkil 

olunan II Azər baycan Elm 

Festivalı na start verilib. 

Festi val 

çərçivəsində 

Azər bay can  Tibb  Uni ver-

sitetinin (ATU) Təd 

ris 

Cərrahiyyə  Kli nikasında 

keçirilən təd bir noyabrın 

1-də baş tutub. 

Festival  öz  işinə

Azər baycan  Respub-

likasının  Dövlət  Him-

ninin səsələndirilməsi 

ilə başlayıb.

Festivalın  açılışın-

da  ATU-nun  tədris  işləri  üzrə    pro-

rektoru,  professor  Sabir  Əliyev  giriş 

nitqi ilə çıxış edərək ölkəmizdə elm 

və  təhsilin  inkişafına  göstərilən  xü-

susi  qayğıdan,  gənclərimizin  həyata 

keçirdiyi uğurlu elmi tədqiqatlardan, 

gənc alimlər üçün yaradılan şəraitdən 

danışıb. Professor S.Əliyev qeyd edib 

ki,  bu  festival  artıq  ikinci  dəfədir 

ki,  ATU-da  keçirilir.  Bunun  üçün  o, 

AMEA-nın prezdidenti akademik Akif 

Əlizadəyə  təşəkkürünü bildirərək bu 

festivalın keçən dəfəkindən fərqli ol-

duğunu  və  6    gün  davam  edəcəyini 

vurğulayıb.

Prorektor  Sabir  Əli yevin  sözlərinə 

görə,  gənc  alimlərin  inkişafı,  azər-

baycanlı  elm  adamlarının  işlə rinin 

dünyaya tanıdılması baxımından Elm 

Festivalının müstəsna əhəmiyyəti var. 

Buna  görə  də,  bu  bilik  nümayişində 

AMEA-nın  bütün  elmi  müəssisə  və 

təşkilatları  ölkəmizin  bütün  ali  və 

orta  təhsil  müəssisələri  ilə  yanaşı, 

ATU da fəal iştirak edir.

Daha  sonra  festival  çərçivəsində 

ATU  təmsilçiləri  ilə  yanaşı,  digər  ali 

müəssisələrin 

nümayəndələrinin 

müxtəlif elmi mövzulara dair müha-

zirələri dinlənilib.

Azərbaycan  Tibb  Universitetinin 

profesor-müəllim heyəti də Elm Fes-

tivalında geniş nümayəndə heyəti ilə 

təmsil  olunub.  Tədbirdə  universitet 

əməkdaşları  V.Hüseynovun  “Hemo-

tologiya  və  onkologiyada  adaptiv 

(qazanılmış)  T-hüceyrəli  immuno-

terapiya”,  Z.Qasımovanın  “Diş-çənə 

anomaliyalarının  müalicəsi  və  on-

ların  ağırlaşmalarının  profilakti-

kası  təcrübəsində  aşağı  tezlikli 

ultrasəsin 

tətbiqinin 

məqsədəuyğunluğu”,  

S.Hü sey  novanın  “Uşaq

serebral  iflici nin  peri-

natal  risk  fak torları”,

T.Süley manovanın  “Bi-

oloji  fəal  maddələrin

alın ması  və  tibbdə 

istifadəsi  üçün  tət biqi” 

mövzusunda  ma raqlı 

çıxışlar olub.

Toplantıda  həm çinin 

Azərbaycan 

Diplo-


matik  Akademiyası nın 

nümayən dəsi  S.Rüs-

təmov 

“Fraktal lar 



nəzəriyyəsi və onun tətbiqi” mövzu-

sunda,  AMEA  Radiasiya  Problemləri 

İnstitutunun  dosenti  A.Nəsibova 

“Biotibbi 

tədqiqatlarda 

müasir 


fiziki-kimyəvi  metodların  tətbiqi” 

mövzusunda,  AMEA  Molekulyar  Bi-

ologiya və Biotexnologiyalar İnstitu-

tunun biologiya üzrə fəlsəfə doktoru 

N.Sultanova  “Bitki  virusları-təhlükəli

infeksion  xəstəliklərin  mənbəyi

kimi”,  Fövqəladə  Hallar  Nazirliyi-

nin  təmsilçisi  Ə.Quliyev  “İonlaşdı-

rıcı  şüalanma  mənbələri  və  radi-

asiya  təhlükəsizliyi”  mövzusunda

təqdimatlarla çıxış ediblər.

Qeyd  edək  ki,  Azər baycanda  Elm 

Festivalı  2014-cü  ildən  keçirilir.  I 

Elm Festivalının 15 mindən artıq iş-

tirakçısı  olub.  Builki  festival  UNES-

CO,  Azərbaycan  Respublikası  Təhsil 

Nazirliyi,  Rabitə  və  Yüksək  Texno-

logiyalar  Nazirliyi,  Bakı  Şəhər  İcra 

Hakimiyyəti,  Azərbaycan  Respubli-

kasının Prezidenti yanında Bilik Fon-

du  və  Elmin  İnkişafı  Fondu,  ABŞ-ın 

Azərbaycandakı  səfirliyi  və  Mosk-

va  Dövlət  Universitetinin  təşkilati 

dəstəyi ilə reallaşdırılıb.



N

oyabrın 2-də Bakıda 

VII Azərbaycan-Rusiya 

region lararası forumu işini başa 

çatdırıb. Forum çərçivəsində 

Azərbaycan Respublikası və 

Rusiya Federasiyası arasında 

əməkdaşlığa dair 12 sənəd 

imzalanıb. İqtisadiyyat, kənd 

təsərrüfatı, sosial, maliyyə, 

turizm və digər sahələri əhatə 

edən sənədlər sırasında tibb 

sahəsinə aid razılaşmalar da əldə 

olunub.

VII  Azərbaycan-Rusiya  regionla-

rarası  forum  çərçivəsində  iki  ölkə 

arasında  imzalanan  sazişlərdən  biri 

də  Azərbaycan  Tibb  Universite-

ti  tərəfindən  yerinə  yetirilib.  Heydər 

Əliyev  Mərkəzində  keçirilən  tədbirdə 

Azərbaycan Tibb Universiteti ilə Stav-

ropol  Dövlət  Tibb  Universiteti  ara-

sında əməkdaşlığa dair çərçivə sazişi 

Azərbaycan  Tibb  Universitetinin  rek-

toru  Gəray  Gəraybəyli  və  Stavropol 

Dövlət  Tibb  Universitetinin  rektoru 

Vladimir Koşel tərəfindən imzalanıb.

Qeyd edək ki, Azərbaycan-Rusiya re-

gionlararası forumu artıq 7-ci dəfədir 

təşkil  olunur.  Bu  dəfə  Rusiya  forum-

da  250  nəfərlik  nümayəndə  heyəti 

ilə  təmsil  olunub.  Stavropol  Dövlət 

Tibb Universitetinin rektoru V.Koşelin 

rəhbərlik  etdiyi  nümayəndə  heyətinə 

ali məktəbin beynəlxalq münasibətlər 

və  marketinq  şöbəsinin  təmsilçiləri 

daxildirlər.



Stavropol Dövlət Tibb Universiteti ilə əməkdaşlığa dair saziş imzalanıb

II Azərbaycan Elm Festivalının 

addımları alqışlanır

B

u ilkə imza atan ATU-nun Tədris 



Cərrahiyyə Klinikasının gine-

kologiya şöbəsinin müdiri Turab 

Canbaxışov bildirib ki, pasiyent bu 

günlərdə klinikaya müraciət edib.  

Əvvəl  başqa  bir  klinikada 

hamiləliyi  izlənilən  pasientin  ultrasəs 

müayinəsi zamanı dölün qarnına su yı-

ğıldığı aşkar olunub. Bununla bərabər 

dəri  və  dərialtı  toxumalara  su  yığıl-

dığı  üçün  ödəm  başlayıb.  Döldə  belə 

vəziyyət,  adətən,  qan  uyğunsuzluğu, 

rezus uyğunsuzluğu və ya viral problem 

əsasında yaranır. Bundan başqa analizlər 

nəticəsində  virus  və  virus  antitellərinə 

rast gəlindiyi də deyilib.

T.Canbaxışov  qeyd  edib  ki,  eyni

simptomları  onlar  da  müşahidə  ediblər: 

“Biz  müayinə  etdik  və  virus  antitellərinə 

qarşı  da  analiz  götürdük.  Ancaq 

analizlərin  nəticəsi  mənfi  çıxdı.  Tək 

problem qan uyğunsuzluğu idi. Qan qru-

punun  uyğunsuzluğunu  ana  bətnində 

ikən  aşkar  etmək  çətin  olur.  Buna  bax-

mayaraq, analizlərin cavabı müsbət çıx-

dı. Dopler müayinəsi zamanı uşağa ciddi 

anemiya diaqnozu qoyuldu. Ciddi anemi-

ya olduğu üçün müalicənin yeganə üsulu 

ana  bətnində  dölə  qan  köçürülməsidir. 

Dölün çəkisinə, həftəsinə və hemoqlobin 

dəyərinə görə ümumi miqdar hesablanır 

və qan köçürülür. Biz bu prosesi uğurla 

həyata keçirdik. ”

T.Canbaxışov  əlavə  olaraq  onu  da

bildirib  ki,  dölün  bu  həftəsinə  görə  he-

moqlobin  dəyəri  normada    14-15  g/dl 

olmalıdır. Bizim müayinə etdiyimiz döldə 

isə bu dəyər qanköçürmədən əvvəl 7.5 g/

dl olub: “ Biz dölə xüsusi qaydada yeni ha-

zırlanmış eritrosit kütləsindən 96 ml qan 

köçürdük.  Bu  məhlulu  verdikdən  sonra 

dölün  qan  dövranındaki  hemoqlobinin 

dəyəri  11.7  g/dl  oldu.  Hal-hazırda  dö-

lün vəziyyəti yaxşıdır. Bir həftə döldə olan 

ödemin  çəkilməsini  gözləyəcəyik.    Əgər 

lazım  gələrsə,  bu  proseduru  hamiləliyin 

sonuna qədər 2-4 həftə aralıqla daha 2 

dəfə edəcəyik.”

Respublikada ilk dəfə olaraq ana bətnində

dölə qan köçürüldü

Trans-telefon EKQ sisteminin əməli fəaliyyəti ilk dəfə 

Tədris Terapevtik Klinikada həyata keçirilib



Yüklə 296,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə