Atu-nun Tələbə Gənclər Təşkilatının sədri Fəxri Fərmanla təltif edilib



Yüklə 296,81 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix30.12.2017
ölçüsü296,81 Kb.
#18491
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

15 noyabr  2016-cı il

4

P



rorektor ali məktəb qarşısında 

duran  ən  böyük  vəzifələrdən 

birinin,  bəlkə  də  birincisinin 

istedadlı  və  ixtisaslaşmış  kadrla-

rın  hazırlanması  olduğunu,  bu  ba-

xımdan  aparılan  işlərdə  Tələbə  Elmi 

Cəmiyyətinin  xüsusi  rolunu  diqqətə 

çatdırdı:  “Ölkəmiz  möhtərəm  pre-

zidentimiz  İlham  Əliyevin  rəhbərliyi 

altında bir çox beynəlxalq tədbirlərə, 

forumlara 

ev 


sahibliyi 

edir. 


Beynəlxalq  səviyyəli  tədbirlərin  ar-

dıcıl  olaraq  keçirilməsinin  nəticəsidir 

ki,  artıq  xarici  tələbələrin  ölkəmizə 

marağı  durmadan  artır.  Bugünkü 

konqresə  yaxın  və  uzaq  xaricdən 

xeyli  sayda  nümayəndənin  qatılması 

dediklərimizin əyani sübutudur”. 

Təbabətin aktual problemlərinə həsr 

olunmuş elmi müzakirələrin aparıla-

cağı  konqresi  açıq  elan  edən  pro-

rektor onun işində iştirak edən hər 

kəsə uğurlar arzuladı.

Daha sonra Türkiyə İstanbul Uni-

versitetinin  tibb  fakültəsinin  pro-

fessoru  Levent  Aftan  çıxış  edərək, 

tədbir  iştirakçılarını  səmimiyyətlə 

salamladı  və  “Bu  konqresdə  sizlərlə 

bərabər olmağın xoşbəxtliyini yaşayı-

ram” - dedi: “Bu konqresin beynəlxalq 

səviyyədə təşkilini tibb elminə verilən 

dəyər kimi qəbul edirəm. İnanıram ki, 

bu  gün  burada  iştirak  edən  gənclər 

arasından tanınmış elm adamları çı-

xacaq”.


Professor  Levent  Aftan  çalışdı ğı 

universitetdə Azər-

baycan 

kökənli 


750  tələbənin  ol-

duğunu  və  bunlar-

dan  150  nəfərinin 

tibb  fakültələrində 

təhsil 

aldığını, 



həm  çinin  İstanbul 

Uni versitetində  2 

ti bb 

fakültəsinin 



-İstanbul  və  Cər-

rah paşa tibb fa kül-

tələrinin  fəaliyyət

gös tərdiyini  dedi.

Bil dirdi  ki,  hər  iki

fakültədə 110 nəfər

azərbaycanlı  tibb 

doktoru  müxtəlif 

ixtisaslar  üzrə  tibb 

təhsili alırlar. 

Tula  Tibb  Universitetindən  pro-

fessor  Tatyana  Subbotina  çıxışında 

dünya  ölkələrinin  tibb  təhsili  üzrə 

təcrübə  mübadilələrinin  mühüm  ro-

lunu  qeyd  etdi.  Bakıya  səfərindən 

məmnunluğunu bildirən rusiyalı alim 

gəncləri  Tula  Tibb  Universitetində 

dərc olunan jurnalda elmi məqalələrlə 

çıxış etməyə dəvət etdi. 

Çıxışlar zamanı ölkələrimiz arasında 

elmi  əlaqələrin  qurulmasında,  gənc 

həkimlərin  elmi  tədqiqatlara  cəlb 

olunmasında  və  onlarda  diskussi-

ya  mədəniyyətinin  formalaşmasında 

belə tədbirlərin böyük əhəmiyyət da-

şıdığı vurğulandı.

Milli Onkoloji Mərkəzdə aparılan ge-

niş spektrli əməliyyatlar barədə Niya-

zi Əsgərov məlumat verdi. Almaniya-

nın Araşdırmalar Mərkəzindən Mehdi 

Əhmədpur,  Türkiyədən  Tuğba  Uysal 

prezentasiya ilə çıxış etdilər.

Noyabrın  2-də  yüksək  səviyyədə 

keçən  beynəlxalq  tədbirin  təntənəli 

bağlanışı  oldu.  TEC-in  elmi  rəhbəri, 

professor  Amaliya  Əyyubova  konq-

resin gedişatını diqqətdə saxladığına 

görə  ilk  növbədə  universitetin  rek-

toru,  professor  Gəray  Gəraybəyliyə 

təşəkkürünü  bildirdi.  Plenar  iclas-

larda  tibbin  bütün  sahələrini  əhatə 

edən  çox  maraqlı  məruzələrin 

dinlənildiyini  söyləyən  Amaliya  xa-

nım  gənc  tədqiqatçıların  alimliyə 

gedən  yolda  ilk  addımlarını  müsbət 

qiymətləndirdi.  O,  çıxışında  univer-

sitetin  müəllim-professor  heyətinin 

böyük  əksəriyyətinin  Tələbə  Elmi 

Cəmiyyətində  yetişdiyini  xatıradaraq 

tələbələrə  bu  istiqamətdə  sərbəstlik 

verilməsinin  zəruriliyini  önə  çəkdi. 

Eyni zamanda, uzun illərdir ki, onun-

la bərabər çalışan TEC-in sədri Müş-

fiq  Həsənovun  fəaliyyətini  yüksək 

qiymətləndirərək 

istər 


hazırlıq 

mərhələsində,  istərsə  də  konqre-

sin  gedişində  onun  xüsusi  fəallıq 

göstərdiyini,  təşkilatçılıq  səriştəsi  ilə 

seçildiyini vurğuladı.

 Təşkilat komitəsi adından tədqiqatçı 

tələbələri,  onların  elmi  rəhbərlərini, 

valideynlərini  təbrik  edən  Amaliya 

xanım  Əyyubova  bütün  konqres  iş-

tirakçılarına,  qonaqlara  bu  mötəbər 

tədbirə  qatıldıqları  üçün  bir  daha 

hörmət və ehtiramını ifadə etdi.     

Tədbirin  açılışının  və  bağlanışının 

bədii hissə ilə müşayiət olunması iş-

tirakçılarda xoş ovqat yaratdı. Prezi-

dent  təqaüdçüsü  Çinarə  Əzimovanın 

ifasında Fikrət Əmirovun “Azərbaycan 

elləri”  əsəri,  tarda  İsmayıl  Zülfüqa-

rov, kamançada Hikmət Abdullayevin 

müşayiəti ilə Respublika müsabiqələr 

laureatı  Nigar  Cəlilovanın  ifasında 

Azərbaycan xalq mahnısı “Sarı gəlin” 

böyük maraqla qarşılandı. Beynəlxalq 

müsabiqələr  laureatı  Nihad  Oruco-

vun  ifasında  M.Maqomayevin  “Azər-

baycan” əsəri, Bülbül adına orta ixti-

sas  musiqi  məktəbinin  şagirdlərinın 

ifasında  “Qarabağ  şikəstəsi”  təkcə 

milli  musiqimizin  əzəmətinin  nüma-

yişi  deyildi.  Həm  də  nəzərləri  Qara-

bağa  yönəldərək  bu  tarixi  torpaqla-

rın Azərbaycana məxsusluğu barədə 

musiqi dilində bir çağırış idi.

II  müalicə-profilaktika  fakültəsi-

nin  VI  kurs  tələbəsi  O.Tapdıqlının 

qiraətində  şair  Ramiz  Qusarçaylının 

“Azərbaycan  bayrağı”  şeiri  və  ATU-

nun  Əminə  Dilbazi  adına  qızlardan 

ibarət “Çinar” rəqs ansamblının çıxış-

ları da tədbirə xüsusi rəng qatdı. 

İki  gün  davam  edən  Tələbələrin  və 

Gənc Həkimlərin III Beynəlxalq Konq-

resi öz işini plenar və bölmə iclasla-

rında  davam  etdirdi.  Sonda  qaliblər 

diplom  və  sertifikatlarla  təltif  olun-

dular.


Arif MƏMMƏDLİ

Fotolar Cənnətalı Çingizindir

Tələbələrin və Gənc Həkimlərin III 

Beynəlxalq Tibb Konqresi keçirildi

A

zərbaycan Tibb Universitetində 

Tələbələrin və Gənc Həkimlərin 

III Beynəlxalq Tibb Konqresi öz 

işinə noyabrın 1-də Azərbaycan 

Respublikasının Dövlət Himninin 

səsləndirilməsi ilə başladı. Tədbirin 

aparıcıları Səmra Bağırlı və Oktay 

Tapdıqlı konqresin açılış günündə 

müxtəlif ölkələrdən təşrif buyurmuş 

nümayəndələri, ATU-nun professor-

müəllim heyətini və tələbələrini 

salamlamaqdan məmnunluq 

duyduqlarını söylədilər. Təbrik üçün 

ilk söz  ATU-nun elmi işlər üzrə 

prorektoru, dosent Rauf Bəylərova 

verildi.  Konqres iştirakçılarını 

universitetin rektoru, professor Gəray 

Gəraybəylinin və rəhbər heyətin 

adından salamlayan prorektor 

qeyd etdi ki, hər il ənənəvi olaraq 

Azərbaycan Tibb Universitetində 

Tələbələrin və Gənc Həkimlərin 

Beynəlxalq Tibb Konqresi keçirilir: 

“I Beynəlxalq Konqres 2014-cü ilin 

mayında ulu öndər Heydər Əliyevin 

əziz xatirəsinə həsr olunmuşdu. 

Həmin konqresə 20-dən artıq xarici 

universitetin təmsilçiləri qatılmışdı. 

2015-ci ilin noyabrında keçirilən II 

Beynəlxalq Konqresdə isə 30-dan 

artıq universitetin nümayəndələri 

iştirak etmişdi. Bu il 450-dən artıq 

nümayəndə rəsmi qeydiyyatdan keçib 

ki, bunlardan da 104 nəfəri ayrı-ayrı 

xarici universitetlərin professor-

müəllim və tələbə heyətidir”.


Yüklə 296,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə