Atu-nun Tələbə Gənclər Təşkilatının sədri Fəxri Fərmanla təltif edilib



Yüklə 296,81 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix30.12.2017
ölçüsü296,81 Kb.
#18491
1   2   3   4   5   6   7

15 noyabr   2016-cı il

http://www.amu.edu.az

5

Seminarı  universitetin  tədris 



işləri  üzrə  prorektoru,  profes-

sor  Sabir  Əliyev  açıb.  S.Əliyev 

tədbir  təşkilatçıları  və  iştirak-

çılarını  salamlayandan  sonra 

hələ ulu öndər Heydər Əliyevin 

hakimiyyəti dövründə gəncliyin 

formalaşması,  sağlam  həyat 

tərzinin 

yaxşılaşdırılması 

məsələsinə    həmişə  diqqət  və 

qayğının  göstərildiyini    qeyd 

edib.    Gəncliklə  bağlı  aparı-

lan  siyasətin  bu  gün  uğurla 

davam  etdirildiyini  bildirib. 

ATU-nun  ölkənin  digər  təhsil 

ocaqlarından  fərqləndiyini  və 

hər  il  400-dən  artıq  tələbənin 

600-dən  yuxarı  bal  toplaya-

raq  qəbul  olduğunu  diqqətə

çəkən  prorektor,  narkoma-

niya  əleyinə  təşkil  olunmuş

belə tədbirlərin ATU-da təşkil

olunmasının əhəmiyyətinə də

toxunub: “Bu cür kampaniya-

ların ali təhsil müəssisələrində

keçirilməsi  olduqca  müsbət

haldır.  Ölkəmizdə  gənclərin

formalaşması  və  onların

zərərli  vərdişlərin  təsiri  altı-

na  düşməməsi  üçün  dövlət

tərəfindən  lazımi  addımlar  atı-

lır.  İdman  komplekslərinin    re-

gionlarda  fəaliyyəti,  nüfuzlu 

beynəlxalq  idman  yarışlarının 

ölkəmizdə keçirilməsi, gənclərin 

idmana  olan  həvəsi  və  onların 

yarışlarda  qazandıqları  uğurlar 

təqdirəlayiqdir.  Bu,  gənclərin 

düzgün  formalaşmasına  zəmin 

yaradır.  Ailələrin  dağılmasına 

və  cəmiyyətdə  ciddi  fəsadlara 

səbəb  olan  narkomaniyaya  qar-

şı  keçirilən  tədbirlərin  miqya-

sını  daha  da  genişləndirmək, 

cəmiyyəti  maarifləndirmək  la-

zımdır” - deyən prorektor, tədbir 

təşkilatçılarına təşəkkürünü bil-

dirib.     

Sonra söz Narkotiklərlə  Müba-

rizə İdarəsinin rəisi Zaur Əliyevə 

verilib.  Rəis  hazırda  dünyada 

250 milyondan çox insanın nar-

kotik  vasitələrdən  asılı  olduğu-

nu və bundan əziyyət çəkdiyini 

qeyd  edib:  ”Bunun  47  milyonu 

Latın  Amerikasının,  1.2  milyo-

nu  Meksikanın,  26  milyonu  isə 

MDB və Asiya ölkələrinin payı-

na düşüb.”

Narkomaniya  bəlasının  ölkə-

mizdən də yan keçmədiyini bil-

dirən  Z.Əliyev paytaxt üzrə 11 

min 700 nəfərin Respublika Nar-

koloji  Mərkəzində  qeydiyyatda 

olduğunu  və  onların  sayının 

ilbəil  artdığını  təəssüfləndirci 

hal  kimi  qeyd  edib.  İşğal  olun-

muş  ərazilərimizdə  -  Dağlıq 

Qarabağ ərazisində onlarla nar-

koloji  məntəqələr  və  laboratori-

yaların  fəaliyyət  göstərdiyini,  

nar kotik  vasitələrin  oradan  Ru-

si yaya  və  digər  ölkələrə  gön-

dərildiyini  iştirakçıların  diq-

qətinə  çatdırıb.  Əldə  olunan 

gəlirin  müharibələrə  və  insan 

tələfatına 

yönləndirildiyini 

təəssüf hissi ilə qeyd edib.  

Sonra  Suraxanı  rayon  33-cü 

Polis  Bölməsinin  rəisi  Tuncay 

Abbasov  çıxış  edib.    O,  Ame-

rika,  Avropa  və  digər  inkişaf 

etmiş  ölkələrdə  narkomani-

yanın  vəziyyəti  ilə  bağlı  geniş 

məlumat verib. Amerika, Alma-

niya,  Yaponiya  və  digər  inkişaf 

etmiş  ölkələrdə  narkomaniya 

əleyhinə mübarizə üsullarından 

nümunələr söyləyib.

Tədbir 

iştirakçıları 



üçün 

vi  de oroliklər 

və 

süjet-


lər 

nümayiş 


olunub.                                                                                                               

Gənc      li yi mizin  narkomaniyaya 

alu  də olmalarının səbəbləri, düş-

dükləri  mühitin  təsiri  və  s.  ilə 

bağlı geniş məlumat verilib. Na-

tiq tələbələrə xitab edərək, onları 

bu bəlanın girdabına düşməmək 

üçün  ayıq  olmağa  çağırıb.                                                                                                              

Çaxışlar  zamanı  ölkəmizdə  də 

dövlət tərəfindən bu istiqamətdə 

aparılan 

mübarizədən 

və 

onun  nəticələrindən  söz  açılıb. 



Tədbir  zamanı  bir  sıra  təkliflər 

səsləndirilib  və  tələbələrin  su-

allarına  ətraflı  cavab  verilib.                                                                                                                             

Bu  tipıi  tədbirlərin  digər 

təhsil  ocaqlarında  da  davam 

etdiriləcəyi vurğulanıb.



Qabil ABDULLAYEV

9 noyabr - Dövlət 

Bayrağı Günü ilə əlaqədar 

keçirilən yürüşdə Təhsil 

Nazirliyinin, nazirliyin 

tabeliyindəki qurumların 

əməkdaşları, Milli Məclisin 

deputatları, ali təhsil 

müəssisələrinin rektorları, 

müəllim, tələbə və 

şagirdlər iştirak ediblər.

Həmişə olduğu kimi, Azərbaycan Tibb Universiteti də bu möhtəşəm tədbirin 

iştirakçılarından olub. ATU-nun bütün fakültələrindən olan  tələbələr Bayraq Yürüşünə 

qatılıblar. 100-ə yaxın tələbə ilə yanaşı, Azərbaycan Tibb Universitetinin prorektorları, 

dekan və digər rəhbər şəxsləri Baryraq naminə yürüşdə iştirak ediblər.

Bayraq Yürüşü “Azneft” meydanından başlanıb və Dövlət Bayrağı Meydanında başa 

çatıb.

Yürüşün keçirilməsinin əsas məqsədi milli atributlarımızın təbliği, gənclərə 



vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanması olub.

Yürüş Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tələbə və şagirdlər Vətənə, bayrağımıza həsr olunmuş şeirlər söyləyib, mahnı və 

rəqslər ifa ediblər.

Yürüş zamanı təhsil naziri Mikayıl Cabbarov ölkənin təhsil sahəsində keçirilən 

islahatlardan danışıb, bu sahəyə dövlət qayğısının ildən-ilə artdığını vurğulayıb. Nazir 

Dövlət Bayrağı Gününün hər il ölkəmizdə geniş şəkildə qeyd olunduğunu bildirib, bu 

tədbirlərin əhəmiyyətini xatırladıb.



A

zərbaycan Tibb Universitetinin 

(ATU) Tədris Terapevtik Klinika-

sına noyabrın 4-də yeni direktor təyin 

olunub. Səhiyyə naziri Oqtay Şirəliyevin 

sərəncamı ilə klinikanın direktoru 

vəzifəsinə professor Hüseyn Qabulov 

təyinat alıb. 

ATU-nun  rektoru,  professor 

Gəray  Gəraybəyli  yeni  təyinat  al-

mış  Hüseyn  Qabulovu  kollektivə 

təqdim  edib.  Rektor  G.Gəraybəyli 

onu  təbrik  edərək,  bundan  son-

ra  klinikada  aparılan  işin  daha  da 

təkmilləşdiriləcəyinə əmin olduğu-

nu deyib.

Öz  növbəsində,  klinikanın  di-

rektoru  H.Qabulov  da  göstərilən 

etimada  görə  səhiyyə  naziri  Oq-

tay  Şirəliyevə  və  rektor  Gəray 

Gəraybəyliyə  öz  minnətdarlığını 

bildirib.

Qeyd  edək  ki,  Klinikanın  di-

rektoru,  dosent  Könül  Xəlilova 

səhiyyə  naziri  Oqtay  Şirəliyevin 

digər sərəncamı ilə Respublika Di-

aqnostika  Mərkəzinə  baş  həkim

 

vəzifəsinə  təyin  olunub.  Rektor 



Gəray Gəraybəyli bu təyinatla bağ-

lı Könül Xəlilovanı təbrik edib, ona 

yeni işində uğurlar arzulayıb.

Azərbaycan  Tibb  Universitetinin  Tədris 

Cərrahiyyə Klinikasında kadr dəyişikliyi baş ve-

rib. Klinikaya  yeni baş həkim təyin olunub.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direk-

toru Surxay Hadıyev yeni baş həkimi kollektivə 

təqdim  edib.  Qeyd  edək  ki,  yeni  baş  həkim  II 

cərrahi xəstəliklər kafedrasının professoru Rauf 

Maqsud oğlu Ağayevdir.

Tədris Terapevtik Klinikaya yeni direktor 

təyin olunub

Tədris Cərrahiyyə Klinikasında da 

kadr dəyişikliyi olub

ATU tələbələri Bayraq 

Yürüşünə qatılıblar

ATU-da “Narkomaniyaya “YOX” deyək” adlı seminar 

Noyabrın 4-də Azərbaycan 



Tibb Universitetində (ATU) Daxili 

İşlər Nazirliyinin (DİN) təşəbbüsü 

ilə “Narkomaniyaya yox deyək!” 

devizi  adı ilə seminar keçirilib. 


Yüklə 296,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə