Atu-nun Tələbə Gənclər Təşkilatının sədri Fəxri Fərmanla təltif edilib



Yüklə 296,81 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix30.12.2017
ölçüsü296,81 Kb.
#18491
1   2   3   4   5   6   7

15 noyabr   2016-cı il

http://www.amu.edu.az

7

Quliyeva 



Xurşud 

Cəmil 


qızı  1918-ci  ildə  Vladiqafqaz 

şəhərində  -  Murtazova  stansi-

yasında  (Şimali-Qafqaz  Dəmir 

yolları)  dünyaya  göz  açmışdır. 

Orta  təhsilini  Bakı  şəhərində  al-

mış,  1936-cı  ildə  Azərbaycan 

Tibb  İnstitutuna  daxil  olmuş  və 

1942-ci ildə oranı bitirmişdir. Eyni 

zamanda  1932-ci  ildən  1942-

ci  ilə  qədər  konservatoriyanın 

nəzdində  musiqi  texnikumunun 

fortepiano sinfində təhsil almışdır. 

1937-ci ildə Azərbaycan Kommu-

nist  Gənclər  İttifaqının  Mərkəzi 

Komitəsinin  texniki  katibi,  1941-

1942-ci  illərdə  ATİ-nin  Komso-

mol  Komitəsinin  katibi  işləmişdir. 

1942-ci  ildə  Bakı  şəhər  Kom-

munist  Gənclər  İttifaqının  katibi, 

sonra  isə  Azərbaycan  Kommu-

nist Partiyasının Bakı komitəsinin 

instruktoru  seçilmişdir.  1944-cü 

ildən ATİ-nin fakültə cərrahiyyəsi 

kafedrasında  ordinator,  1946-cı 

ildən assistent, 1966-cı ildən pro-

fessor,  1971-1980-ci  illərdə  isə 

kafedra  müdiri  vəzifələrində  ça-

lışmışdır. 

1955-ci  ildə  “Obliterasiyaedici 

endarterit  zamanı  yerli  arteriya-

daxili  şok  hemoterapiyası”  möv-

zusunda namizədlik dissertasiya-

sını müdafiə etmişdir. 

1960-cı  ildə  N.Nərimanov  adı-

na  Azərbaycan  Tibb  İnstitutunun 

Elmi  Şurasının  qərarı  ilə  dok-

torluq  dissertasiyası  üzərində 

işləmək  üçün  SSRİ  TEA-nın 

A.V.Vişnevski  adına  Cərrahiyyə 

İnstitutuna  ezam  olunmuş  və 

1965-ci  ildə  “Qarın  arteriyası  və 

onun şaxələrinin zondlanması və 

selektiv angioqrafiyası (anatomik, 

eksperimental tədqiqatlar və klinik 

müşahidələr)”  mövzusunda  dok-

torluq  dissertasiyasını  müdafiə 

etmişdir. 

1959-cu  ildə  “Səhiyyə  əlaçısı” 

döş nişanı, dəfələrlə Azərbaycan 

SSR Səhiyyə Nazirliyinin və Res-

publika tibb işçilərinin  Həmkarlar 

ittifaqının  Fəxri  təltiflərinə  layiq 

görülmüşdür.  Müharibə  veteranı 

idi.  “Qafqazın  müdafiəsi    uğrun-

da”, “Əmək igidliyinə görə” medal-

ları ilə təltif olunmuşdur. 1963-cü 

ildə  “Eksperimental  Cərrahiyyə 

və anesteziologiya” (Moskva) jur-

nalının  redaksiya  heyətinin  üzvü 

seçilmişdir.  Dəfələrlə  Moskva-

da,  Kiyevdə,  Leninqradda  elmi 

ezamiyyətlərdə  olmuşdur.  Daim 

ictimai  işlərdə  çalışmış,  pediatri-

ya fakültəsinin Partiya bürosunun 

üzvü  olmuş,  TEC-in  cərrahiyyə 

bölməsinə rəhbərlik etmişdir. 

1966-cı 

ildə 


Azərbaycan 

SSR  Ali  Sovetinin  qərarı  ilə 

“Azərbaycan  SSR-in  Əməkdar 

həkimi” adına layiq görülmüşdür.

104  elmi  işin,  1  monoqrafiya-

nın,  10  səmərələşdirici  təklifin 

müəllifi  olmuşdur.  2  elmlər  dok-

toru,  4  elmlər  namizədi  hazırla-

mışdır.  Dəfələrlə  Moskva,  Kiyev, 

Tbilisi, İrəvan, Orta Asiya respbli-

kalarında  cərrahiyyə  qurultayla-

rında,  eləcə  də  Çexoslovakiyada 

keçirilən  Ümumdünya  rentgeno-

loqlar qurultayında məruzə ilə çı-

xış etmişdir. 

Azərbaycanda  ilk  ümumi  cər-

rah,  tibb  elmləri  doktoru,  profes-

sor,  Şərqdə  cərrahiyyə  üzrə  ilk 

qadın kafedra müdiri olmuşdur. 

Professor  X.Quliyeva  Azər-

baycan  Tibb  Universitetində  or-

dinator  vəzifəsindən  başlayaraq 

assistent,  dosent,  professor  və 

kafedra  müdiri  vəzifəsinə  qədər 

yüksələrək,  həyatının  60  ildən 

çox  hissəsini  Azərbaycan  tibb 

təhsilinə,  Azərbaycan  təbabətinə 

həsr etmişdir. 

Xurşud xanımın xatirəsi onu ta-

nıyanların,  qohum  və  əzizlərinin 

xatirində daima yaşayacaqdır.

Allah rəhmət eləsin, qəbri 

nurla dolsun!!

Cərrahi xəstəliklər kafedrasının 

əməkdaşları

Quliyeva Xurşud Cəmil qızı

Azərbaycan tibb elminə ağır itki üz vermişdir. Professor Xurşud 

xanım Quliyeva  noyabrın 3-də dünyasını dəyişmişdir.

H

azır yeməklərə acı



ədviyyatın qatılma-

ürək-damar sistemi 

xəstəliklərinin inkişaf 

riskini azaldır. AZƏRTAC 

“mednews.info” saytına 

istinadla xəbər verir ki, 

Harvard Universitetinin 

alimləri 7 il ərzində Çinin 

500 min sakinini müşahidə 

edərək bu qənaətə 

gəliblər. 

Əldə  olunan  informasi-

yaya  görə,  acı  yemək  vaxt-

sız  ölüm  ehtimalını  14  faiz 

azaldır.

Amerikalı 

alimlərin 

fikrincə,  ədviyyat  onkologi-

ya riskini azaldır, arıqlamağa 

kömək  edir.  Ümumiyyətlə, 

ədviyyat bir çox xəstəliklərin 

müalicəsində 

faydalıdır. 

Məsələn,  diyetoloqlar  ürək-

damar  xəstəliklərindən  və 

şəkərli  diabetdən  əziyyət 

çəkənlərin  yeməyinə  kar-

ri  əlavə  etməyi  məsləhət 

görürlər. 

Kayen 


bibəri 

həzm sistemi problemlərinə 

kömək edir.

Başqa  bir  tədqiqat  sü-

buta  yetirib  ki,  çili  bibəri 

miqreni  sakitləşdirir.  Bu 

ədva  qanın  baş  beyinə  ax-

masına  kömək  edir  və  sinir 

uclarını fəallaşdırır.

Acı yemək vaxtsız ölüm ehtimalını 14 faiz azaldır



A

zərbaycanın qocaman

ali məktəblərindən 

olan Tibb Universiteti təkcə 

yüksək təhsil səviyyəsi 

ilə tanınmır. ATU-da tibb 

mütəxəssisləri uzun illərdir 

həm də təbabətin müxtəlif 

sahələrinə dair dərin elmi 

tədqiqat və araşdırmalarla 

məşğul olurlar.

ATU-nun  Patoloji  anatomi-

ya  kafedrası  tərəfindən  aparı-

lacaq  növbəti  elmi  araşdırma 

da  bunun  sübutudur.  Kafed-

ra  əməkdaşları  Azərbaycan 

Respublikasının 

Preziden-

ti  yanında  Elmin  İnkişaf  Fon-

dunun  2015-ci  il  üçün  Komp-

leks  Elmi-Tədqiqat  Proqram-

ları  Layihələri  Müsabiqəsində 

(EİF-KETPL-2015-1(25))  iştirak 

ediblər.


Patoloji  anatomiya  kafedra-

sının  əməkdaşları  tərəfindən 

irəli  sürülən  “Azərbay can  Tibb 

Universitetində aparılan ekspe-

rimental-klinik  yönümlü  elmi-

tədqiqat  işləri  zamanı  patoloji 

dəyişikliklərin 

molekulyar-

genetik  dəyərləndirilməsinin 

təmini” layihəsi də müsabiqədə 

qalib  çıxan  layihələrdən  ol-

muşdur.


Qrant  layihəsinin  rəhbəri, 

ATU-nun  patoloji  anatomiya 

kafedrasının  müdiri,  professor 

Ədalət  Həsənovun  sözlərinə 

görə  layihənin  əsas  məqsədi 

Azərbaycan  Tibb  Universite-

tinin  müxtəlif  elmi-tədqiqat 

laboratoriyaları,  kafedra  və 

klinikalarında  aparılan  ekspe-

rimental-klinik  yönümlü  elmi-

tədqiqat işləri zamanı hüceyrə, 

toxuma  və  orqanlarda  rast 

gəlinən  patoloji  dəyişikliklərin 

molekulyar-genetik  səviyyədə 

öyrənilməsi  və  dəyərləndiril-

mə sini təmin etmək olmuşdur.

Professor Ə.Həsənov qeyd edir 

ki,  qrant  layihəsi  çərçivəsində 

ATU-nun  patoloji  anatomi-

ya  kafedrasının  nəzdində 

olan  Patohistoloji  laboratori-

ya  üçün  8  adda  avadanlıq  və 

aparaturanın.  43  adda  rea-

gent – histokimyəvi və immun-

histokimyəvi  reaktivlər  komp-

lektinin alınması planlaşdırılır.

Professor  Ə.Həsənov  qeyd 

edir  ki,  müasir  dövrdə  tibb 

sahəsində prioritet hesab olu-

nan  orqanköçürmə  –  trans-

plantologiya 

(sümük 


ili-

yi,  böyrək  transplantasiyası, 

qaraciyər 

transplantasiyası 

və  s.),  kök  hüceyrələr,  tibbi-

genetika,  mikrobiologiya  və 

digər sahələrdə aparılan elmi-

tədqiqat  işlərinin  nəticələrinin 

daha dürüst və dünya elmində 

əldə  olunan  nəticələrə  uyğun 

olması  üçün  molekulyar-ge-

netik  üsullardan  immun-his-

tokimya  və  FISH  (fluorescence 

in  situ  hybridization)  üsulu-

nun  tətbiqi  çox  vacib  və  tələb 

olunandır.  Nəzərdə  tutulan  bu 

müasir  morfoloji  müayinələrin 

həyata  keçirilməsi  Azərbaycan 

Tibb  Universitetinin  Tədris-

Cərrahiyyə  klinikasında  or-

qan  (böyrək,  qaraciyər  və  s.) 

transplantasiyalarının  aparıl-

ması, kök hüceyrələrin öyrənil-

məsi  və  tətbiqi  üzrə  müvafiq 

şöbələrin  yaradılmasından  və 

fəaliyyətə başlamasından son-

ra daha vacib hesab edilir. Belə 

ki, orqan və toxuma transplan-

tasiyaları zamanı əməliyyatdan 

əvvəl  və  sonra  donordan  və 

resipiyentdən  götürülən  toxu-

ma  nümunə lə rinin  əksər  hal-

larda  histokimyəvi  və  mole-

kulyar-genetik  müayinələrinin 

aparılması  istər  elmi-tədqiqat 

işləri  kimi,  istərsə  də  klinik-

morfoloji  tədqiqatlar  nöqteyi-

nəzərdən zəruri hesab edilir.

“Eyni  zamanda,  FISH  üsulun-

dan klinik tədqiqatlarda da çox 

geniş istifadə edilir. Məlumdur 

ki,  infeksion  xəstəliklər  za-

manı  xəstənin  toxumalarından 

və  ya  mayelə rin dən  alınmış 

bakteriyalar  aqar  mühitində 

əkilir  və  törədici  təyin  edilir. 

Lakin,  bir  çox  hətta  çox  yax-

şı  məlum  olan  bakteriyalar 

da  laborator  şəraitlərdə  yax-

şı  inkişaf  etmirlər.  Bu  zaman 

pasiyentlərdən alınmış çox ki-

çik  bir  toxuma  nümunəsində 

FISH  üsulunun  köməkliyi  ilə 

törədicini  dəqiq  təyin  etmək 

mümkün  olur.  Qeyd  olunan 

üsulların  istifadəsi  ilə  müxtəlif 

istiqamətli 

elmi-tədqiqatlar 

zamanı  üzv  və  toxuma lar-

dan götürülmüş cərrahi və di-

aqnostik  biopsiya,  həmçinin 

autopsiya 

materiallarında 

müxtəlif  struktur  səviyyələrdə 

morfoloji  dəyişiklikləri  aş-

kar  etmək,  patoloji  proseslə-

rin  morfogenezini,  forma  və 

xarakterini,  onların  qarşılıqlı 

dinamikasını  öyrənmək,  ne-

oplastik  proseslərdə  şiş  to-

xumasının  dəqiq  histogenezi 

təyin  etmək  qarşıya  qoyulan 

məqsədə  çatmaq  üçün  adek-

vat məsələlər hesab olunmalı-

dır. Bütün bunların da nəticəsi 

klinikada, xüsusilə də onkoloji 

xəstəliklər  zamanı  və  orqan 

transplantasiya la rında  həyati 

diaqnostika,  müayinə,  müalicə 

və  profilaktika  işlərinin  daha 

da  təkmil ləş diril məsinə  və 

yaxşılaşdırılmasına,  molekul-

yar  səviyyədə  proqnostik  fak-

torların  müəyyənləşdirilməsi 

ilə  xəstəliklərin  maksimum 

dərəcədə  proqnozlaşdırılması-

na səbəb olacaq”.

Ümumiyyətlə,  layihənin  ic-

rası 

sayəsində 



ATU-nun 

Patomorfoloji 

laboratori-

ya sında  müasir  morfolo-

ji  müayinə  üsullarından  (işıq 

mikroskopiyası,  histokimyəvi, 

immunohistokimyəvi,  FISH  və 

s.)  kompleks  şəkildə  istifadə 

ediləcəkdir.  Bunların  köməyilə 

nəzəri-eksperimental 

və 

tətbiqi-klinik  elmi-tədiqiqatlar 



zamanı hüceyrə, toxuma və or-

qanlarda müxtəlif səviyyələrdə 

baş 

verən 


dəyişikliklərin 

morfoloji 

xüsusiyyətlərinin 

öyrənilməsi  nəzərdə  tutulur. 

Həmçinin, böyrək və qaraciyər 

transplantasiyaları  zamanı  re-

perfuzion  sindromun  patoge-

netik və morfogenetik əsasları 

yeni  müstəvilərdə  və  müasir 

tələblər  səviyyəsində  tədqiq 

olunacaqdır.  Kəskin  və  xroniki 

leykozların  müxtəlif  formaları 

zamanı  sümük  iliyi  transplan-

tasiyalarından  sonra  monito-

rinq müayinələr aparılacaqdır.

Professor  vurğulayır  ki,  im-

munhistokimya  və  FISH  üsul-

larının  istifadəsi,  həmçinin  bu 

üsulların  tədbiqi  zamanı  əldə 

olunan  nəticələr  Azərbaycan 

Tibb  Universitetinin  müva-

fiq 


kafedralarında 

aparı-


lan  tədris  prosesində  istifadə 

ediləcək  və  kafedraların  elmi-

tədris  bazasının  daha  da 

möhkəmlənməsinə 

xidmət 

edəcək.


Qeyd  edək  ki,  layihədə  pa-

toloji  anatomiya  kafedrasının 

assistenti Camal Musayev, ka-

fedranın  baş  müəllimi  Müşfiq 

Orucov,  baş  laborantlar  Arzu 

İbişova  və  Anar    İsayev  iştirak 

ediblər.  Layihə  üzrə  immu-

nohistokimya  və  FİSH  üsulları 

ATU-nun  nəzəri  kafedrala-

rında,  elmi-tədqiat  labora-

toriyalarında  və  klinikaların-

da  həyata  keçiriliən  çoxşaxəli 

elmi-tədqiqat  işlərinin  mor-

foloji 


hissələrinin 

həyata 


keçirilməsində, o cümlədən pa-

toloji  anatomiya  kafedrasında 

tələbə  və  rezidentlərin    tədris 

prosesində  hərtərəfli  istifadə 

ediləcək.

Günel ASLANOVA

Elmin İnkişafı Fondunun dəstəyilə və 

immuno-hissokimyəvi reaktivlər alınacaq



Yüklə 296,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə