Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.

səhifə1/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   92


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   

 
 
ATUREK - 5 
 
 
Konfransın sədri  
Professor Gəray GƏRAYBƏYLİ  
Azərbaycan Tibb Universitetinin rektoru  
 
 
Təşkilat komitəsi  
Professor Sabir Əliyev  
Dosent Rauf Bəylərov  
Professor Hüseyn Qabulov  
Professor Surxay Hadıyev  
AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov  
Professor Rizvan Məmmədov  
Dosent Nəsimi Qasımov  
Dosent Nazim Pənahov  
Dosent Ələkbər Həsənov  
Dosent Alqış Səfərov  
Assistent Nigar Sədiyeva  
t.ü.f.d. Azər Hümbətov 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   

 
Hörmətli həmkarlar! 
 
Azərbaycan  Respublikasında  ali  tibb  təhsili  əsasında  həkim  mütəxəssislərin  hazırlanması  ilə 
əlaqədar  “Rezidentura  Təhsilinin  Məzmunu  və  Təşkili  Qaydaları”  na  uyğun  olaraq  2011-ci  ildən 
rezidentura təhsili Səhiyyə Nazirliyinin ən böyük kliniki bazası kimi Azərbaycan Tibb Universitetində 
fəaliyyətə  başlamışdır.  Artıq  6-ciı  ildir  ki,  Azərbaycan  Tibb  Universiteti  rezident-  mütəxəssislərin 
hazırlanması ilə fəal məşğul olur. 
Rezidentlərin  yüksək  keyfiyyətli  həkim-mütəxəssis  kimi  yetişmələri  üçün  Azərbaycan  Tibb 
Universitetinin  rəhbərliyi  ilə  bərabər  professor-müəllim  heyəti  də  mühüm  rol  oynayır.  Çox  illik  kadr 
hazırlığı  təcrübəsi  olan,  eyni  zamanda  müasir  müayinə  və  müalicə  praktikasına  malik  əməkdaşlar 
rezidentlərin həm təcrübi, həm də elmi biliklərinin artırılmasına yaxından köməklik göstərirlər. 
Rezidentlərimizin  yüksəs  səviyyəli  mütəxəssislər  kimi  yetişməsində  möhtərəm  prezidentimiz 
İlham  Əliyevin  təşəbbüsü  və  qayğısı  ilə  yaradılan  universitet  klinikalarının  rolu  əvəzedilməzdir.  Bu 
gün  universitetimizin  ən  müasir  tibbi  avadanlıqlarla  təchiz  olunmuş  tədris-terapevtik,  tədris- 
cərrahiyyə, onkoloji və stomatoloji klinikalarında, eləcədə digər ixtisas kafedralarında 30-dan çox ixtisas 
üzrə 650-dək rezidentimiz təcrübi və elmi biliklərini artırırlar. Onlar 2013-cü ildən başlayaraq öz təçrübi 
bacarıqlarının artırılması məqsədilə müxtəlif ixtisaslar  üzrə  rotasiya keçmək  üçün  xarici ölkələrə ezam 
olunurlar.  Hər  il  təxminən  80-100  nəfər  universitetlər  arasındakı  müqavilələr  əsasmda  Türkiyənin 
müxtəlif  universitetlərində,  eləcə  də  Almaniyada,  İsveçdə,  Norveçdə,  Fransada,  ABŞ-da  və  digər 
ölkələrdə 3 -8 ay müddətində rotasiyada olurlar. Bundan başqa müxtəlif ixtisaslar üzrə hər il 10-dan çox 
rezidentimiz  öz  rəhbərləri  ilə  bərabər  xarici  ölkələrdə  elmi-konfranslarda,  simpoziumlarda  iştirak 
edirlər. Artıq bütün ixtisaslar üzrə bizim məzunlarımız var və onlar ölkəmizin müxtəlif klinikalarında, 
və bəziləri kafedralarda assistent və doktorant kimi uğurla fəaliyyət göstərirlər. 
Azərbaycan Tibb Universitetində rezidentlərin təcrübi bacarıqlarının öyrənilməsi ilə bərabər elmi 
hazırlıqları  da  diqqət  mərkəzindədir.  2013-cü  ilin  may  ayından  başlayaraq  hər  il  ulu  öndər  Heydər 
Əliyevin  doğum  gününə  həsr  edilmiş  ”ATUREK”adı  altında  rezidentlərimizin  elmi-təcrübi  konfransı 
keçirilir.  Bu  il  də  artıq  beşinci  dəfədir  ki,  universitet  ATUREK-5  adı  altında  öz  konfransını  təşkil  edir. 
ATUREK-5-ə  əvvəlki  illərdən  daha  çox,  190-dan  çox  elmi  iş  təqdim  edilmişdir.  Keçən  ilin  may  ayında 
keçirilən  ATUREK-4-də  öz  çıxışı  zamanı  hörmətli  rektorumuz  G.Ç.Gəraybəyli  təklif  etmişdir  ki,  elmi 
konfranslara  ölkəmizin  digər  bazalarından  olan  rezidentləri  də  fəal  şəkildə  cəlb  etmək  lazımdır. 
Bununla  əlaqədar  Azərbaycan  Tibb  Universitetinin  rezidentura  şöbəsi  Səhiyyə  Nazirliyinin  dəstəyi  ilə 
birlikdə  ATUREK-5-ə  digər  bazalardan  daha  çox  elmi  işlər  cəlb  edə  bilmişdir.  Belə  ki,  ATUREK-5-də 
Azərbaycan Tibb Universitetindən başqa digər 11 kliniki bazadan 3 0-dək elmi iş təqdim edilmişdir. 
Hörmətli həmkarlar! Əziz rezidentlər və onların rəhbərləri! 
Ümüdvanq  ki,  Azərbaycan  Tibb  Universitetində,  eləcə  də  ölkəmizdə  fəaliyyət  göstərən  digər 
kliniki  bazalardakı  rezidentlərin  həm  təcrübi  bacarıqları,  həm  də  elmi  bilikləri  getdikcə  artacaq,  onlar 
müstəqil Azərbaycanın əhalisinin sağlamlığı keşiyində uğurla dayanacaqlar! 
Bu ülvi arzularla Universitetimiz ATUREK-5-i təşkil etməyə qərar vermişdir. 
Ölkəmizdə fəaliyyət göstərən bütün kliniki bazalardan olan rezidentləri ATUREK-5-in işində fəal 
iştirak etməyə çağırır, onlara və rəhbərlərinə uğurlar arzulayırıq!  
 
"5-ci ATUREK"in açılışı 11 May 2017-ci il, saat 10°“-da  
Azərbaycan Tibb Universitetinin Böyük Akt Zalında olacaqdır. 
 
TƏŞKİLAT KOMİTƏSİ 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   

 
ATUREK - 5: AÇILIŞ
 
 
Açılış Nitqi: Professor Gəray GƏRAYBƏYLİ 
 
Plenar Məruzələr: (Reqlament: çıxışlar üçün 5-7 dəq, müzakirə üçün 3 dəq.) 
 
1.
 
Kəskin leykozun qeyri-adi təzahürü: "Hipertrofik kardiomiopatiya  
Afaq MUSAYEVA 
İşin rəhbəri: Fuad SƏMƏDOV, Fərid ƏLİYEV 
ATU TTK, Ürək-Damar Mərkəzi 
 
2.
 
Portal hipertenziya sindromlu xəstələrdə endoskopiya və elastoqrafiyanm müqayisəli nəticələri 
Zülfiyyə QƏHRƏMANOVA  
İşin rəhbəri: Nuru Bayramov 
ATU TCK, I Cərrahi Xəstəliklər Kafedrası 
 
3.
 
Azərbaycanda tələbələr arasında bəzi psixi göstəricilərin və internetdən asılılığın yayılma dərəcələri 
və müxtəlif risk faktorları ilə əlaqəsi 
Günel BAYRAMOVA, Yasəmən SƏMƏDOVA, Nərmin NOVRUZOVA 
İşin rəhbəri: İkram RÜSTƏMOV 
ATU, Psixiatriya kafedrası 
 
4.
 
Qızlarda vaxtından əvvəl cinsi inkişaf  
Şəbinə ABASQULUZADƏ, Samirə NƏSİBOVA 
İşin rəhbəri: İlsur NOVRUZOV, Hüseyn QABULOV 
ATU TTK II Uşaq Xəstəlikləri kafedrası 
 
5.
 
Süd vəzi xərçəngində orqansaxlayıcı əməliyatların istifadəsi  
Pərvin ƏLƏKBƏROVA 
İşin rəhbəri: Tamara QULİYEVA 
Azərbaycan Tibb Universiteti, Onkologiya kafedrası 
 
6.
 
Olfaktor (qoxu) çuxur şişləri zamanı icra edilmiş intrakranial əməliyyatların nəticələri  
Rövşən BAĞIROV 
İşin Rəhbəri: Ömər MƏMMƏDBƏYLİ 
(Respublika Neyrocərrahiyyə Xəstəxanası) 
 
 
 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   92


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə